Məhkəmə qərarları › İş №2-1(102)-1625/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1625/2025

09.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1625/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və qeyrilərinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və qeyrilərinə qarşı “binanın balansa götürülməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 2-1(1 03)- 1153/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamenti, Bakı şəhəri Cavabdeh5, Bakı şəhər Yasamal Mənzil-Kommunal Təsərrüfatı Birliyi, Bakı Şəhər Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 67 saylı binanın Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentinin balansına götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi təmin edilərək, cavabdehlər sırasına Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Age ntliyi əlavə edilmişdir

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3285/2024 saylı 15 fevral 2024-cü il tarixli qərardadı ilə (hakim X7) İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və qeyrilərinə qarşı “binanın balansa götürülməsi və s.” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır.

3. Həmin qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibatı Məhkəməsinin qərarının ləğv edilməsi və Bakı İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentinin balansına verilməsi haqqında qərar qəbul edilməsi xahiş etmişdir.

4. İddiaçı həmçinin xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə verərək, müddətin bərpa olunmasını və apellyasiya şikayətin in icraata qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibat Məhkəməsi vaxtında məhkəmə sisteminə qərarı əlavə etmədiyindən, onun müraciəti nəticəsində bir neçə aydan sonra qərar yüklənmişdir. Ona görə də müddəti ötürmüşdür. Müddəti ötürməsi məhkəmənin təqsirindən olmuşdur

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 2-1(103)-1153/2025 nömrəli qərardadı (hakimlər X5 /məruzəçi/, X6 və X12) ilə İddiaçı “prosessual müddətin bərpası” barədə ərizəsi təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3285/2024 saylı 15 fevral 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və şikayətin qəbulundan imtina edilmişdir.

6. İddiaçı kassasiya şikayəti verərək qərardad ın ləğv edilməsini və buraxılmış müddətin bəpra edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

7. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaq la baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim ol unmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tət biq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

9. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti üzrə müddətin üzrlü səbəbdən ötürməsi öz təsdiqini tapmamışdır.

10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab ed ilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əgər inzibati məhkəmə icraatının iştirakçıları qanunla nəzərdə tutulmuş müddəti bu və ya digər səbəbdən ötürmüşlərsə müddətin üzrsüz səbəbdən ötürülməsi və ya ötürülmədiyi barədə müvafiq sübutlar təqdim etməli, eyni zamanda müddətin bərpa edilməsinə dair vəsatət verməlidirlər. Belə sübutlar təqdim edilmədiyi təqdirdə apelyasiyanın mümkün sayılmaması barədə apelyasiya instansiyası məhkəməsi nin qərardardlarından verilmiş kassasiya şikayətləri də təmin edilmir.(Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2022-ci il tarixli, 2-1(102)-100/2022 saylı, X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2022-ci il tarixli, 2-1(102)-256/2022 saylı, X9 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2022-ci il tarixli, 2-1(102)-256/2022 saylı, X10 cavabdeh Nizami rayo n İcra Hakimiyyətinə qarşı xx.xx.2022-ci il tarixli, 2-1(102)-785/2022 saylı).

12. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqelə bağlı çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də iddiaçı kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

13. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahi sənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPMin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

14. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 2-1(103)- 1153/2025 saylı qərardadından verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar