Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1627/2025 11.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh xxxnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: sərbəst toplaşma azadlığı, iddianın qeyri-mümkünlüyü, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh xxxnə qarşı “piket keçirilməsinə icazə verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 fevral 2025-ci il tarixli, 2-1(10 3)-1432/2025 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X1, İddiaçı5, İddiaçı4, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17 və İddiaçı18 cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan, xx.xx.2024-cü il, saat 12:00-dan 13:00-dək (60 dəqiqə) ünvan 1 ünvanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati binasının giriş hissəsinin qarşısında, “AYNA reketçiliklə məşğuldur”. “AYNA xalqı talayır”, “AYNA qanqster Hacı Məmmədovdur” şüarları ilə piket keçirilməsinə icazə verilməməsi barədə cavabdehin xx.xx.2024-cü il tarixli qərarının qanunsuz hesab edilməsi, məhkəmə qərarı qüvvəyə mindikdən sonra 10 gün ərzində iddiaçılara Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati binasının yerləşdiyi ünvan 1 ünvanında “AYNA reketçiliklə məşğuldur”, “AYNA insanları qanunsuz talayır”, “AYNA qanqster Hacı Məmmədovdur” şüarları ilə piket keçirilməsinə icazə verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
2. Bakı İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü tarixli, 2-1(112)-14882/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 fevral 2025-ci il tarixli, 2-1(103)-1432/2025 nömrəli qərardadı ilə idd iaçıların apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
4. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu müstəqil hüquqi nəticə yaratmadığından, inzibati akt sayıla bilməz. Belə ki, iddiaçıların müraciəti üzrə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati binası qarşısında planlaşdırılan piketin keçirilməsi məqsədəuyğun hesab edilmir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən iddia tələbini İPM-in 2-ci maddəsində nəzərdə tutulmuş inzibati məhkəmə icraatı qaydasında baxılan iddialara aid etmək olmaz. Belə ki, İPM-də “məhkəmə qərarının qanuni qüvvəyə minməsindən 10 gün ərzində icrasının təmin edilməsi” ilə bağlı iddia növü müəyyən edilməmişdir. Bununla bağlı olaraq məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi publik hüquq münasibətlərindən yaranan mübahisə kimi qiymətləndirilməməli və mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Beləliklə, cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçılar onların hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadıqlarından, iddia predmeti olan cavabdehin məktubu inzibati orqanın qadağanedici hərəkəti olmadığından, iddiaçıların etiraz aksiyasının keçirilməsinin məqsədəuyğun olmaması barədə cavabdehin mövqeyi olduğundan, bununla da iddiaçıların hər hansı bir subyektiv hüququ, o cümlədən sərbəst toplaşmaq hüquqları pozulmadığından iddia mümkün sayılmamalıdır.
5. İddiaç ılar mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
6. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
7. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür t ətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyiş dirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
8. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
9. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, cavabdeh piketin keçirilməsi ilə bağlı xəbərdarlığa onun münasibətini ifadə edən cavab məktubunda piketin keçirilməsinin məqsədəuyğun hesab olunmadığını bildirdiyi halda, nəzərə almaq lazımdır ki, “məqsədəuyğunluq” termini etimoloji anlamda bir qiymətləndirmə kateqoriyasıdır və hər hansı situasiyanın, hər hansı hərəkətin qarşıya qoyulmuş məqsədə çatmaq üçün uyğun, ağlabatan, praktik cəhətdən fa ydalı olduğunu ifadə edir. Yəni piketin keçirilməsinin məqsədəuyğun hesab olunmaması qadağanı ehtiva edən kateqoriya qismində təfsir oluna bilməz. Bu prizmadan yanaşdıqda, hazırkı mübahisəyə münasibətdə cavabdehin piketin keçirilməsini məqsədəuyğun hesab etməməsi onun piketin keçirilməsinin qadağan olunmasına və ya bununla bağlı hər hansı məhdudiyyətin tətbiq olunmasına yönəlik iradə ifadəsi kimi qiymətləndirilə və bu anlamda qəbul oluna bilməz. Belə ki, istinad olunan məktubdan cavabdehin qadağa və ya məhdudiyyət tədbirinin tətbiqini nəzərdə tutan və yaxud hər hansı bir şəkildə həmin təəssüratı yarada bilən iradəsi nəinki açıq-aşkar, hətta dolayısı ilə də görünmür. Bu baxımdan cavabdehin məktubu piketin keçirilməsinin qadağan olunmasına və ya bununla bağlı hər hansı məhdudiyyətin tətbiq o lunmasına yönəlik hakimiyyət iradəsi kimi deyil, yuxarıda qeyd olunan anlamda qəbul edilməli və tədbirin məqsədəuyğunluğu kontekstində qiymətləndirilməlidir.
10. Bu zaman həm də nəzərə almaq lazımdır ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna görə, toplantının keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanından icazənin alınması tələb olunmur, toplantı barədə həmin orqana sadəcə xəbərdarlıq yetərli sayılır. Bu mənada hazırkı mübahisəyə münasibətdə xəbərdarlıq institutunun funksional anlamda təyinatı və mahiyyəti də diqqətə alınmalı, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 5-ci maddəsi həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş məqsədlər baxımından təfsir olunmalıdır. Başqa sözlə, həmin normaların sistemli təfsirinə görə, dövlət yalnız və xüsusi olaraq sərbə st toplaşmaq azadlığının həyata keçirilməsini təmin etmək öhdəliyinin deyil, eyni zamanda həm toplantı iştirakçılarının, həm də ictimai qaydanın qorunmasını təmin etmək öhdəliyinin də daşıyıcısıdır və bununla bağlı müvafiq tədbirlərin görülməsi də onun məsuliyyət sferasına aiddir. Belə ki, həmin normalara görə, dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Toplantı barədə xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. M əhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, piketin keçirilməsi ilə bağlı iddiaçıların xəbərdarlığına cavabdehin müvafiq cavab məktubu sərbəst toplaşmaq azadlığına qoyulan məhdudiyyət, toplantının qadağan edilməsi və ya toplantının keçiriləcəyi yerin və vaxtın məhdudlaşdırılması və ya qadağan edilməsi və bunun üzərindən toplantıya icazə verilməsindən imtina kimi qiymətləndirilə bilməz.
11. Piket keçirilməsinə icazə verilməsinin cavabdehə həvalə edilməsi ilə bağlı yuxarıda ifadə olunmuş mövqenin davamı olaraq qeyd olunmalıdır ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna görə, iddiaçılar piketin keçirilməsi üçün icazə almağa borclu deyildirlər. Piketin keçirilməsi ilə bağlı toplantı təşkilatçıları tərəfindən cavabdeh yalnız xəbərdar olunmalıdır və həmin xəbərdarlıq toplantın ın keçirilməsinə icazənin verilməsi üçün müraciət anlamında deyil, cavabdehi tədbir barədə məlumatlandırma anlamında qiymətləndirilməlidir. İstinad olunan qanuna görə, cavabdeh də toplantıya icazə verilməsi ilə bağlı hər hansı səlahiyyətlə təchiz olunmamışdır və bu mənada cavabdehin üzərinə piketin keçirilməsinə icazə verilməsi barədə öhdəliyin qoyulması Konstitusiyanın sərbəst toplaşmaq azadlığı haqqında 49-cu maddəsinin müddəalarına zidd olardı. Konstitusiyanın həmin normasına görə, hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-111/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-2031/2024 nömrəli, xx.xx.2025-ci il tarixli 2-1(102)-348/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 2-1(102)-871/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 2-1(102)1333/2025 nömrəli qərarları).
12. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də iddiaçılar kassasiya şikayəti verərkən vəkillə təm sil olunduqlarına görə onlar üçün əlçatan və bəlli olmuşdur.
13. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərardadının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
14. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 fevral 2025-ci il tarixli, 21(103)-1432/2025 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.