Məhkəmə qərarları › İş №2-1(102)-1631/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1631/2025

09.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1631/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərti, subyektiv hüquq 09.07.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 fevral 2025-ci il tarixli, 2-1(103)- 959/2025 saylı qərardadından iddiaçı tərəfin dən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehin hərəkətləri nəticəsində dəymiş ziyana görə 200 000 (iki yüz min) manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum qaynanası X7 xx.xx.1968-ci il tarixindən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaş kimi mənzil uçotunda olmuşdur. Oktyabr Rayon İcra Hakimiyyətinin xx.xx.1976-cı il tarixli 33 saylı qərarı və həmin qərar əsasında xx.xx.1977-ci il tarixdə X4 adına Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evə verilmiş 145360 saylı order əsasında iddiaçının ailəsinə həmin evdə 25 kv.m sahəsi olan 2 otaq verilmişdir. İddiaçının qaynanası Ç.Əsgərova mənzil uçotunda qalmışdır. Həmin orderdə iddiaçının mərhum qaynatası və qaynanası, əri və iddiaçının adı yazılmışdır. İddiaçı həmin tarixdən hazıradək mənzildə qeydiyyatda olmaqla yaşayır. Hazırda ailə üzvlərinin sayı 15 nəfərdir. 1980-ci ildə iddiaçının yaşadığı mənzilə bitişik olan ümumi 18 kv.m yaşayış otağı boşalmışdır. Həmin otağın iddiaçının ailəsinin istifadəsinə verilməsi ilə əlaqədar müraciət edilmişdir. Oktyabr Rayon İcra Hakimiyyətinin xx.xx.1980-ci il tarixli qərarı ilə AR SSR Mülki Məcəlləsinin 318-ci maddəsinə əsasən Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evdə boşalmış 18 kv.m otaq X4 ailəsinin adına qeydiyyata alınması və onun 6 nəfər ailə üzvü tərkibi ilə (özü, əri, oğlu, gəlini və iki nəvəsi) sahəsi 43 kv.m olan mənzilin icarədarı hesabı olunması, Ç.H.Əsgərovanın mənzil uçotundan çıxarılması qərara alınmışdır.

3. Oktyabr Rayon İcra Hakimiyyətinin 68/4 saylı xx.xx.1987-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evin əsas icarədarı iddiaçının əri X8 olmuşdur. Bakı şəhər Cavabdeh xx.xx.2005-cil tarixli sərəncamı ilə Bakı şəhəri, İ.Səfərli (keçmiş Əzizbəyov) küçəsi, dalan 3, 3 saylı, 3 otaqlı, sahəsi 43 kv.m olan mənzilin kirayə müqaviləsi Y.A.Əsgərovun razılığı əsasında İddiaçı ilə bağlanmışdır. Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evə DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən X6 xüsusi mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı il tarixli, ******* kitabın, 214995 səhifəsində qeydiyyat apar ılmış və həmin qeydiyyat əsasında çıxarış verilmişdir. 4. xx.xx.2021-ci il tarixdə Bakı şəhər Yasamal İcra şöbəsinin icra məmuru mənzilə gələrək iddiaçının ailəsinin qeydiyyatının ləğv olunduğunu və mənzilin boşadılması üçün son xəbərdarlığı bildirmişdir. İcra məmuru öz tələbinin əsası kimi Bakı şəhər Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsini göstərmişdir. O zaman iddiaçı bilmişdir ki, mənzillə bağlı gedən mübahisələr üzrə yekun məhkəmə aktı qüvvəyə minmiş və icraya göndərilmişdir. Məhkəməyə həmişə iddiaçının əri Yaqub Əsgərov getmiş və iddiaçı məhkəmə haqqında ondan məlumat almışdır.

5. Mənzillə bağlı mübahisə 1989-cu ildən başlamışdır. Belə ki, 1989-cu ilin iyun ayında X9 məhkəməyə müraciət edərək Y.A.Əsgərovun və eləcə də S.Çernenko, Ç.Nəcəfov və A.Komenkova Yeqorovanı n icarələrinə verilmiş yaşayış sahələrinin atası X1 xüsusi mülkiyyət hüququ əsasında məxsus olmasını, lakin mülkiyyət haqqında qanun və mənzil qanunvericiliyinin tələbləri pozulmaqla həmin yaşayış sahələrinin onlara verilməsini əsas göstərməklə Y.A.Əsgərovun və qeyrilərinə verilmiş orderlərin etibarsız hesab olunmasını xahiş etmişdir. Həmin mübahisəyə müxtəlif məhkəmə instansiyalarında dəfələrlə baxılmışdır.

6. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsində qət edilmişdir: “X8, İddiaçı İdiris qızı, X16, X17, X11, X18 və X19 bütün ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evdən digər yaşayış sahəsi verilmədən çıxarılmaları, X8, İddiaçı, X16, X17, X11, X18 və X10 Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evə qeydiyyatları l əğv edilərək, Oktyabr Rayon İcra Hakimiyyətinin xx.xx.19976-cı il tarixli 33 saylı sərəncamı və həmin sərəncam əsasında xx.xx.1977-ci il tarixdə X4 adına Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evə verilmiş 145360 saylı order etibarsız hesab edilsin, Oktyabr Rayon İcra Hakimiyyətinin 68/4 saylı xx.xx.1987-ci il tarixli sərəncamı ilə X8 ilə bağlanmış mənzil kirayəsi müqaviləsi etibarsız hesab edilsin”.

7. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv edərək iddia tələblərinin təmin olunmaması barədə yeni qətnamə qəbul etmişdir. Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2006-cı il tarixli qətnaməsi ilə Apelyasiya məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsini ləğv edərək işi Azərbaycan Respublikası Apellyasiya məhkəməsinin MİÜMK-nın yeni baxışına göndərilmişdir. Azərbay can Respublikası Apellyasiya məhkəməsinin MİÜMK-nın 1MK-3734\2006 saylı xx.xx.2006-cı il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, X2 apellyasiya baxışında verdiyi yeni iddiası da təmin edilərək Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evə AR DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən X6 xüsusi mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı il tarixli, ******* kitabın, 214995 səhifəsində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş çıxarış etibarsız hesab edilərək ləğv edilmişdir. Ali Məhkəməsinin MİÜMK-nın 11 iyul 2207-ci il l tarixli 6k-1484\07 saylı qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır.

8. İddiaçının 1977-c i ildən mənzil hüquqları əldə etdiyi mənzildən çıxarılmağı o deməkdir ki, iddiaçının mənzil hüquqları pozulmuşdur. Belə ki, iddiaçı qanuna uyğun şəkildə mənzil hüquqlarını realizə etmiş və heç bir qanun pozuntusuna yol verməmişdir.

9. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, ÖM seriyalı 257456 nömrəli, xx.xx.2006-cı il tarixli qeydiyyat vəsiqəsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 1MK-3734 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən ləğv edilmişdir. Qeyd olunan əmlaka dair məhkəmə mübahisəsinin mövcudluğu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 6k/1484 nömrəli mülki iş üzrə xx.xx.2007-ci il tarixli bildirişi daxil olmuş, lakin müvafiq məhkəmə mübahisəsinin yekunlaşması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olmamışdır. Bu səbəblərdən ərizənizin icrası mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-328/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qərardadı ilə (hakim X5) iddia mümkün sayılmamışdır.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırkı iddia tələbi məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.

12. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-959/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qərardadı ilə (hakimlə r X12 / məruzəçi/, X13 və X21) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-328/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. X3 Məcəllənin 10, 11 və 38-ci maddələrinə istinad edilərək apellyasiya instansiya məhkəməsinin qərardadının qanunsuz və əsassız olduğu qeyd edilir. Bildirilir ki, iş üzrə qəbul edilmiş məhkəmə aktlarından məlumatsız olmasına baxmayaraq məhkəmələr ona münasibətdə iddia müddətini tətbiq etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (e lmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübah isə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv e dərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli ol malı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərt lər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən sökülmüş mənzil sahəsinə görə kompensasiya almağa yönəlmişdir.

23. İddiaçı bildirmişdi ki, onun və ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, dalan 3, İslam Səfərli küçəsində y erləşən 3 saylı mənzildən çıxarılması, qeydiyyatlarının ləğv edilməsi cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş vermişdir.

24. Həm birinci, həm də apellyasiya instansiya məhkəməsi iddiaçının iddia tələbini qanunla müəyyən edilmiş iddia müddətinin ötürülməsi əsası ilə mümkün saymamışlar.

25. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr iddianı əsaslı olaraq mümkün saymasalar da, mümkünlüyün əsasını düzgün müəyyən etməmişlər.

26. Belə ki, iddianın mümkün sayılmama əsas iddia müddətinin ötürülməsi deyil, iddiaçının hazırkı iş üzrə subyektiv hüququnun mövcud olmaması ilə bağlıdır.

27. Qeyd edilməlidir ki, iddia ərizəsindən də göründüyü kimi sökülməsinə görə kompensasiya tələb edilən mənzil iddiaçının mülkiyyətində olmamışdır. Onun həmin daşınmaz əmlak üzərində mülkiyyətçi kimi hüquqları uzun illər əvvəldən xitam verilmiş, onun mülkiyyətçi kimi qeydiyyatı ləğv edilməklə verilmiş çıxarış etibarsız hesab edilmişdir. Beləliklə, göründüyü kimi iddiaçının qeyd edilən mənzillə bağlı hər hansı hüquqi bağlılığı qalmamışdır.

28. Bundan əlavə iş materialları əsasında cavabdehin hansı hərəkətləri nəticəsində iddiaçının hansı hüquqlarının (əmlak hüquqlarının və s.) və ya qanuni maraqlarının pozulması halının, o cümlədən hüquqi müdaxilənin mövcudluğu da müəyyən edilməmişdir. Başqa sözlə desək, cavabdeh inzibati orqanın hərəkətlərinin iddiaçının hansı hüquqlarının pozmasına səbəb olmasını müəyyən etmək mümkün olmamışdır. Belə olan halda isə iddiaçının cavabdehin hərəkətlərini mübahisələndirilməsinə dair subyektiv hüququ mövcud olmamışdır.

29. Eyni zamanda məhkəmə kollegiyası subyektiv hüquqa anlayış verərək qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir.

30. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri d övlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya m əhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi).

31. İnzibati mübahisə üzrə iddia isə onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının p ozulduğunu əsaslandıra bilsin.

32. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçının subyektiv hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Belə ki, subyektiv mənada hüquq normativhüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

33. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı)

34. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğ unun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd).

35. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutul muş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.”(9-cu bənd)

36. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. 37 Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, iddianın mümkün sayılmaması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

38. Məhkəmə kollegiyası şərh edilənləri rəhbər tutaraq Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 fevral 2025-ci il tarixli, 21(103)- 959/2025 saylı qərardadı dəyişdirilmədən saxlan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar