Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1636/2025 04.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral vergi qərarının ləğvi, ƏDV, “qara mühasibatlıq” sənədləri əsasında vergilərin hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin xxxnə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 2-1(103)-347/2025 nömrəli qərarından cava bdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı, əsas fəaliyyəti “qablaşdırılmış içməli suların satışı” olmaqla, vergi ödəyicisi kimi uçota alınmışdır.
2. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********702300 nömrəli qərarına əsasən, ƏDV bəyannaməsinin təqdim edilmədiyi əsas gətirilərək, iddiaçıya 2022-ci ilin iyun ayı üzrə 3280,20 manat ƏDV hesablanmışdır.
3. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********707800 nömrəli qərarına əsasən, ƏDV bəyannaməsinin təqdim edilmədiyi əsas gətirilərək, iddiaçıya 2022-ci ilin iyul ayı üzr ə 3317,03 manat ƏDV hesablanmışdır.
4. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********708500 nömrəli qərarına əsasən, ƏDV bəyannaməsinin təqdim edilmədiyi əsas gətirilərək, iddiaçıya 2022-ci ilin avqust ayı üzrə 3567,61 manat ƏDV hesablanmışdır.
5. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********712000 nömrəli qərarına əsasən, ƏDV bəyannaməsinin təqdim edilmədiyi əsas gətirilərək, iddiaçıya 2022-ci ilin sentyabr ayı üzrə 3437,92 manat ƏDV hesablanmışdır.
6. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********716800 nömrəli qərarına əsasən, ƏDV bəyannaməs inin təqdim edilmədiyi əsas gətirilərək, iddiaçıya 2022-ci ilin oktyabr ayı üzrə 3086,09 manat ƏDV hesablanmışdır.
7. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********724100 nömrəli qərarına əsasən, ƏDV bəyannaməsinin təqdim edilmədiyi əsas gətirilərək, iddiaçıya 2022-ci ilin noyabr ayı üzrə 2901,28 manat ƏDV hesablanmışdır.
8. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********731700 nömrəli qərarına əsasən, ƏDV bəyannaməsinin təqdim edilmədiyi əsas gətirilərək, iddiaçıya 2022-ci ilin dekabr ayı üzrə 2901,28 manat ƏDV hesablanmışdır.
9. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********738600 nömrəli qərarına əsasən, ƏDV bəyannaməsinin təqdim edilmədiyi əsas gətirilərək, iddiaçıya 2023-cü ilin yanvar ayı üzrə 3085,09 manat ƏDV hesablanmışdır.
10. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********742100 nömrəli qərarına əsasən, ƏDV bəyannaməsinin təqdim edilmədiyi əsas gətirilərək, iddiaçıya 2023-cü ilin fevral ayı üzrə 3198,05 manat ƏDV hesablanmışdır.
11. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********745200 nömrəli qərarına əsasən, ƏDV bəyannaməsinin təqdim edilmədiyi əsas gətirilərək, iddiaçıya 2023-cü ilin mart ayı üzrə 3231,53 manat ƏDV hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ M ƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********702300, **********707800, **********708500, **********712000, **********716800, **********724100, **********731700, **********738600, **********742100, **********745200 nömrəli qərarlarının ləğv olunmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərarlarda hesablama ilə bağlı cavabdeh tərəfindən hər hansı əsaslandırma həyata keçirilməmişdir. Yalnız iddiaçının elektron kabinetinə daxil olmuş “Əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata dair ərizə verilməsi barədə” bildirişdə qeyd edilmişdir ki, “2021-ci ilin yanvar 2022-ci ilin fevral ayları ərzində keçirilmiş operativ nəzarət tədbirləri zamanı əldə olunmuş məlumatlara əsasən onun Vergi Məcəlləsinin 155-ci maddəsinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyətində ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi 200000 manatdan artıq olduğundan, 10 gün ərzində ƏDV məqsədləri üçün qeydiyyata alınma öhdəliyi yaranmışdır”. Həmçinin, xx.xx.2023-cü il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktubda” qeyd edilir ki, keçirilmiş operativ vergi nəzarəti tədbiri məlumatlarına əsasən 2022-ci ilin iyun ayı üzrə 21504 manat, iyul ayı üzrə 21745 manat, avqust ayı üzrə 23387 manat, sentyabr ayı üzrə 22538 manat, oktyabr ayı üzrə 20231 manat, noyabr ayı üzrə 19020 manat, dekabr ayı üzrə 20880 manat, 2023-cü ilin yanvar ayı üzrə 20225 manat, fevral ayı üzrə 20965 manat, mart ayı üzrə 21185 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi təqdim edilməmişdir”. İddiaçı mübahisələndirilən qərarları qanunsuz və əsassız hesab edir. Belə ki, cavabdeh vergi orqanı kameral vergi yoxlaması zamanı xx.xx.2022-ci il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri çərçivəsində əldə edilmiş “qara mühasibatlıq” sənədlərinə əsaslanaraq belə qənaətə gəlmişdir ki, iddiaçının ƏDV məqsədləri üçün dövriyyəsi 2022-ci ilin iyun-dekabr ayları üzrə 149305 manat, 2023-cü ilin yanvar-mart ayları üzrə 62375 manat olduğu halda, müvafiq dövrlər üzrə ƏDV bəyannaməsi təqdim edilməmişdir. Bu s əbəbdən də cavabdeh vergi orqanı iddiaçıya 2022-ci ilin iyun-dekabr və 2023-cü ilin yanvar-mart ayları üzrə ƏDV hesablamışdır. Bununla bağlı ilk öncə qeyd edilməlidir ki, cavabdeh vergi orqanın istinad etdiyi “qara mühasibatlıq” sənədləri iddiaçının real dövriyyəsini əks etdirmir və cavabdeh vergi orqanı operativ vergi nəzarəti tədbiri zamanı əldə etdiyi “qara mühasibatlıq” sənədlərində öz əksini tapmış əməliyyatların faktiki olaraq baş tutub-tutmaması ilə bağlı hər hansı araşdırma aparmadan, həmin məlumatları mötəbər mənbə qismində qiymətləndirmişdir. Halbuki, həmin cədvəllərdə olan məlumatlar faktiki olaraq baş tutmuş əməliyyatlar deyil və cavabdeh vergi orqanı həmin əməliyyatların faktiki olaraq baş tutmasına dair hər hansı sübutu (malların faktiki olaraq alınması və ya satılması, malla rın alındığı və ya satıldığı şəxslərin rekvizitləri və izahatları və s.) məhkəməyə təqdim edə bilməz. Bundan başqa, cavabdeh vergi orqanı iddiaçıya ƏDV hesablayan zaman vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Belə ki, qanunvericiliyə əsasən, ƏDV ödəyicisi kimi qeydiyyatdan keçən və ya keçməli olan şəxsin vergi tutulan dövriyyədən, yəni malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı alınmış ödəmələrdən hesabladığı verginin məbləği ilə ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı qanunla müəyyən edilmiş qaydada ödədiyi və əvəzləşdirmə hüququna malik olduğu ƏDV məbləği arasındakı fərq əlavə dəyər vergisi hesab edilir. Əgər vergi ödəyicisi malların alışı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirmək hüququna malik deyilsə, o halda həmin malların təqdim edilməsi ƏDV-yə cəlb edilən əməliyyat hesab edilmir. Qeyd olunan hüquq normalarını hazırkı işə tətbiq etsək belə nəticə əldə olunur ki, əgər iddiaçı vergi orqanı tərəfindən operativ vergi nəzarəti tədbiri zamanı əldə edilən “qara mühasibatlıq” sənədlərində öz əksini tapmış malları doğurdan da almış və daha sonra həmin malları satdığı halda ƏDV-yə cəlb etməmişdirsə, bu halda cavabdeh vergi orqanı həmin mallara görə iddiaçıya ƏDV üzrə əlavə vergi məbləği hesablaya bilməzdi. İddiaçı həmin malların alışı zamanı ödədiyi ƏDV məbləğini Vergi Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq əvəzləşdirmək hüququna malik olmadığından, həmin malların satışı Vergi Məcəlləsinin 159.7-ci maddəsinə müvafiq olaraq, ƏDV-yə cəlb edilə bilməzdi. Bundan başqa, Vergi Məcəlləsinin 166-cı mad dəsinin tələblərinə əsasən ƏDV üzrə vergitutma obyekti məhz satılmış malların əsas dəyərinin ödənilməsidir. Lakin hazırkı iş üzrə vergi orqanı vergiyə cəlb etdiyi dövriyyə həcmində pul vəsaitinin vergi ödəyicisinə ödənildiyini təsdiq edən hər hansı sübuta malik deyil. Göstərilənlərə əsasən “qara mühasibatlıq” sənədləri əsas götürülməklə və Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən əvəzləşdirmək hüququ olmayan, eləcə də dəyərinin ödənilməsinə dair hər hansı sübut olmayan mallara görə iddiaçıya ƏDV üzrə əlavə vergi məbləğlərinin hesablanması ilə bağlı qəbul edilmiş mübahisələndirilən qərarlar qanunsuz olduğundan ləğv edilməlidir.
14. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Ba ş İdarəsi tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı əldə olunmuş elektron daşıyıcıda (fləşkartda) olan məlumatlara əsasən xx.xx.2022-xx.xx.2023-cü il tarixlərində fəaliyyət dövrü üzrə təqdim edilmiş bəyannamə məlumatlarında əks olunmayan 179387,29 manat dəyərində satış dövriyyəsi müəyyən edilmişdir. Belə ki, keçirilmiş operativ vergi nəzarət tədbirləri məlumatlarına əsasən 2022-ci ilin iyun ayı üzrə 21504 manat, iyul ayı üzrə 21745 manat, avqust ayı üzrə 23387 manat, sentyabr ayı üzrə 22538 manat, oktyabr ayı üzrə 20231 manat, noyabr ayı üzrə 19020 manat, dekabr ayı üzrə 20880 manat, 2023cü ilin yanvar ayı üzrə 20225 manat, fevral ayı üzrə 20965 manat, mart ayı üzrə 21185 manat dəyərində dövriyyə məbləği olması müəyyən edilmiş, buna baxmayaraq, yuxarıda qeyd olunan dö vrlər üzrə ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. Qeyd etmək zəruridir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövr ərzində təqdim edilmiş satış dövriyyəsinin 203111 manat olduğu müəyyən edilmişdir. Lakin qeydiyyata dair ərizə verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli bildiriş göndərilməsinə baxmayaraq, iddiaçı tərəfindən ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə ilə vergi orqanına müraciət edilmədiyindən vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alınmışdır. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edi lməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin iyun - 2023-cü ilin mart ayları əlavə dəyər vergisi bəyannamələri üzrə 32290 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə iddiaçıya “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********702300, **********707800, **********708500, **********712000, **********716800, **********724100, **********731700, **********738600, **********742100 və **********745200 nömrəli qərarlar göndərilmişdir. Son dövrlər vergi inzibatçılığı sahəsində həyata keçirilən islahatlara baxmayaraq, vergi tutulan əməliyyatların şəffaflaşdır ılması prosesinin qarşısında duran ən böyük maneələrdən biri bəzi vergi ödəyicilərinin israrla ikili mühasibatlıq aparmaqda davam etməsidir. Bir qayda olaraq, ikili mühasibatlıq aparan vergi ödəyicilərində həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı real dövriyyələri özündə əks etdirən müəyyən sənədlər aşkar edilir. “Qara mühasibatlıq” sənədləri adlandırılan bu sənədlərin mənbəyi bəlli olduğu, yəni aid olduğu vergi ödəyicisi, götürülmə şəraiti məlum olduğu üçün vergilərin hesablanmasında əlaqəli məlumat kimi həmin sənədlərdə olan məlumatlardan geniş istifadə edilir. Gözlənildiyi kimi, vergidən yayınmağı əsas hədəf kimi müəyyən etmiş belə vergi ödəyiciləri “qara mühasibatlıq” sənədləri əsasında hesablanmış vergiləri məhkəmədə mübahisələndirməklə məsuliyyətdən yayınmağa cəhd edir. La kin bu tip vergi ödəyiciləri üzrə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı aşkar edilərək götürülmüş “qara mühasibatlıq” sənədlərində əks olunmuş məlumatlar əsasında büdcədən yayındırılan külli miqdarda vergilər hesablanaraq büdcəyə bərpa olunur. Hazırkı iş üzrə də iddiaçıya münasibətdə aparılmış nəzarət tədbirləri zamanı qeyd olunan faktlar müəyyən edilmiş və əldə edilmiş sənədlər əsasında yayındırılmış vergi məbləği bərpa olunmuşdur.
15. Bakı İnzibati Məhkəməsinin (hakim: Aygün Abdullayeva) 13 iyun 2024-cü il tarixli, e-2-1(112)-5250/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********702300, **********707800, **********708500, **********712000, **********716800, ** ********724100, **********731700, **********738600, **********742100, **********745200 nömrəli qərarları ləğv edilmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh, vergilərin hesablanması zamanı qanunvericilik aktlarına uyğun tərtib edilmiş, iddiaçının vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran elektron daşıyıcı məlumatlarından (“qara mühasibatlıq” sənədlərindən) istifadə etmişdir. Belə ki, qanunvericiliyin tələbinə görə, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotu aparılmadıqda və ya mühasibat uço tu müəyyən edilmiş qaydada aparılmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı, ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Lakin vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Hazırkı iş üzrə “qara mühasibatlıq” sənədləri əsasında hər hansı hesablamanın müəyyən edilməsi isə imkan xaricindədir. Belə ki, “qara mühasibatlıq” sənədlərinin təqdim edilməli olması ilə yana şı, həmin “qara mühasibatlıq” sənədlərində olan yazılışların bilavasitə iddiaçıya münasibətdə aparılmış əməliyyatlara (alış, satış, borc və ya digər) aid olub-olmaması, “qara muhasibatlıq” adlanan sənədlərdə olan yazılışları icra edən şəxs, yazılışların hansı dövrə aid, ölçü vahidi, miqdarı, göstərilən rəqəmlər pul vəsaitini ifadə edirsə, həmin vəsaitin faktiki olaraq daxil olub-olmaması, fayllardakı məlumatlara istənilən formada dəyişiklik edilib-edilməməsi imkanı və s. müəyyən olunmalıdır ki, həmin sənədlər hesablama üçün əsas təşkil edə bilsin.
17. Oxşar işlər üzrə Ali Məhkəmənin mövqeyini əsas götürən məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, cavabdeh yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayət lənməmiş olsun, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmış olsun (məsələn, izahat almaq, operativ vergi nəzarəti imkanlarından istifadə etmək, müəssisənin qarşılıqlı fəaliyyətdə olduğu digər müəssisələrdən əlavə məlumat əldə etmək və s.), başqa sözlə, mötəbər, şübhədən kənar sübutlar təqdim etmiş olsun.
18. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Xəyalə Cəmilova /sədrlik edən və məruzəçi/, Rəşid Səmədov və Elvin Əliyev) 22 yanvar 2025-ci il tarixli, 2-1(103)-347/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyi şdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, “qara mühasibatlıq” sənədləri vergilərin hesablanması üçün digər təkzibolunmaz və dəstəkləyici mənbələrlə birlikdə qiymətləndirilməlidir. Bununla bağlı xüsusilə qeyd olunmalıdır ki, nə vergi öhdəliyinin müəyyən olunması üzrə inzibati icraatda, nə də vergi öhdəliyinə dair mübahisə üzrə inzibati məhkəmə icraatında “qara mühasibatlıq” sənədləri müstəqil sübut qismində qəbul edilə bilməz. Bununla belə, cavabdehin həmin sənədlərdə əksini tapmış məlumatlardan vergi ödəyicisinə aid digər rəsmi sənədlərdəki (vergi bəyannamələrində və ilkin mühasibatlıq sənədlərində olan) məlumatlarla və ya cavabdehin informasiya sistemində olan mənbəyi bəlli və mötəbərliyi şübhə doğurmayan digər baza məlumatları ilə əlaqəli şəkildə istifadə haqqı da tanınmalıdır. Belə yanaşma vergi ödəyiciləri tərəfindən vergilərin tam və lazımi qaydada ödənilməsi, eləcə də vergi ödəyicilərinin uçot məlumatlarının rəsmiləşdirilməsinə və vergi inzibatçılığına dair tələblərə riayət etməli olduqları ilə bağlı ictimai maraqdan irəli gəlir. Bu mənada, cavabdeh “qara mühasibatlıq” sənədlərindən yalnız həmin sənədlərin aşağıdakı aidiyyət, məzmun və yetərliliklə bağlı tələblərə cavab verdiyi təqdirdə istifadə edə bilər. İlk növbədə, həmin sənədlərin vergi ödəyicisinə aidiyyəti müəyyən olunmalı, yəni sənədlərin barəsində vergi yoxlaması və hesablama aparılan şəxsə məxsus olduğu müəyyən və təsdiq olunmalıdır. Bu zaman “qara mühasibatlıq” sənədlərinin elektron və ya kağız daşıyıcıda olması hər hansı əhəmiyyət kəsb etmir. Həmçinin, “qara mühasibatlıq” sənədləri vergilərin hesablanması üçün məzmun baxımından yetərli və inandırıcılıq baxımından ağlabatan məlumatları əks etdirməlidir. Başqa sözlə, həmin sənədlərdəki məlumatlar iddiaçının sahibkarlıq fəaliyyətinə aid olmalı, məhz əlavə vergilərin hesablanmasına əsas verən onun sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatları (alış, satış, borc və s.), o cümlədən həmin əməliyyatların aid olduğu malları və ya xidmətləri (malın və ya xidmətin adı, çeşidi), onların miqdarını və qiymətini, əməliyyatlarla bağlı ödənişləri, əməliyyatların aparıldığı digər subyektləri müəyyən etməyə imkan verməlidir. Odur ki, vergi orqanı tərəfindən bu tələblərə cavab verməyən “qara mühasibatlıq” sənədlərindən istifadə olunmaqla vergilərin hesablanması yolverilməzdir.
21. İddiaçıya aid olduğu güman edilən yaddaş kartında müəyyən rəqəmlər sadalanmış, həmin rəqəmlərlə riyazi əməliyyatlar aparılmışdır ki, qeyd olunan məlumatlar konkret dövr üzrə real istehsal həcmini müəyyən etməyə imkan vermir. Belə ki, həmin məlumatlardan iddiaçının həqiqətən hər hansı əməliyyat aparmasını və bu əməliyyatın onun tərəf müqabili tərəfindən həqiqətən qəbul edilməsini (məsələn, alqı-satqı, təhviltəslim, xidmət göstərilməsi və s.) müəyyən etmək qeyri-mümkündür. Beləliklə, cavabdeh, inzibati orqan kimi, yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmalı, başqa sözlə, iddiaçının real istehsal dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etməli idi. Lakin cavabdeh, bunu etməyərək, əlavə araşdırma aparmadan, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktların qəbul edilməsini zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərarlar qəbul etmişdir.
22. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
23. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının Konstitusi yası Maddə
73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
26. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqın da qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1 və 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.1 və 23.1.2 (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericili klə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara, birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüququdur. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanl arı tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67.1 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasib at uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi m əlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 67.2 (Mübahisəli dövrdə q üvvədə olan redaksiyada). Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 67.3 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fə aliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Maddə 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Maddə 67.14 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 83.9 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəə t (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. 27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1 İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutla rla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılı r.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şa mil olunmur. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələnd irildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi mar ağı və məqsədi cavabdeh tərəfindən barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********702300, **********707800, **********708500, **********712000, **********716800, **********724100, **********731700, **********738600, **********742100, **********745200 nömrəli qərarların ləğv edilməsinə nail olmaqdan ibarətdir.
35. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən kameral vergi qərarlarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
36. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
37. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
38. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, cavabdeh, iddiaçıya münasibətdə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı əldə olunmuş elektron daşıyıcıda (fləşkartda) olan məlumatlara (“qara mühasibatlıq” məlumatlarına) əsasən, onun xx.xx.2022-xx.xx.2023-cü il fəaliyyət dövrünə aid bəyannamə məlumatlarında əks olunmayan 179387,29 manat dəyərində satış dövriyyəsinin müəyyən edildiyinə və həmin dövrlər üzrə ƏDV bəyannaməsinin vergi orqanına təqdim olunmadığına istinadən iddiaçıya mübahisələndirilən qərarlarla ƏDV hesablamışdır.
39. Məhkəmə kollegiyası, kassasiya instansiyası məhkəməsinin “qara mühasibatlıq” məlumatları əsasında aparılan hesablamalara münasibətdə formalaşmış təcrübəsinə uyğun olaraq bir daha bildirir ki, götürülən məlumatların vergi ödəyicisinə məxsusluğu və götürülən anda göstəriciləri əks etdirən formada rəsmiləşdirilməsi (hər vərəqənin çap olunmaqla səlahiyyətli şəxs tərəfindən imzalatdırılması və möhürlə təsdiqlənməsi) z əruridir. Götürülən məlumatların sonradan emal olunması artıq həmin məlumatların həqiqiliyini şübhə altına aldığından (müdaxilə imkanlarının mövcudluğuna görə) ona istinad olunaraq vergilərin hesablanması yolverilməzdir. Bununla yanaşı, götürülən məlumatlar Vergi Məcəlləsinin 12-ci maddəsi ilə müəyyən olunan vergitutma elementlərini – vergilərin hesablanması üçün məzmun baxımından yetərli və inandırıcılıq baxımından ağlabatan məlumatları əks etdirməlidir. Başqa sözlə, həmin məlumatlar iddiaçının sahibkarlıq fəaliyyətinə aid olmalı, hansı əməliyyatları (alış, satış, borc və s.), o cümlədən həmin əməliyyatların aid olduğu malları və ya xidmətləri (malın və ya xidmətin adı, çeşidi), onların miqdarını və qiymətini, əməliyyatlarla bağlı ödənişləri, əməliyyatların aparıldığı digər subyektləri mü əyyən etməyə imkan verməlidir. Eyni zamanda, əlavə vergilərin hesablanması üçün həmin məlumatlarda yazılan məbləğlərin pul vahidini ifadə etdiyi və vergi ödəyicisinə ödənildiyi aşkar müəyyən olunmalıdır. Başqa sözlə, “qara mühasibatlıq” məlumatları ehtimallar üzərindən qiymətləndirilməməli, oradakı göstəriciləri şübhə altına alacaq hər hansı imkana malik olmamalıdır. Bundan başqa, həmin məlumatlar onların həqiqiliyi baxımından inzibati icraat çərçivəsində vergi ödəyicisinin rəsmi əməliyyatları ilə müqayisəli şəkildə təhlil edilməli və üzləşdirmə aparılmalı, qarşı tərəf vergi ödəyicilərinin münasibəti öyrənilməli, bir sözlə götürülən məlumatların həqiqiliyi istiqamətində yetərli araşdırma aparılmalıdır.
40. Hazırkı mübahisəyə münasibətdə isə, cavabdehin istinad etdiyi məlumatlar yuxarıda qe yd edilən qaydada yoxlanılmamışdır. Hesablamada istinad olunan elektron daşıyıcıda (fləşkartda) olan məlumatların iddiaçıya məxsusluğunun sübut olunmaması ilə yanaşı, həmin məlumatlar vergitutma elementlərini də özündə əks etdirmir.
41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq həm də qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılma sından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.
42. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 21(103)-347/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.