Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1639/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əlilliyin müəyyən olunması, orqanizmin funksiyalarının pozulma faizi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarş ı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 2- 1(103)-389/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 1993-cü ildə Xətai RHK tərəfindən hərbi xidmətə çağırılmışdır.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 1561 nömrəli qərarına əsasən iddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin dekabr ayında aldığı və xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri üzrə diaqnozu: “Odlu silah mərmi pa rtlamasından sonrakı başın sağ təpə nahiyəsində bir ədəd, ənsə nahiyəsinin sol yarısında bir ədəd, sağ budun bayır-arxa səthində iki ədəd köhnə çapıq toxumalar” - “Hərbi tavmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir.
3. Bundan sonra, iddiaçının müraciətinə əsasən Bakı 7 nömrəli Şəhər Poliklinikasının göndərişləri əsasında TSEK tərəfindən baxılaraq aşağıdakı qərarlar qəbul edilmişdir: - xx.xx.2019-cu il tarixli göndərişi əsasında əlillik vəziyyətinə onda müəyyən edilmiş ““X1: V Sinif- Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 – Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...; Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş-beyin travmati k xəstəliyi nəticəsində üzvi ifadəli şəxsiyyət dəyişikliyi, emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış və tez-tez dekompensasiyalarla.Anamnezində qıcolma tutmaları.” – diaqnozu üzrə xəstəliyinə əlillik təyin edilməsindən, göndərişin natamam doldurulması (Diaqnoz və ağırlaşmaları təstiq edən müxtəlif diaqnostik və laborator müayinələrin olmaması səthi yazılışı və təsdiq etməməsi ixtisaslı həkim müayinələrin qeyd edilməməsi”) səbəbi ilə, imtina verilmiş; -xx.xx.2019-cu il tarixli göndərişi əsasında əlillik vəziyyətinə baxılaraq “X1: V Sinif Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...; F07.0 Üzvi mənşəli şəxsiyyət pozu ntusu, Baş beyin travmatik xəstəliyi nəticəsində üzvi ifadəli şəxsiyyət dəyişikliyi, emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış və tez-tez dekompensasiyalarla. Anamnezində qıcolma tutmaları.” - diaqnozu üzrə də göndərişin natamam doldurulması (Xəstəliyin başlanma tarixi 1993-cü il qeyd olunmuşdur. Lakin müayinə və müalicə olunması 2019-cu ili əhatə edir.)” səbəbi ilə imtina verilmiş; -xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 – Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F06 - Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəli...; Diaqnoz - Baş-beyin travmatik xəstəliyi nəticəsində kəskin ifadəli şəxsiyyət dəyişikliyi emosional davamsız tipli nəzərə çarpan davamlı tipli psixopata bənzər davranış və tez-tez dekompensasiyalarla. Anamnezində qıcolma tutmaları.” Olmaqla, qiymətləndirmə aparılaraq göndərişin natamam doldurulması (Xəstəliyin başlanma tarixi 12.1993-cü ildə göstərilsə də, son illərə qədər ambulator və stasionar müalicələr qeyd edilməyib.)” səbəbi ilə imtina verilmiş; - xx.xx.2020-ci il tarixli göndərişinə də baxılaraq “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 – Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F06 - Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəli...; “ Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozğunluqlar, BBT-İ nəticəsində kəskin ifadəli şəxsiyyət dəyişikliyi emosional davamsız t ipli nəzərəçarpan davamlı psixopatabənzər davranış dekompensasiyalarla, tez-tez olan qıcolma tutmaları (ayda 8 dəfə). – diaqnozu üzrə də göndərişin natamam doldurulması (Xəstələndiyi 1993-cü ildən 2019-cu ilədək olunan müayinə və müalicələr barədə məlumat verilmir.)” səbəbi ilə imtina verilmişdir. - xx.xx.2020-ci il tarixli göndərişi əsasında da “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...; “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş-beyin travmatik xəstəliyi nəticəsində üzvi ifadəli şəxsiyyət dəyişikliyi, emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış və tez-tez dekompensasiyalarla. Anamnezində qıcolma tutmala rı.”- diaqnozu üzrə xəstəliyi isə əlavə müalicəyə ehtiyacın olması, müalicəsinin davam etdirilməsi səbəbi ilə imtina qərarı qəbul edilmişdir. - xx.xx.2021-ci il tarixli sonuncu göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi..; Diaqnoz: “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Baş-beyin travması nəticəsində kəskin ifadəli şəxsiyyətin dəyişikliyi, emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış dekompensasiyalarla,tez-tez olan qıcolma tutmaları ilə (ayda 8 dəfə). Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Ba ş-beyin travması nəticəsində kəskin ifadəli şəxsiyyətin dəyişikliyi, emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış dekompensasiyalarla,tez-tez olan qıcolma tutmaları ilə (ayda 8 dəfə). Miopiya, OU-miopiya.” – xəstəliyi üzrə əlillik vəziyyəti də qiymətləndirilərək, bu dəfə artıq “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik təyinatından imtina barədə qərar qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məcburetmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ə lillik dərəcəsinin verilməsindən imtinasının qanunsuz hesab edilməsi və ona 2-ci dərəcə əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1993-1997-ci illərdə 1-ci Qarabağ müharibəsi iştirakçısı kimi hərbi xidməti döyüş bölgəsində keçmiş və Füzuli rayonunda ağır döyüşlərdə iştirak etmiş, döyüşlərdən birində yaxınlığında partlayan qrad partlayışında beyninə qəlpə girmişdir. Hospitala aparılmış və 1993-cü il dekabrında 7 gün komada yatmış, sonra hospitaldan çıxmış və dəfələrlə müalicələr almış, 1997-ci ildə isə tərxis olunmuşdur. Bundan başqa qeyd edir ki, dəfələrlə müxtəlif klinikalarda müalicələr almışdır: 2 dəfə Maştağa 7 saylı psixoloji klinikada, 3 dəfə Nəsimi rayon Polis İdarəs inin yanında yerləşən 2 nömrəli psixiatrik klinikada yataraq müalicələr almışdır. Dəfələrlə qeydiyyata düşməsə belə özəl klinikalarda müalicələr almış, ekspertizadan keçirilən zaman ona qoyulan diaqnozda qeyd edilmişdir ki, “üzvi mənşəli şəxsiyyət pozğunluğu, baş-beyin travması nəticəsində kəskin ifadəli şəxsiyyət dəyişikliyi, emosional davamsız tipli nəzərə çarpan davamlı psixopatabənzər davranış dekompensasiyalarla, tez-tez olan qıcolma tutmaları ilə (ayda 8 dəfə); baş beyin xəstəliyi, travması disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, baş-beyin travması nəticəsində kəskin ifadəli şəxsiyyət dəyişikliyi, emosional davranış tipli nəzərə çarpan davamlı psixopata bənzər davranış dekompensasiyalarla, tez-tez olan qıcolma tutulmaları ilə (ayda 8 dəfə); Miopiya, OUmiopiya.” Uzun illər bu xəstəlikdən əziyyət çəkir. Məhkəmənin qərarı ilə müharibə veteranı adı verilmişdir. Hazırda xəstəliyi çox kəskinləşib və artıq heç bir işdə işləyə bilmir. Yaşı ilə əlaqədar xəstəliyi ilə mübarizə aparmaq ona çox çətinləşib. Yanında bir adam olmasa xəstəliyi tutan zaman hər an ölə bilər. Əlilliyi ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən ona əlillik dərəcəsinin verilməsindən imtina olunmuşdur. İmtina barədə sistemdən çıxarış ona 18 avqust 2022-ci il tarixdə verilmişdir.
6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Bakı 7 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üz vi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...; Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Baş-beyin travması nəticəsində kəskin ifadəli şəxsiyyətin dəyişikliyi, emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış dekompensasiyalarla, tez-tez olan qıcolma tutmaları ilə (ayda 8 dəfə). Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Baş-beyin travması nəticəsində kəskin ifadəli şəxsiyyətin dəyişikliyi,emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış dekompensasiyalarla, tez-tez olan qıcolma tutmaları ilə (ayda 8 dəfə). Miopiya, OU-miopiya. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etm əməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə imtina verilmişdir. İddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli 0170003AAENU saylı göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2022-ci il tarixdə verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o 2022-ci ilin avqust ayında, yəni təxminən 9 ay sonra imtina qərarından məhkəməyə şikayət etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2-1(112)-403/2024 nömrəli qərarı ilə (hakim X2) iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıda müəyyən edilmiş diaqnozun əlillik əlaməti təyin etməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia tələbi təmin edilə bilməz.
9. İddiaçı apelyasi ya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 2-1(103)-389/2025 nömrəli qərarı ilə (hakimlər X5 (məruzəçi), X4 və X7) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2-1(112)403/2024 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilmiş, cavabdehin iddiaçıya əlillik dərəcəsi təyin edilməsindən imtina etməsi qanunsuz hesab edilərək İddiaçı İİ dərəcə (orqanizmin funksiyasının 61-80 faiz pozulması ilə) əlillik təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həval ə edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə tərəfindən iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-nə təyin olunmuş məhkəmə tibbi ekspertizası üzrə sözügedən qurum tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş rəydə ekspertlər tərəfindən tibbi sənədlərə əsasən və ekspertlər tərəfindən iddiaçının müayinəsi nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıda: -“(F07.0) Üzvi mənşəli şəxsiyyət pozğunluğu(),Baş-beyin travması nəticəsində kəskin ifadəli şəxsiyyətin dəyişikliyi, emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış dekompensasiyalarla,tez-tez olan qıco lma tutmaları ilə (ayda 8 dəfə). Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Baş-beyin travması nəticəsində kəskin ifadəli şəxsiyyətin dəyişikliyi, emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış dekompensasiyalarla, tez-tez olan qıcolma tutmaları ilə (ayda 8 dəfə). (H52).1Miopiya, OU-miopiya.” Diaqnozundan əziyyət çəkdiyi, bununla yanaşı onda “onda F07.8” -baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, baş beynin travması nəticəsində kəskin ifadəli şəxsiyyət dəyişikliyi emosional davranış “ kimi ağırlaşma müəyyən olunmuşdur (Qeyd olunmalıdır ki, iddiaçının məhkəmə prosesləri zamanı onun danışığında, hərəkətlər ində aşkar surətdə hiss olunur və görünürdu.)
12. Lakin rəydə bu qeyd olunanlara rəğmən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci 187 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən qiymətələndirmənin bir qayda olaraq, onların səlahiyyətinə aid olmadığını əsas gətirərək, bu qəbildən olan həmin suallara cavab verməkdən çəkinən ekspertlər, bu rəydə iddiaçıda aşkar edilən həmin diaqnozun Meyarların hər hansı maddəsinə şamil edilməsinə əsas vermədiyi qeyd edilmişdir. Halbuki, bununla razılaşmaq qəti mümkün deyil. Çünki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən Qərarı ilə təsdiq olunmuş “Əlilliyin müəyyən olunması meyarları”da (əlavəsində) 7.6.2-ci bəndinə əsasən: - üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0) və baş beynin xəstəliy i, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları (F07.8) xəstəlikləri - məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurətini yaradan - İİ dərəcə (orqanizmin funksiyasının 61-80 faiz pozulması) əlillik təyinatına əsas verən meyar kimi müəyyən edilmişdir.
13. Qeyd olunanlardan göründüyü kimi, Poliklinika tərəfindən iddiaçıya əlillik təyinatı aparılması üçün 088 forma göndərişin verilməsi "Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5-ci tələblinə uyğun olduğu və ona İİ dərəcə əlillik təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir.
14. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri
15. Şikayətdə apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticənin qanuni olmadığı vurğulanaraq bildirilir ki, Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Ali Məhkəməsi “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” İcmalında qeyd edilənləri nəzərə almadan əsassız qərar qəbul etmişdir. Diaqnozların nəticəsindən aydındır ki, iddiaçı barəsində həmin göndərişlər əsasında əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməsi mümkün olmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
17. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Konvensiya (Azərbaycan Respublikası bu Konvensiyaya qoşulmuşdur). Maddə
12. Qanun qarşısında bərabərlik...
4. İştirakçı dövlətlər hüquq qabiliyyətinin həyata keçirilməsi ilə bağlı bütün tədbirlərin, insan hüquqlarına dair beynəlxalq hüquqa uyğun olaraq, sui-istifadə hallarının qarşısını almaq üçün lazımi və səmərəli təminatları nəzərdə tutmasını təmin edirlər. Bu cür təminatlar hüquq qabiliyyətinin həyata keçirilməsi ilə bağlı tədbirlərin şəxsin hüquqlarına, iradəsinə və seçimlərinə hörmət edilməsinə yönəlməsini, maraqların münaqişəsindən və yersiz təsirdən azad olmasını, bu şəxsin şəraitinə mütənasib olmasını və onlara uyğun qurulmasını, mümkün qədər qısa müddət ərzind ə tətbiq edilməsini və müntəzəm olaraq səlahiyyətli, müstəqil və qərəzsiz orqan və ya məhkəmə instansiyası tərəfindən yoxlanmasını təmin etməlidir. Bu təminatlar bu cür tədbirlərin həmin şəxsin hüquq və maraqlarına toxunduğu dərəcədə olmalıdır. 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə
73. İnzibati şikayətin verilməsi müddə ti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 19. “Əlilliyi olan şəxslərin hüquqları” haqqında Azərbaycan Respublikasının Qanunu Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəy yən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli 2020-ci il 16 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası
1. Ümumi müddəalar... 1.6.Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
3. Əlillik səb əbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qə rar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqq ında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 3 8.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelly asiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassa siya baxışının hədləri
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi ona ikinci dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasına nail olmaqdan ibarətdir.
25. Birinci instansiya məhkəməsi iddiaçının mövqeyini qanunvericiliyə zidd hesab etsə də, apellyasiya instansiya məhkəməsi iddiaçının tələbini qanuni hesab edərək verilmiş iddianı tə min etmiş və iddiaçıya İİ dərəcə (orqanizmin funksiyasının 61-80 faiz pozulması ilə) əlillik müəyyən edilməsi öhdəliyini cavabdehə həvalə etmişdir.
26. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olması səbəbi ilə ləğv edilməsini xahiş edir.
27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
28. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticəni aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir. İddia müddəti
29. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun m ümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsin ə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
30. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sa yılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
31. Hazırki iş üzrə iddiaçı tərəfindən qaldırılmış iddia məcburetmə haqqında iddia növünə aiddir. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı müəyyən inzibati aktın qəbul edilməsi üçün inzibati orqana müraciət edir. İnzibati orqan belə aktın qəbul edilməsindən imtina etdiyi təqdirdə müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində iddia qaldırmaq mümkündür. Başqa sözlə məcburetmə haqqında iddiaçılar iddia müddəti 30 gün təşkil edir və bu zaman müddət axımı müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan hesablanır.
32. İş materiallarından müəyyən edilir ki, iddiaçı barəsində sonuncu göndəriş xx.xx.2021-ci il tarixdə verilmiş, xx.xx.2021-ci il tarixdə isə o əyani müayinə edilmişdir (iş vər 30,47), iddia ərizəsi isə xx.xx.2022-ci il tarixdə (iş vər 1) birinci instansiya məhkəməsinə verilmişdir.
33. Növbəti apelyasiya baxışı zamanı məcburetmə haqqında iddiaya xas olan iddia müddəti ilə bağlı mümkünlük şərti yoxlanılmalı, iddiaçının sonuncu göndərişi nə zaman əldə etdiyi müəyyən edilməlidir.
34. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında xx.xx.2023-cü il tarixli iddiaçının müayinəsinə dair sənəd mövcuddur (iş vər 59). Apell yasiya məhkəməsi bu sənəd ətrafında da araşdırma həyata keçirilməli, sənədin təqdim edilmə səbəbi müəyyən edilməli, zərurət yaranarsa bununla bağlı tələbdə dəqiqləşdirilmə aparılmalıdır. Xəstəliklərin əlilik təyininə əsas olması
35. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 1561 nömrəli qərarına əsasən iddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin dekabr ayında aldığı və xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri üzrə diaqnozu: “Odlu silah mərmi partlamasından sonrakı başın sağ təpə nahiyəsində bir ədəd, ənsə nahiyəsinin sol yarısında bir ədəd, sağ budun bayır-arxa səthində iki ə dəd köhnə çapıq toxumalar” “Hərbi tavmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir.
36. İddiaçı barəsində verilmiş xx.xx.2021-ci il tarixli, eləcə də xx.xx.2023-cü il tarixli göndərişlə bağlı inzibati orqan tərəfindən verilmiş inzibati aktda iddiaçının diaqnozu “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Baş-beyin travması nəticəsində kəskin ifadəli şəxsiyyətin dəyişikliyi, emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış dekompensasiyalarla,tez-tez olan qıcolma tutmaları ilə (ayda 8 dəfə). Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Baş-beyin travması nəticəsində kəskin ifadəli şəxsiyyətin dəyişikliyi, emosional davamsız tipli nəzərəçarpan davamlı psix opatabənzər davranış dekompensasiyalarla,tez-tez olan qıcolma tutmaları ilə (ayda 8 dəfə).-kimi göstərilmişdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, növbəti apellyasiya baxışı zamanı göndəriş əsasında tərtib edilmiş inzibati aktda olan diaqnozdakı xəstəliklərin Azərbaycan Respublikası ərazi bütövlüyü ilə bağlı aldığı xəsarətlərlə səbəbli əlaqəsinin olub olmaması araşdırılmalıdır. İddiaçıda olan xəstəliklərin Əsasnamədə və Meyarlarda mövcudluğu
38. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda da göstərildiyi kimi iddiaçı barəsində xx.xx.2021-ci il tarixli, eləcə də iş birinci instansiya məhkəməsinin icraatında olarkən inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş əlilliyin müəyyən edilməsindən imtina edilməsi ilə bağlı inzibati aktlar mövcuddur. 39. xx.xx.2021-ci il tarix li inzibati akt qəbul edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə, xx.xx.2023-cü il tarixli inzibati akt qəbul edilərkən isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” qüvvədə olmuşdur.
40. Növbəti apellyasiya baxışı zamanı hər iki göndərişdə qeyd edilmiş xəstəliklərin müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə, həmçinin Azərbaycan Respubl ikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” da mövcudluğu müəyyən edilməlidir.
41. Əgər yuxarıda qeyd edilən bütün hallar araşdırıldıqdan sonra (iddianın mümkünlük məsələsi əvvəlcə yoxlanılmalıdır) iddiaçıda olan xəstəliklərin yuxarıda qeyd edilən normalarda mövcudluğu halı müəyyən edilərsə, iddiaçıda olan xəstəliyin sadəcə adı qeyd edilməməli, eyni zamanda onun xəstəliyinin hansı altbəndə uyğun gəlməsi, orqanizmin funksiyalarının pozulması faizi və əlilliyin müddəti də müəyyən edilməlidir.
42. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, yalnız yuxarıda göstərilən halları araşdırmaqla obyektiv həqiqətə nail olmaq mümkündür.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayət i üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
44. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayə t iddianın təmin edilməməsi hissəsində rədd edilməlidir.
45. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 21(103)-389/2025 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.