Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1644/2025 10.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, ümumi iş stajının mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 yanvar 2025-ci il tarixli, 2-1(103)636/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1970ci il tarixdə doğulmuş, onun 52 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur.
2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran Rayon Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 111 nömrəli arayışdan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı, həqiqətən, 1988-ci ilin may ayının 22-dən 1990-cı ilin may ayının 28- dək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş və xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 1992-ci ilin iyul ayının 7-dən 1992-ci ilin sentyabr ayının 9-dək hərbi xidmət keçmişdir və Azərbaycan Respublikasının müharibə veteranıdır. xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Cəbrayıl rayonu ərazisində döyüşlərdə iştirak etmişdir. 15 avqust 1992-ci il tarixdə əməliyyatlarda sol əlindən və dizindən qəlpə yarası almışdır (Əsas: "Müharibə veteram” vəsiqəsi MA/ № 068194 və hərbi bilet H3 №-5693552).
3. İddiaçıya məxsus ИТ-İ seriyalı ******* saylı xx.xx.1992-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1992-ci il tarixdə 40 saylı xx.xx.1992-ci il tarixli əmrə əsasən 15 nömrəli ixtisaslaşdırılmış təmir-tikinti sahəsinə tikinti ustası vəzifəsinə qəbul edilmişdir. xx.xx.1993-cü il tarixli 34 nömrəli əmrə əsasən işdən azad edilmişdir.
4. İddiaçıya məxsus ИТ-İ seriyalı ******* saylı xx.xx.1993-cü il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1993-cü il tarixdə 189 saylı xx.xx.1993-cü il tarixli əmrə əsasən 28 May adına NQÇİ-də bir il müddətinə 2 nömrəli NQÇS-nın 8 nömrəli DDÖ-nə 2-ci dərəcəli operator qəbul edilmişdir. xx.xx.1994-cü il tarixdə 06 saylı xx.xx.1994-cü il tarixli əmrə əsasən ona həmin peşə üzrə 4-cü dərəcə verilmişdir. xx.xx.1995-ci il tarixdə 54k saylı xx.xx.1995-ci il tarixli əmrə əsasən struktur dəyişikliyi ilə əlaqədar 15 nömrəli DDÖ-də 4-cü dərəcə operator vəzifəsinə keçirilmişdir. xx.xx.2002-ci il tarixdə 69 say lı xx.xx.2002-ci il tarixli əmrə əsasən ona həmin peşə üzrə 5ci dərəcə təqdim edilmişdir. xx.xx.2005-ci il tarixdə 13-k saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən əmək müqaviləsində qeyd edilmiş dəyişikliyə müvafiq olaraq həmin özüldə 11-ci dərəcəli neft-qazçıxarma ustası keçirilmişdir. xx.xx.2008-ci il tarixdə 423 saylı xx.xx.2008ci il tarixli əmrə əsasən əməyin ödənilməsi üzrə 12-ci dərəcə verilmişdir. xx.xx.2023-cü il tarixdən hal-hazıradək işləyir.
5. Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M232549/2023 nömrəli məktubda qeyd olunmuşdur ki, Mərkəzi Filiala təqdim edilən Şabran rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 61 nömrəli arayışında Şabran rayon “Rəhimli” südçülük-tərəvə zçilik sovxozunda işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün cavabdeh tərəfindən aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq 1985-ci ilin may-sentyabr, 1986-cı ilin iyundekabr, 1987-ci ilin yanvar-avqust ayları üzrə əməkhaqqı ödənildiyi qeyd edilmişdir. Həmçinin, 1988-ci il və digər dövrlərdə əməkhaqqı cədvəllərində adına rast gəlinmədiyi bildirilib. Bu fakt Şabran Rayon Dövlət Arxivinin 23 avqust 2023-cü il tarixli birgə aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az (19 il 8 ay 15 gün (1985-ci il üzrə 5 ay, 1986-cı il üzrə 7 ay, 1987-ci il üzrə 8 ay, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1992-ci il, ( xx.xx.1992-xx.xx.1992-ci il iki qat ölçüdə) xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1993xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ var.
6. Şabran (keçmiş Dəvəçi) rayon Rəhimli südçülük-tərəvəzçilik sovxozunun əmrlər kitabından arxiv arayışından görünür ki, Uzunboyad kənd orta məktəbinin əmrinə əsasən şagird istehsalat manqası təşkil edilmişdir (Əmr № 78; 23 aprel 1984-cü il). İddiaçı öz ərizəsinə əsasən 4 saylı briqadaya fəhlə qəbul edilmiş, əməkhaqqı işlədiyi g ündən verilmişdir (Əmr № 85; 15 may 1985-ci il). Məntəqənin fəhlələrinin maddi marağını artırmaq üçün sovxoz həmkarlar təşkilatının razılığına əsasən İddiaçı (40 manat) maddi həvəsləndirmə fondundan mükafatlandırılmışdır (Əmr № 217; Oktyabr 1986-cı il). Meyvətərəvəz çeşidləmə məntəqəsinin fəhlələrinin yaxşı işlərinə görə sovxoz həmkarlar təşkilatının razılığına əsasən İddiaçı maddi həvəsləndirmə fondundan mükafatlandırılmışdır (Əmr № 155; 18 avqust 1987-ci il). İddiaçı (15 manat) pul mükafatı ilə mükafatlandırılmışdır (Əmr № 196; 22 oktyabr 1989-cu il). Rəhimli südçülük-tərəvəzçilik sovxozunun 1990-ci ilə kimi olan əmrlər kitablarına tam baxılmış, lakin İddiaçı işdən azad olması barədə əmrə təsadüf edilməmişdir.
7. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və S ənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 2085 nömrəli arxiv arayışına əsasən İddiaçı Ağabəy oğlu həqiqətən, 11 avqust 1987-ci il tarixində 482 saylı əmrlə Bakı Neft Texnikumunun əyani şöbəsinə qəbul olunmuşdur. 26 aprel 1988-ci il tarixində 222 saylı əmrlə hərbi xidmətə getdiyinə görə ona akademik məzuniyyət verilmişdir. 05 oktyabr 1990-cı il tarixdə 535 saylı əmrlə hərbi xidmətdən gəldiyi üçün öz ixtisası üzrə əyani şöbəyə bərpa edilmişdir. 02 iyul 1992-il tarixdə 232 saylı əmrlə “Neft və qaz quyularının istismarı” ixtisası üzrə əyani şöbədə tam kursu bitirdiyinə görə ona “texnik-texnoloq” ixtisas dərəcəsi və müvafiq diplom verilmişdir. Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.1997-ci il tarixli, 101/s nömrəli əm rilə Bakı Neft Texnikumu ilə Bakı Baza Energetika texnikumu birləşdirilərək Bakı NeftEnergetika Kolleci yaradılmışdır.
8. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “28 May” Neft-Qazçıxarma İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 01-03/61 nömrəli şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, İddiaçı “28 May” Neft və Qazçıxarma İdarəsində çalışdığı peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş müvafiq peşəyə uyğundur: Neft və qazçıxarma üzrə operator, 1100000a -15824 neft və qaz hasil atı üzrə operatorlar, xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək, № 189-k xx.xx.1993. Neft və qazçıxarma üzrə operator, 1100000b-23187 - neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində) məşğul olan ustalar xx.xx.2005-ci il tarixdən halhazıradək, № 13-k xx.xx.2005. Siyahıda nəzərdə tutulmuş peşələrdə ümumi sığorta (əmək) stajı 29 il 10 ay 9 gün təşkil edir.
9. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Şabran Rayon İcra Hakimiyyəti Şabran Rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 32 nömrəli arxiv arayışında qeyd edilir ki, R.X1 Şabran Rayon Filialında Rəhimli südçülük-tərəvəzçilik sovxozunda 1984-1987-ci illərdə əmək fəaliyyəti barədə müvafiq məlumatlar var: 23 aprel 1984-cü ildə 78 nömrəli əmrlə Rəhimli südçülük-tərəvəzçilik so vxozuna şagird istehsalat manqası tərkibində olmaqla fəaliyyətə başlamışdır. 15 may 1985-ci ildə 85 nömrəli əmrlə 4 saylı briqadaya fəhlə qəbul edilmişdir. 30 oktyabr 1985-ci ildə 195 nömrəli əmrlə sovxozda tərəvəz məhsullarının yığılmasında və göndərilməsində işçi qüvvəsinə ehtiyacın olmasını nəzərə alaraq, Uzunboyad məktəbinin yuxarı sinif şagirdlərinin qüvvəsindən də istifadə olunması zəruridir. Ona görə də adları aşağıda qeyd olunmuş yuxarı sinif şagirdlərinə dərsdən sonra əlavə və istirahət günlərində işləmək üçün icazə verilməlidir. Dərsdən sonra və istirahət günlərində 4 saat işləmək üçün icazə verilməlidir. İddiaçı 28 oktyabr 1986-ci ildə 217 nömrəli əmrlə 40 manat həcmində mükafat verilmişdir. 18 avqust 1987-ci ildə 155 nömrəli əmrlə 25 manat həcmində mükafat verilmişdir. 23 apr el 1984-cü ildən 1990-cı ilə kimi olan əmrlər kitabına tam baxılmış, lakin İddiaçı işdən azad olma əmrinə təsadüf olunmamışdır.
10. İddiaçı cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli məktubla onun ümumi iş stajının 20 ildən az olmasını əsas gətirərək, müraciətin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq staj və yaş tələbləri əsas götürülməklə, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
12. İddiaçının tələbi hazırkı qərarın 1-9-cu bəndlərində sadalanan faktiki hallara istinad edilməklə əsaslandırılmışdır.
13. Cavabdehin iddia tələbinə yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı R.X2 təqdim etdiyi Şabran rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 61 nömrəli arayışında Şabran rayon “Rəhimli” südçülük-tərəvəzçilik sovxozunda işlədiyi qeyd olunmuşdur. Qeyd olunan müəssisədəki iş stajına aid sənədlərdə məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq 1985-ci ilin maysentyabr, 1986-cı ilin iyun-dekabr, 1987-ci ilin yanvar-avqust ayları üzrə iddiaçıya əməkhaqqı ödənildiyi qeyd edilmişdir. Həmçinin, 1 988-ci il və digər dövrlərdə əməkhaqqı cədvəllərində iddiaçının adına rast gəlinmədiyi bildirilmişdir. Bu fakt Şabran rayon Dövlət Arxivinin 23 avqust 2023-cü il tarixli birgə aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də İddiaçı 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az (19 il 8 ay 15 gün (1985-ci il üzrə 5 ay, 1986-cı il üzrə 7 ay, 1987-ci il üzrə 8 ay, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1992-ci il, (xx.xx.1992-xx.xx.1992-ci il iki qat ölçüdə) xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göründüyü kimi, qanunla tələb olunan şərt ödənilmir. Qeyd olunanları nəzərə alaraq İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımınd an mümkün hesab edilmir.
14. Bakı İnzibati Məhkəməsinin (hakim: A.M.Almazova) 05 iyul 2024-cü il tarixli, 21(112)-3904/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
15. Birinci instansiya məhkəməsinin əsaslandırması: 15.1. İddiaçının Rəhimli südçülük-tərəvəzçilik sovxozunda 1984-1987-ci illərdə əmək fəaliyyəti barədə müvafiq məlumatların X3 rayon filialında olması, onun 15 may 1985-ci ildə 85 nömrəli əmrlə 4 saylı briqadaya fəhlə qəbul edilməsi, ona 28 oktyabr 1986-ci ildə 217 nömrəli əmrlə 40 manat, 18 avqust 1987-ci ildə 155 nömrəli əmrlə 25 manat həcmi ndə mükafat verilməsi, 23 aprel 1984-cü ildən 1990-cı ilə kimi olan əmrlər kitabına tam baxılmasına baxmayaraq, onun işdən çıxması ilə bağlı əmrin və ya hər hansı bir qeydin olmaması iddiaçının ən azı xx.xx.1985-xx.xx.1987-ci illər arasında Rəhimli südçülük-tərəvəzçilik sovxozunda fasiləsiz və sabit şəkildə işləməsini təsdiq edir və həmin dövr bütövlükdə onun iş stajı kimi nəzərə alınmalıdır. 15.2. Belə olan halda, iddiaçının xx.xx.2006-cı ilədək ümumi iş stajı ən azı 20 il təşkil edir. Bundan başqa, iddiaçının xx.xx.1992-xx.xx.1992-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirakı dövrü ikiqat deyil, üçqat ölçüdə hesablanmalıdır. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasının xx.xx.2005-ci ilədək q üvvədə olan redaksiyasına əsasən: Pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti - üçqat ölçüdə... Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının ən azı 20 il olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının pensiya hüququnun təmin edilməməsi qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə artıq yük qoymuşdur.
16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası m əhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: E.Ə.Əliyev /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və X.A.Cəmilova) 30 yanvar 2025-ci il tarixli, 21(103)-636/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2-1(112)-3904/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışıdr.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
20. Cavabdehin kassasiya şikayətinin əsasını iddiaçının müraciətin dən imtinada, etirazda və apellyasiya şikayətində qeyd olunanlar təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilm əsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.... Maddə
3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər... 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən t am əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə
21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta sta jına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:... Maddə 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. M a d d ə
32. Əmək pensiyasının təyin edilməsi müddətləri Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 23. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (qüvvədən düşüb): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər- istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; “Vətəndaşların pensiya tə minatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.... Maddə 67. 3 “v”. İş stajına hərbi (alternativ) xidmət müddəti də daxil edilir. Həmin Qanunun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasının xx.xx.2005-ci ilədək qüvvədə olan redaksiyasına əsasən - döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti — üçqat ölçüdə hesablanır.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Mə cəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsin də şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilm iş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Apellyasiya instansiya məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qan unun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin, o cümlədən ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
33. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
35. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəli r. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
36. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir. 37. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
38. Bu qərarın yuxarıda istinad olunan normalarının müddəaları baxımından iddiaçıya 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 20 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 10 ilinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajının, yəni ümumi iş stajının və güzəştli pensiya hüququ verən stajın həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanılması.
39. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.
40. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən güzəştli iş stajının mövcudluğu və iddiaçının tələb olunan yaşa çatması işin mübahisəsiz halıdır.
41. Həmçinin qeyd edilməlidir ki, cavabdehin imtina məktubunda iddiaçının ümumi iş stajının xx.xx.2006-cı il tarixədək 20 ildən az olduğu bildirilmişdir. Qeyd edildiyi kimi, iddiaçının hazırkı tələbi üzrə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə xx.xx.2006-cı il tarixədək 20 il ümumi əmək stajı tələb olunur ki, iddiaçının da 20 ildən artıq ümumi əmək stajına malik olduğu apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılmış məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir. Obyektiv araşdırma prinsipinin tələbinə görə, inzibati orqan inzibati icraat çərçivəsində şəxsin müraciətinin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur və işin bütün hallarının araşdırılması onun xidməti vəzifəsindən irəli gəlir. Şəxsin müraciətinin təmin edilibedilməməsi qənaətinə gələrkən cavabdeh məhz qanunvericiliyin tələblərinə uyğun aparılmış inzibati icraatın nəticəsinə əsaslanmalıdır.
42. İddiaçının tələb olun an 20 il ümumi iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının qeyd olunan dövrdə işləməsi əmək kitabçasında müvafiq qeydiyyat aparılmaqla və müvafiq arxiv arayışları ilə öz təsdiqini tapdığından, qanunvericiliyin tələbinə əsasən həmin dövr onun sosial sığorta stajına daxil edilməlidir.
43. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr düzgün olaraq qeyd etmişlər ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasının xx.xx.2005-ci ilədək qüvvədə olan redaksiyasına əsasən - döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti — üçqat ölçüdə hesablandığından iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində 1992-ci ilin iyul ayının 7-dən 1992-ci ilin sentyabr ayının 9-dək xidməti üçqat ölçüdə hesablanmalıdır.
44. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq göstərmişdir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əməkhaqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər he sab olunur. İddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud hər hansı səbəbdən saxlanılmaması həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Cavabdehin inzibati orqanın istinad etdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu hal müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Odur ki, iddiaçının təqdim etdiyi əmək kitabçası, iddiaçının sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edilm əlidir.
45. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 yanvar 2025-ci il tarixli, 21(103)-636/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.