Məhkəmə qərarları › İş №2-1(102)-1646/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1646/2025

22.08.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1646/2025 22.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Sosial Sığorta və Fərdi X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: vəkillik fəaliyyətindən əldə edilən gəlirləri nəzərə alınmaqla əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair müavinətin hesablanaraq ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), İspəndiyar Şəfiyev və Sərvər Vəliyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət S osial Müdafiə Fondu X3 Sosial Sığorta və Fərdi X1rşı “vəkillik fəaliyyətindən əldə edilən gəlirləri nəzərə alınmaqla əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair müavinətin hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 fevral 2025-ci il tarixli, 2-1(103)-569/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “AAA” Vəkil Bürosunun 10 aprel 2023-cü il tarixli arayışına əsasən iddiaçının 2019-cu ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək olan dövr üzrə 2020-ci ilin iyul ayı üzrə gəliri 400 manat, 2020-ci ilin sentyabr ayı üzrə gəliri 20 000 manat, 2020-ci ilin oktyabr ayı üzrə 10945 manat təşkil etmişdir.

2. Sığortaolunanın hesabından çıxarışa əsasən iddiaçının yanvar 2006 - dekabr 2023 dövr üzrə cəmi gəliri 186037,50 manat təşkil etmiş, ona 20745,40 manat məcburi dövlət sosial sığorta haqqı hesablanmış, 15329,56 manat ödənilmişdir.

3. SN 00006 seriyalı, 933039 nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək COVİD-19 virusuna yoluxması ilə bağlı işdən azad edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X4 Mərkəzi Filialının 05 iyun 2023-cü il tarixli, 3-17-1/2-A-126 056/3/2023 saylı imtinasının və müavinətin məbləğinin hesablanması ilə əlaqədar hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçının vəkillik fəaliyyətindən əldə edilən gəlirləri nəzərə alınmaqla əmək qabiliyyətinin müavəqqəti itirilməsinə dair müavinətin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

5. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının vəkillik fəaliyyətindən əldə edilən gəlirləri nəzərə alınmaqla əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair 14 dekabr 2020-ci il tarixindən 05 fevral 2021-ci il tarixinədək olan dövr üzrə müavinətin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3in Sosial Sığorta və X4 Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin Cinayət prosesi kafedrasının baş müəllimi vəzifəsində işləyir. O, həmçinin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaqla “AAA” Vəkil Bürosunda vəkillik fəaliyyəti ilə məşğul olur. İddiaçının xəstəliyi ilə əlaqədar ona 14 dekabr 2020-ci ildən 06 fevral 2021-ci ilədək SN 00006 933039 saylı əmək qabiliyyətinin olmaması vərəqəsi verilmişdir. Əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə müavinətin ödənilməsi üçün iddiaçının iş yeri Bakı Dövlət Universiteti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X4 Mərkəzi Filialına müraciət edilmişdir. Xəstəlik vərəqəsi ilə birlikdə iddiaçının əsas iş yerindən, habelə vəkillik fəaliyyətindən əldə etdiyi gəlirlər haqqında “AAA” Vəkil Bürosu tərəfindən verilmiş arayış da cavabdehə təqdim edilmişdir. Çox uzun müddət keçdikdən və haqq-hesab cədvəli dəfələrlə qaytarıldıqdan sonra cavabdeh tərəfindən cari ilin may ayında 1050 manat müavinət hesablandığı və bu hesablama zamanı iddiaçının vəkillik fəaliyyətindən əldə edilən gəlirlərin nəzərə alınmadığı, nəticədə müavinətin düzgün hesablanmadığı məlum olmuşdur. Cavabdehin 05 iyun 2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, iddiaçının Bakı Dövlət Universitetindən başqa hər hansı işəgötürənlə əmək müqavi ləsi olmadığı məlum olmuşdur. Qüvvədə olan qanunvericilikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsi üçün sadəcə əmək müqaviləsinin olması tələbi mövcud deyildir. “AAA” Vəkil Bürosu tərəfindən iddiaçının vəkillik fəaliyyətinə görə məcburi dövlət sosial sığorta haqları ödənilmiş, vergi orqanına müvafiq hesabat təqdim edilmişdir. Cavabdehin 05 iyun 2023-cü il tarixli imtinasından yuxarı inzibati orqana, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə şikayət edilmişdir. İnzibati şikayətin qeydə alınmasından iki aya yaxın müddət keçdikdən sonra 26 avqust 2023-cü ildə daxil olmuş cavab məktubunda müraciətə 05 iyun 2023-cü il tarixli, 3-17-1/2-A-126056/3/2023 saylı məktubla cavab verildiyi bildirilmişdir. Beləliklə, inzibati şikayətə qanunla müəyyən o lunmuş qaydada və müddətdə baxılmamış, lüzumsuz vaxt itkisinə yol verilməklə, eyni inzibati orqan tərəfindən, eyni mövqe nümayiş etdirilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-2377/2024 saylı qərarı ilə (hakim E.Abdullayev) İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3in Sosial Sığorta və Fərdi X1rşı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanaraq ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının vəkil kimi fəaliyyət göstərdiyi “AAA” vəkil bürosunun iddiaçının gəlirlərindən 2020-2023-cü illər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi cədvəlindən görünür ki, iddiaçının 2020-ci ilin aprel ayı üzrə gəlirinə 168 manat məcburi dövlət sosial sığorta haqqı hesablanmışdır. Cədvəlin ödəniş ili qrafasından görünür ki, həmin məbləğ 2021-ci ildə ödənilmişdir. 2020-ci ilin may ayında iddiaçıya 168 manat məcburi dövlət sosial sığorta hesablanmış və həmin məbləğ də 2021ci ildə ödənilmişdir. İddiaçıya 2020-ci ilin iyun ayında hesablanmış 160 manat məcburi dövlət sosial sığorta haqqı da həmin ildə deyil növbəti, yəni 2021-ci ildə ödənilmişdir. İddiaçıya 2020-ci ilin iyul ayında hesablanmış 40 manat, sentyabr ayında 2000 manat, oktyabr ayında 1044,80 manat, noyabr ayında 761,75 manat məcburi dövlət sosial sığorta haqları üzrə borclar da növbəti illərdə ödənilmişdir. Buradan belə görünür ki, iddiaçının əmək qabiliy yətini itirdiyi xx.xx.2020-ci il tarixinədək onun məcburi dövlət sosial sığorta haqqı üzrə borcları tam ödənilməmişdir. “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də isə sərbəst peşə adamlarına əmək qabiliyyətinin itirilməsinə görə müavinətin hesablanmasının onların əmək qabiliyyətini itirdikləri tarixə məcburi dövlət sosial sığorta haqları üzrə borclarının olmadığı halda ödənilməsi təsbit edilmişdir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasını n 5 fevral 2025-ci il tarixli, 2-1(103)-569/2025 nömrəli qərarı ilə (hakimlər: N.Nəbizadə /sədrlik edən və məruzəçi/, M.Tağızadə və K.Əkbərov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia ərizəsi təmin edilmiş, İddiaçı vəkillik fəaliyyətindən əldə etdiyi gəlirlər nəzərə alınmaqla 14 dekabr 2020-ci il tarixdən 05 fevral 2021-ci il tarixədək olan dövr üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Sosial Sığorta və X4 Mərkəzi Filialına həvalə edilmişdir.

15. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vəkillərin ödədikləri sosial ödənişlər həcmində s osial müdafiədən kənarda qalması üçün adekvat əsas olaraq qəbul edilə bilməz. Əgər vəkil sosial sığorta haqqı ödəyirsə, onun əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı müavinət alması tamamilə qanuni haqqıdır. İddiaçıya müavinət təyin edilərkən vəkillik fəaliyyətindən əldə edilmiş gəlir ümumiyyətlə nəzərə alınmamış, Bakı Dövlət Universitetindəki fəaliyyətə görə 1050,21 manat məbləğində müavinət isə xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Göründüyü kimi inzibati orqan tərəfindən vəkillik fəaliyyətinə münasibətdə müraciət ümumiyyətlə araşdırılmamış və “iddiaçının əsas iş yeri Bakı Dövlət Universitetidir və əlavə iş yeri yoxdur” əsası ilə vəkillik fəaliyyətindən əldə edilən gəlirlərin nəzərə alınmasından imtina etmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, vəkillər fərdi qaydada və ya vəkil qurumlarının tərkibində fəaliyyət göstərə bilərlər. Vəkil qurumları arasında vəkil büroları da mövcuddur. Vəkillərin sosial sığorta ödənişləri ilə bağlı öhdəlikləri, onların fəaliyyət formalarına görə fərqlənir. Vəkil bürolarının tərkibində fəaliyyət göstərən vəkillərin vergi və məcburi dövlət sosial sığorta ödənişləri ilə bağlı öhdəlikləri isə məhz müvafiq bürolar tərəfindən yerinə yetirilir. Vəkil büroları, qeyri-kommersiya hüquqi şəxs kimi dövlət qeydiyyatına alınır və üzvləri olan vəkillərin göstərdikləri hüquqi xidmətlərə görə əldə edilən gəlirlərdən məcburi ödənişləri ödəmə mənbəyində tutaraq dövlət büdcəsinə köçürürlər. Vəkil bürosunun tərkibində fəaliyyət göstərən vəkillərin məcburi dövlət sosial sığorta ödənişlərinin büro tərəfindən ödənilməsi qanunvericiliyə u yğundur və bu, vəkil bürosunun vəzifələrindən irəli gəlir. Bu halda, vəkilin özünün bu ödənişlərin vaxtında edilib-edilməməsini yoxlamaq və nəzarətdə saxlamaq imkanı məhdud olur. Ödənişlərin vaxtında edilməsi büronun vəzifəsi olsa da, bu hal vəkilin sosial müdafiə hüququnu məhdudlaşdıra bilməz. - Bundan başqa məhkəmə qeyd etmişdir ki, müavinətlərin operativ ödənilməsi əmək qabiliyyətini itirmiş şəxslərin gündəlik həyatlarını davam etdirməsi üçün vacibdir. Dövlət tərəfindən operativ müavinət ödənişi sosial bərabərliyi qoruyur. Xüsusilə, aşağı gəlirli insanlar və qeyri-sabit işlərdə çalışanlar üçün bu dəstək həyati əhəmiyyət daşıyır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KAS SASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

17. Cavadehin kassasiya şikayətinin dəlilləri ilə iddia ərizəsinə qarşı təqdim edilmiş etirazın dəlilləri eynilik təşkil etmişdir. Əlavə olaraq cavabdeh qeyd etmişdir ki, İddiaçı “AAA” vəkil bürosunun müdiri olduğundan ödənişləri vaxtında etmək onun vəzifəsi olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

6. Sosial sığorta hadisəsi baş verdikdə ödənilməli olan sığorta ödəmələrindən biri kimi “əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün)” təsbit edilmişdir. Maddə

16. Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin təyin edilməsinin şərtləri və qaydası Azərbaycan Respublikasının müvafiq qanunverici liyi ilə müəyyən edilir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstər ilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərar ı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prose ssual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrar lamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından hazırkı iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Bu nunla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, eyni vaxtda iki sahədə (Bakı Dövlət Universitetinin baş müəllimi və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi vəkillik fəaliyyəti) əmək fəaliyyətini həyata keçirmiş, hər iki gəlir mənbəyi üzrə sosial sığorta haqları ödəmişdir. 14 dekabr 2020-ci il – 05 fevral 2021-ci il tarixləri ərzində əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə ona xəstəlik vərəqəsi (SN 00006 933039) verilmiş, lakin ödənilməli olan müavinət (xəstəlik vərəqəsinə əsasən) yalnız Bakı Dövlət Universitetində aldığı gəlir üzrə hesablanmış, vəkillik fəaliyyətindən əldə etdiyi gəlir nəzərə alınmamışdır.

28. Məh kəmə kollegiyası qeyd edir ki, vəkillik fəaliyyətindən əldə edilən gəlirlər rəsmi və qanuni gəlir mənbəyi hesab edilir və onların əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı nəzərə alınmaması heç bir hüquqi əsasa malik deyil. Vəkillik fəaliyyəti müstəqil olsa da, bu, vəkillərin ödədikləri sosial ödənişlər həcmində sosial müdafiədən kənarda qalması üçün adekvat əsas olaraq qəbul edilə bilməz. Əgər vəkil sosial sığorta haqqı ödəyirsə, onun əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı müavinət alması tamamilə qanuni haqqıdır. Bu hüququn əmək müqaviləsinin olmaması səbəbindən məhdudlaşdırılması qanunsuzdur və konstitusion hüquqların pozulmasıdır.

29. Vəkil bürolarının tərkibində fəaliyyət göstərən vəkillərin vergi və məcburi dövlət sosial sığorta ödənişləri ilə bağlı öhdəlikləri isə məh z müvafiq bürolar tərəfindən yerinə yetirilir. Vəkil büroları, qeyri-kommersiya hüquqi şəxs kimi dövlət qeydiyyatına alınır və üzvləri olan vəkillərin göstərdikləri hüquqi xidmətlərə görə əldə edilən gəlirlərdən məcburi ödənişləri ödəmə mənbəyindən tutaraq dövlət büdcəsinə köçürürlər.

30. Nəticə etibarı ilə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-569/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar