Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1647/2022 29.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sosial kirayə müqaviləsinə dair sərəncamın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1988-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X7) “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyun 2022-ci il tarixli, 21(103)-1324/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Keçmiş V.İ. Lenin adına Elektrik şəbəkəsi tərəfindən verilmiş xx.xx.1961-ci il tarixli orderə əsasən, Buzovna qəsəbəsi, ev 9 ünvanında yerləşən 9 saylı mənzil X6 istifadəsinə verilmişdir.
2. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2(003)298/2018 nömrəli qətnaməsinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, G.Məmmədov küçəsi, ev 9 ünvanında yerləşən 9 saylı mənzilə dair istifadə qaydası müəyyən edilərək, mənzilin 17,5 kv. metrdən ibarət olan yaşayış otağı iddiaçı X6, 21 kv. metrdən ibarət olan yaşayış otağı üçüncü şəxs X4 istifadəsinə verilmiş, hamam və mətbəxin ümumi istifadədə saxlanılması qət olunmuşdur.
3. AZ-İİ 088974 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X9 14 may 2020-ci il tarixində vəfat etmişdir. 4. 23 fevral 2021-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, ünvan 1 ünvanında üçüncü şəxs X7 və X8 qeydiyyatdadırlar. 5. 30 mart 2021-ci il tarixdə üçüncü şəxs ərizə ilə cavabdehə müraciət edərək, anası X9 vəfat etdiyindən, yaşayış sahəsinə dair mənzil kirayə müqaviləsinin onun adına keçirilməsi barədə sərəncam verilməsini xahiş etmişdir.
6. X8 17 mart 2021-ci il tarixli ərizə ilə müraciət edərək, Bakı şəhəri, Buzovna qəsəbəsi, G.Məmmədov küçəsi, ev 9 ünvanında yerləşən 9 saylı mənzilin özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir.
7. Cavabdehin 28 aprel 2021-ci il tarixli, 84 nömrəli sərəncamı ilə Buzovna qəsəbəsi, G.Məmmədov küçəsi, 9 nömrəli evdə yerl əşən, yaşayış sahəsi 38,5 kv.metrdən ibarət olan 2 otaqlı 9 nömrəli mənzilin kirayəçisi X6 vəfat etməsi ilə əlaqədar həmin mənzilin sosial kirayə müqaviləsinin onun qızının - üçüncü şəxsin adına dəyişdirilməsi qərara alınmış, mənzilin sosial kirayə müqaviləsində dəyişiklik edilməsi Xəzər rayon MKTB-nə həvalə edilmiş, üçüncü şəxsə mənzilin mövcud vəziyyətdə texniki pasportunun tərtib edilməsi və qeydiyyat vəsiqəsinin verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməsi tövsiyə olunmuşdur.
8. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 22 may 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən 9 saylı mənzil üzərində üçüncü şəxsin mülkiyyət hüququ qeydə alınmışdır. 9. 9 iyul 2020-ci il tarixli, 8”v”-178 reyestr nömrəsi ilə açılmış vərəsəlik işinə əsasən, xx.xx.2015-ci il tarixli vəsiyyətnamə ilə A. Abjalilova ona məxsus bütün daşınar və daşınmaz əmlaklarını, əmanətlərini və pullarını iddiaçıya vəsiyyət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, 84 saylı sərəncamın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X6 vərəsəsidir. xx.xx.2020-ci il tarixdə X9 vəfat etmiş, bundan sonra üçüncü şəxs X7 cavabdehə müraciət edərək, xx.xx.1961-ci il tarixli orderə əsasən mərhum anası X6 adına olan mənzilin sosial kirayə müqavi ləsinin onun adına dəyişdirilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli, 84 saylı Sərəncamına əsasən 9 saylı mənzilin sosial kirayə müqaviləsi X1 Zenfira Mizbaxovnanın adına dəyişdirilmişdir. Z.Hüseynova A.Abjalilovanın qızı olsa da, ona heç vaxt yaxşı münasibət bəsləməmiş, övlad kimi yaşlı valideyninin qayğısına qalmamışdır. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində olan Notariat Ofisinin xüsusi notariusu Ramin Zülfüqarovun verdiyi arayışa əsasən A. Abjalilovanın vərəsəsi kimi tanınmışdır. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Sərəncam onun mülkiyyət hüquqlarını pozur.
12. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, G.Məmmədov küçəsi, ev 9 ünvanında yerləşən 9 sa ylı mənzil keçmiş Lenin Elektik şəbəkəsi tərəfindən 20 fevral 1961-ci il tarixli orderə əsasən X6 icarəsinə verilmişdir. Sözügedən mənzilin kirayəçisi X9 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Həmin ünvanda pasport qeydiyyatında olan qızı X7 Cavabdehnə ərizə ilə müraciət edərək, mənzilin kirayəçisi - anası A.Abjalilova vəfat etdiyindən, həmin mənzilin sosial kirayə müqaviləsinin onun adına dəyişdirilməsini xahiş etmiş və İcra Hakimiyyətinin 84 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamı ilə mənzilin sosial kirayə müqaviləsi onun adına dəyişdirilmişdir. Digər ailə üzvlərinin notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi vardır. İddiaçının A. Abjalilovanın vərəsəsi olması ilə bağlı Cavabdehnə heç bir məlumat verməmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-1(11 2)-7559/2021 nömrəli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilməmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, üçüncü şəxs Z.Hüseynova vəfat etmiş kirayəçi A.Abjalilovanın ailə üzvü - qızı olmuş, onunla həmin mənzildə birgə yaşamış, Mənzil Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cavabdehə müraciət etmiş, bu zaman həmin mənzildə qeydiyyatda olan digər şəxs X5 razılıq ərizəsini təqdim etmiş, cavabdeh də həmin normanı əsas tutaraq mübahisəli evə dair kirayə müqaviləsinin Z.Hüseynovanın adına dəyişdirilməsi barədə sərəncam vermişdir.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı vəfat etmiş A. Abjalilovanın ailə üzvü olmamış, mübahisəli mənzildə heç vaxt yaşamamışdır, ünvan 4 ünvanında qeydiyyatdadır. Belə olan halda isə əsas icarədar A.Abjalilovanın ailə üzvü olan və onunla mübahisəli mənzildə bir gə yaşayan Z.Hüseynova barəsində verilmiş xx.xx.2021-ci il tarixli sərəncamın qəbul edilməsi ilə bağlı onun razılığına da ehtiyac olmamışdır.
16. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı sərəncamı mübahisələndirərkən A.Abjalilovanın verdiyi vəsiyyətnaməyə istinad edir. Lakin işdən görünür ki, mübahisəli əmlaka A.Abjalilovanın malik olduğu hüququn miras aktivinə daxil edilməsi, iddiaçının onu qəbul etməsi ilə bağlı hər hansı sənədi və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarını nə cavabdeh orqana, nə də məhkəməyə təqdim etməmişdir.
17. Məhkəmə hesab etmişdir ki, cavabdehin xx.xx.2021-ci il tarixli sərəncamı maddi və prosessual qanunvericiliyə uyğun olmuşdur.
18. İddiaçı apellyasiya şikayəti verilərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul olu nmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyun 2022-ci il tarixli, 21(103)-1324/2022 nömrəli qərarı ilə (hakimlər C.A.Yusifov - sədrlik edən və məruzəçi, H.Ü.Həmidov və V.M.Məmmədov) birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
21. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
22. İddiaçının kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib olunub və əlavə olaraq qeyd edilib ki, ünvan 5 ünvanında yerləşən yaşayış sahəsinə dair X6 adına verilmiş 1961ci il tarixli orderdə yalnız mərhumun adı qeyd edilmişdir. 3-cü şəxs və digər şəxslər həmin mənzilə sonradan qeydiyyata düşmüşlər. Cavabdeh orqan 3-cü şəxsin adına kirayə müqaviləsinin bağlanması barədə sərəncam verdiyi zaman X6 digər qanun üzrə vərəsələri barədə maraqlanmamışdır. Halbuki X6 adına olan mübahisəli evdə onun digər övladı da qeydiyyatda olmuş və onunla birgə həmin mənzildə yaşamışdır. Kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1133.1, 1133.2, 1166-cı maddələrini hazırkı mübahisəyə düzgün tətbiq etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Mülki Məcəllə Maddə 146.2 daşınmaz əmlak ü zərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 1151.1. mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1152. miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ g əlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçmə si müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 26. 1982-ci ildə qəbul edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 53-cü maddəsinin: 1-ci hissəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinə icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. 3-cü hissəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 4-cü hissəsinə əsasən, bu maddənin üçüncü h issəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 85-ci maddəsinin 1-ci hissəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır
27. Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid ed ilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 81.1. Bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Maddə 81.2. Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliy yətli bütün ailə üzvlərinə məxsusdur.
28. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 9 6.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İ NSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası mübahisəyə dair işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
32. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquq ları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
33. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.
34. Mübahisəli mənzil 1961-ci il tarixli orderə əsasən mərhum üçüncü şəxsin anası A.Abjalilovanın istifadəsinə verilmişdir. Bakı şəhər Xəzər rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2(003)-298/2018 nömrəli qətnaməsi ilə həmin mənzildən istifadə qaydası müəyyən edilmiş, mənzilin 17,5 kv.metrdən iba rət olan yaşayış otağı iddiaçı X6, 21 kv.metrdən ibarət olan digər yaşayış otağı isə üçüncü şəxsin istifadəsinə verilmiş, hamam və mətbəxin ümumi istifadədə saxlanılması qərara alınmışdır. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Nəzərə almaq lazımdır ki, qeyd edilən mənziıl özəlləşdirilməmiş, həm mərhum, həm də onun qızı-üçüncü şəxs həmin mənzildə faktiki yaşayaraq yaşayış sahəsindən icarə hüququ əsasında istifadə etmişlər. Həmin mənzil üzərində X6 mülkiyyət hüququna malik olduğu və onun mülkiyyət hüququnun reyestrdə qeydə alındığı iş üzrə materiallarla təsdiq olunmamışdır. İddiaçı da bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
35. Bu qərarın 24-cü bəndində istinad olunan normaya görə, miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o hal da nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyətində olsun. Həmin normaya görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən əmələ gəlir.
36. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, qeyd olunan mənzil mirasın açıldığı tarixə miras qoyanın mülkiyyətində olmamışdır. Bu baxımdan yuxarıda istinad edilən normanın tələbinə görə, həmin mənzil vəsiyyətnamə üzrə miras əmlakın tərkibinə daxil edilə bilməz. Bu zaman iddiaçının mərhum A.Abjalilovanın vəsiyyət üzrə vərəsəsi olması da nəzərə alınmalıdır.
37. Kassasiya şikayətinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci və “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddələrinə istinad la bağlı olan və təkrarlanan dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı qərarın 26-27-ci bəndlərində göstərilən normaların məzmununa uyğun araşdırılma aparılması təmin edilmiş və araşdırma nəticəsində müəyyən olunmuşdur ki, üçüncü şəxs 1976-cı ildən, qızı 1994-cü ildən həmin mənzildə qeydiyyatdadırlar. Onlar həmin mənzilin kirayəçisi mərhum A.Ajalilovanın ailə üzvü qismində həmin mənzildə onunla birlikdə yaşamış, A.Ajalilovanın xx.xx.2020-ci il tarixdə vəfat etməsindən sonra da həmin mənzildə yaşamaqda davam etmişlər. Bundan sonra, üçüncü şəxs anası A.Abjalilovanın vəfatı ilə əlaqədar mənzilin sosial kirayə müqaviləsinin onun adına dəyişdirilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, bununla bağlı həmin mənzildə qeydiyyatda olan qızı Fidan Hüseynova tərəfindən mənzilin anası Z.Hüseynovanın adına dəyişdirilməsinə etiraz olunmamışdır. İş üzrə materiallardan iddiaçının mərhumun ailə üzvü, eləcə də mübahisəli mənzildə qeydiyyatda olduğu və faktiki orada yaşadığı müəyyən olunmamışdır.
38. Bu qərarın 27-ci bəndində istinad olunan normaya görə, bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınm asını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur.
39. Beləliklə, yuxarıda istinad olunan normaların tələbləri baxımından və qeyd edilən səbəblərdən mənzilin sosial kirayə müqaviləsinin üçüncü şəxsin adına dəyişdirilməsi barədə xx.xx.2021-ci il tarixli, 84 saylı sərəncamı qəbul etməkdə cavabdeh haqlı sayılmalıdır.
40. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkra rlamağa lüzum yoxdur.
41. Odur ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyun 2022-ci il tarixli, 21(103)-1324/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.