Məhkəmə qərarları › İş №2-1(102)-1651/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1651/2021

22.09.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1651/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı "xxxx" X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsinin normativ qiymətə əsasən özəlləşdirilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, cavabdehin nümayəndəsi Natiq Salayevin və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı torpaq sahəsinin normativ qiymətə əsasə n özəlləşdirilməsi tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-204/2021 nömrəli iş üzrə 16.05.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 22 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı "xxxx" X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı "xxxx" X1 mülkiyyətində olan torpaq sahəsinin özəlləşdirilməsi təklif olunan prosesdə dəyər qiyməti qanunla düzgün təyin edilmədiyindən qanunla qorunan maraq və hüquqlarının pozulmasını nəzərə alıb mülkiyyətində olan 16.5 sot torpaq sahəsinin özəlləşdirilməsini cavabdehin üzərinə qoyulması və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqti sadi Kolleqiyasının 06 sentyabr 2016-cı il tarixli, 2-1(102)-1210/16 saylı qərarı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icra olunmadığı üçün inzibati tədbir görülməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 27 saylı qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə 05 iyun 2016-cı il tarixli 377 saylı qərar əsasında əlavə edilmiş 6-1 bəndinin müddəalarını tətbiq etmədən "xxxx" X1 istifadəsin də olan 16,5 sot torpaq sahəsinin Əsasnamənin 6-cı bəndinin tələblərinə uyğun normativ qiymətinin müəyyən edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Birinci instansiya məhkəməsinin 13.10.2020-ci il tarixli, 21(118)-141/2020 nömrəli (sədrlik edən hakim Ceyhun Məmmədov) qərarı iddianın təmin edilməsi, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə 05 iyun 2016-cı il tarixli 377 saylı qərar əsasında əlavə edilmiş 6-1 bəndinin müddəalarını tətbiq etmədən "xxxx" X1 istifadəsi ndə olan 16,5 sot torpaq sahəsinin Əsasnamənin 6-cı bəndinin tələblərinə uyğun normativ qiymətinin müəyyən edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulması qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, "İnzibati icraat haqqında” Qanunun 13.1, 13.2, 13.3, 13.4, 13.5-ci maddələrinə, İPM-nin 2.2.3, 4.1, 12.1, 34.1, 68.1, 68.2-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, "xxxx" X1 istifadəsində olan 16,5 ha torpaq sahənin özəlləşdirilməsi hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli qərarına əsasən müəyyən edilmişdir. Yəni qeyd olunan əsasnaməyə 6-1-ci bənd əlavə olunana qədər iddiaçının istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsi hüququ artıq yaranmışdır. Belə olduğu tədqirdə iddiaçının istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsi zamanı normativ qiymətin müəyyən edilməsi üçün qiymətləndiricinin rəyinə istinad etmək əsassızdır. Hesab olunur ki, iddiaçının istifadəsində olan 16,5 ha torpaq sahəsinin özəlləşdirilməsi zamanı qeyd olunan Əsasnamənin 6-cı bəndinə uyğun olaraq torpağın normativ qiyməti müəyyən olunmalıdır.

5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 13.10.2020-ci il tarixli, 2-1(118)-141/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan son ra mətndə apelyasiya instansiya məhkəməsi) 16.05.2021-ci il tarixli, 2-1(105)-204/2021 nömrəli (hakimlər Hökümə Babayeva - sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Fuad Məmmədov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 13.10.2020-ci il tarixli, 21(118)-141/2020 nömrəli qərarının dəyişdirilməsi, iddianın təmin olunması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli, 27 saylı qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə Nazirlər Kabinetinin 05 oktyabr 2016-cı il tarixli 377 saylı qərarı əsasında əlavə edilmiş 6-1 bəndin müddəaları tətbiq edilmədən Abşeron rayonu Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında İddiaçıli kiçik müəssisəsi tərəfindən özəlləşdirilmiş əmlak kompleksinin yerləşdiyi 1650.0 kv m torpaq sahəsinin normativ qiymətə əsasən iddiaçının adına özəlləşdirilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsini, “Dövlət əmlakın özəlləşdirilməsi haqqında” Qanunun 6.2.1-6.2.20, 29.6cı maddələrini, İPM-nin 13-cü maddəsini tətbiq etməklə belə hesab etmişdir ki, iddiaçının, mülkiyyətində olan əmlak kompleksinin yerləşdiyi torpaq sahəsini özəlləşdirmək hüququ 2011-2012-ci illərdə torpağın özəlləşdiril məsi ilə bağlı ilkin müraciətlər etdiyi andan yaranmış, inzibati orqan isə iddiaçının müraciətinə onun hüququ yaranan zaman qüvvədə olan maddi hüquq normalarını rəhbər tutmaqla baxmaq və müvafiq qərar qəbul etmək öhdəliyi daşımışdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

8. Cavabdehin kasasiya şikayətini onunla əsaslandırılmışdır ki, İddiaçıli kiçik müəssisəsi cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binalarının yerləşdiyi 1650 kv. m torpaq sahəsinin özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş et mişdir.

9. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13.01.2016-cı il tarixli, 2-1(85)-98/2016 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

10. Sumqayıt Apelyasiya Məhkəməsinin 18.04.2016-cı il tarixli, 2-1(105)-102/16 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06.09.2016-cı il tarixli, 2-1 (102)-1210/16 nömrəli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı dəyişdirilmiş, cavabdehin üzərinə iddiaçının müraciətinə yenidən baxmaq və həmin müraciətlə bağlı məhkəmənin bu qərarda təsbit edilmiş hüquqi mövqeyi nəzərə alınmaqla əsaslandırılmış qərar qəbul etmək öhdəliyi qoyulmuşdur.

12. Hazırkı iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi qərarında əsassız olaraq cavabdeh tərəfindən hərəkətsizlik edilərək iddiaçının müraciətinin təmin olunması üçün inzibati icraat başlanılmadığı, heç bir tutarlı səbəb göstərmədən torpaq sahəsinin özəlləşdirilməsindən imtina edildiyi, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə cavabdehin imtinasının qanunsuz sayıldığı və iddiaçının müraciətinə yenidən baxılmaqla, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla əsaslandırılmış qərar qəbul etmək öhdəliyinin cavabdehin üzərinə qoyulduğu qeyd edilmişdir.

13. Məhkəmənin qeyd edilən mövqeyi əsassızdır və məhkəmə işin hallarını təhrif etmişdir.

14. Belə ki, məhkəmə 05.10.2016-cı il tarixində "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə dəyişiklik edilənə qədər iddiaçı tərəfindən torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı cavabdehə çoxsaylı müraciətlərin edildiyini, lakin cavabdeh tərəfindən hərəkətsizlik edilərək torpaq sahəsinin özəlləşdirilməsindən heç bir tutarlı səbəb göstərilmədən imtina edildiyini qeyd etmişdir.

15. Halbuki, 05.10.2016-cı il tarixinədək torpaq sahəsinin özəlləşdirilmənnəsi ilə bağlı. Əmlak Məsələləri Dövlət Komitəsinin hərəkətlərinin qanuni olub-olmaması nə əvvəlki, nə də hazırkı məhkəmə prosesi zamanı araşdırılmamış, buna hüquqi qiymət verilməmişdir.

16. Hazırkı iş üzrə məhkəmə icraatı zamanı 05.10.2016-cı il tarixinə qədər iddiaçı tərəfindən torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinə müraciətlərin olunduğu, lakin həmin müraciətlərin təmin olunmadığı müəyyən edilmişdir. Lakin həmin mür aciətlərin təmin edilməməsinin qanuni olub-olmaması ilə bağlı məhkəmə heç bir araşdırma aparmamışdır. Yalnız müraciətlərin təmin edilməməsinə görə Əmlak Məsələləri Dövlət Komitəsinin hərəkətsizliyi qanunsuz sayılmışdır.

17. Eyni zamanda, məhkəmə işin həqiqi hallarını təhrif edərək, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin torpaq sahəsinin özəlləşdirilməsidən imtinasının qanunsuz sayıldığını qeyd etmişdir.

18. Halbuki, Ali Məhkəmənin 06.09.2016-cı il tarixli, 2-1(102)1210/16 nömrəli qərarı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin torpaq sahəsinin özəlləşdirilməməsi ilə bağlı hərəkətsizliyinin qanuni olub-olmaması mahiyyəti üzrə araşdırılmamış və buna hüquqi qiymət verilməmiş, Komitənin torpaq sahəsinin özəlləşdirİİməsindən imtinası qanunsuz sayılmamışdır. Həmin qərarla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yalnız formal tələblərə riayət edilmədiyi (iddiaçının müraciəti üzrə inzibati akt qəbul edilmədiyi) müəyyən edilmiş və bununla bağlı inzibati aktın qəbul edilməsi öhdəliyi Komitənin üzərinə qoyulmuşdur.

19. Eyni zamanda, həmin qərarda torpaq sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilməsinin Əmlak Məsələləri Dövlət Komitəsinin diskresion hüququ olduğu qeyd edilmişdir.

20. Ali Məhkəmənin qərarının icrası ilə əlaqədar olaraq, iddiaçının torpaq sahəsinin özəlləşdirilməsi barədə müraciətinə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yenidən baxılmış və 29.09.2016-cı il tarixli, **********04 nömrəli bildirişlə Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında iddiaçının mülkiyyətindəki əmlak kompleksinin yerləşdiyi, daşı nmaz əmlakın dövlət reyestrinin məlumatına əsasən dəyəri 132 000 manat təşkil edən 1650.0 kv.metr torpaq sahəsi satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsi üçün iddiaçıya təklif edilmişdir. Qeyd edilən bildiriş mahiyyət etibarilə Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati aktına bərabər olmuş və iddiaçı həmin bildirişi aldıqdan sonra bununla razılaşmadığından hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

21. Qeyd edilənlərdən əlavə, Sumqayıt Apelyasiya Məhkəməsi əsassız olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı İlə təsdiq edilmiş "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haq qında Əsasnamə”yə Nazirlər Kabinetinin 05.10.2016-cı il tarixli qərarı ilə əlavə edilmiş 61-ci bəndinin iddiaçıya münasibətdə şamil edilməməli olduğunu qeyd etmişdir.

22. Belə ki, torpaq sahəsinin dəyəri ilə bağlı mübahisə qanunvericilikdə 05.10.2016-cı il tarixində dəyişiklik edildikdən sonra yaranmışdır.

23. Beləliklə, torpaq sahəsinin dəyəri ilə bağlı hazırkı mübahisəyə onun yarandığı zaman qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilməlidir ki, həmin mübahisə də 05.10.2016-cı il tarixindən sonra yarandığından yuxarıda qeyd edilən Əsasnaməyə həmin tarixdə edilmiş dəyişiklik iddiaçıya şamil edilməlidir.

24. Eyni zamanda, məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı tərəfindən iş apellyasiya məhkəməsinin icraatında olan zaman iddianın dəyişdirilməsi və apelyasiya məhkəməsinin də dəyişdiril miş tələbi təmin etməsi prosessual normaların aşkar surətdə pozulması ilə müşaiyət olunmuşdur.

25. Belə ki, İnzibati Prosessual Məcəllənin apelyasiya instansiyası məhkəməsində şikayət üzrə icraata aid normaları müəyyən edən X fəslində apelyasiya instansiyası mərhələsində iddianın dəyişdirilməsinin mümkünlüyü nəzərdə tutulmamışdır.

26. Məhkəmə işin bu halı ilə bağlı qərarında “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17.09.2014-cü il tarixli qərarına istinad edərək, İnzibati Prosessual Məcəllənin 13cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, İşin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım edilməsini müəyyən edən müddəaların inzibati apelyasiya icraatında tətbiqinin istisna edilmədiyini qeyd etmişdir.

27. Bununla bağlı bildirir ki, iddiaçı tərəfindən apelyasiya icraatı zamanı məhkəməyə təqdim edilmiş ərizə hər hansı formal xətanın aradan qaldırılması, aydın olmayan tələbin dəqiqləşdirilməsi və ya natamam məlumatların tamamlanması ilə bağlı olmamış, həmin ərizə ilə iddia tələbi dəyişdirilmişdir.

28. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 16.05.2021-ci il tarixli, 2- 1(105)-204/2021 nömrəli qərarının ləğv edilməsini, iddianın rəd d edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

29. İddiaçı kasasiya şikayətinə etirazda apelyasiya instansiyası məhkəməsinin 16.05.2021-ci il tarixli, 2-1(105)-204/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını, kasasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 16.05.2021-ci il tarixli qərarını ləğv ed ərək iddia tələbinin təmin edilməsinə dair yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

31. Məhkəmə iclasında iştirak edən cavabdehin nüayəndəsi N.Salayev də vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 16.05.2021-ci il tarixli qərarını ləğv edərək iddia tələbinin təmin edilməsinə dair yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

32. İşdə iştirak edən şəxslərə lazımi qaydada xəbər edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi İntiqam Kazımov məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

33. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiy a şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

34. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

35. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 16.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Azərbaycan Res publikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.

38. Məhkəmə Kolle giyası cavabdehin kasasiya şikayətindəki, apelyasiya məhkəməsi tərəfindən İPM-nin 13-cü maddəsinin tələblərinn, onun qənaətinə görə, pozulması ilə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdehin bu dəlili əsassızdır.

39. Belə ki, məlum olduğu kimi İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 40. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilm əsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apelyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apelyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir.

41. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, düzgün olaraq ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.

42. Cavabdeh kasasiya şikayətində həmçinin göstərmişdir ki, “həmin mübahisə də (burada hazırkı mübahisə nəzərdə tutulur –qeyd Ali Məhkəmənindir) 05.10.2016-cı il tarixindən sonra yarandığından yuxarıda qeyd edilən əsasnaməyə həmin tarixdə edilmiş dəyişiklik iddiaçıya şamil edilməlidir”.

43. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsassızdır.

44. Belə ki, apelyasiya instansiyası məhkəməsi öz ərarında düzgün olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 sayl ı Fərmanı (06 iyul 2006-cı il tarixli, 426 saylı Fərmanla edilmiş əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin müddəalarına görə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə, dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur (2). Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır (4). Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi əvvəllər torpaq sahəsinin sat ın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə, torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər (11). Əmlak Məsələləri Dövlət Komitəsi ərizənin daxil olduğu andan 20 gün müddətində özəlləşdirilmiş müəssisənin (obyektin) mülkiyyətçisinə torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsi verir və müəyyən olunmuş məbləğ ödənildikdən sonra 10 gün müddətində alqı-satqı müqaviləsini bağlamaqla alıcıya müvafiq şəhadətnamə verir.

45. Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 9-cu bəndinin müddəalarına görə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələri qanunvericiliyə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə satılır. Bu sahədə məhdudiyyətlər olduqda torpaq sahələrinin verilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir (9.1). Əmlak Məsələləri Dövlət Komitəsi fiziki və hüquqi şəxslərin müraciəti əsasında onlara məxsus torpaq sahələrinin satışını həyata keç irə bilər. Üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələri satın alınması üçün ilk növbədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə təklif edilir. Mülkiyyətçilər təklifdən imtina etdikdə həmin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların icarəsinə verilməlidir.

46. Apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 31 mart 1989-cu il tarixli, 60 saylı qərarı ilə 26-cı məhələdə iddiaçının sələfi olmuş “Rahatlıq” Kooperativinə 1650 kv m torpaq sahəsi ayrılmış, iddiaçı öz vəsaiti hesabına həmin sahədə qeyri-yaşayış sahəsi inşa etmiş və hazırda RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, 253 m2 əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ əsasında "xxxx" ÇKM-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qeyri yaşayış sahəsinin texniki pasportuna əsasən, faktiki istifadədə olan torpağın sahəsi 1650 kv m-dir.

47. Həmçinin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə əsasən, iddiaçı 2011-ci ildə etibarən istifadəsində olan 1650 kv m torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu müxtəlif əsaslarla (tələb olunan sənədlərin tam təqdim edilməməsi, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsinə dair iddia üzrə yekun məhkəmə qərarının qüvvəyə minməməsi, müqavilə azadlığı prinsipinə görə Komitənin müqavilə bağlamağa məcbur edilə bilməməsi və s) iddiaçının müraciətini t əmin etməkdən imtina etmişdir.

48. Eyni zamanda apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 06 sentyabr 2016-cı il tarixli qərarı ilə iddiaçının müraciətinə yenidən baxmaq və həmin müraciətlə bağlı məhkəmənin bu qərarda təsbit edilmiş hüquqi mövqeyini nəzərə almaqla əsaslandırılmış qərar qəbul etmək öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

49. Həmin qərarın icrası ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi 29.09.2016-cı il tarixdə iddiaçıya **********04 nömrəli bildiriş ünvanlayaraq, Azərbaycan Respublikası Prezidentinin 19.12.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında İddiaçıli kiçik müəssisəsi tərəfindən özəlləşdirilmiş əmlak kompleksinin yerləşdiyi dövlət mülkiyyətində olan və daşınmaz əmlakın dövlət reyestrinin məlumatına əsasən dəyəri 132000 manat təşkil edən 1650 kv.metr torpaq sahəsinin satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsini təklif etmişdir. Bildirişə qeyd edilmişdir ki, torpaq sahəsinin satın alınmasına və ya icarəyə götürülməsinə razılıq bildirildiyi halda onun satış qiyməti “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq müəyyənləşdiriləcəkdir. 50. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiymət i haqqında” Əsasnaməsinin 2-ci bəndinə əsasən, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələri iki hissəyə bölünür: 1)texniki pasportlarında göstərilmiş bina və əsaslı tikililərin altında yerləşən torpaq sahələri (bundan sonra - tikinti altındakı torpaq sahələri) və 2)bu kateqoriyaya aid edilməyən torpaq sahələri (bundan sonra sərbəst torpaq sahələri).

51. Apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının özəlləşdirmək istədiyi torpaq sahəsi ikinci qrup torpaq sahəsinə aid olmaqla sərbəst torpaq sahəsidir.

52. Sözügedən Əsasnamənin 6-cı bəndinə əsasən, sərbəst torpaq sahələrinin normativ qiyməti müəyyən edilərkən 1-6 nömrəli əlavələrdə göstərilən əmsallar 7 nöm rəli əlavədəki zonaların bazis qiymətinə vurulmaqla müəyyən edilir.

53. Adı çəkilən Əsasnaməyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.10.2016- cı il tarixli, 377 nömrəli qərarı ilə əlavə olunmuş 6-1-ci maddəsində qeyd olunmuşdur ki, torpaq sahələrinin həmin Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir.

54. Lakin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya torpaq sahəsini normativ qiymətlə deyil, 05.10.2016-cı il tarixdə edilmiş dəyişikliyə, yəni Əsasnaməyə əlavə edilmiş 6-1 bəndə əsasən, “Q iymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyən edilmiş qiymətlə özəlləşdirilməsini təkif etmiş, iddiaçı isə bununla razılaşmayaraq hazırkı iddianı qaldırmışdır.

55. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, mübahisəsi gedən torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı iddiaçının çoxsaylı müraciətləri “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə 05 oktyabr 2016-cı ildə edilmiş dəyişikliyə qədər olduğundan, həmin dəyişiklik ona münasibətdə şamil olunmamalıdır.

56. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən ed ilmişdir ki, iddiaçının müraciətləri 05 oktyabr 2016-cı il tarixli dəyişikliyə qədər olmuş, cavabdeh hərəkətsizlik edərək iddiaçının müraciətinin təmin olunması üçün inzibati icraat başlamamış, heç bir tutarlı səbəb göstərmədən torpaq sahəsinin özəlləşdirilməsindən imtina etmiş, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə cavabdehin imtinası qanunsuz sayılaraq iddiaçının müraciətinə yenidən baxaraq məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, əsaslandırılmış qərar qəbul etmək öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Hazırda isə iddiaçının müraciətini tənzimləyən normativ hüquqi aktlarda dəyişiklik olmuş və bu da iddiaçının vəziyyətini ağırlaşdırmışdır.

57. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

58. Bununla yanaşı apelyasiya məhkəməsi tərəfindən doğru olaraq qeyd edilmişdir ki, cavabdeh inzibati orqan özü belə mübahisəsi gedən torpaq sahəsinin satın alınması ilə bağlı iddiaçıya **********04 nömrəli bildirişi 29.09.2016-cı il tarixdə ünvanlamış, həmin tarixdə isə “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə 6-1 bənd əlavə edilməmiş, 6-cı bəndə əsasən isə sərbəst torpaq sahəsinin normativ qiymətlə özəlləşməsi nəzərdə tutulmuşdur.

59. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apelyasiya məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi h üquq normalarını düzgün tətbiq etmişdir.

60. Belə ki, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin 6-cı bəndində qeyd edilir ki, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallar istisna olmaqla satınalma obyektləri sayılır.

61. İİ Dövlət Proqramının 2-ci bəndinə əsasən, özəlləşdirilməsi qadağan olunan əmlakın siyahısı "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Özəlləşdirmə haqqında qanunvericilik aktlarında göstərilən hallardan başqa, özəlləşdirmə sahəsində məhdudiyyətlərin qoyulmasına yol veri lmir. 62. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 6.2.1-6.2.20-ci maddəsində Azərbaycan Respublikasının dövlət mülkiyyətində saxlanılan və özəlləşdirilməsi qadağan edilən əmlak növlərinin təsnifatı dəqiq olaraq qeyd edilmişdir.

63. Həmin Qanunun 29.6-cı maddəsinə əsasən, özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri həmin obyektlərin yerləşdiyi torpaq sahələrinin müvafiq normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər, habelə müvafiq qərar (müqavilə) əsasında həmin torpaqdan daimi və ya müvəqqəti istifadə edə bilər. Bu sahədə məhdudiyyət olduğu halda, o cümlədən, özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, xarici hüquqi şəxs olduqda isə o, torpaq sahəsi ni satınalma hüququ olmadan icarəyə götürə bilər.

64. Apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi özəlləşdirilməsi qadağan edilən və yaxud məhdudiyyət qoyulan əmlak deyildir.

65. Belə olan halda isə cavabdeh inzibati orqan iddiaçının torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı müraciətinə müraciət etdiyi vaxt qüvvədə olan qanunvericilik normalarının tələblərinə əsasən baxmaq və torpağın özəlləşdirilməsi barədə qərar qəbul etmək vəzifəsi daşımışdır.

66. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya məhkəməsinin 16.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: 96.8-ci Şərh edilənlərə əsasən və Az ərbaycan Respublikası İPM-nin 68, 69, maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.05.2021ci il tarixli, 2-1(105)-204/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar