Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1655/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sağlamlıq imkanları məhdud uşağa qulluğa görə yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin olunması; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1964-cÜ il, FİN: xxxx xxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehna qarşı “57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-538/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuş, xx.xx.1985-ci ildə Azərbaycan SSR Qutqaşen MİB.V.İ. Lenin adına Meyvə Sovxozu 2 nömrəli briqadaya fəhlə işinə qəbul edilmiş, xx.xx.1985-ci ildə öz istəyi ilə işdən azad edilmiş, xx.xx.1986-cı ildə Klaypeda tara zavodu “Pro qress” 28 nömrəli uşaq bağçasına yardımçı işçi kimi qəbul edilmiş, xx.xx.1987-ci ildə öz istəyi ilə işdən azad olunmuş (8 yaşına çatana qədər uşağa qulluq səbəbilə), xx.xx.1988-ci ildə “Zapremrıbflot GTB. Qərb gəmi təmiri zavodu. Lit. SSR, Klaypeda ş. 35 nömrəli uşaq bağçası-körpələr evinə sanitar-dayə işinə qəbul olunmuş (əsas işçinin dekret məzuniyyəti müddətinə), xx.xx.1989-cu ildə 35 nömrəli uşaq bağçasıkörpələr evinə daimi əsaslı tərbiyəçi köməkçisi keçirilmiş, xx.xx.1990-cı ildə öz istəyi ilə işdən azad olunmuşdur (digər şəhərə köçmə səbəbilə).
2. İddiaçının övladları - Qəribova Səbinə Vahid qızı xx.xx.1986-cı il tarixdə, X7 xx.xx.1993-cü il tarixdə doğulmuşlar. 3. 25.06.2004-cü ildə verilmiş 000895 nömrəli ümumi orta təhsil haqqında şəhadətnaməyə əsasən 1986-cı il təvəllüdlü Qəribov a Səbinə Vahid qızı 2004-cü ildə Bakı şəhəri 170 saylı tam orta məktəbinin İX (köməkçi) sinfini bitirmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TibbiSosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Qəribova Səbinə Vahid qızına xx.xx.2022-ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir, əlilliyin səbəbi - ümumi xəstəlik qeyd edilmişdir.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TibbiSosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X6 xx.xx.2017-ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir, əlilliyin səbəbi ümumi xəstəlik qeyd edilmişdir.
6. Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş Qəribova Səbinə Vahid qızına məxsus 002271 saylı vəsiqənin surətindən görünür ki, Qəribova Səbinə Vahid qızı uşaqlıqdan ikinci qrup əlildir.
7. Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş 225317 saylı Nümayəndə1 məxsus vəsiqənin surətindən görünür ki, X8 18 yaşadək xəstə uşaq, əlildir.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (Sabunçu) TSE-0 seriyalı, 382398 nömrəli arayışından görünür ki, 1986-cı il təvəllüdlü Qəribova Səbinə Vahid qızına əlilliyin səbəbi uşaqlıqdan olmaqla xx.xx.2002-ci ilədək ikinci dərəcəli əlillik müəyyən edilmişdir.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəs i Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (Sabunçu) TSE-0 seriyalı, 514571 nömrəli arayışından görünür ki, 1986-cı il təvəllüdlü Qəribova Səbinə Vahid qızına əlilliyin səbəbi uşaqlıqdan olmaqla xx.xx.2004-cü ilədək ikinci dərəcəli əlillik müəyyən edilmişdir.
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (Sabunçu) TSE-0 seriyalı, 572698 nömrəli arayışından görünür ki, 1986-cı il təvəllüdlü Qəribova Səbinə Vahid qızına əlilliyin səbəbi uşaqlıqdan olmaqla xx.xx.2005-ci ilədək ikinci dərəcəli əlillik müəyyən edilmişdir.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müda fiəsi Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (Sabunçu) TSE-0 seriyalı, 857480 nömrəli arayışından görünür ki, 1986-cı il təvəllüdlü Qəribova Səbinə Vahid qızına əlilliyin səbəbi uşaqlıqdan olmaqla xx.xx.2006-cı ilədək ikinci dərəcəli əlillik müəyyən edilmişdir.
12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (Sabunçu) TSE-01 seriyalı, 068091 nömrəli arayışından görünür ki, 1986-cı il təvəllüdlü Qəribova Səbinə Vahid qızına əlilliyin səbəbi uşaqlıqdan olmaqla müddətsiz ikinci dərəcəli əlillik müəyyən edilmişdir.
13. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il t arixli məktubda “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 7-ci, 8.2-ci maddələrinə istinad edilərək qeyd olunmuşdur ki, hazırda qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən övladlarına qulluq illəri də daxil olmaqla ümumi sığorta stajı 10 il 2 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 4 il 11 ay sığorta stajına əsasən 3.746,84 manat, xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək 402,36 manat olmaqla, ümumilikdə 4.149,20 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya tə minatına imkan vermir. Qeyd olunanlara əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından düzgün hesab edilmir. “Sosial müavinətlər haqqında” Qanunun 7.0.2-ci maddəsinin tələblərinə əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Müavinət kartını əldə etmək üçün "xxxx" ASC-nin Sabunçu rayon filialına müraciət etməsi tövsiyə olunmuşdur. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən ötən dövr üzrə (xx.xx.2021-ci il tarixindən) yaranmış fərq məbləği cari pensiyanın üzərinə əlavə edilməklə növbəti aylarda ödəniləcəkdir.
14. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda “Əmək pensiyaları haqqında” Qanunun 7-ci, 8.2-ci maddələrinə istinad edilər ək qeyd olunmuşdur ki, hazırda qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən sığorta stajı 5 il 3 ay 27 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək (3 il 11 ay 27 gün) sığorta stajına uyğun 2.287,93 manat, xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 402,36 manat olmaqla, ümumilikdə 2.690,29 manat təşkil edir ki, bu məbləğ əmək pensiyası hüququnuz yaranan tarixdə qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblər i baxımından düzgün hesab edilmir. Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.9-cu maddəsinə əsasən İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə v ə digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Sözügedən akt 2 saylı Bakı “DOST” Mərkəzinə təqdim etdikdən sonra iddiaçının yaşa görə əmək pensiyası hüququna yenidən baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
15. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək sağlamlıq imkanları məhdud olan övladları Qəribova Səbinə Vahid qızına anadan olduğu müddətdən 18 yaşadək qulluq edilən müddətin sığorta stajı kimi tanınması, Vəlizadə (Qəribli) Leyla Vahid qızına İ qrup əlillik təyin edilən müddətdən pensiya yaşının tamam olan müddətə kimi 3 il 3 ay qəyyumluq stajının ona aid edilməsi və bunun sığorta stajı kimi tanınıb xx.xx.2021-ci il tarixdən ona yaşa görə əm ək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının sağlamlıq imkanı məhdud olan xx.xx.1986-cı il təvəllüdlü, hazırda İİ dərəcə əlilliyə görə müavinət alan Qəribova Səbinə Vahid qızı və xx.xx.1993-cü il təvəllüdlü, hazırda İ dərəcə əlilliyə görə pensiya alan Vəlizadə (Qəribli) Leyla Vahid qızı adlı övladları vardır. 01 fevral 2021-ci ildə iddiaçının 57 yaşının tamam olduğunu nəzərə alaraq güzəştli şə rtlər daxilində pensiya almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanaqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” mərkəzinə müraciət edərək tələb olunan müvafiq sənədlərin surətlərini, o cümlədən Sabunçu 3 saylı TSEK-nin arayışlarını ərizə ilə birlikdə təqdim etmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubunda iddiaçının övladlarına qulluq etdiyi müddət də daxil olmaqla sığorta stajının 10 il 2 ay, tələb olunan müddətdən (25 ildən) az olduğu, iddiaçının pensiya kapitalının isə cəmi 4149,20 manat, yəni tələb olunan 28.800,00 manat məbləğdən az olduğu əsas gətirilərək minimum 200 manat pensiya təminatına imkan verilmədiyi qeyd edilmişdir. İddiaçı cavabdehin imtinası ilə razı deyil. Belə ki, iddiaçının qızı Səbinə Qəribova uşaqlıqdan həkim qeydiyyatında olmuşdur. Ona uşaqlıqdan «debillik» əqli gerilik (oliqofreniya) diaqnozu qoyulmuşdur. Bu xəstəlik uşaqlarda anadangəlmə olur. İddiaçının qızı Səbinə Qəribova məktəb yaşı çatanda Bakı şəhəri 268 saylı orta məktəbdəki sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş xüsusi komissiyanın təyinatına əsasən əvvəlcə S.Qəribovanı Bakı şəhəri Yasamal rayonu 53 saylı orta məktəbin köməkçi sinfinə, sonra isə Sabunçu rayonu 170 saylı orta məktəbin köməkçi sinfinə təyin etmişlər, 2-ci sinifdən sonra isə iddiaçının qızı evdə təhsil almışdır. 2001-ci ildə iddiaçının qızının 15 yaşı tamam olmuşdur və ona İİ qrup əlillik təyin edilmişdir. Həmin vaxta kimi isə iddiaçı hər ay müavinət almışıdır. Əvvəlki illərdə iddiaçıya hər ay 30 manat, sonrakı illərdə isə 50- 60 manat müavinət verilirdi. 18 yaşı tamam olanda isə Səbinəyə əlillik arayışını müddətsiz vermişlər. Arayışların hamısında əlilliyin səbəbi qrafasında uşaqlıqdan sözləri qeyd edilmişdir. İddiaçının kiçik qızı Leyla da eyni ilə uşaqlıqdan həkim qeydiyyatında olmuş, eyni diaqnozla müalicə edilmiş, 170 saylı məktəbdə sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş sinifdə bir neçə il təhsil almış və sonradan təhsili ev şəraitinə keçirilmişdir. İddiaçının kiçik qızı Leylanın 15 yaşına qədər hər ay iddiaçı dövlətdən müavinət almışdır. 2008-ci ildə 15 yaşı tamam olanda isə iddiaçının qızı Leylaya İİ qrup əlillik, xx.xx.2017-ci ildə isə İ dərəcəli əlillik təyin edilmişdir. İddiaçı həmin vaxt rayon qeydiyyatında olduğundan iddiaçını qəyyum kimi qəbul etməmişlər. Qəyyum kimi iddiaçını dey il, onu – yəni iddiaçının həyat yoldaşını seçmişlər. O, həmin müddətdə və hazırda işləyir, xəstəyə iddiaçı özü qulluq etmişdir. Qeyd edilən tarixdən iddiaçının pensiyaya çıxmaq hüququ yaranan xx.xx.2021-ci tarixədək olan 3 il 3 aylıq müddət üzrə qəyyumluq stajı iddiaçıya aid edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2 və 21.2.4-cü maddələrinin məzmunundan göründüyü kimi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. İddiaçı xx.xx.2021-ci il tarixdə rəsmi olaraq cavabdehə müraciət edərək sağlamlıq imkanları məhdud övladlarına qulluq etdiyi müddətin sığorta stajı hesab edilməsi ilə bağlı aktın verilməsini xahiş etmişd ir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Bundan sonra iddiaçı eyni məsələ ilə bağlı Qəbələ Rayon İcra Hakimiyyətinin Mirzəbəyli kəndi üzrə nümayəndəliyinə müraciət etmişdir. İddiaçının həmin kənddə şəxsi evi vardır və iddiaçı 2021-ci il tarixədək həmin ünvanda pasport qeydiyyatında olmuşdur. İddiaçının qızı Səbinə məktəbə gedənə qədər, yəni 1994-cü ilədək iddiaçı kənddə yaşamışdır. Mirzəbəyli kəndi üzrə nümayəndəliyin arayışına əsasən iddiaçının sağlamlıq imkanı məhdud olan qızı Səbinə Qəribova iddiaçı tərəfindən 8 yaşınadək tərbiyə edilmişdir. 1994-cü ildə isə iddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsi 2 saylı Psixoloji-Tibbi-Pedaqoji Komissiyasına müraciət etmişdir. Belə ki, iddiaçının qızını adi məktəbə qəbul etməmişl ər, İddiaçıya qeyd edilən komissiyaya müraciət edib 27 saylı forma göndərişi almaq lazım olduğunu bildirmiş, göndərişi almaq üçün isə iddiaçıdan qızının xəstəliyini təsdiq edən müvafiq sənədlər, arayışlar tələb etmişlər. İddiaçı həmin sənədləri təqdim etdikdən sonra iddiaçıya Bakı şəhəri Yasamal rayonu ərazisində fəaliyyət göstərən 53 saylı məktəbə göndəriş vermişlər. Lakin həmin məktəbdə iddiaçının qızı cəmi dörd ay təhsil almışdır. İddiaçı Sabunçu rayonuna köçdüyündən yenidən qeyd edilən komissiyaya müraciət etmişdir. Yenə də iddiaçıdan qızının xəstəliyini təsdiq edən sənədləri tələb etmişlər və iddiaçıya Sabunçu rayonunda fəaliyyət göstərən 170 saylı orta məktəbə göndəriş vermişlər. Cəmi bir il iddiaçının qızı məktəbə getmiş, sonra isə təhsilini Tibbi Komissiyanın rəyinə əsasən ev şərai tində almışdır. İddiaçının qızının 9-cu sinfi bitirmək barədə şəhadətnaməsi vardır. Beləliklə, Qəbələ Rayon İcra Hakimiyyətinin Mirzəbəyli kəndi üzrə Nümayəndəliyinin arayışı ilə təsdiq olunarsa iddiaçının qızı Səbinə Qəribovaya etdiyi qulluq müddəti: anadan olduğu müddətdən 8 yaşadək olan müddət, 2 saylı Psixoloji Tibbi-Pedaqoji Komissiyasının 27 saylı rəyləri, Bakı şəhəri 170 saylı orta məktəbin İX (köməkçi) sinfini bitirməsi barədə şəhadətnamə və 2001-ci ildən Sabunçu rayonu 3 saylı TSEK-nin arayışları ilə təsdiq olunarsa 1994-cü ildən 2004-cü illərdə köməkçi məktəbdə təhsil aldığı müddət iddiaçının stajına aid edilməlidir. İddiaçının qızı Leyla (Qəribli) Vəlizadəyə xx.xx.2017-ci il tarixdə İ qrup əlillik təyin edilmiş, həmin dövrdə iddiaçı rayon qeydiyyatında olduğundan qəyyum kimi əri olaraq onu qeyd etmişlər. Lakin xəstəyə iddiaçı qulluq etmişdir, qəyyumluq stajı iddiaçıya aid edilməlidir. xx.xx.2017-ci ildən xx.xx.2021-ci ilə kimi 3 il 3 ay staj hesablanarsa və əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixədək 5 il 3 ay stajının olduğu nəzərə alınarsa iddiaçının stajı 26 il 6 ay edir.
18. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçı övladı sağlamlıq imkanları məhdud olan Qəribova Səbinə Vahid qızına 1986-cı il tarixdən və İ dərəcə əlilliyi olan X6 2017-ci il tarixdən qulluq etdiyini iddia edir. İddiaçı övladları Qəribova Səbinə Vahid qızına 18 yaşınadək (1986-2004) və X6 2017-ci il tarixdən 2021-ci il tarixədək qulluq etdiyi dövrlərin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Laki n iddiaçının əmək kitabçasında qeyd olunan, İ dərəcə əlilliyi olan və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etdiyi dövrlər ümumilikdə 25 ildən az olduğundan yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması zamanı təyin oluna bilər. Həyat fəaliyyətinin məhdudlaşması halının yaranıb-yaranmadığına isə yalnız klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsi aparıldıqdan sonra müvafiq səlahiyyətli orqan tərəfindən qərar verilə bilər. Çünki belə qiymətləndirmə zamanı şəxsin fiziki, psixi, əqli və ya hissiyya t pozuntularının olması, sağlamlıq vəziyyəti və sosial uyğunlaşma dərəcəsi müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar əsasında obyektiv dəyərləndirilir, xüsusən də xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Buna görə də bir sıra tibbi sənədlərdə şəxsin anadangəlmə inkişaf qüsurlu olduğunun göstərilməsi və ya tibbi sosial ekspert komissiyasının müayinə aktının çıxarışında əlilliyin səbəbinin “anadangəlmə” sözləri ilə ifadə olunması avtomatik olaraq həmin şəxslərin 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs hesab etməyə əsas vermir. Çünki bu halda, gəlinmiş belə nəticə yuxarıda qeyd olunmuş kompleks qiymətləndirmənin nəticələrinə əsaslanmamış olur. Bundan əlavə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsindən də göründüyü kimi, qeyd olunan dövrlər yalnız şəxsin İ dərəcə əlilliyi olduqda və ya 18 yaşınadək uşaq sağlamlıq imkanları məhdud olduqda sosial sığorta stajına daxil edilə bilər. Sabunçu Rayon Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilən arayışlar əsasında isə Qəribova Səbinə Vahid qızına İİ dərəcə əlillik təyin edilmişdir. Göründüyü kimi, S.Qəribovaya münasibətdə qeyd olunan tələblərdən heçbiri ödənilmir. Belə olan halda iddiaçının 1986-cı il t arixdən 2004-cü il tarixədək (18 yaşadək) İİ dərəcə əlilliyi olan övladına qulluq dövrünün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir.
19. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Mirzəbəyli kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Qəbələ Rayon Mirzəbəyli kənd inzibati ərazi Nümayəndəliyində 2021-ci ilin mart ayınadək qeydiyyatda olan İddiaçı xx.xx.1986-cı il təvəllüdlü sağlamlıq imkanı məhdud olan övladı Qəribova Səbinə Vahid qızını yaşadığı evdə 8 yaşınadək tərbiyə etmişdir. 20. 22.06.2012-ci ildə verilmiş 004071 nömrəli ümumi orta təhsil haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 1993-cü il təvəllüdlü X9 2012-ci ildə 268 nömrəli xüsusi təhsil məktəbində ümumi orta təhsili bitirmişdir.
21. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir ki, Bakı şəhər sakini Qəribova Səbinə Vahid qızının əlillik vəziyyəti barədə 15 mart 2022-ci il tarixli, 2-1(112)4396/2022 nömrəli sorğuya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılaraq müəyyən olunmuşdur ki, Səbinə Qəribovanın əlillik vəziyyəti xx.xx.2006-cı ildə qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbindən müddətsiz ikinci dərəcə (Diaqnoz: kəskin debillik dərəcəsində oliqofreniya) əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Naz irlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Sonrakı dövrdə şəxsin digər diaqnoz ilə əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi məqsədilə 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli, 2712003AAD3S nömrəli göndəriş (Əsas diaqnoz: proqressivləşən əzələ distrofiyası. Süst tetraplegiya, bütün ətraflarda hərəkət məhdudluğu) Tibbi-Sosial Ekspert Komissiyasında elektron qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbindən xx.xx.2021-ci il tarixindən 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Sonuncu dəfə əlillik dərəcəsinin gücləndirilməsi üçün 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 2712003AAD8H nömrəli göndərişi (Əsas diaqnoz: proqressivləşən əzələ distrofiyası, yuvenil forma. Süst tetraplegiya. Hərəkətin və yerişin pozulmaları. Degenerativ miopiya, Orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə. Asteno-nevrotik sindrom) əsasında qiymətləndirilmə aparılmış və “ümumi xəstəlik” səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlilliyi qüvvədə saxlanılmışdır. X3 18 yaşına qədər sağlamlıq imkanları məhdudluğu barədə “Əlillik” altsistemində məlumat aşkar edilmədi.
22. Bakı İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(112)-4396/2022 nömrəli qərarı ilə (hakim P.A.Hüseynov) iddia təmin edilərək, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üz ərinə qoyulması qərara alınmışdır.
23. Məhkəmə hesab etmişdir ki, iddiaçının İ dərəcə əlilliyi olan qızı X6 (xx.xx.2017xx.xx.2021 – 3 il 3 ay 26 gün) və digər qızı 18 yaşınadək sağlamlıq imkanları məhdud olan Qəribova Səbinə Vahid qızına (18 il) qulluq dövrü sığorta stajına daxil edilməlidir. Beləliklə, əmək kitabçasında qeyd olunan əmək stajı (3 il 11 ay), İ dərəcə əlilliyi olan şəxsə (3 il 3 ay 26 gün) və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti də (18 il) daxil olmaqla, iddiaçı pensiya yaşının tamam olduğu xx.xx.2021-ci il tarixə 25 ildən çox staja malikdir. İddiaçı 25 ildən çox sığorta stajına malik olduğundan və onun səkkiz yaşınadək sağlamlıq imkanı məhdud olan uşağın tərbiyə etməsi müəyyən olunduğundan onun 57 yaşdan (xx.xx.2021-ci il tarixdən) yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
24. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 mart 2023-cü il tarixli, 21(103)-538/2023 nömrəli qərarı ilə (hakimlər A.Ə.Hüseyn – sədrlik edən və məruzəçi, V.Ə.Baxışova və R.Ə.Qurbanov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(112)-4396/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
27. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunma sı barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri 28. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsində qeyd olunan dövrlər aşağıdakı halda sosial sığorta stajına daxil edilə bilər. 1) Şəxsin İ dərəcə əlilliyi olmalı 2) Və ya 18 yaşınadək uşaq sağlamlıq imkanları məhdud olmalıdır. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu üç səbəbdən yaranan həyat fəaliyyətinin məhdudlaşması zamanı təyin oluna bilər: 1) anadangəlmə, 2) xəstəlikdən və ya 3) xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar.
29. Həyat fəaliyyətinin məhdudlaşması halının yaranıb-yaranmadığına isə yalnız klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks hal da qiymətləndirilməsi aparıldıqdan sonra müvafiq səlahiyyətli orqan tərəfindən qərar verilə bilər. Çünki belə qiymətləndirmə zamanı şəxsin fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, sağlamlıq vəziyyəti və sosial uyğunlaşma dərəcəsi müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar əsasında obyektiv dəyərləndirilir, xüsusən də xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və. reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır.
30. Buna görə də, bir sıra tibbi sənədlərdə şəxsin anad angəlmə inkişaf qüsurlu olduğunun göstərilməsi və ya tibbi sosial ekspert komissiyasının müayinə aktının çıxarışında əlilliyin səbəbinin ’’anadangəlmə" sözləri ilə ifadə olunması avtomatik olaraq həmin şəxslərin 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs hesab etməyə əsas vermir. Çünki bu halda, gəlinmiş belə nəticə yuxarıda qeyd olunmuş kompleks qiymətləndirmənin nəticələrinə əsaslanmamış olur. (Ali Məhkəmənin 2-1(102)195/2021 nömrəli qərarı)
31. Lakin Bakı Apellyasiya Məhkəməsi qeyd edilənləri nəzərə almadan, əsassız və qanunsuz qərar qəbul edərək apellyasiya şikayətini təmin etməmişdir.
32. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsindən də göründüyü kimi qeyd olunan dövrlər yalnız şəxsin İ dərəcə əlilliyi olduqda və ya 18 yaşınadək uşa q sağlamlıq imkanları məhdud olduqda sosial sığorta stajına daxil edilə bilər.
33. Sabunçu Rayon Tibbi-Sosial Ekspert Komissiyası (indiki adı Dövlət Tibbi-Sosial Reabilitasiya Agentliyi) tərəfindən verilən arayışlar əsasında X4 İİ dərəcə əlillik təyin edilmişdir. Göründüyü kimi, hazırki işdə S.Qəribovaya münasibətdə qeyd olunan tələblərdən heç biri ödənilmir.
34. Belə olan halda, İddiaçı 1986-cı il tarixdən 2004-cü ii tarixədək (18 yaşadək) İİ dərəcə əlilliyi olan övladına (S.Qəribovaya) qulluq dövrünün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə zidd olmuş və işə baxan məhkəmələr əsassız olaraq qeyd edilən dövrləri iddiaçının sosial sığorta stajına əlavə etməklə iddia tələbini təmin etmişlər.
35. Göstərilənlərdən məlum olur ki, məhkəmə işi tam araşdırmamış və düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da pozuntuya yol vermişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 37. “Əmək pensiyaları haqqında” Qanun Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 8.2. Əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə
21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyy ət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məh dud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti;
38. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, mə hkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instans iyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
40. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə işin fa ktiki halları tam və hərtərəfli olaraq araşdırılmamışdır. Odur ki, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
42. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
43. Obyektiv araşdırma prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
44. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Hazırkı işə münasibətdə məhkəmə iddiaçının tələbi üzrə işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.
45. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı, sağlamlıq imkanları məhdud olan övladları Qəribova Səbinə Vahid qızına anadan olduğu müddətdən 18 yaşadək qulluq edilən müddətin sığorta stajı kimi tanınması, Vəlizadə (Qəribli) Leyla Vahid qızına İ qrup əlillik təyin edilən müddətdən pensiya yaşının tamam olan müddətə kimi 3 il 3 ay qəyyum luq stajının ona aid edilməsi və bunun sığorta stajı kimi tanınıb xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.
46. İşin müəyyən olunmuş hallarına görə, iddiaçının övladları - Qəribova Səbinə Vahid qızı xx.xx.1986-cı il tarixdə, X7 xx.xx.1993-cü il tarixdə doğulmuşlar.
47. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TibbiSosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçının qızı xx.xx.1993-cü il təvəllüdlü X6 xx.xx.2017-ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir.
48. İddiaçının digər qızı xx.xx.1986-cı il təvəllüdlü Qəribova Səbinə Vahid qızının 15 yaşında, yəni dekabr 2001-ci ildə 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və əlilliyin səbəbi uşaqlı qdan olmaqla ikinci dərəcəli əlillik təyin edilmişdir. Həmçinin sonuncu müayinəyə dair məlumatdan görünür ki, Qəribova Səbinə Vahid qızına xx.xx.2022-ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir.
49. Apellyasiya məhkəməsi iddianı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1964-cü il tarixdə doğulduğu və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etməsi nəzərə alındıqda, onun 57 yaşının tamam olduğu vaxtdan - xx.xx.2021-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, i ddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İddiaçının hər iki uşağı analarının (iddiaçının) himayəsində olmuş və iddiaçı hər iki uşağa qulluq etmişdir (İ dərəcə əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti).
50. Məhkəmə kollegiyası iddiaçının 25 il sığorta stajına malik olması barədə apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə görə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti iddi açının sığorta stajına daxil edilə bilər.
51. Mübahisəsiz haldır ki, iddiaçının qızı Səbinə 15 yaşında sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş, iddiaçı ən azından 15 yaşından 18 yaşınadək, yəni 3 il qızı Səbinəyə qulluq etmiş və bu 3 il iddiaçının sığorta stajına daxil edilməlidir. Lakin apelyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmadan bütövlükdə Səbinənin 18 yaşa qədər olan bütün 18 il dövrünü iddiaçının sığorta stajına daxil etmiş, bunun səbəbini qərarında əsaslandırmamışdır.
52. Qəribova Səbinə Vahid qızının əlilliyi ilə bağlı sənədlərdə əlilliyin səbəbi “uşaqlıqdan” qeyd olunmuşdur.
53. Məhkəmə iddiaçının qızı S.Qəribovanın uşaqlıqdan dedikdə, hansı yaşdan əlilliyin səbəbinin yaranmasını araşdırmamışdır. S.Qəribovanın əlilliyinin səbəbi uşaqlıqdan hansı yaşdan yaranmışsa, həmin vaxtdan başlayaraq iddiaçı qızına qulluq etmişsə, həmin vaxtdan sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş Səbinəyə 18 yaşınadək qulluq dövrü iddiaçının sığorta stajına daxil edilə bilər.
54. Məhkəmə kollegiyası oxşar iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Eyyubovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 iyul 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 yanvar 2020-ci il tarixli qərarına müraciət etməyi zəruri hesab edir.
55. Plenum qərarında qeyd edilmişdir ki: a. “Birinci instansiya məhkəməsi S.Eyyubovanın iddiasının təmin edilməsinin əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 3.1, 4.1.2 və 14.1-ci maddələrinə istinad etmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, S.Eyyubovanın sağlamlıq imkanlarının məhdudluğu 21 yaşında müəyyən edilməsinə baxmayaraq, həmin əlillik sonradan qazanılmış deyil, anadan olduğu tarixdən mövcud olduğundan, həmçinin o, tək-tənha yaşadığından, valideynləri vəfat edən günə kimi onların təqaüdü ilə dolandığından, halhazırda onların təqaüdlərinə maddi ehtiyacı olduğundan cavabdehin üzərinə öhdəliklərin qoyulmasını tələb etməkdə haqlı olmuşdur. b. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 6 oktyabr 2017-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti nəzdindəki Ali Nəzarət Komissiyası na (bundan sonra – Komissiya) həvalə olunmuşdur. c. Ekspertin qarşısında S.Eyyubovanın xəstəliyinin hansı yaş dövründən, uşaqlıqdan və ya yetkinlik yaşına çatdıqdan sonra yaranması, xəstəlik uşaqlıqdan yaranmışdırsa, həmin vaxtdan onun əlilliyinə səbəb ola bilməsi və ya xəstəliyin sonradan inkişaf edərək 1979-cu ildə ona İİ qrup əlillik dərəcəsinin verildiyi vaxt əlillik səviyyəsinə çatması, S.Eyyubovanın uşaqlıqdan keçirilmiş polimelit xəstəliyindən sonra soltərəfli atrofik hemiparezin nəticəsində 18 yaşına çatanadək sağlamlıq imkanları məhdud əlil hesab oluna bilməsinə dair suallar qoyulmuşdur. d. Lakin Komissiya tərəfindən qaldırılan məsələlərin tibbi ekspertizanın səlahiyyətlərinə aid olmadığı bildirilərək göstərilmişdir ki, əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlillik təyin edilə n vaxt şəxsin sağlamlıq imkanlarının məhdudlaşmış hesab edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə aiddir. e. Şəki Apellyasiya Məhkəməsinin X1 rayonlararası HƏEK-in 26 dekabr 1986-cı il tarixli rəyinə istinad edərək belə nəticəyə gəlmişdir ki, əlilliyin səbəbi uşaqlıqdan qeyd edilsə də, işdə iddiaçının 18 yaşı tamam olana qədər sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə dair mötəbər sübut olmamışdır. Məhkəmənin fikrincə, rəydə əlilliyin səbəbinin uşaqlıqdan qeyd edilməsi o anlama gəlmir ki, S.Eyyubova uşaqlıqdan İİ qrup əlil olmuşdur. f. Bununla bağlı qeyd edilməlidir ki, apellyasiya şikayəti üzrə işə yenidən baxılmasının hədlərini nəzərdə tutan İnzibati Prosessual Məcəllənin 82-ci maddəsində göstərili r ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İnzibati-Prosessual Məcəllənin 12-ci maddəsi apellyasiya məhkəməsinin üzərinə mübahisənin düzgün həlli üçün nəinki proses iştirakçılarının təqdim etdikləri izahatları, ərizə və təklifləri, sübutları araşdırıb qiymətləndirmək, eyni zamanda öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini qoymuşdur. g. İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinin təhlilindən göründüyü kimi, bu maddədə işə yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələri) və faktlar (faktiki hallar) əsasında mahiyyət üzrə tam həcmdə baxılması göstərilmiş, eyni zamanda Məcəllənin işin hallarının araşdırılması prinsipini nəzə rdə tutan 12-ci maddəsinə istinad edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 17 sentyabr tarixli Qərarı). h. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. i. X10 Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası ekspertin qarşısına qoyduğu sualların cavablandırılmamasına baxmayaraq sadəcə S.Eyyubovanın anadangəlmə əlil olmaqla əmək qabiliyyətinə malik olmasını təsdiqləyən yetərli tibbi sənədlərin mövcud olmamasına əsaslanmaqla iddianı rədd etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyası tərəfindən S.Eyyubovanın sağlamlıq imkanlarının məhdudluğu barədə sənədlərə (Qazax ray on İkinci Şıxlı kənd icra nümayəndəliyi tərəfindən təsdiq edilmiş həmin kənd sakinlərinin iştirakı ilə tərtib edilmiş akta, Qazax rayon V.Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbi tərəfindən iddiaçı S.Eyyubovanın xəstəliyi ilə əlaqədar məktəbdən xaric edilməsi haqqında arayışa, Sumqayıt şəhər X2 stasionar xəstənin xəstəlik tarixçəsindən çıxarışa və digər sənədlərə (fotoşəkil və s.) isə heç bir hüquqi qiymət verilməmişdir. j. Beləliklə, apellyasiya instansiyası məhkəməsi məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş rəy və arayışları, təqdim edilmiş yeni sübutları İnzibati Prosessual Məcəllənin 12, 58.7 və 82-ci maddələrinə uyğun olaraq lazımi qaydada araşdırmamış və qiymətləndirməmişdir. Qeyd olunmalıdır ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 11 aprel 2017-ci il t arixli qərarı ilə məhz S.Eyyubovanın 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi kifayət qədər ətraflı araşdırılmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir”.
56. Məhkəmə kollegiyası oxşar iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 yanvar 2020-ci il tarixli qərarının işığında apellyasiya instansiyası məhkəməsinin qərarına hüquqi qiymət verərək hesab edir ki, apellyasiya məhkəməsi iddiaçının qızının xəstəliyinin dəqiq hansı yaşdan yaranmasına dair hər hansı sübuta istinad etmədən səhv nəticəyə gəlmiş, Qəribova Səbinə Vahid qızının sağlamlıq imkanlarının məhdudluğunun hansı yaşdan yaranması ilə bağlı heç bir araşdırma aparmamış, onun qeydiyyatda olduğu xəstəxa naya, poliklinikaya sorğular verməmiş, cavabdehdən əlilliyin müəyyən olunmasına əsas olan tibbi sənədləri tələb etməmişdir.
57. İddiaçının qızının xəstəliyinin yaranma anı araşdırılmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir.
58. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən “uşaqlıqdan” dedikdə, Qəribova Səbinə Vahid qızının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunun nə zaman yaranması istiqamətində heç bir araşdırma aparılmamışdır. Belə ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla yaşa görə əmək pensiyasını təyin edilməsi üçün onun qızının sağlamlıq imkanlarının məhdudluğunun nə zaman yaranmasının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir.
59. İddiaçının pensiy a yaşı ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 60. “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş, anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
61. Cavabdeh iddiaçının qızı Səbinənin sağlamlıq imkanlarının məhdudluğunun 8 yaşınadək yaranmadığını, 15 yaşında müəyyən edildiyini bildirib iddiaçıya münasibətdə Qanunun 8.2-ci maddəsinin tətbiq edilməli olmadığını bildirmişdir.
62. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, yuxarıda qeyd edilən hal, yəni iddiaçının qızının sağlamlıq imkanlarının məhdudluğu 15 yaşında müəyyən edilsə də, onun əlillik sənədlərində göstərilən xəstəliyin uşaqlıqdan yaranması dedikdə, 8 yaşadək, yoxsa 8 yaşından sonra yaranması, həmin xəstəliyin əlilliyə səbəb olması araşdırıldıqdan sonra mübahisə (həm sığorta stajına, həm də pensiya yaşına münasibətdə) tam həllini tapa bilər.
63. Digər tərəfdən, cavabdeh özü də etiraf edir ki, iddiaçıya “Sosial müavinətlər haqqında” Qanunun tələbinə uyğun olaraq 1 fevral 2021-ci il tarixdə sosial müavinət təyin edilmişdir. İddiaçı 1 fevral 1964-cü ildə doğulmuş, sosial müavinət təyin edilən vaxt 57 yaşı tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinin tələbinə görə iddiaçının tələb olunan sığorta stajı, yaxud pensiya kapitalı olduqda 57 yaşdan pensiya hüququ yaranmış olacaqdır. 64. “Sosial müavinətlər haqqında” Qanunun 4.0.1.2-ci maddəsinə görə yaşa görə aylıq müavinət təyin edilir.
65. Həmin Qanunun 7.0.2-ci maddəsinə görə yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir.
66. Apelyasiya instansiyası məhkəməsi 57 yaşında iddiaçıya təyin edilən sosial müavinətin səbəbini, “Sosial müavinətlər haqqında” Qanunun 7.0.2-ci maddəsinə əsasən təyin edilməsini araşdırmamışdır.
67. Bəhs olunan halların araşdırılıb müəyyən edilməsi iş üzrə düzgün qərarın qəbul olunması üçün mühüm əhəmiyyət daşıyır.
68. Odur ki, cavabdehin kassasiya şikayəti əsaslı olduğundan qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 9 mart 2023-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, araşdırmanın aparılmasına zərurət olduğundan iddianın rədd edilməsi hissəsində şikayət təmin edilməməlidir.
69. Yuxarıd a göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 mart 2023-cü il tarixli, 21(103)-538/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.