Məhkəmə qərarları › İş №2-1(102)-1657/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1657/2019

29.05.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1657/2019 29.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi x2, Cavabdehin nümayəndəsi x3, Cavabdehin vəkili Əhməd İsmayıl Əhməd oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 19 dekabr tarixli 2-1(103)2729/2018 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayə tinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən obyektdə pul vəsaitininuçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi iləmüəyyən edilən qaimə-faktura və ya elektron qaimə faktura və ya elektron vergi hesabfaktura əsasında alınması məsələsinin yoxlanılması məqsədilə operativ vergi nəzarətitədbiri keçirilmiş, yoxlamanın nəticələri VN-16 № 000907 seriyalı aktla rəsmiləşdirilmiş, akt əsasında iddiaçı barəsində “Vergiödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında”qərar qəbul edilərək o, 26.496,70 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı 2017-ci il 30 noyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Mə hkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin26.496,70 manat məbləğində “Vergiödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında”qərarının ləğv olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2014-2015-ci illərdə xarici ölkələrdən qızıl-zinət əşyaları gətirərkən Heydər Əliyev adına hava limanında bu malları gömrük işçilərinə təhvil verirdi, gömrük işçiləri bunun əsasında onlara əşyaların çəkisini təsdiq edən sənəd verirdilər. Sabiq Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən Xətai Metrosunun yanında yaradılan ofisdən faiz ödəmək şərti ilə malları geri qaytarılırdı. Ödədikləri pul miqdarında onlara çek verilmirdi, bu səbəbdən onlardan qanunsuz olaraq tələb olunan qaiməni itird iklərini deyərək özlərində saxlayırdılar ki, gələcəkdə sübut kimi istifadə edə bilsinlər. 2017-ci il 26 sentyabr tarixdə vergilər departamentinin əməkdaşları ona mal qalığı çıxartmış və zinət əşyalarının gömrükdən keçmə sənədi olmadığı üçün mallarının 10 % dəyərinin vergiyə ödəməli olacaqlarını bildirmişlər. O, həmin gömrük qaimələri olduğundan, qaimələri rəsmi qaydada vergi departamentinə təqdim etmiş, lakin bu hadisədən təqribən 2 ay sonra 26.496,70 manat məbləğində vergi məsuliyyətinə cəlb olunmasını bilmişdir. İddiaçı ********** saylı VÖEN üzrə fəaliyyət göstərmiş, zinət mallarını rəsmi olaraq gömrük orqanlarında qeydiyyatdan keçirmiş və bununla bağlı müvafiq sənədləri vergi departamentinin əməkdaşlarına təqdim etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etira z təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra mətndə - VM) 23, 41 və 50-ci maddələrini əsas tutaraq iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Puşkin 2,10 ünvanında yerləşən obyektdə pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların VM ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə faktura və ya elektron vergi hesab faktura əsasında alınması məsələsinin yoxlanılması məqsədilə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Yoxlama zamanı vergi ödəyicisinin ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində (obyektində) 26.4967 manat məbləğində vergi qanunvericiliyinə uyğun olaraq müvafiq sənədlərlə alışı təsdiq edilməyən mallar aşkar edilmiş və həmin mallar müvafiq siyahı üzrə qeydə alınmış və y oxlamanın nəticələrinə dair 2017-ci il 26 sentyabr tarixli, VN-16 №000907 seriyalı akt rəsmiləşdirilmişdir. Qeyd edilən akt nəticəsində VM-in tələbinə uyğun olaraq vergi ödəyicisi 2017-ci il 16 noyabr tarixli, **********7344 saylı qərarla 26.496,70 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. VM-in 16.1.3-cü maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. VM-in 71-ci maddəsinə əsasən, vergi ödəyicisi olan hər hansı şəxs, həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatla rı sənədləşdirməyə borcludur. Vergi ödəyiciləri Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Vergi ödəyicisinin ayrı-ayrı uçot sənədləri xarici dildə tərtib edildikdə, vergi orqanları onların Azərbaycan dilinə rəsmi surətdə tərcümə olunmasını tələb edir. Mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır. VM-in 130-cu maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xə rclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. İqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməy ə borcludur. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. Vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərti ilə vergilərin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə apara bilər. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən, verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə aparılmalıdır ki, bu əməliyyatlardan heç biri nəzərdən qaçırılmasın və ya iki dəfə hesaba alınmasın. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 28 avqust tarixli 2-1(81)500/2018 nöm rəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin 2017-ci il 16 noyabr tarixli, **********7344 saylı “Vergiödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında”qərarının ləğv olunması qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçıda aşkar edilmiş qalıq malların 2010-cu ildə onun atası tərəfindən Azərbaycan Respublikasına bəyan edilməklə gətirilən malların qalığı olmamasını sübut edə bilməmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 19 dekabr tarixli 2-1(103)-2729/2018 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İq tisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 11 fevral tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 7 mart tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə vergi orqanı tərəfindən həyata keçirilmiş operativ vergi nəzarəti tədbirinin qanuniliyini tanımış, yəni tədbir nəticəsində aşkarlanmış alış sənədləri olmayan malların həqiqətən mövcud olduğunu qəbul etmiş, bununla belə iddiaç ının əsassız iddia ərizəsini təmin edərək ziddiyyətli qərar qəbul etmişdir. Belə ki, məhkəmə qərarında 2017-ci il 26 sentyabr tarixdə vergi ödəyicisi iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat subyektində aşkar edilmiş alış sənədi olmayan malların vergi ödəyicisinə deyil, onun atası x2 məxsus olduğunu bildirmişdir. Həmçinin, məhkəmə iddiaçıda aşkar edilən qalıq malların 2010-cu ildə onun atası tərəfindən Azərbaycan Respublikasına bəyan edilməklə gətirilən malların qalığı olmamasını sübut edə bilməmək öhdəliyini vergi orqanının üzərinə qoymuşdur. İddiaçının atası malları idxal edərkən ƏDV qeydiyyatında olmuş, mallar iddiaçıya pərakəndə qaydada təqdim edilmədiyindən qeyd olunan əməliyyat elektron vergi hesab fakturası ilə rəsmiləşdirilməli idi. Belə olan halda, iddiaçıya tətbiq edilmiş maliy yə sanksiyasının əsaslılığı baxımından iddiaçının atasının həmin malları idxal etməsinin belə heç bir əhəmiyyəti yoxdur. Məsuliyyət qərarı o zaman əsassız hesab edilə bilərdi ki, iddiaçının atası tərəfindən malların iddiaçıya təqdim edilməsi elektron vergi hesab fakturası ilə rəsmiləşdirilərdi. Göstərilənlər məhkəmə tərəfindən maddi hüquq normasının tələblərinin pozulduğunun və mübahisələndirilən qərarın qanuniliyinin birbaşa sübutudur. Eyni zamanda, yoxlama zamanı müəyyən edilmiş malların 2010-cu ildə alınmış mallar olmaması vergi ödəyicisi tərəfindən 2016-cı ilin 4-cü rübü üzrə təqdim edilmiş bəyannamədə yoxlama zamanı aşkar edilmiş malların mal qalığı siyahısında göstərilməməsi ilə sübut edilir. Bu məhkəmənin ehtimal etdiyi malların 2010-cu ildən alınmasını istisna edir. Bundan əlavə, m əhkəmə vergi orqanının “mal qalığını hansı dövrdə almasını müəyyən etmədiyini” bildirsə də, məhkəmə araşdırması zamanı özü tərəfindən malların hansı dövrdə alınması vəzifəsi olduğu halda məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. VM-in 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. İPM-in 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən cavabdeh hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işi birtərəfli araşdırmış, qəbul edilmiş qərar nəticəsində maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından nümayəndəsi çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri s übutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.8-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki: 1)...operativ vergi nəzarəti zamanı iddiaçıya məxsus mağazada aşkar ed ilmiş qalıq malların alış sənədlərinin mövcud olması məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmışdır. Belə ki, həmin malların alğı-satqısına dair invoyslar və gömrük mədaxil orderləri məhkəmə iclasına təqdim edilmiş və iş materiallarının 55-83-cü vərəqələrinə əlavə edilmişdir. Həmin invoys (faktura) sənədlərində sözügedən qızıl əşyalarının qramı, dəyəri və s. təsbit edilmişdir. Bundan başqa, gömrük mədaxil orderlərindən qızıl əşyalarının ölkə ərazisinə gətirildiyi və tədiyəçinin x2 olduğu görünür. Bundan başqa, iş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarından həmin qızılların dəyərinin iddiaçı tərəfindən bank vasitəsilə ödənildiyi də təsdiq olunur. 2)...iddiaçı x1 ilə malları ərəb ölkələrindən idxal edən x2 qohumluq münasibətlərində olmaqla, sonuncu iddiaçının atasıdır. Atası nın 2010-cu ildə ərəb ölkələrindən satın aldığı və gömrük orqanlarında bəyan edilmiş qızıl əşyalarını satmaq üçün fərdi sahibkar kimi qızılların satışı ilə məşğul olan oğluna verməsi ağlabatandır və mövcud praktika bu cür malların verilməsinin sənədləşdirilmədiyini göstərir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətləri ilə bağlı aşağıdakıları qeyd edir. VM-in (vergi yoxlamasının aparıldığı vaxtda qüvvədə olan redaksiyada) 16.1, 16.1.3cü maddələrinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. VM-in 71.1-ci maddəsinə əsasən, vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə ver gi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. VM-in 71.2-71.4-cü maddələrinin tələblərinə əsasən, vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar (71.2.). Vergi ödəyicisinin ayrı-ayrı uçot sənədləri xarici dildə tərtib edildikdə, vergi orqanları onların Azərbaycan dilinə rəsmi surətdə tərcümə olunmasını tələb edir (71.3.). Mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır (71.4.). VM-in 130-cu maddəsinin müddəaların a əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir (130.1.). Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliy yatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur (130.2.). Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır (130.3.). Vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərti ilə vergilərin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə apara bilər (130.4.). Vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən, verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə aparılmalıdır ki, bu əməliyyatlardan heç biri nəzərdən qaçırılmasın və ya iki dəfə hesaba alınmasın (130.5. ). Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən qənaətlərini VM-in qeyd edilən normalarının tələbləri nəzərə alınmaqla əsaslandırmalı idi. Hazırkı işdə bu, baş verməmişdir. Cavabdeh haqlı olaraq qeyd edir ki, məhkəmə vergi orqanının “mal qalığını hansı dövrdə almasını müəyyən etmədiyini” bildirsə də, məhkəmə araşdırması zamanı malların hansı dövrdə alındığını müəyyən etmək işin hallarının araşdırılması prinsipinə əsasən vəzifəsi olduğu halda, məhkəmə tərəfindən İPM-in 12.1-ci maddəsinin tələbləri təmin olunmamışdır. Cavabdeh apellyasiya şikayətində “yoxlama zamanı müəyyən edilmiş malların 2010cu ildə alınmış malların vergi ödəyicisi tərəfindən 2016-cı ilin 4-cü rübü üzrə təqdim edilmiş bəyannamədə yoxlama zamanı aşkar edilmiş malların mal qalığı siyahısında göstərilmədiyini” q eyd etsə də, apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlilini yuxarıda qeyd edilən normaların tələbləri nəzərə alınmaqla yoxlamamış, həmin dəlilə qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılarkən, həmçinin aşağıdakılar nəzərə alınmalıdır. Cavabdeh vergi orqanı operativ vergi nəzarətinin 2017-ci il 26 sentyabr tarixli qərar əsasında keçirildiyini qeyd etsə də, operativ vergi nəzarətinin nəticəsi haqqında akt və aşkar edilmiş malların Siyahısı həmin tarixdən əvvəl – 2017-ci il 2 sentyabr tarixdə tərtib olunmuşdur. Həmin Siyahını imzası ilə təsdiq edən vergi ödəyicisi də icra etdiyi imzanın sonunda məhz 2017-ci il 2 sentyabr tarixi göstərmişdir. Cavabdeh vergi orqanının müb ahisələndirilən qərarında 2017-ci il 2 oktyabr tarixli akta istinad edilsə də, iddia ərizəsinə qarşı etirazında vergi orqanı aktın 2017-ci il 26 sentyabr tarixdə rəsmiləşdirildiyini bildirir. Vergi ödəyicisindən yoxlama ilə bağlı izahatın da 2017-ci il 26 sentyabr tarixdə alındığı göstərilmişdir. Cavabdeh inzibati orqanın qəbul etdiyi qərarın əsası kimi istinad etdiyi sənədlərdəki bu ziddiyyətli hallar məhkəmə araşdırmasının predmeti olmayıb, onlara münasibət bildirilməyib. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda gö stərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 19 dekabr tarixli 2-1(103)-2729/2018 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar