Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1659/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı “iddiaçının adına Belarus Respublikasının Dövlət Texniki Universiteti tərəfindən verilmiş Dİ **34951 saylı, 19.*6.2*21-ci il tarixli diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehi n üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(1*3)-54*/2*24 nömrəli, 2* fevral 2*24-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Diploma və diploma əlavə edilmiş apostilə əsasən, iddiaçı Məmmədov X3 Milli Texniki Universitetinə qəbul olub və 2*21-ci ildə adıçəkilən Universitetin “İnformasiya sistemləri və texnologiyaları” ixtisası üzrə tam kursunu bitirib.
2. Ali təhsilli xarici mütəxəssisin ödənişli əsaslarla BMTU-də hazırlığı barədə 1*.1*.2*16-cı il tarixli müqavilədə göstərilmişdir – Bundan sonra BMTU adlandırılacaq Belarus Milli Texniki Universiteti, *1-27/82 nömrəli 11.*6.2*16-cı il tarixli etibarnamə əsasında fəal iyyət göstərən Tədris işləri və informasiya texnologiyaları üzrə prorektor X2 şəxsində bir tərəfdən və bundan sonra Xarici tələbə adlandırılacaq vətəndaş İddiaçı (Belarus Respublikasında müvəqqəti yaşayan xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün), ölkə: Azərbaycan, digər tərəfdən aşağıdakılar barədə hazırkı müqaviləni bağladılar. Müqavilənin predmeti – Xarici tələbənin vəsaitləri hesabına ödənişli əsaslarla qiyabi (distant) təhsil forması üzrə Beynəlxalq distant təhsil institutunda Mühəndisproqramçı peşəsinin verilməsi ilə ali təhsilli mütəxəssisin 1-4* *5 *1 “İnformasiya sistemləri və texnologiyaları” ixtisası üzrə magistr pilləsində hazırlğı. Təhsil müddəti 4 il təşkil edir.
3. Belarus Respublikasının Dövlət Texniki Universitetinin Belarus Respublikasının Azərbaycan Respub likasındakı Səfirliyinə ünvanladığı 25.11.2*21-ci il tarixli məktubu ilə İddiaçı 12.11.2*21-ci il tarixli, *4- 23/82-k nömrəli məktubuna cavab olaraq bildirilmişdir ki, iddiaçı Beynəlxalq Distant Təhsil İnstitutunda 1*.1*.2*16-cı ildən 28.*6.2*21-ci il tarixinədək 1-4* *5 *1 ixtisası üzrə təhsil alıb - qiyabı (distant) formada.
4. İddiaçı hazırkı iddia tələbi üzrə cavabdehə müraciət etmişdir.
5. Cavabdeh tərəfindən iddiaçının həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmasına istinad edərək diplomun tanınmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “iddiaçının adına B elarus Respublikasının Dövlət Texniki Universiteti tərəfindən verilmiş Dİ **34951 saylı, 19.*6.2*21-ci il tarixli diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2*16-2*21-ci illərdə Belarus Respublikasının Dövlət Texniki Universitetində təhsil alaraq, proqrammist-mühəndis ixtisasına yiyələnmişdir. Ona təhsili bitirməsi haqqında Dİ **34951 saylı, 19.*6.2*21-ci il tarixli diplom verilmişdir. İddiaçı 31.*5.2*21-ci il tarixdə xarici ali təhsilinin Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin *5.11.2*21-ci il tarixli, NA/****3*42 saylı mək tubu ilə iddiaçının diplomunun tanınmasından imtina etmişdir. İmtinanın əsası kimi, iddiaçının tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmasıdır. İddiaçı cavabdehin imtinasını əsassız hesab edilərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-553/2*23 nömrəli, 14 aprel 2*23-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilərək, İddiaçı Belarus Respublikasının Dövlət Texniki Universiteti tərəfindən verilmiş Dİ **34951 saylı, 19.*6.2*21-ci il tarixli diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçi ilə Belarus Respublikasının Dövlət Texniki Universiteti a rasında bağlanmış “Ali təhsilli xarici mütəxəssisin ödənişli əsaslarla BMTU-də hazırlığı barədə” müqavilədə iddiaçının ali təhsili qiyabi -distant şəkildə alacağı razılaşdırılmışdır ki, belə olan halda iddiaçının təhsil alması üçün Azərbaycan Respublikasının ərazisindən kənara çıxması və Universitetin yerləşdiyi ölkəyə getməsi tələb olunmur.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(1*3)-54*/2*24 nömrəli, 2* fevral 2*24-cü il tarixli qərarı ilə (hakimlər: R.Səmədov /sədrlik edən və məruzəçi/, K.Əkbərov və A.Oruczadə) apellyasiya şikayəti təmn edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlsanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz hallarındandır ki, iddiaçı 2*16-2*21-ci illərdə Belarusiya Respublikası Belarus Milli Texniki Universitetində qiyabi formada təhsil almış, buna müvafiq olaraq onun ali təhsil aldığı təhsil müəssisəsində dərslərdə iştirak üçün xarici ölkədə olma müddəti kimi müəyyən olunmuşdur: İ il - 12 gün, İİ i l - getməyib, İİİ il-11 gün, İVil-1 semestrgetməyib, (İİ semestr pandemiya dövrünə təsadüf edir); V il-15 gün (İİ semestr) (İ semestr pandemiya dövrünə təsadüfədir).
15. Azərbaycan Respublikası Prezidentinin 2*23-cü İl 18 avqust tarixli, 23*6 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının 4.1.5-ci maddəsinə əsasən Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tanınma üzrə ümumi tələblərdə n biridir.
16. Belə olan halda, İddiaçı Belarusiya Respublikası Belarus Milli Texniki Universiteti “İnformasiya sistemləri və texnologiyaları8 *11 genişprofilli bakalavr təhsil proqramını distant təhsilalma istiqaməti üzrə həmin ölkədə bir neçə tədris illərində ümumiyyətlə olmadan bitirməsi, Azərbaycan Respublikasının qüvvədə olan təhsil standartları baxımından iddiaçının təhsili başa çatmış hesab edilə bilməz və bakalavr pilləsi üzrə təhsilinin məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər baxımından əhəmiyyətli fərq yaradır və tanınması mümkün hesab edilmir.
17. İddiaçının xarici ölkədə aldığı “İnformasiya texnologiyaları mühəndisliyi” ixtisası üzrə təqdim etdiyi təhsil sənədlərinə nəzər yetirdikdə aydın olur ki, bir sıra tədris olunan fənlərdə nəzəri cəhətdən effektiv mənims ənilməsi üçün yüksəkixtisaslı professor müəllim heyəti ilə tələbə arasında şəxsiyyətyönümlü inkişafı təmin etmək üçün əyani iştirak mütləqdir.
18. Eyni zamanda bildirir ki, Ali Məhkəmənin 2-1(1*2)-2762/2*23 saylı, *8.12.2*23-cü il tarixli qərarının bir neçə bəndlərində vurğulanan hüquqi mövqey ondan ibarətdir ki, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının halında xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin burada həlledici oian qeyd edilən qaydada xaricdə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına m ünasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, milli qanunvericilik tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır
19. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, Bakı Apeilyasiya Məhkəməsinin 2*.*2.2*24-cü il tarixli qərarının ləğv edilməsini və İddiaçı cavabdeh Təhsildə X1rşı Belarus Respublikası Belarus Milli Texniki Universiteti tərəfindən verilmiş “İnformasiya sistemləri və texnologiyaları” ixtisası (bakalavr/qiyabi) üzrə 28.*6.2*21-ci il t arixli, ДИ № **34951 nömrəli bakalavr diplomu üzrə ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1* gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.1*. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüq uqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə olduğu kimi, İddiaçı cavabdeh Təhsildə X1rşı “iddiaçının adına Belarus Respublikasının Dö vlət Texniki Universiteti tərəfindən verilmiş Dİ **34951 saylı, 19.*6.2*21-ci il tarixli diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyası iş üzrə yuxarıda göstərilmiş nəticəyə gələrkən belə hesab etmişdir ki, “iddiaçı qısaldılmış müddət üzrə qiyabi (distant) ali təhsil almış və bununla bağlı ona diplom verilmişdir. Cavabdeh iddiaçının təhsil aldığı istiqamət üzrə təhsil müddəti və təhsil formasının Azərbaycan Respublikasında yol verilməməsini mübahisələndirməmiş, həmçinin iddiaçıya məxsus diplomda verilən hüquqların Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olması mübahisə doğurmamışdır.
26. Məhkə mə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh iddiaçının ali bakalvr diplomunda və diploma əlavədə göstərilən məlumatların mötəbər olmamasını sübuta yetirməmişdir.”
27. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Dİ **34951 nömrəli Diploma və diploma əlavə edilmiş apostilə əsasən, iddiaçı Məmmədov X3 Milli Texniki Universitetinə qəbul olub və 2*21- ci ildə adıçəkilən Universitetin “İnformasiya sistemləri və texnologiyaları” ixtisası üzrə tam kursunu bitirib. Ali təhsilli xarici mütəxəssisin ödənişli əsaslarla BMTU-də hazırlığı barədə 1*.1*.2*16-cı il tarixli, *3/723-16 nömrəli müqavilədə göstərilmişdir – Bundan sonra BMTU adlandırılacaq Belarus Milli Texniki Universiteti, *1-27/82 nömrəli 11.*6.2*16-cı il tarixli etibarnamə əsasında fəaliyy ət göstərən Tədris işləri və informasiya texnologiyaları üzrə prorektor X2 şəxsində bir tərəfdən və bundan sonra Xarici tələbə adlandırılacaq vətəndaş İddiaçı (Belarus Respublikasında müvəqqəti yaşayan xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün), ölkə: Azərbaycan, digər tərəfdən aşağıdakılar barədə hazırki müqaviləni bağladılar. Müqavilənin predmeti – Xarici tələbənin vəsaitləri hesabına ödənişli əsaslarla qiyabi (distant) təhsil forması üzrə Beynəlxalq distant təhsil institutunda Mühəndisproqramçı peşəsinin verilməsi ilə ali təhsilli mütəxəssisin 1-4* *5 *1 “İnformasiya sistemləri və texnologiyaları” ixtisası üzrə magistr pilləsində hazırlğı. Təhsil müddəti 4 il təşkil edir. Belarus Respublikasının Dövlət Texniki Universitetinin Belarus Respublikasının Azərbaycan Respublikası ndakı Səfirliyinə ünvanladığı 25.11.2*21-ci il tarixli, *1-27/79*1 nömrəli məktubu ilə İddiaçı 12.11.2*21-ci il tarixli, *4- 23/82-k nömrəli məktubuna cavab olaraq bildirilmişdir ki, iddiaçı Beynəlxalq Distant Təhsil İnstitutunda 1*.1*.2*16-cı ildən 28.*6.2*21-ci il tarixinədək 1-4* *5 *1 ixtisası üzrə təhsil alıb - qiyabı (distant) formada.
28. Beləliklə yuxarıda göstərilən sənədlərdən göründüyü kimi iddiaçının qiyabi (distant) formada təhsil aldığı bildirilmişdir.
29. Hətta iddiaçının diplomunda onun hansı formada təhsil aldığı göstərilməmişdir.
30. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, təhsilin qiyabi və distan formalarının eyniləşdirilməsi yanlışdır.
31. Belə ki, apellyasiya məhkəməsi öz qərarına qeyd etmişdir ki, “Bundan başqa, iddiaçı ilə Belarus Respublikasının Dövlət Texniki Universiteti arasında bağlanmış “Ali təhsilli xarici mütəxəssisin ödənişli əsaslarla BMTU-də hazırlığı barədə” müqavilədə iddiaçının ali təhsili qiyabi-distant şəkildə alacağı razılaşdırılmışdır ki, belə olan halda iddiaçının təhsil alması üçün Azərbaycan Respublikasının ərazisindən kənara çıxması və Universitetin yerləşdiyi ölkəyə getməsi tələb olunmur.”
32. Bununla bağlı olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, əvvəla, sözügedən müqavilə normativ-hüquqi akt deyildir, ona görə də bu müqavilənin müddəalarının tətbiq edilməsi məcburi xarakter daşımır, digər tərəfdən, həmin müqavilə Azərbaycan Respublikasının “Təhsil haqqında” qanunun 13.1-ci maddəsinə ziddir, bu səbəbdən onun hüquqi qüvvəsi yoxdur.
33. Lakin apellyasiya instansi yası məhkəməsi öz qərarında həmin qanunun 13.1-ci maddəsinə istinad etsə də, qanunun adıçəkilən müddəalarını nəzərə almamışdır. 34. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində qeyd edilir ki, 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat).
35. Göründüyü kimi, qanunla qiyabi və distant (məsafədən) təhsil formaları fərqli təhsil formaları kimi müəyyən edilmişdir.
36. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçı 2*16-2*21-ci illərdə Belarus Milli Texniki Universitetində təhsil aldığı zaman Belarusiyada cəmi 38 gün olmuş, halbuki Azərbaycan Respublikası Prezidentinin 2*23-cü il 18 avqust tarixli, 23*6 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətl ərinin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci maddəsinə əsasən, maliyyə kvalifikasiyalar çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzr təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tanınma üzrə ümumi tələblərdən biridir.
37. Lakin apellyasiya məhkəməsi bu məsələni araşdırmamışdır.
38. Həmçinin qeyd edilməlidir ki, apellyasiya məhkəməsi sözügedən məsələni, hətta lazım olduğu halda iddiaçının təhsil aldığı Belarus Respublikasının Dövlət Texniki Ünuversitetinə müvafiq sorğu göndə rilməklə, tam və hərtərəfli tədqiq edilməmiş, araşdırma aparılmamışdır.
39. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin inzibati kollegiyası 2*.*2.2*24-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2* fevral 2*24-cü il tarixli, 2- 1(1*3)54*/2*24 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.