Məhkəmə qərarları › İş №2-1(102)-166/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-166/2025

16.01.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-166/2025 16.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olmadan, əlilliyi müəyyən edilmiş şəxsin əyani müayinəyə cəlb edilməsinin hüquqi nəticələri; əlilliyin bərpa edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərarının iddiaçıya aid hissədə ləğv edilməsi və xx.xx.2021-ci il tarixdə təyin edilmiş müddətsiz 3-cü dərəcə əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyul 2024-cü il tarixli, 2-1(107)-393/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbindən İİİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmiş, müavinət xx.xx.2022-ci il tarixdən dayandırılmışdır.

2. İddiaçı sosial müavinətin verilməsinin bərp a olunması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, eşitmə xəstəlikləri üzrə şübhə doğuran əlillik təyinatlarının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə araşdırılması çərçivəsində təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq iddiaçı barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərarının iddiaçıya aid his sədə ləğv edilməsi və xx.xx.2021-ci il tarixdə təyin edilmiş müddətsiz 3-cü dərəcə əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı tələbini əsaslandırarkən işin hallarında göstərilən xüsusatlara istinad etmişdir.

5. Şəki İnzibati Məhkəməsinin (hakim: V.Ə.Musayev) 22 aprel 2024-cü il tarixli 21(116)-148/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərarı iddiaçıya aid hissədə ləğv edilmiş, cavabdehin üzərinə xx.xx.2021-ci il tarixdə iddiaçıya təyin edilmiş müddətsiz 3-cü dərəcə əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyi qoyulmuşdur.

6. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı tələblə məhk əməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdeh orqanın xx.xx.2022-ci il tarixli əyani müayinənin nəticəsi olaraq qəbul etdiyi qərarın ona aid hissədə ləğvinə nail olmaqdır. Belə ki, sözügedən qərar iddiaçıya əlillik təyinatı barədə tibbi ekspert komissiyasının xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi barədədir. İş materialları ilə müəyyən edilir ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2021-ci ildə qiymətləndirilmiş və ona müddətsiz (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik) üçüncü dərəcəli əlillik təyin edilmişdir. Qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlilliklə bağlı qərarın dəyişdirilməsi və ləğv edilməsi imkanını tanımışdır. Bununla bağlı qanunvericilik normasının dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Yəni, qanunvericiliyin tələblərinə görə, cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəy ə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Hazırkı işin hallarından göründüyü kimi, cavabdeh orqan 2017-2021-ci illərdə qulaq xəstəlikləri üzrə rəsmiləşdirilmiş əlillik təyinatlarının əsaslılığının araşdırılması ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etmişdir. Həmin araşdırma ilə bağlı olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-yə müraciət etmiş, lakin sonuncu, xx.xx.2021-ci il tarixli cavab məktubunda texniki problem nəticəsində bir sıra sənədlərin yararsız vəziyyətə düşməsi və əlavədə adları qeyd edilməyən vətəndaşların təkrar müayinə olunm asına köməklik göstərilməsini xahiş etmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə cavab məktubu göndərərək 138 nəfərə aid göndərişlərin əsaslı olduğu, 1268 nəfər barəsində tərtib edilmiş göndərişlərin isə əsassız olduğu bildirmişdir. Həmin siyahıda iddiaçının adı olmadığından cavabdeh orqan müxtəlif risk qrupları üzrə göndərişlərin araşdırılması və əlillik təyinatı zamanı əsas götürülmüş tibbi rəylərin həqiqətən Respublika Eşitmə, Səs və X3 tərəfindən verilib-verilməməsini müəyyən etmək məqsədilə inzibati icraat başlamışdır. Göründüyü kimi, cavabdeh orqan iddiaçıya əvvəllər təyin edilmiş üçüncü dərəcəli əlilliklə bağlı qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlara malik olmamış, iddiaçının adının da daxil olduğu digər 1268 nə fərə aid sənədlərin yarasız vəziyyətə düşməsi ilə bağlı “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-nin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məktubları əsasında iddiaçının əyani müayinəsini həyata keçirmiş və hazırda mübahisələndirilən qanunsuz əlverişsiz inzibati aktı qəbul etmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, G.İ.Cavadova və T.H.Həsənov) 17 iyul 2024-cü il tarixli, 21(107 )-393/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

11. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, 2017-2021-ci illər üzrə dövlət tibb müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında əlillik təyinatı aparılmış vətəndaşlara dair məlumatlar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təhlil edilmiş və müxtəlif risk qrupları üzrə göndərişlər araşdırılmışdır. Araşdırma istiqamətlərindən biri də qulaq xəstəlikləri üzrə şübhə doğuran əlillik təyinatlarının araşdırılması və əsassız təyinatların aşkarlanaraq ləğv edilməsidir. Qeyd olunan dövr ərzində 1406 nəfərə dair rəsmiləşdirilmiş göndərişlərdə yazılmış stasionar müalicə müddətlərinə dair epikrizlər və tibbi rəylər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyindəki Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) strukturuna daxil olan Respublika Eşitmə, Səs və X3 tərəfindən verilmişdir. Bəzi əlillik təyinatları üçün əsas götürülmüş göndərişlərdə qeyd olunan tibbi rəy barədə məlumatlar tamamilə eynilik təşkil edir. Rəsmiləşdirilən göndərişlərdə əlillik təyinatına əsas verən Respublika Eşitmə, Səs və X2 tibbi rəyinin təh rif edilməsi halları müəyyən olunmuşdur. Göstərilənləri nəzərə alaraq, rəsmiləşdirilən göndərişlərdə qeyd olunan və qiymətləndirmə zamanı əlillik təyinatı üçün əsas götürülmüş tibbi rəylərin həqiqətən Respublika Eşitmə, Səs və X3 tərəfindən verilib-verilməməsini müəyyən etmək məqsədilə 1406 nəfərin müayinədə olması faktının araşdırılması məqsədəuyğun hesab edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X4 Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə daxil olan 04 fevral 2022-ci il tarixli PHŞ/1-2-2022-3196 nömrəli məktubun araşdırılması nəticəsində 31 nəfərin əlillik təyinatı barədə qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin düzgünlüyünə şübhə yaranmış və həmin şəxslər barəsində inzibati icraat başlanmışdır. Sözügedən 31 nəfərə xx.xx.2022-ci il tarixə əyani müayi nəyə çağırılmaları haqqında ünvanlarına sifarişli-xəbərnaməli məktublar göndərilmişdir. Onlardan əyani müayinə nəticəsində 23 nəfərin əlillikləri qüvvədə saxlanılmış, digər 8 nəfərin isə mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində Tibbi-sosial ekspert komissiyalarının qüvvədə olan əlillik təyinatı qərarlarının ləğv edilməsi barədə qərar qəbul olunmuşdur. Aparılmış inzibati icraatın nəticələrini və əyani müayinənin həyata keçirilməsi haqqında Tibbi-Sosial Ekspert komissiyasının xx.xx.2022-ci il tarixli **********8 nömrəli qərarını nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21, 62 və 67-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Eksp ertiza və X1”nin 3.2.4 və 4.5.18-ci yarımbəndlərini və Qaydanın 3.7-ci bəndini rəhbər tutaraq, əyani müayinəsi həyata keçirilmiş 23 nəfər şəxsin əlillik təyinatı barədə qərar X5 tərəfindən qüvvədə saxlanılmışdır. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən, 8 nəfərə dair Tibbi-Sosial Ekspert Komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarları ləğv edilmişdir. Cavabdeh orqan 2017-2021-ci illərdə qulaq xəstəlikləri üzrə rəsmiləşdirilmiş əlillik təyinatlarının əsaslılığının araşdırılması ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etmişdir. Həmin araşdırma ilə bağlı olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-yə müraciət etmiş, lakin sonun cu, xx.xx.2021-ci il tarixli cavab məktubunda texniki problem nəticəsində bir sıra sənədlərin yararsız vəziyyətə düşməsi və əlavədə adları qeyd edilməyən vətəndaşların təkrar müayinə olunmasına köməklik göstərilməsini xahiş etmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi cavabdehə xx.xx.2022-ci il tarixdə cavab məktubu göndərərək 138 nəfərə aid göndərişlərin əsaslı olduğu, 1268 nəfər barəsində tərtib edilmiş göndərişlərin isə əsassız olduğunu bildirmişdir. Həmin siyahıda iddiaçının adı olmadığından cavabdeh orqan müxtəlif risk qrupları üzrə göndərişlərin araşdırılması və əlillik təyinatı zamanı əsas götürülmüş tibbi rəylərin həqiqətən Respublika Eşitmə, Səs və X3 tərəfindən verilibverilməməsini müəyyən etmək məqsədilə inzibati icraat başlamışdır. Cavabdeh orqan iddiaçıya əvvəllər təyi n edilmiş üçüncü dərəcəli əlilliklə bağlı qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlara malik olmuşdur. Aydın olmuşdur ki, iddiaçı barəsində həmin göndəriş və diaqnozlar əsasında əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməsi mümkün olmamışdır. İddiaçının adının da daxil olduğu digər 1268 nəfərə aid sənədlərin yarasız vəziyyətə düşməsi halı şübhəli məqam olmaqla, iddiaçıya əvvəllər təyin edilmiş üçüncü dərəcəli əlilliklə bağlı qərarın düzgünlüyünü də şübhə altına alır. Bu əsasla da əyani müayinənin həyata keçirilməsi mütləq olmuşdur, lakin vətəndaş əyani müayinədən yayınmaqla artıq şübhələrin doğruluğunu təsdiq etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. Kassasiya şikay ətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peş ələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir....

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”: Bənd

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyi şdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.... 15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi;... 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olun muş qaydalara uyğun olaraq aparılır.... Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər....

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət forma l baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yu xarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsini n araşdırmaları yetərli hesab olunur.

22. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

23. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2021-ci ildə qiymətləndirilmiş və ona müddətsiz (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik) üçüncü dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh inzibati orqan 2017-2021-ci illərdə qulaq xəstəlikləri üzrə rəsmiləşdirilmiş əlillik təyinatlarının əsaslılığının araşdırılması ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etmişdir. Həmin araşdırma ilə bağlı olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-yə müraciət etmiş, lakin sonuncu xx.xx.2021-ci il tarixli cavab məktubunda texniki problem nəticəsində bir sıra sənədlərin yararsız vəziyyətə düşməsi və əlavədə adları qeyd edilməyən vətəndaşların təkrar müayinə olunmasına köməklik göstərilməsini xahiş etmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəf indən cavabdehə xx.xx.2022-ci il tarixdə cavab məktubu göndərilərək 138 nəfərə aid göndərişlərin əsaslı olduğu, 1268 nəfər barəsində tərtib edilmiş göndərişlərin isə əsassız olduğu bildirilmişdir. Həmin siyahıda iddiaçının adı olmadığından, cavabdeh orqan müxtəlif risk qrupları üzrə göndərişlərin araşdırılması və əlillik təyinatı zamanı əsas götürülmüş tibbi rəylərin həqiqətən Respublika Eşitmə, Səs və X3 tərəfindən verilib-verilməməsini müəyyən etmək məqsədilə inzibati icraat başlamışdır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əyani müayinəyə cəlb edilməsi iş materialları ilə öz təsdiqini tapır. Lakin qanunvericiliyin tələblərinə əsasən, cavabdeh inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olduğu halda qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir. Belə olan halda isə, cavabdeh inzibati orqan “Əlilliyin qiymətləndirilməsi qaydaları”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir.

25. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində i nzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

26. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı lə ğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

27. Mübahisəyə dair iş üzrə materiallardan müəyyən edilir ki, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə inzibati aktın hüquqi qüvvəsini itirməsi və ya etibarsız sayılması ilə bağlı cavabdeh tərəfindən məhkəmələrə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda, “İnzibati icraat haqqında” Qanun un 64.2-ci maddəsinə əsasən, iddiaçıya əlilliyin təyin edilməsi barədə cavabdehin qərarı qüvvədə və etibarlıdır.

28. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

29. Təyin olunmuş əlilliyin ləğvini və ya əlillik təyin olunmuş şəxsin tam reabilitasiya olunmasını şərtləndirən qanunvericilikdə nəzərdə tutulmuş bu və ya digər əsaslar aşkar edildikdə, cavabdeh inzibati orqan bu qərarın 29-cu bəndində qeyd olunmuş qaydada əvvəlki qərarının qəbulu üzrə inzibati icraatı təzələməyə, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində əlilliyin ləğv edilməsinə əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, şəxsə müd dətsiz əlilliyin təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə əlilliyin ləğv edilməsi və ya əlillik təyin olunmuş şəxsin tam reabilitasiya olunması barədə qərarın qəbulu “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.

30. Nəzərə alınmalıdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq və ya natamam aparılmış inzibati icraatı tamamlamaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanu nauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisəyə mahiyyəti üzrə baxılarkən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyul 2024-cü il tarixli, 21(107)-393/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar