Məhkəmə qərarları › İş №2-1(102)-1661/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1661/2025

07.08.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1661/2025 07.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: riskli əməliyyatlar; Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tətbiqinin qanuniliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Ver gi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 fevral 2025-ci il tarixli, 2-1(103)-1119/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin 24 iyun 2024-cü il tarixli, **********686800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə iddiaçıya 2024-ü ilin aprel ayı üçün 357.067,66 manat əlavə vergi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiyası məhkəməsindəki icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi bar ədə ərizə ilə məhkəməyə müraciət edərək, 24 iyun 2024-cü il tarixli, **********686800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv olunmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən aparılan əməliyyatlar qanuni şəkildə həyata keçirilmiş, əməliyyatın həyata keçirilməsinə dair müvafiq sənədlər cavabehə təqdim edilmişdir. Lakin cavabdeh əməliyyatların riskli olması əsası ilə mübahisələndirilən qərarı qəbul etmişdir.

4. Cavabdeh iddia tələbinə yazılı etirazında bildirmişdir ki, iddiaçı tərəfindən əvəzləşmə üçün təqdim olunan elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşməyə əsas verməmişdir. Çünki iddiaçının qarşılıqlı əməliyyat apardığı "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. Belə ki, "xxxx" MMC-nin fəaliyyətinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci bəndinə uyğun olub-olmamasını müəyyən etmək məqsədi ilə onun qeydiyyata alınmış təsərrüfat subyektlərində monitorinqlər keçirilmiş, araşdırma zamanı "xxxx" MMC-nin AZ5011, ünvan 1 ünvanında “Anbar” adı ilə xx.xx.2023-cü il tarixdə vergi orqanında **********-29001 kodla qeydiyyata alınmış təsərrüfat subyektində faktiki fəaliyyət göstərmədiyi və anbarda mal qalığının olmadığı müəyyən edilmişdir. Həmçinin xx.xx.2023cü il tarixində "xxxx" MMC-nin digər - Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi ev Sədərək TM-nə gedən yolu n şimal qərbi ünvanında yerləşən təsərrüfat subyektində "xxxx" MMC ilə əlaqə yaratmaq mümkün olmadığından icarədar "xxxx" MMC-nin nümayəndəsi ilə əlaqə saxlanılaraq obyektin yeri və vergi ödəyicisinin fəaliyyəti dəqiqləşdirilməklə yerində müşahidə aparılmış, müşahidə zamanı həmin anbarın qapısının qismən bağlı olduğu və qapının boşluqlarından baxış zamanı anbarda malın olmadığı müəyyən edilmişdir. Beləliklə, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixdə fəaliyyəti üzrə keçirilmiş monitorinqlər zamanı təqdimetmə əməliyyatlarının əmtəəsiz olduğu müəyyən edilmiş, nəticədə ödəyici riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və xx.xx.2024-cü il tarixli, **********403600 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” haqqında Qərar qəbul edilmişdir.

5. Bakı İnzibati Məhkəməsi nin (hakim: F.S.İsmayılzadə) 28 noyabr 2024-cü il tarixli, e-2-1(112)-10800/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı "xxxx" MMC barəsində qəbul edilmiş 24 iyun 2024cü il tarixli, **********686800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ləğv edilmişdir.

6. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması ilə iddiaçı ilə "xxxx" MMC və "xxxx" MMC arasında aparılan əməliyyatlar riskli hesab edilmiş və ƏDV əvəzləşdirmələri qəbul edilməmişdir. Lakin iddiaçının vergi ödəyicisi ilə əməliyyatlar apardığı vaxt həmin hüquqi şəxslər qanunvericiliyin tələblərinə müvafiq olara q riskli vergi ödəyicisi olmamışdır.

7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və E.Ə.Əliyev) 18 fevral 2025-ci il tarixli, 2-1(103)1119/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10800/2024 nömrəli, 28 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh kassasiya şikayətində işin hallarına və iddia tələbinə etirazdakı dəlillərə istinad etmiş, əlavə olaraq bildirmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, "xxxx" MMC və "xxxx" MMC məhz iddiaçı ilə apardıqları əməliyyatların riskli (əmtəəsiz) olması səbəbindən riskli vergi ödəyiciləri siyasına daxil edilmiş və bu barədə qərar qəbul edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə b ağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi g östərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə 9

8. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlər inə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

17. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyəyn olunur ki, hazırkı iş üzrə iddiaçı barəsində mübahisələndirilən qərarın qəbul edilməsinin əsasını iddiaçının "xxxx" MMC və "xxxx" MMC ilə apardığı əməliyyatlara görə ƏDV əvəzləşdirmələrinin Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən vergi orqanı tərəfindən qəbul edilməməsi təşkil edir. Eyni zamanda, əməliyyatların aparıldığı zaman "xxxx" MMC və "xxxx" MMC barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə qərar qəbul edilməməsi də işin tərəflər arasında mübahisələndirilməyən hallarına aid dir.

18. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-2208/2022 nömrəli qərarında (üç ulduz indeksli) əks olunmuş hüquqi mövqeyə əsasən, bir vergi ödəyicisi barədə riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın əməliyyatların baş tutmasından sonra qəbulu həmin qərarın qəbuluna əsas olmuş riskli əməliyyatların digər tərəfini məsuliyyətdən azad etmir. Belə ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər.

19. Qeyd olunan hüquqi mövqeyə əsasən, belə hallarda müəyyən edilməli iki məqam var: 1) riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın qəbulunun əsasında məhz bu riskli əməliyyatların dayanması; 2) vergi ödəyiciləri arasında baş tutan əməliyyatın, həqiq ətən, əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqini tapması.

20. Hazırkı işin apellyasya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, "xxxx" MMC və "xxxx" MMC barəsində qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə qərarların məzmununda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci bəndinə əsasən (aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə) vergi ödəyicisi riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Göründüyü kimi, vergi orqanının qəbul etdiyi qərarların əsaslandırma sında iddiaçı müəssisə ilə aparılan əməliyyatlara istinad edilməmişdir.

21. Bundan əlavə, həm "xxxx" MMC, həm də "xxxx" MMC tərəfindən riskli vergi ödəyicisi hesab edilmə barədə qəbul edilmiş qərarlar mübahisələndirilmişdir. "xxxx" MMCyə münasibətdə qeyd edilməlidir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10430/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********596100 nömrəli qərar ləğv edilmiş, apellyasiya instanisyası məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İş hazırda kassasiya instansiyası məhkəməsinin icraatındadır. "xxxx" MMC barəsində isə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********403600 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar məhkəmə qaydasında ləğv edilmişdir (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-1351/2025 nömrəli qərarı).

22. Beləliklə, məhkəmə kollegiyası cavabdehin qarşılıqlı əməliyyatların aparıldığı vergi ödəyicisinin əməliyyatların aparıldığı tarixdən sonrakı dövrdə riskli vergi ödəyicisi hesab edilməsinin əməliyyatın digər tərəfi olan vergi ödəyicisi barədə Vergi Məcəlləsinin 175.11-ci maddəsinin (Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir) tətbiqini istisna etməməsi ilə bağlı dəl ili ilə razılaşsa da, hazırkı halda vergi orqanı tərəfindən "xxxx" MMC və "xxxx" MMC barəsində qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə qərarların, məhz iddiaçı ilə aparılan əməliyyatlara əsasən qəbul edildiyi iş üzrə təsdiqini tapmadığından (inzibati aktın əsaslandırmasında bu barədə məlumat əks olunmadığından) və eyni zamanda "xxxx" MMC barəsində qəbul edilmiş qərar məhkəmə qaydasında ləğv olunduğundan, "xxxx" MMC barəsində qəbul edilmiş qərar isə aşağı instansiya məhkəmələrində təmin olunduğundan (iş hazırda kassasiya instansiyası məhkəməsinin icraatındadır) iddiaçı barəsində Vergi Məcəlləsinin 175.11-ci maddəsinə istinadən mübahisələndirilən qərarın qəbulu qanunsuz və əsassız olmuşdur. Başqa sözlə, vergi orqanı İPM-in 14.1-ci maddəsinə əsasən müba hisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

23. Odur ki, apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 fevral 2025-ci il tarixli, 2-1(103)-1119/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar