Məhkəmə qərarları › İş №2-1(102)-1662/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1662/2025

28.08.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1662/2025 28.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Səyyad Kərimov və Sərvər Vəliyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “X11” şirkə tinin Azərbaycan Respublikasındakı filialı) qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2025-ci il tarixli, 2-1(103)-292/2025 nömrəli qərarından üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cı il tarixli 693 nömrəli torpaq sahəsinin ayrılması haqqında sərəncamına əsasən Binəqədi Rayon İcra Hakimiyyətinin 06.05.99-cu il tarixli, YC011/239 saylı razılıq məktubunu nəzərə alaraq Binəqədi rayonu, Şamaxı şossesi ilə Binəqədi – Sulutəpə yolunun kəsişdiy i yerin cənub hissəsində Binəqədi Rayon İcra hakimiyyətinə fərdi yaşayış evlərinin tikintisi üçün 9,8 ha torpaq sahəsi ayrılmışdır.

2. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2022-ci il tarixli, BA08481-2022 nömrəli məktubunda bildirilmişdir ki, Binəqədi rayonu İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli, 996 saylı və xx.xx.2002-ci il tarixli, 558 saylı sərəncamları onlara əlavə edilmiş digər sənədlər Dövlət Arxivinin Bakı filialında mövcuddur. Həmin sərəncamların və onlara əlavə edilmiş digər sənədlərin surətindən görünür ki: - Binəqədi RİH Başçısının 996 saylı xx.xx.1998-ci il tarixli sərəncamına əsasən X6 fərdi ev tikintisi üçün “Binəqədineft” NQÇİ-nin işçilərinə BŞİHnin 659 saylı xx.xx.1994-cü il ta rixli qərarı ilə Sulu-Təpə qəsəbəsində ayrılmış və uzun müddət bağ-bostan kimi istifadə etdiyi ərazidən təqdim edilmiş cizgi əsasında 600.0 kv.m. torpaq sahəsi ayrılmışdır. -Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısına ünvanlanmış X2 ərizəsindən görünür ki, sonuncu xx.xx.1998-ci il tarixli 996 saylı sərəncamına əsasən Sulu-Təpə qəsəbə ərazisindən ayrılmış torpaq sahəsinin öz adına verilməsi haqqında icazə istəmişdir. - X7 tərəfindən Binəqədi Rayon İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2002-ci il tarixli ərizədən görünür ki, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən xx.xx.1998-ci il tarixli, 996 saylı sərəncamına əsasən Bakı şəhəri SuluTəpə qəsəbə ərazisindən X6 ayrılmış 600 kv.m. torpaq sahəsinin fərdi yaşayış tikintisi üçün maddi imkanın olmadığından həmin torpaq sahəsinin X1 a dına dəyişdirilməsinə etiraz etməmişdir. - Binəqədi rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinin Binəqədi rayon İcra Hakimiyyətinə ünvanladığı məktubunda bildirilmişdir ki, Binəqədi rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinə Naxçıvani küçəsi 10 saylı yataqxanasının 4a mənzilində yaşayan vətəndaş X7 müraciət edərək 1988-ci ildən bəri qəsəbənin Sulu-Təpə sahəsində istifadə etdiyi bağ-bostan sahəsində fərdi yaşayış evi tikilməsinə icazə verilməsinə xahiş etmişdir. Yoxlama zamanı məlum olmuşdur ki, həqiqətən də vətəndaş Hacıyevin mənzil şəraitinin yaxşılaşdırmağa ehtiyacı vardır. Onun 1988-ci ildən istifadə etdiyi torpaq sahəsi BŞİH-nin sərəncamı ilə fərdi yaşayış ev tikmək məqsədi ilə NQÇİ-nin işçiləri üçün ayrılmış ərazi daxilinə düşdüyündən “Binəqə dineft” NQÇİ-nin Əİ-06-4\655 saylı, 10.07.98-ci il tarixli məktubu ilə bu sahədən bir pay torpaq sahəsinin ayrılmasına etiraz edilmir. - Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarilxi 558 nömrəli sərəncamına əsasən İzmir küçəsi 7a saylı binanın 4-cü mənzilində yaşayan X4 ərizə ilə Rayon İcra Hakimiyyətinə müraciət edərək, aralarında olan və notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinə və etibarnaməyə əsasən, Sulu-Təpə qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün X6 ayrılmış 600 kv.m. torpaq sahəsinin onun adına keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Qeyd edilənləri nəzərə alaraq Binəqədi RİH Başçısının 996 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ləğv edilmiş, həmin sərəncamla Sulu-Təpə qəsbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün E.B.Hacıy evə ayrılmış 600 kv.m torpaq sahəsi İ.M.Paşayevin adına keçirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən sahəsi 6 sot olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq vahid çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qə bul edilmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən torpaq sahəsi Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 996 saylı sərəncamı ilə X6 fərdi ev tikintisi üçün ayrılmışdır. Bundan sonra Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 558 saylı sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 996 saylı sərəncamı ləğv edilmiş və həmin sərəncamla E.B.Hacıyevə ayrılmış 600.0 kv.m torpaq sahəsi İddiaçı adına keçirilmişdir. Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən torpaq sahəsi üzərində qanunauyğun şəkildə yaşayış evi tikilmiş və xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 30 nömrə ilə xx.xx.2004-cü il tarixində qeydiyyatı aparılmaqla seriya FM 0 31942 saylı çıxarış verilmişdir. Bundan sonra iddiaçı həmin evi “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nə əsasən oğlu X3 bağışlamış və Seriya RX ******* saylı xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışla rəsmiləşdirilmişdir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İddiaçı qanuni istifadəsində olan 600 kv.m bağbostan kimi istifadədə olmuş torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə qanunvericiliyin tələbinə uyğun olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadas trı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Bakı şəhər 1 saylı Ərazi İdarəsi tərəfindən 25 oktyabr 2022-ci il tarixli **********34 saylı məktubla cavab verilərək bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi AR Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmiş, həmçinin, yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında fərq mövcuddur. Torpaq sahəsi yerləşən ərazidə inşa edilən bütün evlər çıxarışlarla təmin edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-14804/2022 saylı qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb ed ilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4286/2023 saylı qərardadı ilə “X11” şirkətinin Azərbaycan Respublikasındakı filialı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2-1(112)-594/2024 saylı qərarı ilə (hakim A.Əhədova) iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən sahəsi 0.06 ha olan torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

9. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx. 1994-cü il tarixli, 659 nömrəli sərəncamı ilə ”Binəqədi-Neft” istehsalat birliyinin 23.12.93-cü il tarixli, 08-8/1542 nömrəli məktubu nəzərə alınaraq, Binəqədi rayonu, Sulutəpə qəsəbəsinin cənub hissəsində, Şamaxı şossesində “Binəqədineft" istehsalat birliyinin işçilərinə fərdi yaşayış evlərinin tikintisi üçün Binəqədi rayon İcra Hakimiyyətinə torpaq sahəsi ayrılmış və hazırkı iddia predmeti olan torpaq sahəsinin ilkin ayrılması barədə Binəqədi RİH Başçısının 996 saylı xx.xx.1998-ci il tarixli sərəncamında da məhz Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 659 nömrəli sərəncamı və Binəqədineft NQÇİ-nin 06/4-655 saylı xx.xx.1998-ci il tarixli razılıq məktublarına istinad edilmişdir. Dolayısı ilə iddia olunan torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.19 94-cü il tarixli, 659 nömrəli sərəncamı ilə Binəqədi rayon İcra Hakimiyyətinə ayrılmış Binəqədi rayonu Sulu təpə qəsəbəsi ərazisində Binəqədineft NQÇİ-nin işçiləri üçün nəzərdə tutulmuş ərazidən ayrıldığı və bu torpaq ayırmanın ”Binəqədi-Neft” istehsalat birliyinin xx.xx.1993-cü il tarixli razılığı əsasında baş verdiyi müəyyən olunur. Əksini sübut edən hal isə nə cavabdeh, nə də üçüncü şəxslər tərəfindən məhkəməyə təqdim edilmişdir. Bundan əlavə məhkəmə o halı da nəzərə alır ki, iddia olunan torpaq sahəsi hüququn yarandığı vaxtdan DNŞ-nin daimi istifadəsinə verilmiş torpaq sahəsi olduğu güman edilmiş olsa, o zaman bu hal torpaq sahələrinin kadastrını həyata keçirən inzibati orqana da bəlli olmuş olmalı və qeydiyyat orqanı sözügedən torpaq sahəsinə hələ ilkin olaraq xx.xx.2004cü ildə, eləcə də sonrakı xx.xx.2017-ci il tarixdə mülkiyyət hüququnun qeydiyyatına dair qeydiyyat vəsiqəsi və çıxarış verərkən bu barədə etirazını bildirmiş olmalıydı. Lakin məhkəmə sorğusu ilə təqdim edilmiş həmin əmlaka qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş icraat materialları arasında torpaq sahəsinin sənaye təyinatlı torpaq olub DNŞnin daimi istifadəsində olması ilə bağlı inzibati orqanın hər hansı araşdırma apardığı, aidiyyatı qurumdan müvafiq məlumat, sənəd əldə etdiyi, müvafiq etiraz bildirdiyi və s. aşkar olunmamışdır.

10. Üçüncü şəxs “X12” şirkətinin Azərbaycan Respublikasındakı filialı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

11. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) apellya siya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2025-ci il tarixli, 2-1(103)-292/2025 nömrəli qərarı ilə (hakimlər: R.Səmədov /sədrlik edən və məruzəçi/, X.Cəmilova və E.Əliyev) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KAS SASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

17. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətindən imtinasının əsaslarından biri mübahisəli torpaq sahəsinin Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazi daxilində, eləcə də, Əməliyyat Şirkətinin kontrakt sahəsində yerləşməsi ilə əlaqələndirmiş və məhz buna görə Dövlət Neft Şirkəti həmin iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında verdiyimiz izahatda, həmçinin məhkəməyə təqdim edilən xəritələrdən çıxarışda torpaq sahəsinin Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazilərə aid olması, eləcə də, “X11” Əməliyyat Şirkətinin kontrakt sahəsi daxilində yerl əşməsini bildirsək də, birinci instansiya məhkəməsi qəbul etdiyi qərarda ümumiyyətlə SOCAR tərəfindən təqdim edilmiş sübutlara qiymət verməmiş, apelyasiya məhkəməsi də apelyasiya şikayətində göstərilənləri nəzərə almamışdır. Apelyasiya instansiyası məhkəməsi etimadın qorunması prinsipinə istinad edərək hesab etmişdir ki, bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələn sin.

18. Hesab edir ki, hazırkı iş üzrə etimadın qorunması prinsipi ilk növbədə Dövlət Neft Şirkətinə münasibətdə tətbiq edilməlidir. Ona görə ki, mübahisəli torpaq sahəsi iddiaçıya ayrılmazdan əvvəl müvafiq neft-qaz əməliyyatlarının aparılması üçün Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmişdir və həmin istifadəni aradan qaldıracaq hər hansı hal yoxdur. Belə olan halda məhkəmənin etimadın qorunması prinsipini yalnız iddiaçıya münasibətdə tətbiq etməsi başa düşülən deyil.

19. Bundan başqa, Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazilərin ayrıayrı fiziki şəxslərin mülkiyyətinə verilməsi həmin torpaq sahəsində neft və qaz hasilatı üzrə fəaliyyətin həyata keçirilməsinə maneçilik yaradır, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, Azərbaycan Respublikası Dövlə t Neft Şirkətinin xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərinin yerinə yetirilməməsinə gətirib çıxarır. Bu da öz növbəsində neft və qaz hasilatını aşağı salaraq, dövlətin gəlirlərinin azalmasına səbəb olur. Bu isə ölkənin iqtisadiyyatına mənfi təsir edən amildir, eyni zamanda qanunun aliliyi prinsipinə xələl gətirir. Bu kimi halların artması ayrılıqda kiçik bir məsələ kimi görünə bilər, lakin neft-qaz əməliyyatlarının aparılması üçün Dövlət Neft Şirkətinin qanuni istifadəsinə verilmiş torpaq sahələrinin səlahiyyətləri olmadığı halda müvafiq inzibati aktlarla vətəndaşlara ayrılması hallarının artması, nəticə etibarilə dövlət üçün zərər hesabına başa gəlir. Neft sektoru ölkə iqtisadiyyatında əhəmiyyətli sahə olduğuna görə hər bir dövlət qurumu müvafiq inzibati aktlar qəbul edərkən torpaq sahəsinin təyinatı və hüquqi rejimi diqqətlə araşdırılmalı və müvafiq qurumun həmin torpaq sahəsinin ayrılmasına səlahiyyətli olub-olmamasına xüsusi diqqət yetirilməlidir.

20. Həmin torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən, “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla, dövlət mülkiyyətindədir və Dövlət Neft Şirkətinin ərazi hüdudları daxilində yerləşir. Belə olan halda, qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərinin təmin olunması məqsədi ilə, SOCAR-ın daimi istifadəsində olan, neft-qaz əməliyyatları aparılan torpaq sahələri yalnız təyinatı üzrə istifadə edilə biləcəyi nəzərə alınmalıdır.

21. Beləliklə, apelyasiya instansiyası məhkəməsi üçüncü şəxsin gətirdiyi arqumentlərə qiymət ve rməmiş, nəticədə apelyasiya şikayətinin dəlillərini araşdırmamış, nəticədə düzgün olmayan qərar qəbul edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar h ərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə t utulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

23. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 9. vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağları n, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkə məsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən sahəsi 6 sot olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq vahid çıxarışın verilməsi ilə bağlı lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. İlk öncə qeyd edilməlidir ki, iddiaçı Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən sahəsi 0.06 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Cavabdeh tərəfindən isə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 558 nömrəli sərəncamının xx.xx.2002-ci il tarixli olması, iddiaçı tərəfindən təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələrin qeyd edilməməsi, həmçinin, yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında fərqin mövcud olması, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilər olması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

34. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən qeyd edilməlidir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 659 saylı qərarı ilə Sulu təpə qəsəbəsində “Binəqədineft” NQÇİ-nin işçilərinə ayrılmış ərazidən “Binəqədineft” NQÇİ-nin 06/4-655 saylı xx.x x.1998-ci il tarixli razılıq məktubu nəzərə alınmaqla Binəqədi RİH Başçısının 996 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə X6 fərdi ev tikintisi üçün 600.0 kv.m. torpaq sahəsi ayrılmış, torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmiş, daha sonra həmin torpaq sahəsi X5 və X2 razılıq ərizələrinə əsasən Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli 558 nömrəli sərəncamı əsasında İ.M.Paşayevin adına keçirilmişdir.

35. Həmçinin mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən verilmiş sorğu əsasında cavabdeh tərəfindən təqdim edilmiş ərazinin ortofoto surətinə görə, iddia olunan fərdi yaşayış evinin yerləşdiyi ərazi fərdi yaşayış evlərinin olduğu yaşayış məntəqəsi ərazisidir, həmin evin qonşuluğunda bir sıra tikililər, o cümlədən **********35-10301, **********21-10301, ** ********21-10301, **********94- 10301 və **********75-10301 reyestr nömrəli daşınmaz əmlaklarla bağlı təkcə fərdi yaşayış evləri deyil, həm də həmin evlərin yerləşdiyi torpaq sahələri xüsusi mülkiyyət hüququ ilə vətəndaşların adlarına qeydiyyata alınmışdır. Belə olan halda cavabdehin DNŞ-nə aid torpaq sahələrində yerləşmə ilə bağlı imtina dəlili iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır.

36. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının qonşuluğunda və ətrafında Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş, Saziş hüdudları daxilində olan və neft quyusunun mühafizə zolağında olan digər əmlaklara hüquqmüəyyənedici sənədlər əsasında mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır ki, iddiaçıya münasibətdə fərqli rəftarın müəyyən edilməsi zərurəti mövcud olmamışdır. Xüsusi ilə qeyd edilməlidir ki, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış torpaq sahələrindən birinin ilkin hüquqmüəyyənedici sənədi iddiaçı da olduğu kimi yerli icra hakimiyyəti orqanının sərəncamıdır. Digər şəxsin adına olan hüququn qeydiyyatı isə cavabdehin üst qurumu tərəfindən verilmiş hüquqmüəyyənedici sənəddir. Nə qədər ki, cavabdeh yerli icra hakimiyyəti orqanının digər bir sərəncamı əsasında, eləcə də üst qurumu tərəfindən mötəbərliyi hər hansı şübhə doğurmayan şəhadətnamə əsasında başqa şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını həyata keçirirsə, bərabər münasibət iddiaçıya münasibətdə də göstərilməli, onun da hüququ dövlət qeydiyyatına alınmalıdır.

37. Bel əliklə məhkəmə kollegiyası apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, Bakı şəhəri Binəqədi RİH-in xx.xx.2002-ci il tarixli 558 nömrəli sərəncamı Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi ərazisində yerləşən 600 kv.m ölçüdə olan torpaq sahəsinin hazırkı İddiaçı qanuni istifadəsində olmasını təsdiqləyən inzibati aktdır. Həmin qərar ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətəuyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Odur ki, hazırkı iddiaçı həmin torpaq sahəsinin qanuni istifadəçisi kimi ona «Torpaq islahatı haqqında» Qanunun 9 və 10-cu mad dələrinə əsasən mülkiyyət hüququ əldə etmişdir.

38. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 659 nömrəli sərəncamı ilə ”Binəqədineft” istehsalat birliyinin 23.12.93-cü il tarixli, 08- 8/1542 nömrəli məktubu nəzərə alınaraq, Binəqədi rayonu, Sulutəpə qəsəbəsinin cənub hissəsində, Şamaxı şossesində “Binəqədineft” istehsalat birliyinin işçilərinə fərdi yaşayış evlərinin tikintisi üçün Binəqədi rayon İcra Hakimiyyətinə torpaq sahəsi ayrılmış və hazırkı iddia predmeti olan torpaq sahəsinin ilkin ayrılması barədə Binəqədi RİH Başçısının 996 saylı xx.xx.1998-ci il tarixli sərəncamında da məhz Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 659 nömrəli sərəncamı və “Binəqədineft” NQÇİ-nin 06/4-655 saylı xx.xx.1998-ci il tarixli razılıq məktublarına istinad edilmişdir. Dolayısı ilə iddia olunan torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 659 nömrəli sərəncamı ilə Binəqədi rayon İcra Hakimiyyətinə ayrılmış Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində “Binəqədineft” NQÇİ-nin işçiləri üçün nəzərdə tutulmuş ərazidən ayrıldığı və bu torpaqayırmanın ”Binəqədineft” istehsalat birliyinin xx.xx.1993-cü il tarixli razılığı əsasında baş verdiyi müəyyən olunur. Əksini sübut edən hal isə nə cavabdeh, nə də üçüncü şəxslər tərəfindən məhkəməyə təqdim edilməmişdir.

39. Həmçinin qeyd edilməlidir ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab etmişdir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaş da publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunl a qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir.

40. Odur ki, məhkəmə kollegiyası bildirir ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə, iddiaçının qonşuluğunda yerləşən digər torpaq sahələrinə mülkiyyət hüququ başqa şəxslərin adlarına Dövlət reyestrində qeydiyyata alınmışdır. Belə olan vəziyyətdə iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğu da ağlabatan deyildir.

41. Bununla da torpaq sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatı na alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.

42. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2025-ci il tarixli, 21(103)-292/2025 nömrəli qərarı dəyişdirilmədən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar