Məhkəmə qərarları › İş №2-1(102)-1665/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1665/2024

28.06.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1665/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ikinci dərəcə əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının 9 fevral 2024-cü il tarixli, 2-1(103)-419/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2011-ci il tarixdən hər il üçün bir il müddətinə, xx.xx.2016-ci il tarixdən isə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik verilmişdir (X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => zədələnməsi və disfunksiyası və ya somatik xəstəli..., Diaqnozun mətni: Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular, alın nahiyəsində yumşaq toxumaların dəlib keçmiş qüllə yarasının uzaq fəsadları. Üzvi mənşəli şəxsiyyət pozuntusu, k əskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi və yaddaş enməsi., Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntuar, alın nahiyəsində yumşaq toxumaların dəlib keçmiş qull...” səbəbi ilə beş il müddətinə əlillik).

2. Əlilliyin müddəti bitməsi ilə əlaqədar iddiaçının əlillik vəziyyətinə Bakı 29 nömrəli Birləşmiş Xəstəxananın xx.xx.2021-ci ildə göndərişi əsasında baxılmış və “X1: V Sinif Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs..., Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Baş beynin üzvi xəstəliyi nəticə sində (travma mənşəli) kəskin şəxsiyyət dəyişikliyi. Ağırlaşma F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Kobud davranış pozuntusu və yaddaşın enməsi. Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Arterial hipertenziya İ dərəcə Yanaşı xəstəliklər Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Xəstə İ Qarabağ döyüşlırində iştirak etmiş alın nahiyyəsindən güllə yarası almışdır. Hərbi Hospitalda 1 ay müalicə almış sonra döyüş bölgəsinə qayıdıb. Psixi vəziyyəti ilə əlaqədar 1998-ci ildə təxris edilib., Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-ixtisaslaşmış müalicəyə ehtiyacı v ar.” səbəbi ilə imtina verilmişdir.

3. Həmin Xəstəxananın xx.xx.2021-ci ildə göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə yenidən baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs..., Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Baş beynin üzvi xəstəliyi nəticəsində (travma mənşəli) kəskin şəxsiyyət dəyişikliyi., Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb. İxtisaslaşmış müalicə və müayinəni davam etdirmək məsləhətdir.” səbəbi ilə imtina verilmişdir. Daha sonra bu göndəriş əsasında əyani müayinəsi həyata keçirilmiş və Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə Qərar qə bul edilmişdir. Onun əsasında Əlillik atsisteminə X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs..., Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Baş beynin üzvi xəstəliyi nəticəsində (travma mənşəli) kəskin şəxsiyyət dəyişikliyi. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Kobud davranış pozuntusu və yaddaşın enməsi., Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.”

4. Daha sonra Bakı 2 nömrəli X2 xx.xx.2022-ci il tarixli göndərişi əsas ında iddiaçının əlillik vəziyyətinə baxılmış və Diaqnozun mətni: Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular, Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular., Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Həmçinin sonuncu göndəriş əsasında vətəndaş əyani müayinəyə dəvət olunmuş və barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərar qəbul olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdi m edərək, iddiaçıya xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1992-ci ildə Lerik rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. İddiaçı hərbi xidmət keçərkən 1994-cü ildə aldığı xəsarətə görə xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək N saylı hərbi hissədə müayinə almış və ona “alın nahiyəsinin yumşaq toxumalarını dəlib keçən güllə yaralanması” diaqnozu qoyulmuşdur. Bundan sonra aparılmış uzunmüddətli stasionar müalicələr müsbət effekt verməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli 932 nömrəli qərarına əsasən iddiaçının aldığı travmanın hərbi travma olduğu, Azərbaycan Respubli kasının müdafiəsi zamanı alındığı öz təsdiqini tapmışdır. Əlillik dərəcəsinin qiymətləndirilməsi zamanı iddiaçıya “Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular, alın nahiyəsində yumşaq toxumaların dəlib keçmiş qüllə yarasının uzaq fəsadları. Üzvi mənşəli şəxsiyyət pozuntusu, kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi və yaddaş enməsi” diaqnozu qoyulmuş və xx.xx.2011-ci il tarixindən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti xx.xx.2021-ci il tarixinədək müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixdə keçirilən qiymətləndirmə zamanı cavabdeh inzibati orqan tərəfindən diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən iddiaçıya təkrarən əlil liyin təyin edilməsindən imtina edilmişdir.

7. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibb ekspertizası təyin edilmişdir.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X6 T 350/2023 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı iş materiallarında ona tibbi sənədlərinə əsasən müvafiq tibb müəssisələrində tərtib edilmiş forma 88 göndərişləri tam doldurulmuş və göndərişlərdə qeyd edilmiş “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Baş beyinin üzvi xəstəliyi nəticəsində (travma mənşəli) kəskin şəxsiyyət dəyişikliyi, Baş beyinin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənş əli şəxsiyyət və davranış pozğunluqları. Kobud davranış pozuntusu və yaddaşın enməsi.” Diaqnoz onun stasionarlarda müalicəsi zamanı anamnestik, klinik və laborator- instrumental müayinələr əsasında müəyyən edilmişdir. İddiaçı qeyd edilən xəstəliklərlə əlaqədar hazırda əlavə ixtisaslaşdırılmış stasionar müalicəsinə ehtiyacı yoxdur, lakin xəstəliklər kəskinləşərkən ağırlığından asılı olaraq ambulator, yaxud stasionar müalicəyə cəlb oluna bilər.

10. Bakı İnzibati Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2-1(112)-6685/2023 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmiş, İddiaçı xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentl iyinin üzərinə qoyulması qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan sənədlərdən və ekspert rəyindən göründüyü kimi, “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Baş beyinin üzvi xəstəliyi nəticəsində (travma mənşəli) kəskin şəxsiyyət dəyişikliyi, Baş beyinin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları. Kobud davranış pozuntusu və yaddaşın enməsi.” Diaqnozları iddiaçının stasionarlarda müalicəsi zamanı anamnestik, klinik və laborator-instrumental müayinələr əsasında müəyyən edilmişdir. Belə olan halda cavabdeh tərəfində əvvəllər də iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi üçün əsas olan xəstəliklərin mövcud olmasına baxmayaraq yenidən əlillik dərəcəsinin təyin edilməsindən imtin a etməsi qanunsuz və əsassız olmuşdur.

12. Birinci instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçıda mövcud olan xəstəlik diaqnozları hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndinə əsasən “baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular” F06 xəstəlik təsnifatı kodu ilə də göstərilmişdir.

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2024-cü il tarixli, 21(103)-419/2024 nömrəli qərarı ilə (hakimlər: M.Tağızadə – sədrlik edən və məruzəçi, K.Əkbərov və E.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi “İnzibati İcraat Haqqında” Qanunun 24.1, 24.2, 24.4-cü maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməsinin 1.1, 1.2, 1.3, 1.4, 1.5, 4.1-ci bəndlərinə istinad edərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh kassasiya şikayəti v erərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 29 nömrəli Birləşmiş Xəstəxananın xx.xx.2021-ci ildə göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs..., Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Baş beynin üzvi xəstəliyi nəticəsində (travma mənşəli) kəskin şəxsiyyət dəyişikliyi., Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb. İxtisaslaşmış müalicə və müayinəni davam etdirmək məsləhətdir.” səbəbi ilə imtina verilmişdir. Daha sonra bu göndəriş əsasında əyanimüayinəsi həyata keçirilmiş və Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə Qərar qəbul edilmişdir. Onun əsasında Əlillik atsisteminə X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs..., Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Baş beynin üzvi xəstəliyi nəticəsində (travma mənşəli) kəskin şəxsiyyət dəyişikliyi. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Kobud davranış pozuntusu və yaddaşın enməsi., Mər kəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” məlumatları işlənmişdir. Daha sonra Bakı 2 nömrəli X2 xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular, Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular., Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Diaqnozların nəticəsindən aydın olur ki, iddiaçı barəsində həmin göndərişlər əsasında əlillik təyin edilməsi ü çün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının xx.xx.2023-ci il tarixli **********5 nömrəli qərarından görünür ki, İddiaçı diaqnozunun əlillik təyin etməməsi barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 3-174/3-3-19652/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərarından görünür ki, iddiaçı əyani müayinə olunmuş və əyani müayinədən sonra “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Belə olan halda, iddiaçıda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın qərarı qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz 21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə

6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

22. Azərbaycan Respublikası Nazirlər Kabine tinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4- cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin rey estri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətl əndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 7.6 Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular … 7.6.2 baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular F06

24. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olsa da, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya xx.xx.2023-cü il tarixdən əlillik təyin edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır.

28. Məhkəmə kollegiyası ilk öncə qərarın dəyişdirilməyən hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli 932 nömrəli qərarından görünür ki, iddiaçının aldığı xəsarət “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” kimi qeyd edilmişdir.

29. Bundan sonra iddiaçıya xx.xx.2011-ci il tarixdən bir il müddətinə xx.xx.2016-ci il tarixdən isə beş il müddətinə “baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular, alin nahiyəsində yumşaq toxumların dəlib keçmiş güllə yarasının uzaq fəsadları. Üzvi mənşəli şəxsiyyət pozuntusu, kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi və yaddaş enməsi” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir.

30. Əlillik müddətinin bitməsi ilə əlaqədar iddiaçının əlilliyin müəyyən edilməsi üçün tibb müəssisəsinin xx.xx.2021, xx.xx.2021, xx.xx.2022-ci il tarixli göndərişləri (Forma 088) əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Əlavə müalicəyə ehtiyacın olması” və “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbləri ilə cavabdeh tərəfindən imtina edilmişdir.

31. Halbuki, iddiaçıda mövcud olan xəstəlik diaqnozları hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndinə əsasən “baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi po zuntular” F06 xəstəlik təsnifatı kodu ilə də göstərilmişdir.”

32. Burada həmçinin qeyd edilməlidir ki, iddiaçıya əlillik təyinatı təkrar təyinat olmaqla, əvvəl 10 il müddətinə (2011-2021) eyni xəstəliklər səbəbindən onun barəsində tibbi göndəriş tərtib edilərək göndərilmiş və cavabdeh ona əlillik təyin etmişdir.

33. Belə olan halda, cavabdeh tərəfindən eyni diaqnoza əsasən ona sonrakı müayinələr nəticəsində “Əlavə müalicəyə ehtiyacın olması” və “diaqnoz əlillik təyin etmir” səbəbi ilə verilmiş imtina qanunsuz və əsassız olmuşdur.

34. Bundan əlavə məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

35. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə t utulmuşdur.

36. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

37. Bu mənada kassasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri əsassız sayılmalıdır.

38. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunm asından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilən hissəsinə, yəni əlilliyin hansı tarixdən təyin edilməli olmasına münasibətdə qeyd edir ki, işdən göründüyü kimi, iddiaçı əlilliyinin müddəti 2021-ci ilin iyun ayında bitsə də, əlilliyin yenidən təyin edilməsi üçün müraciətlər etmiş, cavabdeh inzibati orqan tərəfindən müxtəlif səbəblərdən əlilliyin təyinindən imtina edilmiş, lakin iddiaçı cavabdehin həmin imtinalarını mübahisələndirməmişdir.

40. Eyni zamanda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazi rliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının xx.xx.2023-ci il tarixli **********5 nömrəli qərarı ilə iddiaçı barəsində yenidən diaqnozunun əlillik təyin etməməsi barədə qərar qəbul edilmişdir.

41. Prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, eləcə də müddətlə bağlı məhdudiyyətlərə tabedir. Sözügedən iddialar (əlilliyin müəyyən edilməsinə dair) da məcburetmə növündə i ddia olmaqla, iddia müddətinə bağlıdır və iddia müddəti tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində müəyyən edilir.

42. Belə olan halda, yuxarıda qeyd edilən səbəblərdən cavabdehin sonuncu xx.xx.2023-ci il tarixli imtinası hazırkı məhkəmə araşdırmasının predmetini təşkil edir və bu imtinanın əsassız olması öz təsdiqini tapdığından, iddiaçıya həmin tarixdən əlillik təyin edilməlidir.

43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2024-cü il tarixli 21(103)-419/2024 nömrəli qərarı dəyişdirilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən əlilli yin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar