Məhkəmə qərarları › İş №2-1(102)-1665/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1665/2025

28.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1665/2025 28.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “Ekspert LTD” firması cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişafı və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan X3rşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü, məhkəmə aidiyyəti; inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı “Ekspert LTD” firmasının cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişafı və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Y erüstü Nəqliyyat Agentliyinə (üçüncü şəxslər X6 və X1) qarşı “hərəkət cədvəli qrafikinin bərpa olunması və sair” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 fevral 2025ci il tarixli, 2-1(103)-605/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı “EKSPERT LTD” X5 Xidmətinə Bakı-Kəmərli (Qazax rayonu) müntəzəm marşrut xətti üzrə hərəkət qrafikinin dəyişdirilərək saat 19:45 müəyyən edilməsi barədə 27 iyul 2021-ci il tarixli, 34/E nömrəli məktubla müraciət etmişdir.

2. DANX xx.xx.2021-ci il tarixli, 104-02/254-21 nömrəli məktubla müraciətin icrasından imtina edərək bildirmişdir ki, 2010-cu ildən şəhərlərarası sərnişin daşımaların da təhlükəsizlik tədbirlərinin artırılması məqsədilə ölkə daxilində sutkanın gecə saatlarında sərnişindaşıma fəaliyyəti məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 may 2019-cu il tarixli, xx/xx/2575-15 nömrəli tapşırığını rəhbər tutaraq, sərnişin daşımalarına olan tələbatı təmin etmək məqsədilə yol şəraiti imkan verən bir sıra istiqamətlər üzrə X5 Xidmətinin müvafiq əmri ilə şəhərlərarası (rayonlararası) müntəzəm marşrutlarda günün gecə saatlarında sərnişindaşıma fəaliyyəti bərpa edilmişdir. Bundan sonra Cəmiyyət tərəfindən əhalinin gecə vaxtı şəhərlərarası (rayonlararası) sərnişin daşımalarına olan tələbatının müəyyən edilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilərək aşağıdakı marşrut xətləri üzrə hərəkət cədvəlləri təşkil edilmişdir: Bakıdan saat 19:20 və Qırmızı körpüdən saat 18:00 olmaqla, Bakıdan saat 21:00 və Qırmızı Körpüdən saat 21:00 olmaqla, Bakıdan saat 23:00 və Qırmızı Körpüdən saat 22:00 olmaqla, Bakıdan saat 22:00 və Qırmızı Körpüdən 23:00 olmaqla, Bakıdan saat 00:00 və Qırmızı Körpüdən saat 00:00 olmaqla, “Bakı-Qırmızı Körpü” şəhərlərarası hərəkət cədvəlləri üzrə marşrut xətləri müvəqqəti istismara verilmişdir. Hal-hazırda Qazax avtovağzalından Kəmərli kəndinə - 4 ədəd, Fərəhli kəndinə - 2 ədəd, Qaymaqlı kəndinə - 2 ədəd, Aslanbəyli kəndinə - 2 ədəd avtobusla qrafik üzrə müntəzəm sərnişin daşımaları həyata keçirilir ki, bu da həmin ərazi üzrə əhalinin tələbatını tam olaraq təmin edir.

3. Bundan sonra iddiaçının eyni məzmunlu müraciətlərinə DANX "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixli, 127-05-127/4-21 nömrəli, xx.xx.2021- ci il tarixli, 12707/372 nömrəli və xx.xx.2021-ci il tarixli, 127-07/386 nömrəli məktublarla imtina cavabları verilərək bildirilmişdir ki, Bakı-Kəmərli (Qazax) - Bakı marşrutunun hərəkət cədvəli üzrə Bakıdan və Qazaxdan saat 19:45 qrafiki onlara təklif olunur. Qazaxdan isə saat 11:00-a olan hərəkət qrafikinin onlara verilməsi, bu istiqamətdə sərnişindaşımalarını yerinə yetirən digər sahibkarların hüquqlarına toxunduğundan mümkünsüz hesab edilir.

4. İddiaçı eyni müraciətlə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etmiş, Nazirlik tərəfindən iddiaçının müraciətinə imtina cavabı verilərək xx.xx.2021-ci il tarixli, 1-xx-xx/5708-21 nömrəli məktubla bildirilmişdir ki, hazırda Qazax avtovağzalından Kəmərli kəndinə 4 ədəd, Fərəhli kəndinə 2 ədəd, Qa ymaqlı kəndinə 2 ədəd, Aslanbəyli kəndinə 2 ədəd avtobusla qrafik üzrə müntəzəm sərnişindaşımaları həyata keçirilir ki, bu da həmin ərazi üzrə əhalinin tələbatını tam olaraq ödəyir. Həmçinin, Qazax - Qırmızı Körpü istiqamətində müəyyən edilmiş qrafiklər üzrə saat 07:00-dan başlayaraq 18:00-dək 30 dəqiqəlik intervalla müntəzəm marşrutlar üzrə sərnişindaşıma xidməti göstərilir. Kəmərli kənd sakinləri tərəfindən Bakı-Kəmərli və əks istiqamət üzrə marşrut xəttinin hərəkət cədvəlləri ilə bağlı "xxxx" MMC-yə heç bir şikayət daxil olmamışdır. “Bakı-Qırmızı Körpü” istiqamətində yeni təsdiq edilmiş hərəkət cədvəlləri üzrə sutkanın qaranlıq vaxtı sərnişindaşıma həyata keçirən daşıyıcılar 05 avqust 2021-ci il tarixində Cəmiyyətə müraciət edərək, iddiaçının istifadəsində olan avtobuslarla BakıKəmərl i (Qazax) qrafikindən kənara çıxaraq, Kəmərli, Qaymaqlı və Aslanbəyli kəndlərindən qeyri-qanuni sərnişindaşıma xidməti həyata keçirməklə onların fəaliyyətinə maneçilik törətdiyini bildirmişlər. İddiaçıya məxsus avtobusların Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisinə buraxılmaması ilə bağlı qeyd edilməlidir ki, "xxxx" MMC tərəfindən verilən məlumata əsasən, sərnişindaşıma xidmətlərinin göstərilməsi Cəmiyyətə həvalə edilmiş, Bakı-Kəmərli (Qazax) marşrutu üzrə Bakıdan yola düşmə vaxtı saat 15:25 olmaqla, 12 iyul 2021-ci il tarixdən 18 iyul 2021-ci il tarixinədək Bakı Beynəlxalq Avtovağzal Kompleksinə və Qazax Avtovağzalına girmədən sərnişindaşıma həyata keçirilmiş, bir müddət sonra isə marşrut üzrə fəaliyyətlərini dayandırmışlar. "xxxx" MMCnin əməkdaşları barəsində müraciətlərində qeyd edilənlər aparılan araşdırma zamanı öz təsdiqini tapmamışdır.

5. Daha sonra Nazirlik tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 1-xxxx/7559-21 nömrəli məktubda qeyd olunmuşdur ki, iddiaçının nümayəndəsi xx.xx.2021-ci il tarixində "xxxx" MMC-də olmuş və ona Qazax - Bakı şəhərlərarası marşrut xəttinin hərəkət cədvəli (Qazax avtovağzalından saat 17:15, saat 19:45, saat 20:00 və saat 01:00) təklif edilmişdir. Lakin, nümayəndə ona təklif olunan hərəkət cədvəlləri üzrə sərnişin daşımalarından imtina etmişdir. Eyni zamanda, qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın 4.22-ci bəndinə əsasən, şəhərlərarası (rayonlararası) münt əzəm avtobus marşrutlarının şəhərlərin (rayon mərkəzlərinin) və ya qəsəbələrin ərazisində yerləşən başlanğıc və son təyinat məntəqəsi yalnız avtovağzal (avtostansiya) olmalıdır.

6. Daha sonra iddiaçı eyni məzmunlu ərizə ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etmiş, Agentliyin xx.xx.2023-cü il tarixli, 3-27103/2-803/2023 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydasına əsasən Azərbay can Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 2022-ci ildən “Bakı-Şuşa-Bakı”, “Bakı-Ağdam-Bakf, “Əhmədbəyli-Şuşa-Əhmədbəyli”, “BərdəAğdam-Bərdə”, “Bakı-Füzuli-Bakı”, “Bakı-Sabirabad-Bakı”, “Bakı-Lənkəran-Bakı”, “BakıAstara-Bakı” marşrutları üzrə müsabiqə elan olunmuşdur və komissiya üzvləri tərəfindən qalib müəyyənləşdirilərək, daşıyıcı ilə sərnişindaşıma fəaliyyətinin göstərilməsi üçün 3 (üç) ilədək “Avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Cari ilin 13 fevral tarixində “Bakı-Biləsuvar-Bakı", “BakıAğcabədi-Bakı”, “Bakı-Qazax-Bakı”, “Bakı-Quba-Bakı”, “Bakı-Qusar-Bakı” marşrutları üzrə, 02 mart tarixində “Bakı-Qusar-Bakı”, “Bakı-Lənkəran-Bakı”, “Bakı-Xudat-Bakı”, “Bakı-SDK-Bakı”, “Ceyranbatan qəsəbəsi Xocəsən metro stansiyası-Ceyranbatan qəsəbəsi”, “Masazır qəsəbəsi-Xocəsən metro stansiyası-Masazır qəsəbəsi” marşrutlar üzrə, 07 aprel tarixində isə “Mingəçevir şəhərdaxili 5 nömrəli”, “Mingəçevir şəhərdaxili 12 nömrəli”, “Bakı-Xudat-Bakı”, “Bakı-Xaçmaz-Bakı”, “Bakı-Nabran-Bakı”, “Bakı-Şabran-Bakı” və “Bakı-Quba-Bakı” marşrutları üzrə müsabiqə elan olunmuşdur. Sərnişindaşıma fəaliyyətinin yaxşılaşdırılması istiqamətində mərhələli şəkildə işlər davam etdirilir və gələcəkdə “Bakı-Sınıq Körpü (Qazax) - Bakı” marşrutu üzrə müsabiqənin keçirilməsi həyata keçiriləcəkdir.

7. Qeyd olunan cavab məktubuna əlavə olunmuş "xxxx" MMC tərəfindən qəbul edilmiş “Bakı-Qırmızı Körpü” şəhərlərarası marşrut xəttinin istismarı haqqında” 15 iyul 2021-ci il tarixli 07/s nömrəli sərəncamın surətindən müəyyən olunur ki, “Bakı-Qı rmızı Körpü” şəhərlərarası müntəzəm marşrut xəttinin hərəkət cədvəli üzrə gecə saatlarında (Bakıdan saat 22:00, Qırmızı Körpüdən saat 23:00) “Vətən” firmasının sərnişindaşıma fəaliyyətinin dayandırılması və həmin hərəkət cədvəli üzrə sərnişindaşımalarının yerinə yetirilməsi müvəqqəti olaraq fiziki şəxslər X6 və X2 həvalə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan 204 nömrəli Bakı-Kəmərli (Qazax) marşrutunun hərəkət cədvəli qrafiki vaxtının hər iki tərəfdən (həm Bakı, həm də Kəmərlidən) saat 20:45-ə, Qazax avtovağzalından isə saat 23:00-a bərpa olunmaqla, onun adına istifadə hüququnun tanınması, cavabdeh DANX və üçüncü şəxslər X4 və X10 tərəfi ndən iddiaçıya vurulmuş zərərə görə 500.000 (beş yüz min) manat pul kompensasiyasının ödənilməsi öhdəliyinin müştərək qaydada cavabdehin və 3-cü şəxslərin üzərinə qoyulmasını xahiş etmişdir.

9. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmənin 2-1(112)-12215/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh DANX, əsl cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişafı və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əvəz olunmuşdur.

10. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının 20 ildir istifadəsində olan 204 nömrəli BakıKəmərli (Qazax) marşrutunun hərəkət cədvəli qrafiki vaxtının Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində o lan cavabdeh “AYNA” X12 tərəfindən Bakı və Kəmərlidən çıxma vaxtının saat 21:45-ə, Qazax-Bakı istiqamətində Kəmərlidən Qazax avtovağzalına daxil olma vaxtının saat 22:45-ə, həmin avtovağzaldan çıxma vaxtının isə saat 23:00-a bərpa olunması və cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərə görə 270.000 (iki yüz yetmiş min) manat məbləğində pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edilmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən bundan əvvəl cavabdeh DANX-a qarşı eyni tələblə iddia qaldırılmış, cavabdehlə məsələni məhkəmədən kənar danışıqlar yolu ilə həll edilmə barədə razılığa gəldiklərindən iddianı geri götürmüşdür. Lakin, 15 gün ərzində DANX tərəfindən heç bir tədbir görülməmiş, bir neçə rentabelsiz, gəlirsiz marşrutlar tə klif edildiyi üçün onların qrafiki bərpa olunmamışdır. Buna görə də yenidən iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurətində qalmışlar. 204 nömrəli, Bakı Kəmərli (Qazax) - Bakı şəhərlərarası sərnişindaşıma marşrut xətti 2000-ci ildən pandemiyaya (Covid-19) qədər fasiləsiz iddiaçının istifadəsində olmuşdur. Həmin vaxtdan müntəzəm olaraq avtobuslarla sərnişindaşıma fəaliyyətini həyata keçirmişlər. xx.xx.2006-cı il tarixdən 5 il müddətinə AR Nəqliyyatı Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət göstərmiş, 04 may 2012-ci il tarixdən yenə də 5 il müddətinə lisensiya kartları, fərqlənmə nişanları alaraq fəaliyyət göstərmişdir. 20 (iyirmi) ildir dövlət büdcəsinə, vergi orqanlarına “Fərqlənmə Nişanı” vasitəsi ilə külli miqdarda vergilər ödənilmişdir, DSMF-yə ödəmələr edilmişdi r. Fəaliyyətləri zamanı iddiaçıya sərəncamla 204 nömrəli marşrut üzrə avtobusların hərəkət cədvəli və sxemi verilərək təsdiq olunmuşdur. 2010-cu ilin may ayına qədər Bakı şəhərindən, eləcə də Kəmərli yaşayış məntəqəsindən yola düşmə vaxtı saat 19:45 (sonradan 20:45) olmuşdur. Qazax AV-dan çıxma vaxtı isə axşam saat 23:00 olmuşdur. 2010-cu ilin may ayında gecə reysləri bağlandıqdan sonra hərəkət cədvəlləri və qrafikləri dəyişdirilmiş və onlara yeni hərəkət cədvəli və qrafiki verilmişdir. Həmin hərəkət cədvəli və qrafıkdə isə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşmə vaxtı saat 15:25, Kəmərli yaşayış məntəqəsindən səhər saat 09:00-dan çıxmaqla, saat 10:45-də Qazax AV-da olmuşlar. 5 aya qədər bu qrafiklə işçi qaydasında işləmişlər. 5 aydan sonra yenə də çətinliklər yaranmışdır. “M-T rans” şirkəti onlara süni maneələr yaratmışdır. Sonradan keçmiş DANX "xxxx" MMC (2006-cı ildə yaradılmış) tərəfindən “Hərəkət cədvəli və qrafiki" yenidən dəyişdirilmişdir. Bakıdan yola düşmə vaxtı saxlanılmaqla, Kəmərlidən yoladüşmə vaxtı 16:30 olmuşdur. Bakı şəhərinə çatma isə gecə saat 01:00 göstərilsə də, Bakı şəhərinə faktiki çatma gecə saat 02:00- 03:00 arası olmuşdur. Bu isə sərhəddə yaşayan kənd camaatının (təhlükəsizlik, təsərüfat və s.) haqlı narazılığına səbəb olduğundan, sonradan ümumi razılığa gəlinmişdir ki, Kəmərli, Qaymaqlı, Aslanbəyli kəndləri Ermənistanla sərhəd kəndləri olduğu üçün formal olaraq qrafikdə 16:30 göstərilsə də, əvvəlki qrafiklə işləsinlər. Beləliklə 2010-cu ildən 2021-ci ilə qədər Bakı BAV-dan yola düşmə vaxtı gündüz 15:25 olmaqla, Kəmərlidən isə yola düşm ə vaxtı 2010-cu ildən əvvəl olan öz qrafikləri ilə saat 20:45-də, saat 22:45-də Qazax Avtovağzalına daxil olmaqla, saat 23:00-da Qazaxdan çıxaraq səhər saat 06:00-da Bakı BAV-a çatmışlar. Yəni 20 ildir ki, iddiaçı bu qaydada müntəzəm fəaliyyət göstərmişdir. Nəhayət pandemiyadan sonra (Covid-19), 12 iyul 2021-ci ildə iddiaçı fəaliyyətini bərpa etdikdən sonra keçmiş "xxxx" MMC-nin “Sərnişin daşımaların tənzimlənməsi şöbəsinə müraciət etmişdir ki, sənədləri rəsmiləşdirsin. İddiaçı fərqlənmə nişanı aldığına, müqavilə bağladığına, pul ödədiyinə baxmayaraq, bayram günləri onu işləməyə qoymamış və süni maneələr yaradılmışdır. Bildirilmişdir ki, artıq 6 gecə reysi açılmışdır. İddiaçı öz qrafikindən çıxmır, yolda ona mane olurlar. Hərəkət cədvəlində Kəmərli (Qazax)-Bakı istiqaməti üzrə xx.xx.2021-c i il tarixli “Mütəxəssis rəyində” göstərildiyi kimi, Kürdəmir AV-dan 23:55-də çıxan avtobusun Bakı BAV-na gecə saat 01:00-da çatması göstərilmişdir. Təqdim edilən hərəkət cədvəllərində göstərdiyi kimi, Kürdəmir AV-dan Bakı BAK-na olan məntəqələrarası məsafə 189 km-dir. Bu isə o deməkdir ki, avtobus 189 km/saat sürətlə hərəkət etməlidir ki, hərəkət cədvəli üzrə göstərilən vaxtda 1 saat 05 dəqiqə ərzində Bakı BAV-na çatsın. Bu isə texniki və fıizki cəhətdən mümkün deyil. Bakı BAK-dən 15:25-də çıxma hissəsində Bakı BAK-dən Kürdəmir AV-na saat 18:05-də çatması üçün verilən vaxt 2 saat 40 dəqiqə təşkil edir ki, burada orta sürət MMC-nin hesablanmasına görə 70 km/saat hesablanmışdır. MMC tərəfindən verilmiş hərəkət cədvəli Kəmərlidən-Bakıya geri qayıdan hissədə isə Kürdəmir AV-dan Bakı BAK-nə ça tmaq üçün 1 saat 05 dəqiqə vaxt verilmişdir. Bu isə yuxarıda qeyd edildiyiu kimi, heç bir məntiqə sığmır, normativ aktların tələbinə zidd olmaqla ağlabatan deyildir. İddiaçı hesab edir ki, bu süni maneələr və qanunsuzluqlar aradan qaldırılmalı, 204 nömrəli marşrutun Kəmərlidən Bakı istiqamətinə öz əvvəlki çıxma vaxtı qrafiki saat 20:45-ə, Qazax AV-dan isə saat 23:00-a bərpa olunmalıdır. Qeyd olunan qanunsuzluqlar nəticəsində iddiaçıya ziyan dəymişdir.

12. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Cavabdeh X13 X9 Xidmətinin hüquqi varisi deyil.

13. Bundan başqa, "xxxx" MMC ilə iddiaçı arasında Bakı-Kəmərli marşrutu ilə avtobuslarla sərnişin daşınması sahəsində əlaqəli fəaliyyət göstərməsi məqsədi ilə müqavilə bağlanmış və qeyd edilən müq avilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qüvvədə olmuşdur. Qeyd edilən müqavilədən göründüyü kimi, hal-hazırda tərəflər arasında bağlanmış müqavilənin müddəti bitdiyindən, tərəflərin arasında hər-hansı hüquqi münasibəti yoxdur.

14. Əhalinin gecə vaxtı şəhərlərarası (rayonlararası) sərnişin daşımalarına olan tələbatı müəyyən edilmiş və müvafiq tədbirlər həyata keçirilərək aşağıdakı marşrut xətləri üzrə hərəkət cədvəlləri təşkil edilmişdir: - Qırmızı Körpüdən (Sınıq Körpüdən) saat 18:00, Bakıdan saat 19:20 olmaqla, Bakıdan saat 21:00, Qırmızı Körpüdən (Sınıq Körpüdən) saat 21:00 olmaqla, Bakıdan saat 23:00, Qırmızı Körpüdən (Sınıq Körpüdən) saat 22:00 olmaqla, Bakıdan saat 22:00, Qırmızı Körpüdən (Sınıq Körpüdən) saat 23:00 olmaqla, Bakıdan saat 00:00, Qırmızı Körpüdən (Sın ıq Körpüdən) saat 00:00 olmaqla, Bakı-Qırmızı Körpü (Sınıq Körpü) şəhərlərarası hərəkət cədvəlləri üzrə marşrut xətləri müvəqqəti istismara verilmişdir. Eyni zamanda, Qazax-Qırmızı Körpü istiqamətindən gündüz vaxtı da müntəzəm qrafiklər üzrə müvafiq qaydada saat 07:00-dan başlayaraq saat 18:00-dək hər 30 dəqiqədən bir əhaliyə müntəzəm qrafik üzrə şəhərlərarası sərnişin daşımaları xidməti göstərilir. Hazırda Qazax avtovağzalından Kəmərli kəndinə - 4 ədəd, Qaymaqlı kəndinə - 2 ədəd, Aslanbəyli kəndinə - 2 ədəd avtobusla müntəzəm qrafik üzrə rayondaxili sərnişin daşımaları həyata keçirilir. Yuxarıda qeyd edilən marşrutlar üzrə sərnişindaşıma həmin ərazi üzrə əhalinin tələbatını tam ödədiyindən, Qazax rayonu Kəmərli və ətraf kəndlərin sakinləri tərəfindən Bakı-Kəmərli və əks istiqamət üzrə mar şrut xəttinin açılması barədə Xidmətə heç bir müraciət daxil olmamışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın 4.22-ci bəndinə əsasən, şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarının şəhərlərin (rayon mərkəzlərinin) və ya qəsəbələrin ərazisində yerləşən başlanğıc və təyinat məntəqəsi yalnız avtovağzal və ya avtostansiya olmalıdır. İddiaçının qeyd etdiyi Kəmərli yaşayış məntəqəsində isə avtovağzal (avtostansiya) yoxdur.

15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2388/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia, 270,00 manat məbləğində dəymiş zərərə görə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edi lməsi hissəsində mümkünsüz hesab edilmişdir.

16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2388/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia mahiyyəti üzrə qiymətləndirilən hissədə qismən təmin edilmişdir. b) apellyasiya instansiya məhkəməsində birinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2905/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Qərardadın mahiyyəti onunla bağlıdır ki, iddiaçının dəymiş zərərin ödənilməsi ilə əlaqədar cavabdehə müraciəti mövcud olmuşdur.

18. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1309/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərarından verilm iş şikayət qismən təmin edilərək qərarın ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. c) birinci instansiya məhkəməsində ikinci icraat

19. Bakı İnzibati Məhkəməsinin (hakim: O.X.Həsənov) 04 sentyabr 2024-cü il tarixli, 2-1(112)-414/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı-Qazax-Kəmərli marşrutu üzrə istifadə hüququnun tanınması və marşrut xəttinin bərpası üçün qanunvericiliyin tələbləri baxımından Bakı, Qazax və Kəmərli üzrə avtovağzal (avtostansiyanın) mövcudluğu mütləqdir. Qanunvericilik normalarının tələblərində də qeyd edildiyi kimi, şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarının şəhərlərin (rayon mərkəzlərinin) və ya qəsəbələrin ərazisində yerləşən başlanğıc və son təyinat məntəqəsi yalnız avtovağzal (avtostansiya) olmalıdır. Avtovağzal və avtostansiyanın anlayışı da qanunvericiliklə təsbit edilmişdir ki, yaşayış məntəqələrində sərnişinlərə xidmət göstərilməsi üçün nəzərdə tutulmuş və 75-dən artıq sərnişin tutan gözləmə zalı, bilet kassaları, ana və uşaq otağı, baqajların saxlama kameraları, iaşə, mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələri, tibbi yardım və polis məntəqələri, inzibati binası və ya xidməti otaqları, sürücülərin istirahət otağı, sərnişinlərin minib-düşməsi üçün perronu, avtobusların reyslərarası dayanması üçün meydançası və təmizləmə postları, habelə şəhər nəqliyyatının və taksi minik avtomobillərinin dayanması üçün vağzalyanı sahəsi olan bina və qurğular kompleksi və ya yaşayış məntəqələrində sərnişinlərə xidmət göstərilməs i üçün nəzərdə tutulmuş, 75-dək sərnişin tutan gözləmə zalı, ən azı bir xidməti otağı, bilet kassası, sanitar-gigiyenik təyinatlı sahəsi, sərnişinlərin minib-düşməsi üçün perronu olan qurğu müvafiq olaraq avtovağzal və avtostansiya anlayışlarını ehtiva edir. Hər bir avtovağzalın (avtostansiyanın) onun kateqoriyasına uyğun pasportu olmalıdır. Pasport avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün rəsmi sənəd hesab edilir. Lakin işin faktiki hallarından, eləcə də həmin texniki pasportun verilməsinə münasibətdə səlahiyyətli olan qurum kimi cavabdehin mövqeyindən də aydın olur ki, Kəmərli yaşayış məntəqəsin göstərilən pasportla təmin edilməmiş, həmin yaşayış məntəqəsində avtovağzal və ya avtostansiya mövcud olmamışdır. Odur ki, göstərilən normaların tələbindən kənar qaydada iddiaçını n tələbinin təminindən söhbət gedə bilməz.

21. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: E.Ə.Əliyev /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və G.M.Abbasova) 06 fevral 2025-ci il tarixli, 21(103)-605/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-414/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırda iddiaçının tələbi 2 hissədən ibarətdir: 1. 204 nömrəli Bakı - Kəmərli (Qazax) marşrutunun hər əkət cədvəli qrafiki vaxtının Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan cavabdeh “AYNA” X12 tərəfindən Bakı və Kəmərlidən çıxma vaxtının saat 21:45-ə, Qazax-Bakı istiqamətində Kəmərlidən Qazax avtovağzalına daxil olma vaxtının saat 22:45-ə, həmin avtovağzaldan çıxma vaxtının isə saat 23:00-a bərpa olunması öhdəliyinin;

2. Cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərə görə 270.000 manat məbləğində pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddia tələbinin birinci hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir və tərəflər arasında yaranan mübahisə publik hüquq münasibətlərindən irəli gəlməlidir. Hazırkı işin fakt iki hallarından müəyyən edilir ki, inzibati hüquq münasibətlərindən yaranmış mübahisə mövcud deyildir. Həmçinin, mübahisə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olsa belə, artıq 204 nömrəli Bakı - Kəmərli (Qazax) marşrutunun mövcudluğu iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının iddia tələbinin əsasını təşkil edən Bakı-Kəmərli (Qazax) marşrutunun mövcud olması barədə iddiaçı məhkəməyə sübut təqdim edə bilməmiş və məhkəmə araşdırması nəticəsində də həmin xəttin fəaliyyətdə olması sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası iddia tələbinin 2-ci hissəsi ilə bağlı isə qeyd edir ki, bu tələb birinci tələblə əlaqəli olduğundan və tələbin birinci hissəsi mümkün hesab edilmədiyindən, iddia tələbinin ikinci hissəsi də mümkünsüz hesab edilməlidir.

24. İddiaçı həmin qərar daddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddiaya mahiyyəti üzrə baxılması üçün işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

25. Kassasiya şikayətində işin hallarına istinad edilərək bildirilmişdir ki, apellyasiya məhkəməsinin qəradadında inzibati hüquq münasibətlərindən yaranmış mübahisənin mövcud olmadığı qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Məhkəmənin “mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olsa belə, artıq 204 nömrəli Bakı Kəmərli (Qazax) marşrutunun mövcudluğunun iş materialları ilə öz təsdiqini tapma ması” ilə qənaətlənməsi həqiqəti əks etdirmir. Belə ki, 20 il ərzində müvafiq müqavilələrlə, lisenziyalarla iddiaçının fəaliyyət göstərmiş olduğu dövrdə həmin marşrut xətti ilə hərəkətin həyata keçirilməsi sübutlarla iş materiallarında öz təsdiqini tapmışdır. Belə ki, qeyd edilən avtostansiya da mövcud olub və hal-hazırda da mövcuddur. İddia tələbində qaldırılmış məsələlərə baxılması ilə əlaqədar artıq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi özü səlahiyyətli olduğundan, dövlət idarəçiliyində ardıcıllığın və fasiləsizliyin təmin edilməsinə nail olmaq üçün həmin Nazirlik özünün hüquqi sələfinə edilmiş müraciətlərə baxmaq və müvafiq qərar qəbul etmək vəzifəsi daşıyır. İddiaçı qeyd edildiyi kimi, ilk olaraq 5 il müddətinə, sonradan yenə də 5 il müddətinə (yəni 10 il müddətinə), Nəqliyyat Nazirliyindən alınmış lisenziyalar, lisenziya kartları, fərqlənmə nişanları vasitəsi ilə, sonradan müqavilələr əsasında 20 il müddətində fəaliyyət göstərmişlər. Bütün bunlar iş materiallarında öz təsdiqini tapır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

26. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə ar aşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bil ər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman proses sual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməklə, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

31. Apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə inzibati məhkəmə icraatında baxılmalı olmadığı əsası ilə iddianı mümkün saymamışdır.

32. Kollegiya qeyd edilən mövqe ilə razılaşmayaraq bildirir ki, apellyasiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə yanlış olmuşdur.

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci və 4-cü bəndlərində qeyd edilmişdir ki, inzibati hüquq mün asibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci və 3.1ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən, inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.

34. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, iddiaçı sərnişindaşıma fəaliyyəti ilə məşğul olan müəssisədir. Hazırkı mübahisənin predmetini isə iddiaçı tərəfindən sərnişindaşıma fəaliyyəti göstərilən 204 nömrəli Bakı-Kəmərli (Qazax) marşrutunun hərəkət cədvəli qrafikinin dəyişdirilməsindən cavabdehin imtinası, eləcə də, bununla bağlı iddiaçıya dəymiş zərərə görə ona 270.000 (iki yüz yetmiş min) manat məbləğində pul kompensasiyasının ödənilməsi təşkil edir.

35. Kollegiya qeyd edir ki, yaranmış mübahisə ilə bağlı hüquq münasibətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası” ilə tənzimlənir.

36. Bu Qaydanın: - 1.2-ci bəndinə əsasən, Qaydanın 1.2-2-ci bəndində qeyd edilən hal istisna olmaqla Azərbaycan Respublikasının ərazisində şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə müntəzəm sərnişin daşımalarının (bundan sonra – müntəzəm sərnişin daşımaları) dövlət sifarişçisi qismində müsabiqə təşkilatçısı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidir. - 1.4-cü bəndinə əsasən, sifarişçi müsabiqəyə müntəzəm avtobus marşrutları və ya marşrutların intensivliyini yaxud rentabelliyini nəzərə alaraq müvafiq reyslərini çıxarır. Marşrutlar paketi gəlirli marşrutlarla yanaşı, gəlirsiz marşrutlar da daxil edilməklə formalaşdırıla bilər. - 1.5-ci və 1.6-cı bəndlərində qeyd edilmişdir ki, müs abiqənin qalibləri müntəzəm marşrutlar üzrə və ya marşrutların müvafiq reysləri üzrə sərnişindaşıma xidmətlərin göstərilməsi hüququnu əldə edirlər. Sifarişçi müsabiqənin qalibinin maddi-texniki bazasını nəzərə alaraq hər bir şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) marşruta dair 5 ilədək, lakin 3 ildən az olmayan müddətə, beynəlxalq marşruta dair isə 3 ilədək, lakin 1 ildən az olmayan müddətə müvafiq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə bağlayır.

37. Sadalanan normaların tələblərindən müəyyən edildiyi kimi, müxtəlif, o cümlədən, şəhərlərarası (rayonlararası) marşrutlar üzrə sərnişin daşımaları üzrə müsabiqənin keçirilməsi, daşıyıcıların seçilməsi, sərnişindaşıma hüququnun verilməsi, bu hüququn həyata keçirilməsi ilə bağlı müqavil ələrin bağlanması, bu marşrutlar üzrə reyslərin müəyyən edilməsi səlahiyyəti hazırkı iş üzrə cavabdeh olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsusdur.

38. Bu səlahiyyətlər isə ictimai idarəetmədən, yəni publik hüquqla tənzimlənən münasibətlərdən irəli gəlməklə, hakimiyyət səlahiyyətlərinin subyekti kimi cavabdeh orqana həvalə edilmişdir.

39. Hazırkı halda da, iddiaçı cavabdehin məhz ona xas olan bu səlahiyyətini həyata keçirməsindən – iddia etdiyi marşrutun hərəkət cədvəlinin dəyişdirilməsindən imtinasından narazı qalaraq məhkəmədə iddia qaldırmışdır.

40. Odur ki, iddiaçının tələb etdiyi hüquqi nəticə — marşrut üzrə hərəkət cədvəlinin dəyişdirilməsi tərəflərin sərbəst razılığı ilə deyil, qanunvericiliklə cavabdeh inzibati orqana verilmiş publik səlahiyyətlərin həyata keçirilməsi yolu ilə mümkündür.

41. Bu isə tərəflər arasında bərabərhüquqlu mülki münasibət deyil, hakimiyyət– tabeçilik elementləri ilə səciyyələnən publik hüquq münasibətidir.

42. Bu baxımdan, kollegiya hesab edir ki, hazırkı tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

43. Apellyasiya məhkəməsi qərarında əlavə olaraq qeyd etmişdir ki, mübahisəyə inzibati qaydada baxılmalı olsa belə, iddiaçının iddia etdiyi 204 nömrəli Bakı - Kəmərli (Qazax) marşrutunun mövcudluğu iş materialları ilə öz təsdiqini tapmamışdır.

44. Kollegiya məhkəmənin bu mövqeyini də əsassız hesab edərək qeyd edir ki, sözügedən marşrutun mövcud olub-olmaması iddianın mümkünlüyü mərhələsində deyil, mübahisəyə mahiyyəti üzrə baxılarkən araşdırılmalı və hüquqi qiymət verilməli olan məsələdir.

45. Tələbin ikinci hissəsinə mün asibətdə kollegiya qeyd edir ki, iddiaçı qeyd olunan marşrut üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirdiyinə görə dövlət büdcəsinə, vergi orqanlarına “fərqlənmə nişanı” vasitəsi ilə külli miqdarda vergilər ödənildiyini bildirir və cavabdehin hazırkı imtinasına görə ona 500.000 (beş yüz min) manat pul kompensasiyasının ödənilməsini tələb edir.

46. İddia tələbi bu hissədə birinci tələbdən asılı olduğundan, kollegiya hesab edir ki, bu hissədə də mübahisəyə inzibati qaydada baxılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 fevral 2025-ci il tarixli, 2-1(103)-605/2025 nömrəli qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar