Məhkəmə qərarları › İş №2-1(102)-1666/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1666/2025

21.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1666/2025 21.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyatının əsasları; işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2025-ci il tarixli, 2-1(103)-392/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nizami Bələdiyyəsinin 31 yanvar 2006-cı il tarixli, 01 nömrəli qərarına əsasən Nizami rayonu, Q.Qarayev prospekti 57 saylı binanın qarşısında yerləşən 250 kv.m faktiki istifadədə olan torpaq sahəsi 49 (qırx doqquz) il müdd ətinə ticarət və iaşə məqsədi ilə İddiaçı icarəsinə verilmişdir. 2. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 03 fevral 2006-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 57 saylı binanın qarşısında yerləşən ümumi sahəsi 250 kv.m olan torpaq sahəsi 49 (qırx doqquz) il müddətinə İddiaçı istifadəsinə verilmişdir.

3. Bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir.

4. Bakı şəhəri Nizami Bələdiyyəsinin 12 aprel 2021-ci il tarixli məktubuna əsasən iddiaçıya ayrılan Nizami rayonu, Q.Qarayev prospekti 57 saylı binanın qarşısında yerləşən 250 kv.m torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına etiraz edilməmişdir.

5. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pros pekti 57 saylı binanın qarşısında yerləşən 250 kv.m torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdehin xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətindən imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 250 kv.m olan torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışd ır ki, Bakı şəhəri Nizami Bələdiyyəsinin 31 yanvar 2006-cı il tarixli 01 saylı qərarı və Bakı şəhəri Nizami Bələdiyyəsinin 03 fevral 2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 saylı binanın qarşısında yerləşən ümumi sahəsi 250 kv.m torpaq sahəsi 2000-ci il tarixdən bu günə qədər onun istifadəsindədir. Bakı şəhəri Nizami Bələdiyyəsinə ərizə ilə müraciət edərək istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 saylı binanın qarşısında yerləşən ümumi sahəsi 250 kv.m torpaq sahəsini icarə hüququ əsasında daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata götürülməsinə və icarə hüququ əsasında torpaq sahəsinə çıxarışın verilməsinə münasibət bildirməsini xahiş etmişd ir. Belə ki, 12 aprel 2021-ci il tarixdə Bakı şəhəri Nizami Bələdiyyəsi onun müraciətinə məktubla cavab olaraq bildirmişdir ki, istifadəsində olan torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 26 sentyabr 2000-ci il tarixli 911 saylı sərəncamı və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02 oktyabr 2000-ci il tarixli ayrıc aktına əsasən Bakı şəhəri Nizami Bələdiyyəsinə ayrılan torpaq sahələrinin sərhədi daxilindədir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına və Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin ayrıc aktına əsasən Bakı şəhəri Nizami Bələdiyyəsinə ayrılan torpaq sahələrinin sərhədləri müəyyən edilmiş və onun istifadəsində olan torpaq sahəsi bələd iyyəyə ayrılan torpaq sahəsinə aiddir. İstifadəsində olan torpaq sahəsinin ayrılmasına dair bələdiyyənin qərarı, torpaq sahəsinin icarə müqaviləsi, torpaq sahəsinin plan və ölçüsü və digər müvafiq sənədlərlə dövlət reyestrindən icarə hüququ əsasında çıxarışın verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh orqan ona heç bir əsas gətirmədən sənədlərinin qəbul etməsindən imtina etmişdir.

8. Cavabdeh iddiaya dair yazılı etirazında bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli protokoldan çıxarışın qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bundan başqa, elektron kadastr məlumatına əsasən qeyd edilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Həmçinin, iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsi yol kənarı yaşayış binalarının qarşısında ümumi istifadədə olan yaşıllıq ərazidə yerləşir. Eyni zamanda, torpaq sahəsinə dair yerləşmə cizgisində qeyd edilən torpaq sahəsi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Həmçinin, texniki baxış keçirilən zaman torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılmadığı məlum olmuşdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır.

9. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının icrası ilə əlaqədar o laraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 3-16-16/2-10/8979 nömrəli 31 yanvar 2024-cü il tarixli rəy təqdim edilmişdir. Təqdim edilmiş rəyə əsasən iddiaçının faktiki istifadəsində olan 250 kv.m torpaq sahəsinin, həmin torpaq sahəsi ayrılan zaman Bakı Şəhər İcra Hakimiyyətinin 31 avqust 2000-ci il tarixli 812 nömrəli sərəncamı ilə Nizami Bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2-1(112)-1360/2024 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmiş, Bakı şəhəri Nizami Bələdiyyəsinin 31 yanvar 2006-cı il tarixli 01 nömrəli qərarına əsasən Nizami rayonu, Q.Qarayev prospekti 57 saylı binanın qarşısında yerləşən İddiaçı ic arəsinə ayrılmış 250 kv.m torpaq sahəsinə dair onun icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsi iddiaçının icarəsinə Bakı şəhəri Nizami Bələdiyyəsinin 01 nömrəli 31 yanvar 2006cı il tarixli qərarı ilə ayrılmış, cavabdehin istinad etdiyi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişiklik isə xx.xx.2007-ci il tarixdə edilmişdir. Belə olan təqdirdə, qanunvericiliyə edilmiş həmin dəyişiklik konstitusion normalara əsasən iddiaçıya münasibətdə şamil edilə bilməz. İş üzrə təyin edilmiş məhkəmə torpaqşünaslıq ek spertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçıya ayrılan zaman torpaq sahəsi Nizami Bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazinin hüdudları daxilində yerləşmişdir. İş materiallarına 11-ci səhifəsində Nizami rayon Bələdiyyəsinin hüdudlarında yerləşən, halhazırda iddiaçının icarəsinə verilmiş 250 kv.m torpaq sahəsinə dair ərazinin plan-sxemi əlavə edilmişdir. Plan-sxemə əsasən həmin torpaq sahəsinin bir tərəfdən küçə ilə, digər tərəflərdən isə qonşu torpaq sahələri ilə əhatə olunduğu, torpaq sahəsinin uzunluğu 25.0 metr, eni 10,0 metr təşkil etdiyi göstərilmişdir. Təqdim olunan torpaq sahəsinin baxış zamanı əldə olunan texniki parametrləri ilə Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən tərtib olunmuş cizginin göstəriciləri müqayisə edilərkən, həmin to rpaq sahəsinin cizgiyə uyğun olaraq 250 kv.m torpaq sahəsi olduğu müəyyən edilmişdir. Torpaq sahəsinin koordinatları müəyyən edilmişdir, torpaq sahəsinin ümumi istifadədə olan yaşılllıq ərazidə yerləşməsi müəyyən edilməmişdir. İddiaçının mübahisəli torpaq sahəsi üzərində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş əsaslarla mülkiyyət hüquqları yaranmışdır.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2025-ci il tarixli, 2-1(103)-392/2025 nömrəli qərarı ilə (hakimlər: R.Səmədov – məruzəçi, X.Cəmilova və E.Əliyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2-1(112)-1360/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına al ınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırm anın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə.

19. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

51. Torpaq sahəsi üzərində icarə hüququ

1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.

2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir.

3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.

4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.

5. Mülkiyyətçi olan icarəyə verənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər.

6. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər.

7. İcarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir.

8. Torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunverici liyi ilə tənzimlənir. 20. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri (hazırda qüvvədə olan redaksiya) 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin verilməsi, habelə Az ərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.... Maddə

9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri (xx.xx.2008-ci il tarixədək qüvvədə olan redaksiya) 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər.... Maddə

11. Torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi.. 11.3. Bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər.... 11.5. Bələdiyyələrin ehtiyat fondundan yaşayış məntəqələrinin perspektiv inkişafı üçü n ayrılan torpaqlar hüquqi və fiziki şəxslərin icarəsinə yalnız qısa müddətə verilir. 11.6. Bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə icarə əsasında verilir. 11.7. Ümumi istifadədə olan bələdiyyə torpaqlarının bütövlükdə icarəyə verilməsinə yol verilmir. 11.8. Ümumi istifadədə olan bələdiyyə torpaqlarında yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə, əyləncə, idman obyektlərinin və digər zəruri tikililərin müvəqqəti quraşdırılması üçün sahələr hüquqi və fiziki şəxslərin icarəsinə bələdiyyələr tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada qısa müddətə verilir. Belə məqsədlər üçün icarəyə verilən sahələrin ölçüsü layihə sənədlərində nəzərdə tutulan ölçüdən çox ola bilməz. 11.9. Bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutl arın araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılmas ı üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş ü zrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

22. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.

25. Hazırki işin hallarından görünür ki, iddiaçının iddia tələbini irəli sürməkdə çatmaq istədiyi hüquqi nəticə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 57 saylı binanın qarşısında yerləşən 250 kv.m torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir.

26. Cavabdehin imtina, etiraz və kassasiya şikayətinin dəlillərində isə torpaq sahəsinin açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilmədiyi, elektron kadastr məlumatında torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar olunmadığı, torpaq sahəsinə dair yerləşm ə cizgisində qeyd edilən torpaq sahəsi ilə faktiki vəziyyət arasında uyğunsuzluğun mövcud olduğu, torpaq sahəsinin yol kənarı yaşayış binalarının qarşısında ümumi istifadədə olan yaşıllıq ərazidə yerləşdiyi göstərilmişdir.

27. İddiaçının mövqeyini əsaslı hesab edən birinci instansiya məhkəməsi, eləcə də onun gəlmiş olduğu nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi iddiaçının qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması tələbini qanuni hesab edərkən bildirmişdir ki, cavabdehin istinad etdiyi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişiklik isə xx.xx.2007-ci il tarixdə edilmişdir. Belə olan təqdirdə, qanunvericiliyə edilmiş həmin dəyişiklik konstitusion normalara əsasən iddiaç ıya münasibətdə şamil edilə bilməz. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin qərarında torpaq sahəsinin ümumi istifadədə olan yaşıllıq ərazidə yerləşməsinin müəyyən edilmədiyi göstərilmişdir.

28. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni torpaq sahəsinin açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilmədiyi, elektron kadastr məlumatında torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar olunmadığı və torpaq sahəsinə dair yerləşmə cizgisində qeyd edilən torpaq sahəsi ilə faktiki vəziyyət arasında uyğunsuzluğun mövcud olduğu hissədə əsaslı hesab edir, lakin torpaq sahəsinin yol kənarı yaşayış binalarının qarşısında ümumi istifadədə olan yaşıllıq ərazidə yerləşməməsi ilə bağlı nəticəni əsaslı hesab etmir və yal nız həmin hissədə qərarın ləğv edilməsini, işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını zəruri hesab edir.

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşarkən torpaq sahəsinin yol kənarı yaşayış binalarının qarşısında ümumi istifadədə olan yaşıllıq ərazidə yerləşməməsi ilə bağlı işin hər hansı halına, cavabdehin qeyd edilən dəlinin təkzibi ilə bağlı mötəbər sübutların mövcudluğuna istinad etməmişdir.

30. Cavabdeh iddia tələbinə etiraz, apellyasiya və kassasiya şikayətlərinin dəlillərində torpaq sahəsinin yol kənarı yaşayış binalarının qarşısında ümumi istifadədə olan yaşıllıq ərazidə yerləşməsini göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi torpaq sahəsinin ümumi istifadədə olan yaşıllıq ərazidə yerləşməsinin müəyyən edilmədiyini qeyd etsə də, buna dair iş materiallarında hər hansı sübut əhəmiyyətli sənədə rast gəlinmir.

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin növbəti apellyasiya baxışı zamanı mübahisə predmeti olan torpaq sahəsinin yol kənarı yaşayış binalarının qarşısında ümumi istifadədə olan yaşıllıq ərazidə yerləşibyerləşməməsi halı tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmalı və araşdırılmanın nəticəsindən asılı olaraq iş üzrə yekun qərar qəbul edilməlidir.

33. Bundan başqa, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 11ci maddəsində bələdiyyənin mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi ilə bağlı ümumi qaydalar müəyyən edilmişdir. Həmin normada ümumi istifadədə olan torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı müvafiq tənzimləmələr mövcuddur.

34. Məhkəmə kollegiyası qeyd edir ki, işin təkrar apellyasiya baxışı zamanı mübahisələndirilən torpaq sahəsinin yol kənarı yaşayış binalarının qarşısında ümumi istifadədə olan yaşıllıq ərazidə yerləşməsi halı müəyyən edilərsə, o zaman həmin torpaq sahəsinin icarəyə verilməsi halları yuxarıda qeyd edilən normanın tələbləri baxımından yoxlanılmalı, torpaq sahəsinin həqiqətən yol kənarı yaşayış binalarının qarşısında ümumi istifadədə olan yaşıllıq ərazidə yerləşməsi araşdırılmalı, həmin xüsusatın mövcudluğu halında icarə hüququnun qeydiyyatının mümkünlüyünə qiymət verilməlidir.

35. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2025-ci il tarixli, 2-1(103)-392/2025 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından iddianın təmin edilməməsi hissəsində şikayət təmin olunmamalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2025-ci il tarixli, 21(103)-392/2025 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar