Məhkəmə qərarları › İş №2-1(102)-1667/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1667/2025

24.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1667/2025 24.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərarların ləğv edilməsi; kameral vergi yoxlaması, riskli vergi ödəyicisi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş idarəsinə qarşı “qərar ların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 06 fevral tarixli, 2-1(103)-1067/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraatda baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********431000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla, 2022-ci il üzrə 21988,93 manat əlavə gəlir vergisi hesablanmışdır.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********437200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla, 2023-ci il üzrə 910,06 manat əlavə gəlir vergisi hesablanmışdır.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********001800 nömrəli qərarla, İddiaçı (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə (haz ırda Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli **********431000 və **********437200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının və “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023cü il tarixli **********001800 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.

5. İddiaçı bildirir ki, onun fəaliyyəti avto ehtiyat hissələrinin alışı və satışından ibarət olmuşdur. O, malları müxtəlif yerlərdən alaraq mağazada e-qaimə və onlayn kassa vasitəsi ilə satmışdır. Gəlirləri barədə vergi orqanına bəyannamələr vermiş və vergiləri ödəmişdir. Bunlara baxmayaraq vergi orqanı “Vergi ödəyicisinin riskli vergi ö dəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********001800 nömrəli qərarına əsasən onu riskli vergi ödəyicisi hesab etmiş və riskli vergi ödəyicilərinin siyahısına daxil etmişdir. Bundan başqa, vergi orqanı iddiaçı barəsində 2022-ci il üçün 20911,73 manat və 2023-cü il üçün 1193,4 manat gəlir vergisi hesablamış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********320700 nömrəli və **********329000 nömrəli qərarları qəbul olunmuşdur. Sonradan vergi ödəyicisi xx.xx.2023cü il tarixdə 2022-ci və 2023-cü illər üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsini təqdim etmiş, vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə 2022-ci il üçün 21988,93 manat və 2023-cü il üçün 910,06 manat üzrə əlavə vergi məbləği hes ablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********437200 nömrəli və **********431000 nömrəli qərarlar qəbul olunmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixli **********320700 və **********329000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi üçün şikayət etmişdir. Şikayətə baxılıb yekunlaşmamasına baxmayaraq xx.xx.2023-cü il tarixli **********431000 və **********437200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar ilə məbləğlər bərpa edilmişdir. Bundan başqa vergi orqanı **********794600 nömrəli məktubla 2023-cü ilin 1-ci və 2-ci rübləri üzrə sadələşdirilmiş vergi bəyannamələri təqdim etməyi bil dirmiş, iddiaçı tərəfindən bəyannamələr təqdim edilmiş, ancaq buna baxmayaraq vergi orqanı tərəfindən 2023-cü ilin 1-ci rübü üzrə gəlir vergisi hesablanmışdır. Vergi orqanı qərəzli mövqe aparmışdır. Vergi orqanının qərarları əsassız və qanunsuzdur. Çünki vergi orqanı real vəziyyəti araşdırmamış və sahibkarlıq fəaliyyətinə maneə törədən qərarlar vermişdir. İddiaçı malları alarkən sənədlər ala bilməmiş, ancaq həqiqətən də satdığı malları alaraq satmışdır. Vergi orqanı baxış keçirmədən, X1 tədbirləri həyata keçirmədən, xronometraj metodu ilə müşahidə aparmadan, əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmadan iddiaçının fəaliyyətini məhdudlaşdıran qərarlar qəbul etmişdir. Bundan başqa vergi orqanı qərarlar qəbul edərkən bərabərlik prinsip ini və işin hallarının obyektiv araşdırılması normasını da pozmuşdur. Çünki vergi orqanı onu digər, yəni əsl riskli vergi ödəyiciləri ilə bərabər tutmuşdur. Əlavə olaraq vergi orqanı icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğu halda araşdırmamış, sübutlar yetərli olmadığı halda öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. xx.xx.2023-cü il tarixli **********320700 və **********329000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının və "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********001800 nömrəli qərarın ləğv edilməsi üçün iddiaçı tərəfindən yuxarı vergi orqanına müraciət edilmişdir. Daha sonra h əmin dövrlər üzrə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli **********431000 və **********437200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul edilmişdir. Həmin qərarlardan da şikayət verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********627900 nömrəli qərarı ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********437200 nömrəli və **********431000 nömrəli qərarlar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı tərəfindən "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********001800 nöm rəli qərarının ləğv edilməsi üçün yuxarı vergi orqanına müraciət edilməsinə baxmayaraq xx.xx.2023-cü il tarixli **********627900 nömrəli qərarda bununla bağlı heç bir münasibət bildirilməmişdir. Vergi ödəyicisinin xərc sənədləri olmadığı üçün vergilər vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına əsasən hesablanmalı idi. Ancaq vergi orqanı vergiləri Vergi Məcəlləsinə zidd olaraq ümumi dövriyyəyə 20% tətbiq etməklə hesablamışdır. Belə hesablama metodu isə Vergi Məcəlləsində yoxdur.

6. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddia tələbinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********001800 nömrəli qərarının ləğv edilməsi h issəsi ilə bağlı iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Bildirilir ki, iddiaçının mübahisələndirdiyi vergi orqanı tərəfindən qəbul edilmiş "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********001800 nömrəli qərar xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə saat 23:44:13-də vergi ödəyicisi tərəfindən oxunmuşdur. Odur ki, iddia tələbi “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********001800 nömrəli qərarının ləğv edilməsi hissəsində mümkün sayılmamalıdır. Kameral vergi yoxlamasına münasibətdə isə bildirilir ki, iddiaçının riskli vergi ödəyicisi siyahısına daxil edilməsinə baxmayaraq, onun tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2007-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün "ixtisaslaşdırılmış mağazalarda digə r ərzaq məhsullarının pərakəndə satışı” olduğu və vergi orqanında qeydiyyatda alınmış aktiv təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı, fərdi sahibkar tərəfindən təqdim edilmiş 2022-ci ilin gəlir vergisinin bəyannaməsinin 1200.1-ci (Malların təqdim edilməsindən gəlir) sətrində göstərilmiş cəmi 132366,0 manat gəlir məbləğinin hesabat dövrü ərzində onlayn kassa aparatı ilə müəyyən edilən (9572,5 manat) və elektron qaimə faktura əsasında satılmış mallar (işlər, xidmətlər) (130473,0 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 140045,5 manat məbləğdən bəyannamənin 1 №-li Əlavəsinin 1.4.2ci ("Sair debitor borcları") sətrinin "Hesabat dövrünün sonuna” olan 0,0 manat məbləği ilə "Hesabat dövrünün əvv əlinə” olan 0,0 manat məbləğinin fərqi 0,0 manat məbləğin çıxılması nəticəsində yaranan 7679,5 manat məbləğdən az əks etdirilməsi, 2022-ci ildə təqdim edilmiş malların əldə edilməsi ilə bağlı təsdiqedici sənədlərinin olmamasına baxmayaraq fərdi sahibkar tərəfindən bəyan edilmiş 2022-ci ilin gəlir vergisi bəyannaməsində Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq üzrə 75 faiz güzəşt məbləğinin tətbiq edilməsi, eyni zamanda 2023-cü ildə onlayn kassa aparatı ilə müəyyən edilən (5967,0 manat) dövriyyəsinin olmasına baxmayaraq 2023-cü ilin gəlir vergisi bəyannaməsinin göstəricisiz (boş) təqdim edilməsi kənarlaşmaların yaranmasına səbəb olmuşdur. Bildirilir ki, gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğu n olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Odur ki, iddiaçı riskli vergi ödəyicisi hesab olunduğundan Vergi Məcəlləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq olunması mümkün deyildir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi orqanı tərəfindən "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb ed ilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********795500 nömrəli, xx.xx.2023-cü il tarixli **********413800 nömrəli və xx.xx.2023-cü il tarixli **********796400 nömrəli uyğunsuzluq məktubları göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktublara əsaslandırılmış cavab verilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il üçün 20911,73 manat və 2023-cü il üçün 1193,4 manat gəlir vergisi hesablanmış və "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********320700 nömrəli və **********329000 nömrəli qərarlar qəbul olunmuşdur. Sonradan vergi ödəyicisi xx.xx.2023-cü il tarixdə 2022ci və 2023-cü illər ü çün dəqiqləşmiş gəlir vergisi bəyannaməsini təqdim etmiş, vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə 2022-ci il üçün 21988,93 manat və 2023-cü il üçün 910,06 manat üzrə əlavə vergi məbləğ hesablanmış və "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********437200 nömrəli və **********431000 nömrəli qərarlar qəbul olunmuşdur. İddiaçı tərəfindən vergi orqanının xx.xx.2023-cü il tarixli **********437200 nömrəli və **********431000 nömrəli qərarlarından xx.xx.2023-cü il tarixli **********999500 nömrəli inzibati şikayət verilmiş və vergi orqanının xx.xx.2023-cü il tarixli **********627900 nömrəli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir. Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minən redaksiyasına əsasən bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan vergi ödəyicisi sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Azə rbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”-nın 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri gəlirlərinin və xərclərinin vaxtı-vaxtında dəqiq uçotunu aparmağa, həmin Məcəlləyə əsasən tətbiq edilən uçot metodundan asılı olaraq, gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə və bu fəaliyyətlə bağlı bütün əməliyyatların başlanmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən uçot aparılmasını təmin etməyə borcludurlar.

7. Bakı İnzibati Məhkəməsin in 2-1(112)-2327/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş 19 iyul 2023-cü il tarixli **********431000 nömrəli və 19 iyul 2023-cü il tarixli **********437200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə”, xx.xx.2023-cü il tarixli **********001800 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarların ləğv edilməsi barədə qərar qəbul edilmişdir.

8. Cavabdeh orqan apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. a) apellyasiya instansiyası məhkəməsindəki i craat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 06 fevral tarixli, 2-1(103)-1067/2025 nömrəli qərarı ilə (hakimlər C.B.Məmmədov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və P.A.Hüseynov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2327/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı qismən-cavabdehin 19 iyul 2023-cü il tarixli **********431000 saylı qərarının (üçüncü sətr) kameral vergi yoxlamasının nəticəsi olaraq vergi orqanı tərəfindən müəyyən edilmiş vergi və sığorta haqlarından 4668,18 manat gəlir vergisi hesablanması hissəsi, 19 iyul 2023-cü il tarixli **********437200 saylı qərarının (üçüncü sətr) kameral vergi yoxlamasının nəticəsi olaraq vergi orqanı tərəfindən müəyyən edilmiş vergi və sığorta haqlarının 198,90 manat gəlir v ergisi hissəsi istisna olmaqla digər hissələrdə ləğv edilmişdir. İddia Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2327/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edildiyi hissədə təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2327/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 15 mart 2023-cü il tarixli **********001800 saylı qərarının ləğv edilməsi hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, vergi orqanı tərəfindən qəbul edilmiş 15 mart 2023-cü il tarixli qərarın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülməmişdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 15 mart 2023-cü il tarixli **********001800 saylı qərara m ahiyyəti üzrə baxan məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı tərəfindən qeyd olunan qərar olunan qərar qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, vergi orqanı tərəfindən “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”nin 21 noyabr 2024-cü ilə qədər qüvvədə olan redaksiyada nəzərdə tutulmuş 3.1.1-ci bəndinə, yəni vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar etməsinə istinad edərək onun 15 mart 2023-cü il tarixli qərarla riskli vergi ödəyicisi hesab etmişdir. Məhkəmə kollegiyası tərəfindən qeyd olunan qərar tədqiq edilərkən müəyyən edilm işdir ki, qərarın əsaslandırması hissəsi yalnız maddi hüquq normalarına əsaslanmış, yəni mal çeşidlərinin fərqli olmasına dair hər hansı hala istinad edilməmişdir. Məhkəmə vergi orqanının nümayəndəsinin çeşidlərin fərqli olması ilə bağlı gətirdiyi dəlili isə ondan ibarət olmuşdur ki, malların alışı ilə bağlı hər hansı bir sənəd mövcud olmadığından çeşidlərin müəyyən edilməsi mümkün olmamış və bu səbəbdən ceşidlərin fərqli olması ehtimalının daha böyük olması (yəni vergi ödəyicisinin aldığı mallar barədə vergi orqanında məlumat olmadıqda çeşidlərini müəyyən edilməsi mümkün olmur) 15 mart 2023-cü il tarixli qərarın qəbul edilməsinə əsas olmuşdur. Nəzərə alınmalıdır ki, iddia tələbi üzrə mübahisələndirilən 19 iyul 2023-cü il tarixli digər iki qərarın qəbul edilməsinə əsas kimi vergi ödəyicisi tərəfindən xərc sənədlərinin təqdim etməməsi olmuşdur. Başqa sözlə desək 2023-cü ilin mal dövriyyəsi üzrə vergi ödəyicisində malların alış və xərc sənədinin mövcud olmamışdır. Bu isə yuxarıda qeyd olunan Meyarlara 21 noyabr 2024-cü ildən sonra verilmiş yeni redaksiyanın təsiri dairəsinə düşür. Meyarların yeni redaksiyasının 2.1.2-ci bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları təqdim edən şəxs riskli vergi ödəyicisi hesab edilir. Göründüyü kimi yeni redaksiya verilmiş meyarları 2023-cü ildə aparılmış əməliyyatlara tətbiq edilməsi düzgün deyil. Ona görə məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı mal çeşidlərinin fərqli olm ası ilə bağlı əsaslı dəlillərini məhkəməyə təqdim edə bilmədiyinə görə onun tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 15 mart 2023cü il tarixli **********001800 saylı qərar qanunsuzdur.

11. Daha sonra, vergi ödəyicisinin 2022 və 2023-cü illəri əhatə edən dövr üzrə gəlir vergisi barədə qəbul edilmiş 19 iyul 2023-cü il tarixli **********431000 və **********437200 saylı qərarlarını tədqiq edərək, məhkəmə kollegiyası hesab edir ki, həmin qərarlar üzrə tələb edilən vergi məbləğləri düzgün hesablanmayıb. 2022-ci ilin gəlir vergisi üzrə vergi orqanının qəbul etdiyi 19 iyul 2023-cü il tarixli **********431000 saylı qərarın birinci sətrində vergi ödəyicisinin hesabladığı vergi və sığorta haqlarının 5.381,41 manat, üçüncü sətrində isə kameral vergi yoxl amasının nəticəsi olaraq vergi orqanı tərəfindən müəyyən edilmiş vergi və sığorta haqlarının 27.370,34 manat, yəni vergi ödəyicisinin hesabladığı məbləğdən 21.988,93 manat artıq olması qeyd olunmuşdur. 2023-ci ilin gəlir vergisi üzrə vergi orqanının qəbul etdiyi 19 iyul 2023-cü il tarixli **********437200 saylı qərarın birinci sətrində vergi ödəyicisinin hesabladığı vergi və sığorta haqlarının 283,34 manat, üçüncü sətrində isə kameral vergi yoxlamasının nəticəsi olaraq vergi orqanı tərəfindən müəyyən edilmiş vergi və sığorta haqlarının 1.193,40 manat, yəni vergi ödəyicisinin hesabladığı məbləğdən 910,06 manat artıq olması qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisinin 2022-ci il üzrə satış dövriyyəsi 140.045,50 manat, 2023-cü ildə isə 5967 manat olmuş dur. Vergi orqanı tərəfindən qərarların 3-cü sətirlərində qeyd olunan məbləğ satış dövriyyəsindən əldə edilmiş vəsaitin 20% vurmaqla hesablanması edilməsi müəyyən edilmişdir. Qərarların 1-ci sətirlərində qeyd olunan məbləğlər isə mikrosahibkarlar üçün nəzərdə tutulmuş 75% güzəşt məbləğinin dövriyyədən əldə edilmiş vəsaitdən çıxılmaqla hesablandığı müəyyən edilib. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/9052 nömrəli ekspert rəyindən müəyyən edilmişdir ki, Nazirlər Kabinetinin 2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanma qaydalarına” əsasən hər iki tərəfin hesabladığı vergi məbləğinin düzgün olmaması müəyyən edilir. Belə ki, mühas ibatlıq ekspertizasının 22 fevral 2024-cü il tarixli rəyinin 4-cü vərəqindən görünür ki, 2022-ci il üzrə mövcud olmuş 140.045,50 manat satış dövriyyəsi üzrə 4668,18 manat, 2023-cü il üzrə mövcud olmuş 5967.00 manat satış dövriyyəsi üzrə 198,90 manat gəlir vergisi müəyyən olunmuşdur. Qeyd olunan məbləğlər Nazirlər Kabinetinin 55 saylı qərarı ilə təsdiq edilmiş qaydalarda əks edilmiş düstur əsasında (140045,50/6x20%=4668,18 manat; 5967,00/6x20%=198,90 manat) müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vergi orqanının 19 iyul 2023-cü il tarixli qərarı əsasında vergi ödəyicisindən tələb etdiyi gəlir vergisi düzgün hesablanmayıb. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, 19 iyul 2023-cü il tarixli qərarların 3-cü sətrində göstərilən məbləğlər mühasibatlıq ekspertiza sının müəyyən etdiyi məbləğ hissələri istisna edilməklə digər hissələrdə ləğv edilməlidir. Hazırkı iddia tələbi üzrə kameral qaydada hesablanmış və mübahisə predmeti olan 19 iyul 2023-cü il tarixli qərarlar ləğv edildiyi təqdirdə vergi ödəyicisi özünün bəyan etdiyi vergi məbləğini ödəmək vəzifəsini daşımır. Başqa sözlə desək 19 iyul 2023-cü il tarixli qərarlar ləğv edildiyi təqdirdə bəyan edilmiş və ya Nazirlər Kabinetinin 55 saylı qərarı təsdiq edilmiş qaydalara uyğun olaraq hesablanmış vergi məbləğlərinin vergi ödəyicisindən tələb edilməsi ilə bağlı hər hansı bir inzibati akt mövcud olmur. Sonradan vergi orqanı tərəfindən müddətin keçməsi ilə bağlı yeni vergilərin hesablanması imkan xaricində olur. Nəticədə dövlət büdcəsinə ödənilməli olan vergilər vergi ödəyicisinin əsassız yerə varlanm asına səbəb olur. Belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, 19 iyul 2023-cü il tarixli qərarların tam şəkildə ləğv edilməsinə zərurət yoxdur. Yəni gələcəkdə dövlət büdcəsinə vergilərin (4668,18 manat və 198,90 manat) ödənilməsinin təmin edilməsi məqsədi ilə vergi xidmətinin 19 iyul 2023-cü il tarixli qərarları Nazirlər Kabinetinin 55 saylı qərarı ilə təsdiq edilmiş qaydalara uyğun hesablanmış məbləğlər hissəsində qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, 2022-ci ilin gəlir vergisi üzrə vergi orqanının qəbul etdiyi 19 iyul 2023-cü il tarixli **********431000 saylı qərarı (üçüncü sətr) kameral vergi yoxlamasının nəticəsi olaraq vergi orqanı tərəfindən müəyyən edilmiş vergi və sığorta haqlarının 4668,18 manat hissəsi istisna olmaq la, 2023-cü ilin gəlir vergisi üzrə vergi orqanının qəbul etdiyi 19 iyul 2023-cü il tarixli **********437200 saylı qərarı (üçüncü sətr) kameral vergi yoxlamasının nəticəsi olaraq vergi orqanı tərəfindən müəyyən edilmiş vergi və sığorta haqlarının 198,90 manat hissəsi istisna olmaqla ləğv edilməlidir.

12. Cavabdeh vergi orqanı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı tərəfindən kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.82. Riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyic isinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Maddə 16.1 və 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməy ə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67.1 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağ a icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsm i məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti i lə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 67.2 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 67.3 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandı qda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Maddə 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Maddə 67.14 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 83.9 (Mübahisəli dövrdə qüvvədə ola n redaksiyada). Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Maddə 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.30 (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi;

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”nin 21 noyabr 2024-cü il tarixinə qədər olan redaksiyasının 2.1-ci bəndinə əsasən aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda;... 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 55 nömrəli qə rarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən edir. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1 İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan s übutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişd irə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə Kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəl illərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Ona görə də, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi qismən təmin olunmalıdır. Buna dair mövqeyini məhkəmə kollegiyası aşağıdakılarla əsaslandırır.

23. Hazırkı işdə iddiaçının hüquqi marağı vergi orqanı tərəfindən onun barəsində qəbul edilmiş 3 (üç) inzibati aktın ləğvinə nail olmaqdır. Onlardan biri vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 15 mart 2023-cü il tarixli **********001800 saylı, digərləri isə kameral qaydada hesablanmış və vergi ödəyicisinin 2022 və 2023-cü illəri əhatə edən dövr üzrə gəlir vergisi barədə qəbul edilmiş 19 iyul 2023-cü il tarixli **********431000 və **********437200 saylı qərarlardır. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********001800 nömrəli qərarın qanuniliyi

24. Məhkəmə Kollegiyası apellyasiya instansiya məhkəməsinin vergi orqanı tərəfindən qəbul edilmiş 15 mart 2023-cü il tarixli qərarın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməməsi mövqeyi ilə razılaşır, lakin qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi cavabdeh vergi orqanının 15 mart 2023-cü il tarixli qərarının qanuniliyinə mahiyyəti ü zrə baxarkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

25. Belə ki, cavabdeh vergi orqanı iddiaçının riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi barədə 15 mart 2023-cü il tarixli qərarını onunla əsaslandırmışdır ki, iddiaçının satışda olan malların alışı ilə bağlı hər hansı bir sənəd mövcud olmamış və aldığı və ya idxal etdiyi mal çeşidlərin müəyyən edilməsi mümkün olmamışdır. İddiaçı satışda olan malların alışı ilə bağlı qaimə-fakturaları cavabdeh vergi orqanına və məhkəməyə təqdim etməmişdir. İddiaçı hazırkı məhkəmə prosesində malları alarkən sənədlər ala bilmədiyini bildirmiş, lakin bunun səbəbini göstərməmişdir.

26. Məhkəmə Kollegiyası xatırladır ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəy yən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir (normanın mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan redaksiyası). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3.1-ci bəndində riskli əməliyyat hesab olunan əməliyyatlar təsbit edilmişdir: vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edilməsi və vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

27. Apely asiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, vergi orqanı mal çeşidlərinin fərqli olması ilə bağlı əsaslı dəlillərini məhkəməyə təqdim edə bilmədiyinə görə onun tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 15 mart 2023cü il tarixli **********001800 saylı qərar qanunsuzdur.

28. Məhkəmə Kollegiyası riskli vergi ödəyiciləri konsepsiyasının iqtisadi və legitim əhəmiyyətindən çıxış edərək vurğulayır ki, normanın bu cür təfsiri və şərhi ümumilikdə qanunvericinin bu sahədəki tənzimləmə ilə bağlı qarşıya qoyduğu məqsədə ziddir.

29. Məhkəmə Kollegiyası qeyd edir ki, meyarların 3.1.2-ci bəndinə əsasən, vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi (artıq həcmdə təqdim edilmiş mallara münasibə tdə) riskli əməliyyat hesab olunur. İstinad olunan normanın məzmununda istifadə edilən “aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə” ifadəsi ümumiyyətlə alış sənədi olmayan malların təqdim edilməsi halını da əhatə edir. Belə ki, norma alınan və ya idxal olunan malın həcmindən artıq olma ilə bağlı dizpozisiya şərti müəyyən edir ki, həm qismən, həm də ümumiyyətlə alış sənədinin olmaması halı bu məzmunla əhatə olunur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)1462/2024 nömrəli qərarı).

30. Beləliklə, vergi ödəyicisinin aldığı malın sayından asılı olmayaraq (“0” və “N” sayda), həmin malın sayından artıq mal satması Meyarların 3.1-ci bəndinə əsasən riskli əməliyyat hesab olunmalıdır. Əks hal, həm də ümumiyy ətlə alış sənədi olmayan və mal təqdim edən vergi ödəyicilərinin, qismən alış sənədi olan vergi ödəyiciləri ilə müqayisədə bazarda üstünlük əldə etməsinə, o cümlədən malların ümumiyyətlə alış sənədi olmadan alınmasına əsassız stimul yaradır.

31. Nəticədə, cavabdeh vergi orqanının satışda olan malların alışı ilə bağlı qanunla müəyyən edilmiş təsdiqedici sənədlər təqdim etmədiyinə görə iddiaçının riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi barədə qərarı qanuni olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3.1-ci maddəsinin tələblərinə uyğun olmuşdur.

32. Buna görə də, iddia tələbi “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməs i barədə” xx.xx.2023-cü il tarixli **********001800 nömrəli qərarın ləğv edilməsi” hissəsində rədd edilməli və cavabdehin kassasiya şikayəti bu hissədə təmin edilməlidir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qəbul edilmiş 19 iyul 2023-cü il tarixli **********431000 və **********437200 saylı qərarların qanuniliyi

33. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsinin vergi ödəyicisinin 2022 və 2023-cü illəri əhatə edən dövr üzrə gəlir vergisi barədə qəbul edilmiş 19 iyul 2023-cü il tarixli **********431000 və **********437200 saylı qərarları ilə bağlı gəldiyi qənaətlə razılaşmayaraq hesab edir ki, hər iki qərar ləğv edilməlidir.

34. Belə ki, mübahisəyə dair iş üzrə materiallardan görünür ki, 2022-ci ilin gəlir vergisi üzrə vergi orqanının q əbul etdiyi 19 iyul 2023-cü il tarixli **********431000 saylı qərarın birinci sətrində vergi ödəyicisinin hesabladığı vergi və sığorta haqlarının 5.381,41 manat, üçüncü sətrində isə kameral vergi yoxlamasının nəticəsi olaraq vergi orqanı tərəfindən müəyyən edilmiş vergi və sığorta haqlarının 27.370,34 manat, yəni vergi ödəyicisinin hesabladığı məbləğdən 21.988,93 manat artıq olması qeyd olunmuşdur. 2023-ci ilin gəlir vergisi üzrə vergi orqanının qəbul etdiyi 19 iyul 2023-cü il tarixli **********437200 saylı qərarın birinci sətrində vergi ödəyicisinin hesabladığı vergi və sığorta haqlarının 283,34 manat, üçüncü sətrində isə kameral vergi yoxlamasının nəticəsi olaraq vergi orqanı tərəfindən müəyyən edilmiş vergi və sığorta haqlarının 1.193,40 manat, yəni vergi ödəyicisinin hesabladığı məbləğ dən 910,06 manat artıq olması qeyd olunmuşdur. Aşağı instansiya məhkəmələrinin araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisinin 2022-ci il üzrə satış dövriyyəsi 140.045,50 manat, 2023-cü ildə isə 5967 manat olmuşdur. Vergi orqanı tərəfindən qərarların 3-cü sətirlərində qeyd olunan məbləğ satış dövriyyəsindən əldə edilmiş vəsaitin 20% vurmaqla hesablanması edilməsi müəyyən edilmişdir. Qərarların 1-ci sətirlərində qeyd olunan məbləğlər isə mikrosahibkarlar üçün nəzərdə tutulmuş 75% güzəşt məbləğinin dövriyyədən əldə edilmiş vəsaitdən çıxılmaqla hesablandığı müəyyən edilib.

35. Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, yalnız Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərinin və xərclərinin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarl ıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Həmin normanın mahiyyətinə görə, gəlirlərinin və xərclərinin uçotunu Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada aparmadığı müəyyən edilən mikro sahibkarlıq subyektinə həmin güzəşt şamil oluna bilməz. İddiaçının vergi uçotunu düzgün aparmadığı vergi orqanın xx.xx.2023-cü il tarixli **********001800 nömrəli qərarı ilə müəyyən edilmiş, riskli vergi ödəyicisi hesab olunaraq, riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir. Buna görə də, iddiaçının gəlirlərinə 75% güzəşt hüququ tətbiq edilə bilməz. 36. 75 faiz güzəşti iddiaçıya münasibətdə tətbiq etmək üçün əsaslar olmasa da, xərc sənədləri olmadığı halda cavabdeh vergi orqanı bütün gəlirə 20 faiz tətbiq etməklə gəlir vergisi hesablamaqda da haqlı olmamışdır. Bu zaman Verg i Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq vergi hesablanmalı idi.

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən analoji faktlara əsaslanan oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi və hüquqi mövqe ondan ibarətdir ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər tam və ya qismən mövcud olmadıqda və ya təqdim edilmədikdə, vergi orqanı vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə, bu da, mövcud olmadıqda son zərurət kimi şərti rentabellik normasını tətbiq etməklə ödənilməli vergi məbləğini hesablaya bilər.

38. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi m əbləğini həm də malın dəyərini, yəni gəlirin əldə edilməsi ilə bağlı xərcləri nəzərə almadan birbaşa gəlir əsasında hesablamışdır. İstinad olunan norma baxımından belə hesablama qaydasının tətbiqi yolverilməz sayılmalıdır. Nəzərə almaq lazımdır ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə və ya şərti rentabellik normasını tətbiq etməklə (xx.xx.2024-cü il tarixədək olan vergi dövrləri üzrə) hesablamaq öhdəliyi Vergi Məcəlləsinin 24.1.1-ci maddəsi ilə müəyyən olunan vergilərin düzgün hesablanması vəzifəsindən irəli gəlir.

39. Başqa sözlə, vergi ödəyicisinin gəlir və ya xərclərini təsdiq edən sənədlər mövcud olmadıqda belə, vergi orqanı qanunvericiliyin müəyyən etdiyi imkanlar əsasında rəsmiləşdirilmə yən gəlir və ya xərci müəyyən etməyə borcludur. Yəni, vergi ödəyicisinin uçot vəzifələrini yerinə yetirməməsi cavabdeh tərəfindən qanunvericiliyin müvafiq normalarının tətbiqindən imtina üçün əsas ola bilməz.

40. Hazırkı iş üzrə Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq etməli olan cavabdeh bundan imtina etmişdir. Həmin normada təsbit olunmuş əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə iddiaçının ödəməli olduğu mənfəət (gəlir) vergisinin müəyyən olunması inzibati orqanın vəzifəsidir. Vergi Məcəlləsinin 67-ci maddəsinin mahiyyətinə görə, vergi orqanı ödənilməli olan verginin məbləğini hesablayarkən hər bir halda əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməli və ya şərti rentabellik normasını tətbiq etməlidir.

41. Cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunan imkanlardan istifadə edərək, iddiaçı üçün əlverişli halları nəzərə almamış və verginin düzgün hesablanmasını təmin etməmişdir. Odur ki, cavabdeh tərəfindən aparılmış hesablama əsassız sayılmalıdır.

42. Məhkəmə Kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi vergi orqanının 19 iyul 2023-cü il tarixli qərarları əsasında vergi ödəyicisindən tələb etdiyi gəlir vergisini düzgün hesablamadığını bildirmiş və bununla kifayətlənməmiş, vergi orqanının əvəzinə şərti rentabellik tətbiq etməklə yeni vergi məbləği hesablamışdır. Bununla bağlı, nəzərə alınmalıdır ki, məhkəmə özü vergi orqanının əvəzinə şərti rentabellik tətbiq etməklə vergi hesablaya bilməz. Məhkəmənin vəzifəsi yalnız vergi orqanı tərəf indən hesablanmış konkret verginin qanuniliyinə qiymət verməkdir.

43. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş idarəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 06 fevral tarixli, 21(103)-1067/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin olunsun. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********431000 nömrəli və xx.xx.2023-cü il tarixli **********437200 nömrəli qərarl ar ləğv edilsin. İddia tələbi qalan – ““Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********001800 nömrəli qərarın ləğv edilməsi” hissəsində təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar