Məhkəmə qərarları › İş №2-1(102)-1670/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1670/2019

22.05.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1670/2019 22.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Ərizəçi “xxxx” MTK-nın qarşı tərəf “xxxx” ASC-yə qarşı “kanalizasiya sisteminin qoşulması, borunun çıxarılması, ərazinin boşaldılması, binalar hazır olduqdan sonra texniki şərtin verilməsi” barədə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 18 yanvar tarixli 2-1(103)-121/2019 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsa sən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: “xxxx” MTK 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək S.Vurğun, S.Rəhman, Mərdanov qardaşları və Y.V.Çəmənzəminli küçələrinin əhatə etdiyi ərazidə onun tərəfindən inşa olunan yaşayış binalarına binalar təhvil verilənədək müqavilə yolu ilə (və ya müvəqqəti texniki şərt verilməklə) suyun verilməsi (d=20-lik) və kanalizasiya sisteminin qoşulması, həmin binaların yaxınlığından keçən, diametri 200 mm olan istifadəsiz borunun “xxxx” ASC tərəfindən çıxarılması (və ya yerinin dəyişdirilməsi), ərazidəki nasos stansiyasının sökülüb götürülərək ərazinin boşaldılması və binalar hazır olduqdan sonra həmin binalara texniki şərt verilməsi (d=110-luq) öhdəliyinin “xxxx” ASCnin üzərinə qoyulmasını xahiş etmişdir. “xxxx” MTK iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərəkiddia ərizəsinin xahiş hissəsində olan “tərəfimizdən S.Vurğun, S.Rəhman, Mərdanov qardaşları və Y.V.Çəmənzəminli küçələrinin əhatə etdiyi ərazidə inşa olunan yaşayış binalarına binalar təhvil verilənədək müqavilə yolu ilə (və ya müvəqqəti texniki şərt verilməklə) suyun verilməsi (d=20-lik)” hissənin tələb hissəsindən çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək S.Vurğun, S.Rəhman, Mərdanov qardaşları və Y.V.Çəmənzəminli küçələrinin əhatə etdiyi ərazidə inşa olunan yaşayış binalarına binalar təhvil verilənədək müqavilə yolu ilə (və ya müvəqqəti texniki şərt verilməklə) suyun verilməsi (d=20- lik) öhdəliyinin “xxxx” ASC-nin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizənin əsaslandırması: Ərizə onun əsaslandırmışdır ki, Nəsimi rayon İcra Hakimiyyətinin 248 saylı, 2018-ci il 25 sentyabr tarixli Sərəncamına əsasən, iddiaçıya S.Vurğun, S.Rəhman, Mərdanov qardaşları və Y.V.Çəmənzəminli küçələrinin əhatə etdiyi ərazidə şəhərin ümumi görünüşünə xələl gətirən, istismar müddəti başa çatmış mövcud yaşayış evlərinin və qeyriyaşayış obyektlərinin sökülərək yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə icazə verilmişdir. Müvafiq layihənin pilot layihə olması əsası ilə, “xxxx” ASC tərəfindən elektrik enerjisi şəbəkəsinə qoşulma üçün texniki şərt verilmiş və müvafiq işlər texniki şərtdə göstərilən qaydada icra edilmişdir. N əsimi Rayon İcra Hakimiyyəti tərəfindən “xxxx” ASC-yə müvafiq layihə ilə bağlı su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulmaya dair texniki şərt təqdim olunması üçün 2017-ci il 5 oktyabr tarixində müvafiq müraciət ünvanlanmasına və müvafiq layihənin pilot olmasına baxmayaraq, bu günədək ASC tərəfindən texniki şərtin hazırlanması və icrası prosesi naməlum səbəblərdən həyata keçirilməmişdir. İddiaçı tərəfindən sonuncu dəfə 2018-ci il 24 iyul tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinə və ASC-yə müraciət olunmaqla müvafiq məsələnin həll olunması tələb edilmişdir. “xxxx” ASC tərəfindən iddiaçıya ünvanlanmış 02/2/02-3/6/12628 saylı məktubda qeyd olunmuşdur ki, “tərəfinizdən yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün ayrılmış ərazidə ASC-yə məxsus 1 ədəd d=20 0 mm kanalizasiya xətti və nasos stansiyası mövcuddur”. Halbuki, ASC tərəfindən müvafiq məktubda barəsində qeyd olunan d=200 mm olan magistral boru kəməri ümumiyyətlə layihədə istismarda deyildir. Ancaq ASC tərəfindən məqsədli şəkildə müvafiq boru kəmərinin istismar edilməməsi nəzərə alınmamışdır. Eyni zamanda, müvafiq boru kəmərinin ASC-yə məxsus olmasına dair hər hansı bir balans sənədi də mövcud deyildir. Məktubda qeyd olunan məsələlər ilə bağlı ASC tərəfindən neqativ cavab verilməsi əsaslarından biri kimi də, iddiaçı tərəfindən yaşayış və qeyri-yaşayış binalarının tikildiyi ərazidə nasos stansiyasının yerləşməsi olmuşdur. Müvafiq nasos stansiyasının ASC tərəfindən balansdan çıxarılmasına və Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən iddiaçının balansına verilmə sinə “xxxx” ASC ümumiyyətlə məhəl qoymamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 29 noyabr tarixli 2-1(81)4753/2018 nömrəli qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə qismən təmin edilmiş, iddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun, S.Rəhman, Mərdanov qardaşları və Y.V.Çəmənzəminli küçələrinin əhatə etdiyi ərazidə inşa olunan yaşayış binalarına binalar təhvil verilənədək suyun verilməsi (d=20-lik) öhdəliyi “xxxx” ASC-nin üzərinə qoyulmuşdur. Qarşı tərəf həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 18 yanvar tarixli 2-1 (103)-121/2019 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ləğv edilmiş, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə ərizəni təmin edərkən tərəflər arasında suyun verilməsi üçün əsas olan halların, yəni müqavilənin və ya texniki şərtin mövcud olub-olmamasının su xəttinin çəkilməsi üçün hüquqi əsasların mövcudluğunu araşdırmamışdır. Ərizəçi həmin qərardaddan kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizədə göstərilənlər təşkil edir. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2c i və 94.4-cü maddələri). Şikayət qərardadın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 87.7-ci maddəsinin müddəalarına əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər: 87.7.1. inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati-iqtisadi məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Apellyasiya instansiyası məh kəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “məhkəmə iddianın təmini tədbiri ərizəsini təmin edərkən “xxxx” MTK ilə “xxxx” ASC arasında suyun verilməsi üçün əsas olan halların, yəni müqavilənin və ya texniki şərtin mövcud olub-olmamasının su xəttinin çəkilməsi üçün hüquqi əsasların mövcudluğunu araşdırmalı idi... Birinci instansiya məhkəməsi ərizəni qismən təmin edərkən iddianın böyük ehtimalla uğurlu olub-olmayacağı məsələsinə qiymət verməmiş, İPM-nin 41.2-ci maddəsinin tələblərini nəzərə almamışdır.”. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni İPM-in 87.7-ci maddəsinin müddəalarına uyğun hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının müvəqqəti xarakterli müvəqqəti tədbir barədə ərizəsini mahiyyəti üzrə həll etmişdir; apellyasiya in stansiyası məhkəməsi isə qərardadında istinad etdiyi “hüquqi əsasların mövcud olub-olmadığını” apellyasiya icraatı çərçivəsində də araşdıra bilər. İPM-in 87.7-ci maddəsində təsbit olunmuş, ərizə üzrə məhkəmə icraatının birinci instansiyası məhkəməsində davam etdirilməsini zəruri edən müstəsna halların mövcudluğunu apellyasiya instansiyası məhkəməsi əsaslandıra bilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə şikayətin tələbinə gəldikdə, apellyasiya instansiyası məhkəməsinin işə birinci instansiya məhkəməsi qismində baxdığı hallar istisna edilməklə, birinci instansiya məhkəməsinin aktının hüquqi taleyini həll etmək İPM-lə kassasiya instansiya məhkəməsinin səlahiyyətinə aid edilmədiyindən, şikayət həmin hissədə mümkünsüzdür. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 18 yanvar tarixli 2-1(103)-121/2019 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət “1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması” tələbinə aid hissədə mümkün sayılmır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar