Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1670/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: apelyasiya şikayəti üzrə müddətin buraxılması, vəsatətin dəlillərinin araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 mart 2024-cü il tarixli, 2-1(103)-1926/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ə sasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı məxsus Biləcəri Bələdiyyəsi hüdudları daxilində 8000.0 kv.m torpaq sahəsinə çəkilmiş hündürlüyü 1.6 m olmuş (yer səviyyəsindən 0.6 m hündürlüyündə iki qat, 1,0 m hissəsi tək qat olan) daş hasarın bərpasına hazırki bazar qiymətlərinə uyğun olaraq 14.430 manat və 8000.0 kv.m torpaq sahəsinə tökülmüş hündürlüyü təxminən 1,0 metr təşkil edən torpaq və inşaat tullantılarının daşınması üçün hazırki bazar qiymətlərinə uyğun olaraq 120.000 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİ Ş MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1429/2023 saylı, 14 noyabr 2023-cü il tarixli qərarı ilə (hakim X3) iddia tələbi təmin edilərək İddiaçı məxsus Biləcəri Bələdiyyəsi hüdudları daxilində 8000.0 kv.m torpaq sahəsinə çəkilmiş hündürlüyü 1.6 m olmuş (yer səviyyəsindən 0.6 m hündürlüyündə iki qat, 1,0 m hissəsi tək qat olan) daş hasarın bərpasına hazırki bazar qiymətlərinə uyğun olaraq 14430 manat və 8000.0 kv.m torpaq sahəsinə tökülmüş hündürlüyü təxminən 1,0 metr təşkil edən torpaq və inşaat tullantılarının daşınması üçün hazırki bazar qiymətlərinə uyğun olaraq 120.000 manat kompensasiya məbləğinin ödənilməsi öhdəliyinin Cavabdeh ASC-yə həvalə edilməsi qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi qərarını onunla əsasland ırmışdır ki, cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində iddiaçıya ziyan dəyməsi işdəki kifayət qədər mötəbər sübutlarla təsdiq olunur.
4. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
5. Eyni zamanda, cavabdeh buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1429/2023 saylı, 14 noyabr 2023-cü il tarixli qərarından apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir.
6. Cavabdeh qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı 1 aydan sonra, yəni xx.xx.2023-cü il tarixdə saat 19.09-da "Azərsu” ASC-nin elektron kabinetində yerləşdirilmiş və sənədlə tanışlıq növbəti gün yəni xx.xx.2023-cü il tarixdə baş tutmuşd ur. "Azərsu” ASC-nin elektron kabinetinə gün ərzində daxil olan sənədlərin sayı 220-240 civarındadır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş "Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydalarının 4.3-cü bəndinə əsasən informasiya sistemi vasitəsilə iş günü ərzində göndərilmiş sənədlər həmin iş gününün sonunadək, iş günü başa çatdıqdan sonra, habelə qeyri-iş günləri göndərilmiş sənədlər isə növbəti iş günü qeydiyyata alınır. "Azərsu” ASCdə sözügedən məhkəmə Qərar ilə tanış olduqdan sonra apellyasiya şikayətinin hazırlanması prosesinə başlanmış və şikayət xx.xx.2024-cü il tarixdə tam hazır olduqda, həmin iş günün son və əlavə iş saatına kimi onun “e-cabinet”də yerləşdirilməsi işləri aparılmış lakin bu baş tutmamışdır. Növbəti iş günü yəni xx.xx.2024- ci il tarixdə iş vaxtının birinci yarısında “internet sürəti” zəif olduğundan elektron sistem ümumiyyətlə açılmamış, bu işlər iş günün ikinci yarısında da davam etdirilmiş lakin elektron sistemin özündə olan nasazlıq səbəbindən apellyasiya şikayətinin elektron kabinetində yerləşdirilməsi yenə də baş tutmamışdır. Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən "e-mehkeme”nin texniki dəstək qrupuna da müraciətlər etmiş, oradan isə həmişə olduğu kimi yaranmış problemin aradan qaldırılması ilə bağlı işlərin aparıldığını qeyd etməklə işlərini bitmiş saymışlar. 13 və 14 yanvar 2024-ci il tarixlər həftənin şənbə və bazar günləri olduğu üçün qeyri-iş günlərinə təsadüf etmiş və beləliklə növbəti iş həftəsinin bazar ertəsi g ünü, yəni xx.xx.2024-ci il tarixdə nəhayət olaraq apellyasiya şikayətinin elektron sistemində yerləşdirməsi uğurla başa çatmışdır. “e-mehkeme” sistemi Azərbaycanda məhkəmə hüquq islahatlarının zəruri tərkib hissəsi kimi yaradılıb və uğurla reallaşdırmaqdadır. Lakin elektron sisteminin tətbiq edildiyi vaxdan hazırkı dövrə kimi məlum problemlər də qalmaqdadır. Belə ki, İT üzrə ekspertlərin bildirdiyinə görə “əgər söhbət elektron sistemdən gedirsə bu texniki vasitədir, qüsurlar, nasazlıqlar, proqram təminatında ləngimələr qaçılmazdır. Habelə, elektron sistem yeni dövrün əsas təhdidi hesab olunan kiber hücumlarından da sığortalana bilməz. Zamanla müəyyən problemlər müşahidə edilsə də, paralel olaraq sistemin təkmilləşdirilməsi işləri də aparılır.” Göründüyü kimi apellyasiya şikayətinin “e-mehk eme” sistemi ilə göndərilməsi, elektron sistemin özündə yaranmış texniki nasazlıqlar səbəbindən, onun göndərilməsi üçün nəzərdə tutulmuş sonuncu iş günü -xx.xx.2023-cü il tarixdə baş tutmamışdır. Yəni, nəzərdə tutulmuş müddət onlardan asılı olmayan subyektiv səbəblərdən ötürülmüşdür. Belə olan halda, elektron sistemdə olan texniki xəta səbəbindən Cavabdeh ASC tərəfındən verilmiş apellyasiya şikayəti verilmə müddətinin keçməsi üzrlü sayılmalıdır. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 mart 2024-cü il tarixli, 21(103)-1926/2024 nömrəli qərardadı ilə (hakimlər X7 (məruzəçi), X5 və X8) prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin q əbulundan imtina edilmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh vəsatətində qeyd olunanlarla bağlı hər hansı sübut təqdim etməmiş, yalnız vəsatətdə qeyd etməklə kifayətlənmişdir. Bundan başqa, qanunverici birinci instansiya məhkəməsini qərarından 30 gün şikayət vermə müddəti müəyyən etmişdir. Şikayətin verilməsini sonuncu günə saxlayıb, sonda vaxtında verilməmə səbəbini “e-məhkəmə” sistemində yaranmış nasasızlıqla əsaslandırmaq ağlabatan deyil. Bundan başqa apelyasiya şikayəti vermək üçün “e-məhkəmə” sistemində nasazlıq olmuş olsa belə, bu apelyasiya şikayətinin verilməsi üçün son vasitə deyildir. Belə ki, apelyasiya şikayəti poçta verilməklə, eyni zamanda birbaşa Bakı İnzibati Məhkəməsinə təqdim olunmaqla verilə bilərdi. Qeyd olunanlard an görünür ki, cavabdeh tərəfindən lazımı diqqət göstərilməməsi ucbatından apelyasiya şikayəti vaxtında verilməmişdir. Apelyasiya şikayəti məhkəməyə 15 yanvar 2024-cü il tarixdə verilmişdir. Cavabdeh 14 dekabr 2023-cü il tarixdən 12 yanvar 2024-cü il tarix də daxil olmaqla olan müddətdə məhkəməyə apelyasiya şikayəti vermək hüququnun həyata keçirilməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğunu sübuta yetirə bilməmişdir.
9. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və apelyasiya şikayətinin icraata götürülməsi barədə qərar qəbul xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
10. Kassasiya şikayətinin dəlilləri cavabdeh tə rəfindən təqdim olunmuş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizənin dəlilləri ilə eynilik təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizəd ə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. 24.7. Buraxı lmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə
85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə
87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin t əmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış v ə orada şikayətçinin tələbləri göstərilmişdir.
14. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaları işin faktiki halları ilə əlaqəli şəkildə düzgün tədqiq olunmamışdır.
16. Hazırki iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadından görünür ki, məhkəmə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini qanunla apelyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsi əsası ilə geri qaytarmışdır. Bu nəticəyə gələrkən məhkəmə qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)1429/ 2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qərarı xx.xx.2023-cü il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin elektron kabinetinə yerləşdirilmişdir. Lakin cavabdehin apellyasiya şikayəti məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə münasibətdə ona təqdim edildiyi tarixdən, yəni 14 dekabr 2023-cü il tarixdən hesablanmaqla, xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Lakin işdən görünür ki, apellyasiya şikayəti 2 gün ötürülməklə xx.xx.2024-cü il tarixdə verilmiş, bununla da qanunla müəyyən edilmiş müddət Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən buraxılmışdır.
17. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmayaraq q eyd edir ki, “Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli Qərarına uyğun olaraq: “...Məhkəmə əlçatanlığı prinsipi ədalətli və qanuna uyğun həyata keçirilməli olan ədalət mühakiməsi konsepsiyasının əsasını təşkil etməklə hər kəsin məhkəmə müdafiəsi hüququndan istifadəsini məhdudlaşdıran və ya istisna edən maneələrin aradan qaldırılmasına yönələn dövlət siyasətinin elementlərinin məcmusu kimi çıxış edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avr opa Məhkəməsi) bir sıra qərarlarında da məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli Qərarlar). Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-c ı maddəsinin pozulduğunu müəyyən etmişdir. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinə əlçatanlıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayrılmaz tərkib hissəsi olmaqla demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri edir (X4rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar). Qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi üçün ədalət mühakiməsinə əlçatanlıq böyük əhəmiyyət kəsb edir. Ədalət mühakiməsinə əlçatanlıq hüququn aliliyi prinsipinin əsasını təşkil edərək, hər kəs üçün məhkəməyə müraciət hüququnun bərabər şəkildə tanınmasını, subyektiv hüquq və maraqlarının pozulmasınadək mövcud olmuş vəziyyətin tezliklə və effektiv bərpa edilməsi mex anizminin təmin edilməsini ehtiva edir. İnzibati icraat zamanı şikayətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul edilənlik (mümkünlük) meyarlarının, o cümlədən şikayətlərin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətlərin tətbiqi məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılması əsaslarındandır. Şikayətdən və işin materiallarından da göründüyü kimi, Ali Məhkəmənin X1 direktoru R.Əfəndiyevin kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsinin təmin olunmaması, kassasiya şikayətinin mümkün sayılmaması və onun qəbulundan imtina olunması barədə 1 may 2019-cu il tarixli qərardad qəbul edərkən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İnzibati Prosessual Məcəllə) məhz məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılması əsaslar ından birini nəzərdə tutan 94-cü, habelə apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi məsələsini tənzimləyən 89-cu maddələrinə əsaslanmışdır. İnzibati Prosessual Məcəllənin 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3 və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Həmin Məcəllənin 89-cu maddəsinə görə isə bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən s onra qanuni qüvvəyə minir. R.Əfəndiyevin şikayəti üzrə inzibati işin materiallarına görə, iddiaçıya Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 yanvar 2019-cu il tarixli qərarı 23 yanvar 2019-cu ildə təqdim edilmiş, kassasiya şikayəti isə 22 fevral 2019-cu il tarixində verilmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə mindiyi gün kassasiya şikayəti verilmiş olsa da, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası buraxılmış prosessual müddətin bərpası barədə ərizəni təmin etməyərək kassasiya şikayətini mümkün saymamış və onun qəbulundan imtina etmişdir. Bununla da inzibati icraatla bağlı qanunvericiliyin prosessual tələblərinə kassasiya instansiyası məhkəməsi formal yanaşmış, müvafiq normaları ciddi şəkildə tətbiq etmiş və nəticədə R.Əfəndiyevin məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüquqları pozulmuşdur”.
18. Konstitusiya Məhkəməsinin qərarında göstərilmiş hüquqi mövqeləri də nəzərə almaqla kollegiya qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən həll edilən məsələ apellyasiya şikayəti vermə müddətinin bərpası ilə bağlı məsələdir. Bu məsələ şübhəsiz ki, məhkəmə müdafiəsi hüququnun reallaşdırılması ilə sıx bağlıdır. Ona görə də müddətin bərpası ilə bağlı məsələlərə baxılarkən ədalət mühakiməsinə əlçatanlığın təmin edilməsi məqsədi qanunvericinin güddüyü əsas konstitusion dəyər və məqsəd kimi daim nəzərə alınmalıdır. Bu mənada, diqqət edilməli olan məqam prosessual normaların məhkəməyə əlçatanlığı zədələyəcək şəkildə həddindən artıq ciddi formada tətbiqinin yolverilməzliyi ilə bağlıdır. Başqa sözlə, məhkəm ələr prosessual normaları qanunvericiliyin müəyyənləşdirdiyi məqsədlər baxımından elə tətbiq etməlidirlər ki, bir tərəfdən məhkəmə araşdırmasının ədalətliliyini və ədalət mühakiməsinə əlçatanlığı pozan hədsiz formalizmdən, digər tərəfdən isə qanunla nəzərdə tutulan prosessual müddəaların əhəmiyyətini heçə endirən hədsiz yumuşaqlıqdan uzaq olsunlar.
19. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 21(112)-1429/2023 nömrəli 14 noyabr 2023-cü il tarixli qərarı Cavabdeh ASC-yə elektron məhkəmə sistemi vasitəsi ilə 14 dekabr 2023-cü il saat 19:09-da təqdim edilmişdir. (Bu barədə məlumat 880 nömrəli qaynar xətdən alınmışdır, lakin sualı cavablandıran şəxs yazılı arayış verə bilməyəcəklərini bildirmişdir.) Cəmiyyətin iş vaxtı saat 18:00-da bitdiyi üçün həmin qərar la 15 dekabr 2023-cü il tarixində tanış olunmuşdur. Bu barədə elektron məhkəmə sistemindən çıxarış Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmişdir. Hesablama nəticəsində apellyasiya şikayətinin son gününün 13 yanvar 2024-cü il olduğu müəyyən edilmişdir. 13 yanvar və 14 yanvar günləri şənbə-bazar yəni qeyri-iş günlərinə təsadüf etdiyi üçün şikayət elektron məhkəmə sisteminə 15 yanvar 2024-cü il tarixində yerləşdirilmişdir.
20. Lakin apelyasiya instansiyası məhkəməsi bu xüsusatla bağlı araşdırma aparmamışdır.
21. Eyni zamanda cavabdehin apelyasiya şikayətinin dəlillərində şikayətin xx.xx.2024-cü il tarixdə verilməmə səbəbi göstərilmişdir. Cavabdeh bildirmişdir ki, Cavabdeh ASC-də məhkəmə qərar ilə tanış olduqdan sonra apellyasiya şikayətinin hazırlanması prosesinə başlanmış və şikayət xx.xx.2 024-cii il tarixdə tam hazır olduqda, həmin iş günün son və əlavə iş saatına kimi onun "e-cabinet”də yerləşdirilməsi işləri aparılmış, lakin bu baş tutmamışdır. Növbəti iş günü yəni xx.xx.2024-ci il tarixdə iş vaxtının birinci yarısında "internet sürəti” zəif olduğundan elektron sistem ümumiyyətlə açılmamış, bu işlər iş günün ikinci yarısında da davam etdirilmiş lakin elektron sistemin özündə olan nasazlıq səbəbindən apellyasiya şikayətinin elektron kabinetində yerləşdirilməsi yenə də baş tutmamışdır. Bununla bağlı AR Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən "emehkeme"nin texniki dəstək qrupuna da müraciətlər etmiş, oradan isə həmişə olduğu kimi yaranmış problemin aradan qaldırılması ilə bağlı işlərin aparıldığını qeyd etməklə işlərini bitmiş saymışlar.
22. Beləliklə, cavabdehin mö vqeyindən belə anlaşılır ki, apelyasiya şikayətinin vaxtında verilməsi üçün cavabdeh bütün mümkün vasitələrdən istifadə etmişdir.
23. Məhkəmə kollegiyası bildirir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin “e-mehkeme”nin texniki dəstək qrupuna müraciət etməsi və bununla bağlı texniki dəstək tərəfindən hansı addımların atılması araşdırılmamışdır.
24. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən halların ətraflı araşdırılması və vəziyyətə uyğun olaraq təhlil edilməsi üçün cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, apelyasiya şikayətinin icraata götürülməsi apelyasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olduğundan kassasi ya şikayəti bu hissədə təmin edilməməlidir.
25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 mart 2024-cü il tarixli, 21(103)-1926/2024 saylı qərardadı ləğv edilsin. İş təkrar apellyasiya baxışına göndərilsin. Şikayət qalan hissədə təmin olunmasın. Qərardad qətidir.