Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1676/2025 28.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ödənilməmiş pul məbləğinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “pul məbləğinin ödənilməsi və sair” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2025-ci il tarixli, 2-1(103)-602/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Cavabdeh Tibb Xidməti tərəfindən verilmiş arayışın surətindən görünür ki, iddiaçı Tibb Xidmətinin Dərman və tibbi avadanlıqların təchizatı şöbəsinin rəisi vəzifəsində xidmət etmişdir.
2. Azərbaycan Respublikası Cavabdeh tərəfindən verilmiş 02 aprel 2020-ci il tarixli, 033 nömrəli əmrdən görünür ki, yeni növ koronovirus təhlükəsinin yayılmasının qarşısının alınması istiqamətində tibbi-profilaktik tədbirləri həyata keçirən siyahıda qeyd olunan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşına 2020-ci ilin mart ayının 1-dən iyun 1-dək müddət üçün əlavə ödənilməsi qərar alınmış, iddiaçının adı da əmrə əlavə olunan siyahıda göstərilmişdir.
3. Azərbaycan Respublikası Cavabdeh T ibb Xidməti tərəfindən verilmiş 14 avqust 2020-ci il tarixli əmrdən görünür ki, iddiaçı 14 avqust 2020-ci il tarixindən X4 ezam edilmişdir.
4. Azərbaycan Respublikasının Cavabdeh tərəfindən verilmiş 07 sentyabr 2020-ci il tarixli, 068 nömrəli əmrdən görünür ki, yeni növ koronovirus təhlükəsinin yayılmasının qarşısının alınması istiqamətində tibbi profilaktik tədbirləri həyata keçirən siyahıda qeyd olunan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşına 2020-ci ilin iyun ayının 1-dən oktyabr 1-dək müddət üçün əlavə ödənilməsi qərar alınmış, iddiaçının adı da əmrə əlavə olunan siyahıda göstərilmişdir.
5. Azərbaycan Respublikasının Cavabdeh tərəfindən verilmiş 13 may 2022-ci il tarixli əmrdən görünür ki, iddiaçı tutduğu vəzifədən azad edilərək Nazirliyin sərəncamına verilmişdir.
6. Azərbaycan Res publikasının Cavabdeh tərəfindən verilmiş 13 iyun 2023-cü il tarixli əmrdən görünür ki, iddiaçı öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
7. Azərbaycan Respublikasının Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 21 iyun 2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən, öz arzusu ilə xidmətdən ehtiyata buraxılmışdır.
8. Azərbaycan Respublikasının Cavabdeh Tibb Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 28 sentyabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, son haqq-hesab olaraq vergilər tutulduqdan sonra ona 4592,30 manat ödəniş həyata keçirilmiş, 02 aprel 2020-ci il tarixli 033 nömrəli əmr əsasında əməkhaqqının 3 misli may ayı üzrə ödənilmiş, 068 nömrəli əmrdə adının olmaması səbəbindən ödəniş edilməsi mümkün olmamışdır.
9. Azərbaycan Respublikasının Cavabdeh Tibb Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 01 noyabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, vəzifə maaşının 3 misli məbləğində hesablanmış pul vəsaiti 07 sentyabr 2020-ci il tarixli 068 nömrəli əmrə əsasən ödənilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdiyi üçün 18 ay üzrə əməkhaqqısının 3 misli, ümumilikdə 40932 manat pul məbləğinin ödənilməsinin, əsassız sərəncamda saxlanıldığı 9 ay üzrə ödənilməmiş əməkhaqqının və müavinətlərə görə cəmi 19146,10 manat p ul məbləğində əməkhaqqısının gecikdirilməsinə görə cəmi 55024,24 manat məbləğdə, ümumilikdə 74170,34 manat məbləğində pulun ödənilməsinin və son haqq-hesabının ödənilməsinin 3 ay gecikdirilməsinə görə ödəncin hesablanaraq ödənilməsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1999-2005-ci illərdə Müdafiə Nazirliyində və 01 avqust 2008-ci il tarixdən 13 iyun 2023-cü il tarixədək Cavabdehndə xidmət etmişdir. Ümumilikdə 25 ay müddətində yeni növ koronovirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etmiş, əmr əsasında 15 avqust 2020-ci il tarixdən 29 mart 2022-ci il tarixədək X3 işləmişdir. Ona ümumilikdə 7 ay üzrə ödəniş edilsə də, infeksiya ilə mübarizə tədbirlərində iştirakla bağlı qalan 18 ay üzrə əməkhaqqısının 3 misli miqdarı nda, yəni 40932 manat pul məbləği ödənilməmişdir. Bundan əlavə, o, ümumilikdə 13 ay sərəncamda saxlanılmış, 4 ay üzrə əməkhaqqı ödənilsə də, 9 ay üzrə əməkhaqqı ödənişi həyata keçirilməmişdir. Ödənilməli olan məbləğ 19146,1 manat təşkil edir ki, hər gecikdirilmiş günə görə 1 faiz olmaqla ödənilməli olan məbləğ 55024,24 manat təşkil edir. Hesab edir ki, cavabdeh tərəfində ona ümumilikdə 74170,34 manat məbləğdə pul ödənilməlidir. Ona son haqq-hesab ödənişi 3 ay gecikdirilmiş və şikayəti nəticəsində 4834 manat ödəniş aparılmışdır Hesab edir ki, gecikdirmə səbəbindən ödənişin edilməsi, həmçinin buna dair mənəvi zərərin də 1500 manat hesablanaraq ödənilməsi zərurəti yaranmışdır.
12. Cavabdehin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya 2020-ci ilin mart ayının 1-dən iyun ayının 1-d ək olan müddət üçün əməkhaqqının 3 misli məbləğində əlavə ödənilmişdir. Eləcə də, ona digər bir əmr əsasında 2020-ci ilin iyun ayının 1-dən həmin ilin oktyabr ayının 1-dək də müddət üzrə də ödəniş edilmişdir. İddiaçı sərəncamda olduğu 4 ay üzrə ödənişlərlə təmin edilmişdir. “Cavabdeh hərbi X2”nın 7.3-cü bəndinə əsasən, sərəncamda olmanın fasiləsiz 4 ayı bitdikdə zabitlərə hərbi rütbə və vəzifə maaşları müstəsna hallarda, yalnız nazirin əmri ilə ödənilir. İddiaçı barəsində belə bir əmr mövcud olmamışdır. Maddi yardım qurum rəisinin əmri ilə ödənilir. İddiaçının maddi yardımın ödənilməsi ilə əlaqədar müraciəti olmamışdır. Gecikdirilmiş günə görə 1 faiz ödənişin hər günə görə ödənilməsinə münasibətdə də cavabdeh hesab edir ki, həmin tələb qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, belə b ir müddəa Əmək Məcəlləsində təsbit edilmişdir, bu Məcəllə isə hərbi qulluqçulara, o cümlədən iddiaçıya şamil edilə bilməz.
13. Bakı İnzibati Məhkəməsinin (hakim: O.X.Həsənov) 24 iyul 2024-cü il tarixli, 21(112)-5045/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, sərəncamda saxlanıldığı 9 ay üzrə cəmi 19146,10 manat pul vəsaitinin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
14. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, N.X.Nəbizadə və K.H.Əkbə rov) 24 yanvar 2025-ci il tarixli, 21(103)-602/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 16.1.İddiaçının tələb etdiyi əməkhaqqı və müavinətlərin gecikdirilməsinə, həmçinin son haqq-hesabının ödənilməsinin 3 ay gecikdirilməsinə görə əlavə ödənişin hesablanaraq ödənilməsi nə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin xx.xx.2023-cü il tarixli, 032 nömrəli əmri ilə müəyyən edilmiş “Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Hərbi X2”na dair əmrə əlavədə qeyd olunan müddəalarda, nə də hərbi qulluqçuların pul təminatını tənzimləyən hər hansı qanunvericilik normalarında nəzərdə tutulmamuşdur. 16.2. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində Əmək Məcəlləsinə istinad edərək tələbinin təmin olunmasını xahiş etsə də, Kollegiya birinci instansiya məhkəməsinin bu hissədə də qənaətini haqlı hesab edərək qeyd edir ki, Əmək Məcəlləsinin 6-cı maddəsində açıq şəkildə bu Məcəllənin hərbi qulluqçulara şamil edilmədiyi qeyd olunmuşdur. 16.3. Həmçinin Kollegiya qeyd edir ki, sözügedən gecikmələrə görə ödənişin dəymiş ziyan kimi hesablanmasına dair iddiaçının tələbi əsassızdır. Kollegiya birinci instansiya məhkəməsi ilə razılaşaraq qeyd edir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi sübuta yetirilmədiyindən, o, zərərin əvəzini tələb etmək hüququna malik deyil. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli o lduğu xərclər də öz təsdiqini tapmır. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkəti, yaxud hərəkətsizliyi nəticəsində vurulması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübuta yetirilmir. Eyni zamanda, iddia tələbindən göründüyü kimi, zərərin hansı qaydada hesablanmalı olması, hansı məbləğdə olmasına dair də mövqe mövcud olmamış, ümumilikdə gecikdirilməyə istinad edilmişdir ki, hər bir halda iddianın təmini istisna edilməlidir. 16.4. İddiaçı həmçinin apellyasiya şikayətində qeyd etmişdir ki, o, 9 ay müddətində əsassız olaraq sərəncamda saxlanılmışdır və həmin müddət ərzində əməkhaqqı almamışdır, bu səbəbdən o, borc götürmüş və ailəsinin ehtiyaclarını qarşılamışdır. Bundan əlavə olaraq, iddiaçının atası X1 uzun müddət ürək çatışmazlığı və digər xəstəliklərdən əziyyət çəkmiş və 08 sentyabr 2023-cü il tarixdə vəfat etmişdir. Cavabdeh tərəfindən iddiaçıya işdənçıxma müavinətinin ödənilməməsi səbəbindən iddiaçı atasının dəfni, yas mərasimi və digər xərclərinin qarşılanması üçün borc götürmüşdür. Bu səbəbdən iddiaçı həmin müddət ərzində ciddi stress və maddi, mənəvi sarsıntı keçirtmişdir. Beləliklə, iddiaçının cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi iztirablar çəkməsi faktı öz təsdiqini tapır. Mənəvi zərər əvəzində 1500 manat pul məbləğinin tələb edilməsi ədalətlidir və şişirdilməmişdir. Bu səbəbdən həmin hissədə iddiaçının iddia tələbi təmin edilməlidir. Apelyasiya şikayətinin göstərilən hissəsi ilə bağlı qeyd edil məlidir ki, İnzibati Prosessual Məcəllənin 81.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Hazırkı iş üzrə isə iş materiallarından müəyyən edilir ki, mənəvi zərərlə bağlı iddiaçının birinci instansiya məhkəməsində hər hansı tələbi mövcud olmamışdır. Belə ki, iddiaçı iddia ərizəsində ona mənəvi zərərə görə 1500 manat pul məbləğinin ödənilməsinə dair qərar çıxarılmasını xahiş etsə də, sonradan iddia tələbinə dəqiqləşmə verərək həmin tələbdən imtina etmişdir. Odur ki, apellyasiya şikayətinin qeyd olunan dəlili də əsassızdır. 16.5. İddiaçının yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdiyi üçün 18 ay üzrə əməkhaqqısının 3 misli məbləğində pul vəsaitinin ona ödənilməsi ilə bağlı tələbinə münasibətdə isə qeyd edilməlidir ki, cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarının icrası məqsədilə yeni növ koronovirus təhlükəsinin yayılmasının qarşısının alınması istiqamətində tibbi profilaktik tədbirləri həyata keçirən siyahıda qeyd olunan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşına əlavələr ödənilməsi ilə bağlı 2 dəfə əmr qəbul edilmiş, hər iki siyahıda iddiaçının adı olmuş və Nazirliyin 02 aprel 2020-ci il tarixli, 033 nömrəli əmri ilə 2020-ci ilin mart ayının 1-dən iyun 1-dək, 07 sentyabr 2020-ci il tarixli, 068 nömrəli əmrə əsasən isə iddiaçıya 2020-ci ilin iyun ayının 1-dən oktyabr 1-dək müddət üçün əlavələr ö dənilmişdir. Göründüyü kimi, iddiaçının əməkhaqlarına aylıq vəzifə maaşına 01 mart 2020-ci il tarixindən 01 oktyabr 2020-ci il tarixədək müddət üçün əlavə ödənişin edilməli olması müvafiq əmrlər əsasında təsdiqini tapmış və ödəniş həyata keçirilmişdir. Odur ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, 7 aydan əlavə 18 ay üzrə hər hansı ödənişin edilməli olmasına dair cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi olmamış, həmin ödənişin tələb edilməsi üçün normativ əsas mövcud olmamışdır.
17. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
18. İddiaçının kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1.Zərərin əv əzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.... Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). –... Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur....
22. Azərbaycan Respublikasının İnzibat i Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsasla ndırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apell yasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının tələbi ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə mövqeyi ilə razılaşmışdır.
29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya mə hkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2025-ci il tarixli, 21(103)-602/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.