Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1688/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəxsin hərbi xidmət vəzifələrinin icrası zamanı vəfat etməsini təsdiq edən müvafiq arayışın verilməsi) 24.09.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxxnə qarşı “oğlu X2 hərbi xidmət vəzifələrinin icrası zamanı vəfat etməsini təsdiq edən müvafiq arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 2-1(105)14 8/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının oğlu, xxxnin N nömrəli hərbi hissə komandirinin müavini – qərargah rəisi mayor X4 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hərbi hissə üzrə məsul cavabdeh təyin olunmuş, xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində hərbi hissədə olarkən onun səhhəti pisləşmiş, hərbi hissəyə çağırılmış Yevlax rayon X1 Ailə Sağlamlıq Mərkəzinin həkimi ona tibbi yardım göstərdikdən sonra vəziyyəti yaxşılaşmış və o, həmin gün axşam saatlarında Tərtər şəhərindəki kirayə yaşadığı evinə getmişdir. Elşad Paşayevin evdə olduğu müddətdə halı yenidən pisləmiş, evə çağırılan həkim briqadası ona tibbi yardım göstərdikdən s onra, vəziyyəti yaxşılaşmışdır.
2. Elşad Paşayevin səhhəti xx.xx.2022-ci il tarixdə səhər saat 09:00 radələrində yenidən pisləşmiş, evə çağırılan həkim briqadası ünvana çatdıqda onun artıq öldüyü müəyyən edilmiş, ona “Kardiogen şok (Kəskin transmural miokard infarktı)” diaqnozu qoyulmuşdur.
3. İddiaçı cavabdehə müraciət edərək, mərhum oğlu Elşad Paşayevin hərbi xidmət vəzifələrinin icrası zamanı vəfat etməsini təsdiq edən müvafiq arayışın verilməsini xahiş etmişdir.
4. Cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina edərək mərhum Elşad Paşayevin xx.xx.2022-ci il tarixdə saat 09:00 radələrində kirayə yaşadığı ünvan 1 ünvanında “kardiogen şok” nəticəsində vəfat etdiyi üçün onun ölüm səbəbinin hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olmadığını bildirmişdir. 5. xxxnin Məhkəmə-Ti bbi Ekspertiza və X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, K/142 nömrəli rəydə qeyd edilmişdir ki, Elşad Paşayevin ölümünə səbəb olmuş xəstəliyin (patologiyanın) kliniki əlamətləri o, xx.xx.2022-ci il tarixdə hərbi hissədə növbətçi kimi xidməti vəzifələrini yerinə yetirərkən artıq onda mövcud olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, oğlu X2 hərbi xidmət vəzifələrinin icrası zamanı vəfat etməsini təsdiq edən müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı tələbini işin faktiki hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, onun oğlu mayor X2 ölüm faktı ilə əlaqəda r Tərtər Hərbi Prokurorluğu tərəfindən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, onun ölümünə səbəb olmuş xəstəliyin kliniki əlamətləri, xx.xx.2022-ci il tarixdə hərbi hissədə növbətçi kimi xidməti vəzifələrini yerinə yetirərkən artıq onda mövcud olmuşdur.
8. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, N nömrəli hərbi hissənin sabiq qərargah rəisi – hərbi hissə komandirinin müavini mərhum mayor X4 xx.xx.2022-ci il tarixdə saat 09:00 radələrində kirayə yaşadığı ünvan 1 ünvanında “kardiogen şok” nəticəsində vəfat etdiyi üçün onun ölümünün səbəbi hərbi xidmət vəzifələrinin icrası ilə bağlı deyildir və bu səbəbdən iddiaçının müraciətinin təmin edilməsi mümkün olmamışdır.
9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Leyla Mirzəyeva) 14 oktyabr 2024-cü il tarixli, 2-1(1 18)-2917/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya mərhum X2 hərbi xidmət vəzifələrinin icrası zamanı vəfat etməsini təsdiq edən müvafiq arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Tərtər Hərbi Prokurorluğu tərəfindən təqdim edilmiş xxxnin Məhkəmə-Tibbi Ekspertiza və X3 tərəfindən tərtib edilmiş K/142 nömrəli rəylə iddiaçının oğlu Elşad Paşayevin ölümünə səbəb olmuş xəstəliyin (patologiyanın) kliniki əlamətlərinin onun xx.xx.2022-ci il tarixdə hərbi hissədə növbətçi kimi xidməti vəzifələrini yerinə yetirərkən artıq onda mövcud olması müəyyən edilmişdir.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Vəfa Əzizova /sədrlik edən və məruzəçi/, Gülnar Cabbarova və İsmayıl Quliyev) 22 yanvar 2025-ci il tarixli, 2-1(105)-148/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdehin dəlili yalnız iddiaçının mərhum oğlunun hərbi hissə ərazisində deyil, yaşadığı ünvanda vəfat etməsindən ibarətdir. Yəni iddiaçının oğlu eyni diaqnozla xidmət yerində vəfat etmiş olsaydı, cavabdeh onun hərbi xidmət vəzifələrinin icrası zamanı vəfat etdiyini qəbul edərək tələb olunan arayışı verərdi. Bununla bağlı qeyd edilməlidir ki, iş materialları ilə, o cümlədən Tərtər Hərbi Prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023cü il tarixli qərarı ilə və xxxnin Məhkəmə-Tibbi Ekspertiza və X3 tərəfindən tərtib edilmiş K/142 nömrəli rəylə təsdiq edilir ki, Elşad Paşayevin ölümünə səbəb olmuş xəstəliyin (patologiyanın) kliniki əlamətləri o, xx.xx.2022-ci il tarixdə hərbi hissədə növbətçi kimi xidməti vəzifələrini yerinə yetirərkən artıq onda mövcud olmuşdur. İstinad olunan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda həmçinin qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə artıq E.Paşayevin səhhətində pisləşmə müşahidə edilmiş, hətta onu həmin gün saat 16:00 və 19:20 radələrində müayinə edən həkimlər hərbi hospital a müraciət etməyi, stasionar qaydada müayinə və müalicə olunmasını təkid etmişlər, lakin o, bundan imtina etdiyi üçün evinə aparılmışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, istinad olunan xüsusatlar nəzərə alındıqda mərhum E.Paşayevin vəfat etməsi onda bir gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə izlənilən xəstəliyin kliniki əlamətləri ilə sıx bağlı olmaqla onların davamı olması öz təsdiqini tapmış və nəticə etibarilə, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur.
14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, cavabdehin kassasiya şikayətinin təmin olunmaması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxar ıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Maddə 4.2. Hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Zərurət olduqda hərbi qulluqçu komandirin (rəisin) əmri ilə və ya öz təşəbbüsü ilə istənilən vaxtda və istənilən yerdə öz vəzifələrinin icrasına başlamalıdır. 18. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 27.1. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər aşağıdakı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılırlar: 27.1.6. günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən; Maddə 27.2. Hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin vəfat etmələri (həlak olmaları), yaxud bədən xəsarəti (yara, travma, kontuziya) almaları, aşağıdakı hallar nəticəsində baş verdikdə hərbi xidmət vəzifələrinin icrası ilə bağlı sayılmır: 27.2.1. bu Qanunun 27.1-ci maddəsində nəzərdə tutulan hallardan başqa, günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtı ərzində komandirin (rəisin) məlumatı olmadan və ya xidmət vaxtından sonra komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya digər göstərişin yerinə yetirilməsi ilə əlaqədar olmayan hallarda hərbi hissədən (xidmə t yerindən) kənarda olması; 27.2.2. sərxoş vəziyyətdə olması; 27.2.3. inzibati xətanın və ya cinayətin törədilməsi.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılm alıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikay ətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbl ərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eyni lik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının tələbi mərhum oğlu X2 hərbi xidmət vəzifələrinin icrası zamanı vəfat etməsini təsdiq edən müvafiq arayışın verilməsinə yönəlmişdir.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiy i sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, hərbi qulluqçunun ölümünə səbəb olmuş xəstəliyin (patologiyanın) əlamətlərinin xidmət zamanı onda mövcud olmasının müəyyən edildiyi, xüsusən də bunun xidməti gərginlik və ya stresslə bağlı olduğu hallarda, onun ölümünün hərbi hissədə və ya evdə ( hərbi hissədən kənar) baş verməsi mübahisənin həlli baxımından hər hansı əhəmiyyət daşımır. Bu zaman diqqətə alınmalı olan xüsusat şəxsin səhhətinin pisləşməsinə və ya onun ölümünə səbəb olmuş xəstəliyin xidmət zamanı baş verməsinin müəyyən olunmasıdır. Belə halın mövcudluğu isə ekspert tərəfindən müəyyən oluna bilər.
29. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə xxxnin Məhkəmə-Tibbi Ekspertiza və X3 tərəfindən təqdim olunmuş rəydə Elşad Paşayevin ölümünə səbəb olmuş xəstəliyin (patologiyanın) kliniki əlamətlərinin onda xx.xx.2022-ci il tarixdə hərbi hissədə növbətçi kimi xidməti vəzifələrini yerinə yetirərkən mövcud olduğunun qeyd edildiyi nəzərə alınmalıdır.
30. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş ü zrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 2-1(105)-148/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.