Məhkəmə qərarları › İş №2-1(102)-1694/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1694/2020

15.09.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1694/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Qeydiyyat Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apelyasiya şikayətinin mümkünlüyü; prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında yeni şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının 2020-ci il 27 fevral tarixli 2-1(103)-555/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək uşaqları X1, X2 adına 1 saylı Bakı “ASAN xidmət” Mərkəzin qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə nikahı olmayan anadan doğulan uşaqlar kimi tərtib edilmiş 3884, 3885 saylı doğum haqqında akt qeydlərində ata qrafasında məlumatların dəyişdirilərək, uşaq barədə məlumatlar qrafasında ata adının “x”dan “x”ə, valideynlər qrafasında isə həm ata, həm də baba adının “x”ndan “x”na dəyişdirilərək yeni doğum haqqında şəhadətnamə v erilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(81)4177/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

3. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 27 fevral tarixli 21(103)-555/2020 nömrəli qərardadı ilə şikayət üzrə apelyasiya mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmişdir.

5. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür.

6. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərar dadın ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

7. İddiaçı birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarını xx xxxxxx 2019-cu il tarixdə almış və apelyasiya şikayətini xx xxxxxx 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə təqdim etmiş, lakin ona məlum olmayan səbəblərə görə onun tərəfindən verilmiş şikayətin məhkəməyə daxil olma tarixi xx xxxxxx 2020-ci il göstərilmişdir. İddiaçı qanunla müəyyən edilmiş prosessual müddətə əməl olunmaqla verdiyini bildirmiş, lakin işə baxan məhkəmə iddiaçının qeyd etdiyi dəlilə əhəmiyyət verməyərək, onun əsaslı olub-olmamasını araşdır mamışdır.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. İPM-in 23.1-ci maddəsinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.

9. Göründüyü kimi, hazırki işə baxana məhkəmə işə səthi yanaşmış, prosessual hüquq normalarının tələblərini pozmuş pozmuşdur. b. məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

11. Cavabdeh məhkəməyə məktubla müraciət edərək işin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş, məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

12. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri il ə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Şikayət aşağıdakı səbəblərə görə təmin olunmalıdır.

15. İşin materiallarına görə, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya xx xxxxxx 2019-cu il tarixdə təqdim edilmişdir.

16. Apellyasi ya instansiyası məhkəməsi iş materiallarının 26-28-ci vərəqələrində olan, iddiaçının verdiyi şikayətin məhkəməyə daxil olmasını göstərən “Daxil olma ştampı”ndakı qeydlərə istinadla qeyd etmişdir ki, iddiaçının şikayəti xx xxxxxx 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Bu səbəbdən də qanunla müəyyən edilmiş 30 günlük müddət iddiaçı tərəfindən 14 gün ötürülmüşdür.

17. İddiaçının təqdim etdiyi apellyasiya şikayətinin surətində isə həmin şikayətin x xxxxxx 2020-ci il tarixdə məhkəməyə təqdim olunduğuna dair qeyd aparılmışdır.

18. Qərarın surətinin təqdim edildiyi xx xxxxxx 2019-cu il tarixdən başlayan 30 günlük müddətin x xxxxxx 2020-ci il tarixdə başa çatdığı nəzərə alındıqda, qanunla müəyyən edilmiş 30 günlük müddətin iddiaçı tərəfindən ötürülmədiyi müəyyən olunur.

19. M əhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması prinsipinin tələbləri şikayətin mümkünlüyünün yoxlanılmasına da aiddir.

20. İPM-in 12.1-ci maddəsinin tələblərini təmin edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

21. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 27 fevral tarixli 21(103)-555/2020 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar