Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1696/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması” barədə qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)542/2024 nömrəli, 15 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-ci il tarixli, **********930000 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanılması barədə” Qərarın surətindən görünür ki, vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar elektron yaddaş qurğusunda olan məlumatlara əsasən aparılmış araşdırma z amanı 2021-ci ilin aprel-2021-ci ilin dekabr ayları üzrə hesablanmalı dövriyyə məbləğinin 3054524,20 manat (ƏDV ilə birlikdə), 2022-ci ilin yanvar-2022-ci ilin oktyabr ayları üzrə hesablanmalı dövriyyə məbləğinin 4017215,02 manat (ƏDV ilə birlikdə), cəmi 7071739,22 manat (ƏDV ilə birlikdə) olmalı olduğu halda, vergi ödəyicisi tərəfindən müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 392155,67 manat (ƏDV-siz) əks etdirilmiş, nəticədə artan yekunla 2022-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsi üçün (7071739,22/1,18-392155,67)*18%=1.008151,86 manat ƏDV məbləği büdcədən yayındırılması halı yarandığından 2022-ci ilin dekabr ayı üzrə 1008151,86 manat əlavə vergi məbləği hesablanmışdır.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gə lirlər Baş İdarəsinin xx.xx.2023-ci il tarixli, **********076300 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanılması barədə” Qərarın surətindən görünür ki, bu qərara əsasən əvvəl qəbul edilmiş xx.xx.2023-ci il tarixli **********930000 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanılması barədə” Qərar ləğv edilmiş, “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubuna münasibət bildirilərək, vergi ödəyicisinə 2022-ci ilin dekabr ayı üzrə 1007772,07 manat əlavə vergi (ƏDV) məbləği hesablanmışdır.
3. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 30 noyabr 2022-ci il tarixli, **********72222 №li qərarından görünür ki, vergi ödəyicisinə məxsus obyektdə aksiz markala rı ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır. İŞ Ü ZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********076300 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, “...İşin faktiki hallarına əsasən iddiaçı ********* qeydiyyat nömrəsi (VÖEN) əsasında fərdi sahibkar kimi dövlət qeydiyyatına alınmışdır. Cavabdehin 13 mart 2023-cü il tarixli **********930000 nömrəli qərarına əsasən ona kameral qaydada əlavə vergilər hesablanmışdır. Həmin qərarda qeyd edilir ki, guya vergi nəzarəti tədbirləri zamanı iddiaçının fəaliyyəti ilə əlaqədar elektron yaddaş qurğusunda olan məlumatlara əsasən aparılmış araşdırma zamanı 2021-ci ilin aprel-2021-ci ilin dekabr ayları üzrə hesablanmalı dövriyyə məbləği 3054524,20 manat (ƏDV ilə birlikdə), 2022-ci ilin yanvar-2022-ci ilin oktyabr ayları üzrə hesablanmalı dövriyyə məbləği 4 017 215,02 manat (ƏDV ilə birlikdə), cəmi, 7 071 739,22 manat (ƏDV ilə birlikdə) olmalı halda, iddiaçı tərəfindən müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 392155,67 manat (ƏDV-siz) əks etdirilmiş, nəticədə artan yekunla 2022-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsi üzrə (7.071.739,22/1,18-392.155,67)*18%=1.008.151,86manat (bəyan edilən 432,90 manat çıxıldıqda 1.007.718,96 manat) ƏDV məbləğinin büdcədən yayındırılması halı yaranmışdır. Növbəti gün həmin qəra r cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli **********076300 nömrəli yeni qərarı ilə ləğv olunaraq kameral bəyannamə ilə hesablanmış 1.007.718,96 manat ƏDV-dən əlavə, vergi və ya sığorta haqqı kimi 53,11 manat əlavə vergi məbləği də hesablanmışdır. İddiaçı hesab edir ki, həmin qərarla ona hesablanmış vergilər qanunsuz hesablanmışdır. Belə ki, mübahisələndirilən qərarda qeyd edilən hallar həqiqətə uyğun deyil, qərarda cavabdeh tərəfindən istinad edilən sübutlar iddiaçının faktiki vəziyyətini olduğu kimi əks etdirmir, tətbiq edilən sübutlar qanunsuzdur, istinad edilən mənbə mötəbər, təkzibolunmazlıq və əsaslı şübhədənkənar sübut meyarına cavab vermir...”
6. Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, “...Vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin fəaliyyət i ilə əlaqədar elektron yaddaş qurğusunda olan məlumatlar aşkarlanmış, həmin məlumatlara əsasən, aparılmış araşdırma zamanı 2021-ci ilin aprel-2021-ci ilin dekabr ayları üzrə hesablanmalı dövriyyə məbləği 3054524,20 manat (ƏDV ilə birlikdə), 2022-ci ilin yanvar-2022-ci ilin oktyabr ayları üzrə hesablanmalı dövriyyə məbləği 4017215,02 manat (ƏDV ilə birlikdə), cəmi 7071739,22 manat (ƏDV ilə birlikdə) olmalı olduğu halda, vergi ödəyicisi tərəfindən müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 392155,67 manat (ƏDV-siz) dövriyyə məbləği əks etdirilmiş, nəticədə artan yekunla 2022-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsi üçün (7071739,22/1,18392155,67)*18% = 1008151,86 manat ƏDV məbləğinin büdcədən yayındırılması halı yaranmışdır. Etiraza əlavə edilmiş 2021-2022-ci illər üzrə satış d övriyyəsini əks etdirən sənədlər İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 tərəfindən imzalanmış və qeyd aparılmışdır ki, “Cədvəl üzrə göstərilmiş rəqəmlər bizə məxsus kompüterdən götürülüb və mağazanın sahibkarlıq fəaliyyətini əks etdirir”. Həmçinin, təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBCJ seriyalı 998155 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Mühafizə İdarəsinə (VÖEN:**********) 15,25 manat, EBCL seriyalı 114654 nömrəli elektron qaiməfakturası (VHF-si) üzrə "xxxx" MMC-nin (VÖEN:**********) 34,98 manat, EBCK seriyalı 464719 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə "xxxx" MMC-yə (VÖEN:**********) 2,88 manat, ümumilikdə, 53,11 manat ƏDV məbləği ödənilməsə də, həmin elektron qaimə-fakturalar (VHF-si) üzrə əvəzləşdirmə aparılması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar xx.xx.2023-cü il tarixli **********268900 nömrəli və xx.xx.2023-cü il tarixli **********229400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmişdir. Lakin vergi ödəyicisi kənarlaşmanı aradan qaldırılmaqla cari vergi bəyannaməsi təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci ilin dekabr ayının əlavə dəyər vergisi bəyannaməsi üzrə 1008204,97 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-cü il tarixli **********930000 nömrəli və xx.xx.2023-cü il tarixli **********076300 nömrəli “Vergi lərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Lakin vergi ödəyicisi kənarlaşmanı aradan qaldırmaqla cari vergi bəyannaməsi təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci ilin dekabr ayının əlavə dəyər vergisi bəyannaməsi üzrə 1008204,97 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-cü il tarixli **********930000 nömrəli və xx.xx.2023-cü il tarixli **********076300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar göndərilmişdir...”
7. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8956/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının İqtisa diyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********076300 nömrəli qərar ləğv edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən vergilərin hesablanması zamanı qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran elektron daşıyıcı məlumatlarından (“qara mühasibatlıq” sənədlərindən) istifadə edilmişdir. Halbuki, “Mühasibat uçotu haqqında” Qanunun 2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı qanuni yolla ə ldə edilmiş elektron fayllar – cədvəllər ilkin uçot sənədi hesab edilir. Sözügedən Qanunda qeyd olunduğu kimi elektron daşıyıcılarda olan təsdiqedici məlumatlar da ilkin uçot sənədi hesab edilmişdir. Mübahisələndirilən elektron daşıyıcıdakı fayllarda olan cədvəl məlumatlarında təsbit olunan kəmiyyət göstəricilərinin isə hansı ilkin sənədlər (idxal sənədləri, alqı-satqı aktları, elektron qaimə fakturalar, yükdaşıma sənədləri, ödəniş sənədləri, sair xərc sənədləri) əsasında əldə olunduğu qeyri-müəyyəndir. Vergi orqanı vergilərin hesablanması zamanı əlaqəli məlumat qismində yalnız rəsmi sənədlərdən, Vergi Məcəlləsi, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərcləri ni təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, qanunvericiliyin tələblərini pozaraq əlavə araşdırma aparmadan mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə etmişdir ki, bu da nəticədə iddiaçıya əsassız və qanunsuz əlavə vergi məbləğinin hesablanmasına əsas olmuşdur.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-542/2024 nömrəli, 15 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər: C.Yusifov /sədrlik edən və məruzəçi/, P.Hüseynov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya m əhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları ilə bağlı bildiririk ki, vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar elektron yaddaş qurğusunda olan məlumatlar aşkarlanmış, həmin məlumatlara əsasən, aparılmış araşdırma zamanı 2021-ci ilin aprel-2021-ci ilin dekabr ayları üzrə hesablanmalı dövriyyə məbləği 3054524,20 manat (Ə DV ilə birlikdə), 2022-ci ilin yanvar-2022-ci ilin oktyabr ayları üzrə hesablanmalı dövriyyə məbləği 4017215,02 manat (ƏDV ilə birlikdə), cəmi 7071739,22 manat (ƏDV ilə birlikdə) olmalı olduğu halda, vergi ödəyicisi tərəfindən müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 392155,67 manat (ƏDV-siz) dövriyyə məbləği əks etdirilmiş, nəticədə artan yekunla 2022-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsi üçün (7 071 739,22/1,18-392155,67)*18%=1008151,86 manat ƏDV məbləğinin büdcədən yayındırılması halı yaranmışdır.
14. Həmçinin, təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBCJ seriyalı 998155nömrəli elektron qaimə-fakturası(VHF-si) üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Mühafizə İdarəsinə (VÖEN:**********) 15,25manat, E B C L seriyalı 114654 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN:**********)34,98 manat, EBCK seriyalı 464719 nömrəli elektron qaiməfakturası (VHF-si) üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN:**********) 2,88 manat, ümumilikdə 53,11 manat ƏDV məbləği ödənilməsə də, həmin elektron qaimə-fakturalar (VHF-si) üzrə əvəzləşdirmə aparılması kənarlaşmanın yaranmasına səbəb olmuşdur.
15. Qeyd olunanlarla əlaqədar xx.xx.2023-cü il tarixli **********268900 nömrəli və xx.xx.2023-cü il tarixli **********229400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmişdir. Lakin vergi ödəyicisi kənarlaşmanı aradan qaldırılmaqla cari vergi bəyannaməsi təqdim etmədiyinə gör ə Vergi Məcəlləsinin37-ci, 67-ci və 83cü maddələrinə əsasən, kameral vergi yoxlaması ilə 2022-ci ilin dekabr ayının əlavə dəyər vergisi bəyannaməsi üzrə 1008204,97 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-cü il tarixli **********930000 nömrəli və xx.xx.2023-cü il tarixli **********076300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir.
16. Gözlənildiyi kimi, vergidən yayınmağı əsas hədəf kimi müəyyən etmiş belə vergi ödəyiciləri “qara mühasibatlıq” sənədləri əsasında hesablanmış vergiləri məhkəmədə mübahisələndirməklə məsuliyyətdən yayınmağa cəhd edir.
17. Lakin, bu tip vergi ödəyiciləri üzrə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı aşkar edilərək götürülmüş “qara mühasibatlıq” sənədlərində əks olunmu ş məlumatlar əsasında büdcədən yayındırılan külli miqdarda vergilər hesablanaraq büdcəyə bərpa olunur.
18. Hazırkı iş üzrə də iddiaçıda aparılmış nəzarət tədbirləri zamanı qeyd olunan faktlar müəyyən edilmiş və əldə edilmiş qara mühasibatlıq sənədləri əsasında yayındırılmış vergilər bərpa olunmuşdur.
19. İş materiallarına əlavə edilmiş satış dövriyyəsini əks etdirən sənədlərdə onların hansı dövrü əhatə etməsi konkret olaraq göstərilmişdir. Həmçinin, müvafiq sənədlərdən malın adı, maya dəyəri, əldə edilmiş mənfəət və s. zəruri rekvizitlər də əks olunmuşdur. Məhz bu məlumatlar əsasında yoxlama ilə iddiaçının qəsdən uçot aparmamaqla vergidən yayındırdığı dövriyyə müəyyən edilmişdir.
20. Məhkəmənin qərarda ifadə olunan dəlillərindən və mövqelərindən birmənalı şəkildə görünür ki, məhkəmə iş üzr ə cavabdehin təqdim etdiyi və hesablamanın əsasını təşkil edən və iddiaçıya məxsus olan elektron faylları da əksini tapan cədvəllərə, yəni məlumatlara ciddi formal tələblər irəli sürmüş, lakin həmin tələblərin nədən ibarət olduğunu əsaslandırmamış və hüquqi əsasını əks etdirməmişdir.
21. Məhkəmə kollegiyası vergilərin hesablanma əsasları ilə mühasibat uçotu haqqında qanunvericiliyin tələblərini qarışıq salmış və maddi hüquq normaların tələblərini düzgün şərh etməmişdir.
22. Başqa sözlə, qeyd olunan sənədlərin mənbəyi bəllidir və Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən, vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumat lar əlaqəli məlumat hesab olunur və onlardan vergilərin hesablanmasında bilavasitə istifadə oluna bilər.
23. Eyni zamanda qeyd edək ki, iddiaçının vergi tutulan əməliyyatlarını ilkin mühasibatlıq sənədləri ilə məqsədli olaraq rəsmiləşdirilməməsi, onu həmin əməliyyatlara görə vergi ödəmək vəzifəsindən azad edə bilməz. İddiaçının vergi tutulan əməliyyatlarını ilkin mühasibatlıq sənədlərində rəsmiləşdirməyərək, həmin əməliyyatları “qara mühasibatlıq” sənədlərində əks etdirməsi özü-özlüyündə iddiaçının vergi öhdəliklərini yerinə yetirməkdən məqsədli yayındığını sübut edən faktdır.
24. Yuxarıda da qeyd olunduğu kimi vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37.4-cü maddəsinin tələbləri pozulmadığı halda, həmin normanın pozulması ilə bağlı hər hansı sübut olmadığı halda normanın pozulduğu bildi rilmiş, 53,11 manat ƏDV-nin ləğvi əsasları barədə heç bir məlumat əks olunmadığı halda həmin hissədə də vergilər ləğv olunmuşdur.
25. Hazırkı mübahisənin predmeti üzrə formalaşmış məhkəmə təcrübəsi mövcud olmadığı üçün kassasiya şikayətinin verilməsini mümkünsüz edən hal müəyyən edilməmişdir.
26. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
28. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslı lığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mübahisələndirdiyi “Vergilərin sosial, sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********930000 saylı, 13 mart 2023-cü il tarixli qərar cavabdehin apardığı kameral vergi yoxlaması nəticəsində qəbul edilmişdir.
32. Cavabdeh həmin qərarın “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” adlanan hissəsində göstərmişdir ki, “Bildiririk ki, vergi nəzarəti tədbirləri zamanı fəaliyyətinizlə əlaqədar elektron yaddaş qurğunuzda olan məlumatlara əsasən aparılmış araşdırma zamanı 2021-ci ilin aprel-2021-ci ilin dekabr ayları üzrə hesablanmalı dövriyyə məbləğ i 3054.524,20 manat (ƏDV ilə birlikdə), 2022-ci ilin yanvar – 2022-ci ilin oktyabr ayları üzrə hesablanmalı dövriyyə məbləği 4.071.215,02 manat (ƏDV ilə birlikdə), cəmi 7.071.739,22 manat (ƏDV ilə birlikdə) olmalı halda, tərəfinizdən müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 392155,67 manat (ƏDV-siz) əks etdirilmiş, nəticədə artan yekunla 2022-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsi üçün (7071739,22/1.18-392155,67) 18% = 1.008.151,86 manat ƏDV məbləğinin büdcədən yayındırılması halı yaranmışdır.”
33. Həmçinin cavabdehin sözügedən qərarında qeyd edilmişdir ki, “Bəyannamə və hesabat növü: Əlavə dəyər vergisi; Bəyannamə və hesabat dövrü: Dekabr 2022”.
34. Beləliklə cavabdeh mübahisəli qərarda “Bəyannamə və hesabat dövrü “Dekabr 2022” yazdığı halda, kameral vergi yoxlaması üzrə aparılmış araşdırma zamanı 2021-ci ilin aprel-2021-ci ilin dekabr aylarını və 2022-ci ilin yanvar -2022-ci ilin oktyabr aylarını əhatə etdiyini qeyd etmişdir.
35. Burada məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cavabdehin yuxarıda göstərilmiş hərəkətləri Vergi Məcəlləsinin “Kameral vergi yoxlaması” adlanan 37-ci maddəsi ilə müəyyən edilmiş kameral vergi yoxlamasının aparılması qaydalarına ziddir.
36. Belə ki, Vergi Məcəlləsinin 37.1-ci maddəsinə müvafiq olaraq, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasın da keçirilir.
37. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil old uğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.
38. Lakin cavabdehin sözügedən 13 mart 2023-cü il tarixli qərarlarında aşkar şəkildə göründüyü kimi, cavabdehin yuxarıda göstərilmiş hərəkətləri Vergi Məcəlləsinin 37.2-ci maddəsinə uyğun olmamış, belə ki, qərarlarda “Bəyannamə və hesabat dövr “Dekabr 2022” yazıldığı halda, yəni bu tarixdə, 2021-ci ilin aprel-2021-ci ilin dekabr ayları üzrə və 2022-ci ilinyanvar-2022-ci ilin oktyabr ayları üzrə ƏDV-yə dair dövriyyə məbləğinin dekabr ayı 2022-ci il üçün hesablanması yolverilməzdir və legitim deyildir.
39. Belə ki, cavabdeh adıçəkilən aylar üzrə kameral vergi yoxlamaları Vergi Məcəlləsinin 37.2-ci maddədə nəzərdə tutulmuş qaydada, yəni hər ay üçün ayrıca olaraq hesablamalar aparılmalı olduğu halda, bunu etməmişdir.
40. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya 2022-ci ilin dekabr ayı üçün hesablanmış həmin (1.007.772,07 manat) məbləğində əlavə dəyər vergisinin əsasını operativ vergi nəzarəti zamanı götürülmüş, elektron daşıyıcıda əks olunmuş cədvəl üzrə “qara mühasibatlıq” məlumatları təşkil etmişdir.
41. Bununla əlaqədar olaraq apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında kağız daşıyıcıda əlavə edilmiş elekt ron yaddaş qurğusundakı cədvəl məlumatları tədqiq olunduqda müəyyən olunur ki, vergi ödəyicisinə dair heç bir konkret məlumat, həmçinin, malların təqdim edildiyi şəxslər barədə, hansı sənədlər əsasında onlara təqdim olunduğu və reallıqda həmin şəxslər tərəfindən təqdim olmuş malların istər elektron qaimələr vasitəsilə, istərsə də faktiki olaraq təhvil alındığı barədə hər hansı bir məlumat və rekvizitlər mövcud deyildir. Ümumiyyətlə həmin cədvəl məlumatlarında göstərilmiş rəqəmlərin konkret olaraq hansı dövrləri əhatə etdiyi, malların hansı aylar üzrə və hansı həcmdə təqdim edildiyi görünmür ki, bu da konkret olaraq hər ay üzrə, o cümlədən, 2022-ci ilin dekabr ayı üzrə iddiaçının real satış dövriyyəsini konkret şəkildə müəyyən etməyə imkan vermir.
42. Belə olan halda məhkəmə kollegiyası hes ab edi ki, apellyasiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən həmin cədvəl məlumatlarına əsasən iddiaçının satış dövriyyəsini, qeyri-müəyyən meyarlardan çıxış edərək, 2021-ci ilin aprel-dekabr ayları üzrə 3054524,20 manat, 2022-ci ilin yanvaroktyabr ayları üzrə 4017215,02 manat, cəmi, 7071739,22 manat məbləğində müəyyən etməsi mötəbər hesab oluna bilməz. Həmçinin iş materiallarında olan 2021-2022-ci illər üzrə satış dövriyyəsi və “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol iddiaçının iştirakı ilə tərtib olunsa da, həmin protokolda operativ vergi nəzarəti qaydasında götürülən elektron daşıyıcıda mövcud olan məlumatların hansı mənbə əsasında işlənildiyi və hansı ilkin sənədlərə çıxarıldığı barədə açıqlama və fakt lar mövcud da deyildir.
43. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh vergi orqanı - hər ay üzrə ƏDV hesabatını növbəti ayın 20-ə qədər verdiyi tarixdən 30 gün müddətində kameral qaydada ötən hesabat ayı üzrə ƏDV-nin düzgün ödənilib-ödənilmədiyini yoxlamaqda səlahiyyətli olduğu halda, vergi qanunvericiliyində qeyd olunan müddətlərə riayət etmədən, iddiaçının əvvəlki hesabat dövrləri üzrə satış dövriyyəsini 2022-ci ilin dekabr ayında cəmləmiş, həmin ay üçün operativ vergi nəzarəti zamanı iddiaçıya məxsus mağazadan xx.xx.2022-ci il tarixdə götürülmüş (götürmə qərarı və protokolu işə əlavə olunur) elektron daşıyıcıda təsbit olunan mənşəyi bəlli olmayan qara mühasibatlıq məlumatları əsasında iddiaçıya həqiqiliyi əs aslandırılmayan və reallıqdan uzaq olan həcmdə əlavə dəyər vergisi hesablamışdır. Yəni, sözügedən elektron daşıyıcıda olan məlumatlardakı kəmiyyət göstəricilərinin hansı ilkin sənədlər (idxal sənədləri, alqı-satqı aktları, elektron qaimə fakturalar, yükdaşıma sənədləri, ödəniş sənədləri, sair xərc sənədləri) əsasında əldə olunduğu qeyri-müəyyən və ən azından, həmin məlumatları formalaşdıran hallar (təqdim etmənin, ödənişlərin və s.) barədə sənəd-sübut və ya hər hansı bir başqa mənbə məlumatı mövcud olmadığı halda, iddiaçıya 2022-ci ilin dekabr ayı üçün ilk öncə 13 mart 2023-cü il tarixli **********930000 qərar əsasında 1.007.718,96 manat məbləğində ƏDV məbləği hesablanması, növbəti gün isə ona, inzibati icraat qaydalarına riayət etmədən və vergi ödəyicisi olaraq həmin icraata cəlb olunmada n, 14 mart 2023-cü il tarixdə qəbul etdiyi **********76300 saylı mübahisələndirilən qərarı ilə - əvvəlki qərarını ləğv edərək, yenidən iddiaçıya 2022-ci ilin dekabr ayı üzrə kameral bəyannamə ilə hesablanmış 1.007.718,96 manat məbləğində ƏDV-ni saxlamaqla, ona əlavə olaraq 53,11 manat vergi hesablaması qanunsuz olmuşdur.
44. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı "xxxx" MMCnin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdehin xx.xx.2022-ci il tarixli, **********547800 nömrəli, xx.xx.2022-ci il tarixli, **********681000 nömrəli və xx.xx.2022-ci il tarixli, **********795000 nömrəli qərarlarının ləğv edilməsi barədə işə baxmış Ali Məhkəmənin İnzibati Kollegiyası xx.xx.2023-cü il tarixli, 2-1(102)1205/2023 nömrəli qərarında göstərmişdir ki, “məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın tətbiq edilən hüquq hissəsində qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, cavabdeh tərəfindən vergilərin hesablanması zamanı qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran elektron daşıyıcı məlumatlarından (“qara mühasibatlıq” sənədlərindən) istifadə edilmişdir. Halbuki, “Mühasibat uçotu haqqında” Qanunun 2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı qanuni yolla əldə edilmiş elektron fayllar – cədvəllər ilkin uçot sənədi hesab edilir. Sözügedən Qanunda qeyd olunduğu kimi elektron daşıyıcılarda olan təsdiqedici məlumatlar da ilkin uçot sənədi hesab edilmişdir. Belə ki, mübahisələndirilən elektron daşıyıcıdakı fayllarda olan cədvəl məlumatlarında təsbit olunan kəmiyyət göstəricilərinin isə hansı ilkin sənədlər (idxal sənədləri, alqı-satqı aktları, elektron qaimə fakturalar, yükdaşıma sənədləri, ödəniş sənədləri, sair xərc sənədləri) əsasında əldə olunduğu qeyri-müəyyəndir. Vergi orqanı vergilərin hesablanması zamanı əlaqəli məlumat qismində yalnız rəsmi sənədlərdən, Vergi Məcəlləsi, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, qanunvericiliyin tələblərini po zaraq əlavə araşdırma aparmadan mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə etmişdir ki, bu da nəticədə iddiaçıya əsassız və qanunsuz əlavə vergi məbləğinin hesablanmasına əsas olmuşdur.”
45. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC-nin hazırkı işdə cavabdeh olan Baş İdarəyə qarşı iddiaçının cavabdehin xx.xx.2021-ci il tarixli, **********066900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 321493,21 manat dəyərində sementə görə hesablanmış 57868,77 manat məbləğin azaldılması iddiası üzrə qaldırılmış işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-1717/2023 saylı, xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir.
46. Qərarda göstərilmiş dir ki, “İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə isə inzibati orqan haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki, yuxarıda qeyd edildiyi kimi, inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada, cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi məsuliyyətinə cəlb etdikdən sonra, məhkəmə icraatın ın gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Qeyd edildiyi kimi, məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.”
47. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2024-cü il tarixli, 2- 1(103)-542/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.