Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1698/2024 29.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)- 130/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının əlillik vəziyyətinə Oğuz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...; Diaqnozun mətni: - Postkontuzion sindrom, baş beynin travmatik xəstəliyi. Postravmatik ensefalopatiya. Xroniki: posttravmatik baş ağrısı, tez-tez təkrarlanan vegetativ damar krizləri ilə. Avtonom refleks: pozğunluğu.; 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir.
2. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...; Diaqnozun mətni: Postkontuzion sindrom, baş beynin travmatik xəstəliyi. Postravmatik ensefalopatiya. Xroniki posttravmatik baş ağrısı, tez-tez təkrarlanan vegetativ da mar krizləri ilə. Avtonom refleks pozğunluğu.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: 2.2. ikinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir.
3. Qəbələ Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: postkontuzion sindrom, Keçirilmiş (1994) baş-beyin travmasından və kor güllə yaralanmasından sonrakı vəziyyət; Mərkəzə göndəri lmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəsarət aldığı yer və xəsarəti hansı şəraitdə aldığı qeyd edilsin.” səbəbi ilə imtina verilmişdir.
4. Qəbələ Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36-Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sol kürək nahiyəsinin yumşaq toxumasının kor güllə yaralanmasından sonrakı çapıqlar. Hipertrofik çapıq. Postkontuzion sindrom, Keçirilmiş (1994) baş-beyin travmasından sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəb Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia tələbini dəqiqləşdirərək, “xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdi rilməsi barədə” ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1969-cu il tarixdə anadan olmuş, 1987-1989-cu illərdə hərbi xidmət keçmişdir. 1993-cü ildə N nömrəli hərbi hissədə xidmət etmiş, Ağdərə uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. 1994-cü il aprel ayının 24-də Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə sol kürək nahiyəsindən güllə yarası və qapalı kəllə-beyin travması almışdır. Tərtər rayon xəstəxanasında müalicə almışdır. Bir neçə gündən sonra müalicə olunmaq üçün Mingəçevir Şəhər xəstəxanasına göndərilmişdir. Ümumiyyətlə o, 1993-cü ilin fevral ayından 1995-ci ilin aprel ayına qədər hərbi xidmətdə olmuş, Mingəçevir şəhərinin “M2” könüllü batalyonunun tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
8. Dəfələrlə müraciət etməsinə baxmayaraq o, yenidən əlillik dərəcəsi ala bilməmiş, hər dəfə ona yenidən müayinə olunmaq tövsiyə olunmuş, o də yenidən müayinə olunmuşdur. Bütün müvafiq sənədləri toplayaraq cavabdeh inzibati orqana təqdim etmişdir.
9. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)- 185/2015 saylı qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Respublika Tibbi Sosial-Ekspertiza Mərkəzinin üzərinə ona əlilliyin təyin olunması öhdəliyi qoyulmuşdur. Bundan sonra ona əvvəl bir illik 2-ci dərəcə əlillik təyin olunmuş, bir il bitdikdən sonra həmin təyinat beş il müddətinə uzadılmışdır. 10. 2021-ci ilin sentyabr ayından isə həmin təyinat dayandırılmışdır. Səhhətində olan ağırlaşmalar səbəbindən 2020-2021-ci illər ərzi ndə dəfələrlə müayinə və müalicə olunmuşdur. Lakin müraciətinə cavab olaraq xx.xx.2022-ci il tarixdə Tibbi-Sosial Ekspertiza və X2 əlillik təyinatından imtina edildiyi barədə bildiriş göndərilmişdir. Cavabdehin etirazları:
11. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Oğuz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış:pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...; Diaqnozun mətni: - Postkontuzion sindrom, baş beynin travm atik xəstəliyi. Postravmatik ensefalopatiya. Xroniki: posttravmatik baş ağrısı, tez-tez təkrarlanan vegetativ damar krizləri ilə. Avtonom refleks: pozğunluğu.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 1il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələn məsi və ya disfunksiyası nəticəsi...; Diaqnozun mətni: Postkontuzion sindrom, baş beynin travmatik xəstəliyi. Postravmatik ensefalopatiya. Xroniki posttravmatik baş ağrısı, tez-tez təkrarlanan vegetativ damar krizləri ilə. Avtonom refleks pozğunluğu.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: 2.2. ikinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir.
12. Qəbələ Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - B aş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: postkontuzion sindrom, Keçirilmiş (1994) baş-beyin travmasından və kor güllə yaralanmasından sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəsarət aldığı yer və xəsarəti hansı şəraitdə aldığı qeyd edilsin.” səbəbi ilə imtina verilmişdir. Qəbələ Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XX Sinif Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36- Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sol kürək n ahiyəsinin yumşaq toxumasının kor güllə yaralanmasından sonrakı çapıqlar. Hipertrofik çapıq. Postkontuzion sindrom, Keçirilmiş (1994) baş-beyin travmasından sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəb Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, Oğuz rayon sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0240003AAJJA nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunmaqla geri göndərilmişdir. Növbəti dəfə əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir.
13. Vətəndaşın müraciəti əsasında xx.xx.2022-ci il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2013-cü il tarixli 277 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol kürək nahiyəsinin yumşaq toxumasının kor güllə yarası. Ayaqların mikotik zədələnməsi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol yuxarı ətrafdakı hərəki məhdudluq, başındakı ağrılar və eşitmə zəifliyindən şikayətlənmiş, sol kürəkdə səthi dəri çapıq toxuması qeyd olunsa da, yuxarı ətraflarda əlillik təyinatına əsas verə biləcək hərəkət məhdudiyyət, kontr aktura və əzələ atrofuiyası izlənilməmişdir. Ekspertiza üçün əhəmiyyətli və şikayətlərinə uyğun ilə instrumental müayinə nəticələri (KT, MRT, EEQ) təqdim edilməmiş, nevroloji ocaqlı əlamətlər müəyyən edilməmişdir. AR SN TƏBİB PHŞ Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021ci il tarixli audioqramda nəticə “Eşitmə sağ qulaqda İ (birinci), sol qulaqda /-// dərəcəli neyrosensor tipdə enib” kimi müəyyənləşdirilmişdir. Hazırda klinik əlamətlərdə və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə ”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
14. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-654/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyi qoyulmuşdur.
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş diaqnoz “F48.0- nevrasteniya, asteno-nevrotik sindrom, G44.3-xroniki posttravmatik baş ağrısı, posttravmatik ensefalopatiya, xroniki posttravmatik baş ağırları, E11-insulindən asılı olmayan şəkərli diabet, şəkərli diab et ikinci tip orta ağır forma, G63.2-diabetik polinevropatiya (E10-14 ümumi dördüncü 4 işarəsi ilə) diabetik polineyropatiya, L91.0-hipertrofik çapıq, sol kürək nahiyəsinin yumşaq toxumasının kor güllə yaralanmasından sonrakı çapıqlar, İ10-essensial birincili hipertenziya, arterial hipertoniya ikinci dərəcə, F07.2-postkontuzion sindrom, keçirilmiş (1994) baş beyin travmasından və kor güllə yaralanmasından sonrakı vəziyyət, G90.8-vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, tez-tez baş verən (ayda 5-15 dəfə) vegetativ damar krizləri ilə, H93.3-eşitmə sinirinin xəstəlikləri, neyrosensor tip ağıreşitmə birinci-ikinci dərəcə” olmuşdur.
16. Diaqnozun mətnindən görünür ki, iddiaçıya Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-185/2015 nömrəli qərarı ilə əlil liyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Respublika Tibbi Sosial-Ekspertiza Mərkəzinin üzərinə qoyulduqdan ötən dövr ərzində onun sağlamlıq vəziyyətində yaxşılaşma baş verməmiş, əksinə ona qoyulmuş diaqnozla sağlamlıq vəziyyətinin daha da pisləşməsi müəyyən edilmişdir.
17. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2015-ci il tarixli məktubuna əlavə olunmuş 81/MEŞ nömrəli ekspert rəyi ilə iddiaçıya qoyulmuş “sol kürək nahiyəsinin yumşaq toxumasının kor güllə yarası, ayaqların mikotik zədələnməsi xəstəliyi ilə yanaşı, baş beynin travmatik xəstəliyi postravmatik ensefalopatiya, qıcolma tutmaları ilə və “şəkərli diabet xəstəliyi” diaqnozunun əsaslı olması müəyyən edilmiş, cavabdeh orqan hazırkı iş üzrə imtina cavabı verərkən iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyünü mübahisələndirməmişdir.
18. İddiaçı barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş diaqnozlar əsasında müəyyən edilir ki, iddiaçıya qoyulmuş diaqnozlardan F48.0 kodu ilə qeyd edilmiş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.3.9-cu bəndindəki xəstəliklərin əhatə dairəsinə düşür. Belə ki, göndərişdə F48.0 kodu qeyd edilmiş “nevrasteniya, asteno-nevrotik sindrom” diaqnozun istinad olunan Əsasnamədə əlilliyin müəyyən olunduğu xəstəliklərin siyahısındadır (2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psix opatiyalar (F60.0-F62.9, F45F45.9, F48-F48.9));
19. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh orqan xx.xx.2021-ci il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
20. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
21. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-130/2024 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-654/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
23. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
24. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsinə etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur.
25. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir.
26. Məhk əmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
27. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
28. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş ha llarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələr ə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə üçün apellyasiya məhkəməsi iddiaçıya əlilliyin təyin edilməsinin əsaslarının mövcud olub-olmaması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkə məsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
34. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
35. Şikayətin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlil hesab olunub-olunmaması Agentliyin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
36. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallard a məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. 37. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).
38. Hazırkı halda, həmin normaların tələb lərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.
39. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(107)-130/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.