Məhkəmə qərarları › İş №2-1(102)-17/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-17/2021

02.02.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-17/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Ləğv prosesində olan İddiaçı Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikasının Vergilər Nazirliyi Yanında Milli Gəlirlər Departamentə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-17/2021) Açar sözlər: banklar tərəfindən xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğləri vergitutma məqsədləri üçün gəlirdən çıxmaq qaydası, ümidsiz aktivlər üçün ehtiyatların yaradılması müddətləri və s. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət t ərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının nümayəndəsi X4, iddiaçının vəkili Vəkil1, cavabdehin nümayəndəsi X5, onun vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə qarşı aktın və qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-135/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “xxxx” ASC xx xxxxxx 1992-ci ildə qeydiyyata alınmışdır, hüquqi ünvanı AZ1008, ünvan 1

2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarına əsasən, “xxxx” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı təyin olunmuşdur.

3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti tərəfindən (bundan sonra cavabdeh) iddiaçı Bankda 2015-2017-ci ilə olan dövrü əhatə edən səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticəsi olaraq xx xxxxxx 2018-ci il tarixli, **********111426 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Həmin akta əsasən, vergi orqanı tərəfindən vergi qanunvericiliyinin pozulmasına görə iddiaçının məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinə müraciət edərək, ləğvetmə prosesində olan “xxxx” ASC-yə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin xx xxxxxx 2018-ci il tarixli **********111426 saylı səyyar vergi yoxlama aktına əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx xxxx 2018-ci il tarixli **********143707 saylı qərarının qanunsuz əlverişsiz inzibati akt kimi ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh orqanın xx.xx.2017-ci il tarixli **********111155 saylı qərarına əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edilməklə növbədənkənar yoxlama keçirilmişdir. Yoxlamanın nəticəsi kimi xx.xx.2018-ci il tarixli **** ******111426 saylı səyyar vergi yoxlama aktı tərtib edilmiş və həmin akt əsasında vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2018-ci il tarixli **********143707 saylı qərar qəbul edilmişdir. Həmin qərara əsasən, 72.112,98 manat ödəmə mənbəyindən tutulan vergi və 617.154,36 manat mənfəət vergisinin azaldılması müəyyən edilmiş, 458.635,63 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdehin **********111426 saylı səyyar vergi yoxlama aktı xx xxxxxx 2018-ci il tarixdə tərtib edilmiş, xx.xx.2017-ci il tarixdən xx.xx.2017ci il tarixə olan dövr Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Reyestrinə yoxlayıcı orqan tərəfindən daxil edilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə xx xxxxxx 2003-cü il tarixli 519-İİQD saylı Qanuna əsasən, Vergi Məcəlləsinin 38.2-ci maddəsində nəzərdə tutulmuş “səyyar vergi yoxlama bir aydan artıq davam edə bilməz” cümləsindəki bir aydan artıq olmayan müddət dəyişdirilmiş 30 gündən artıq olmayan müddətlə əvəzləşdirilmiş və hal hazıra kimi heç bir dəyişikliyə məruz qalmamışdır. Səyyar vergi yoxlaması keçirilən zaman həmin normanın tələblərinə əməl edilməmişdir. Yoxlamanın qeydiyyata alınmasına dair xx.xx.2017-ci il tarixli KY171201450 saylı çıxarışdan görünür ki, yoxlamanın başa çatma müddəti xx.xx.2017-ci il tarixidir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin xx.xx.2017-ci il tarixli **********130946 saylı qərarına əsasən, yoxlama müddəti 30 gün müddətinə artırılmışdır. La kin vergi orqanının yoxlama müddətinin artırılması barədə qərarları Reyestrə daxil edilməmişdir. Ona görə də «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci maddəsinə əsasən, göstərilən qərarların hüquqi əsası mövcud deyildir. Azərbaycan Respublikası və Niderland Krallığı arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya mövcuddur. Göstərilən Sazişin 11-ci maddəsi faizlərə aiddir və aşağıda göstərilən kimidir:

1. Razılığa gələn dövlətdə yaranan və razılığa gələn digər dövlətin rezidentinə ödənilən faizlər həmin digər dövlətdə vergiyə cəlb edilə bilər.

2. Bununla belə, bu cür faizlər həmçinin onların yarandığı razılığa gələn dövlətdə və onun qanunvericiliyinə müvafiq qaydada da vergiyə cəlb edilə bilər, lakin faizlərin faktiki sahibi razılığa gələn digər dövlətin rezidentidirsə, tutulan vergi faizlərin ümumi məbləğinin 10 faizindən artıq olmamalıdır.

3. Bu maddənin 2-ci bəndinin müddəalarından asılı olmayaraq, aşağıdakı tələblərdən biri yerinə yetirildikdə, razılığa gələn dövlətlərin birində yaranan və razılığa gələn digər dövlətin onların faktiki sahibi olan rezidentinə ödənilən faizlər yalnız həmin digər dövlətdə vergiyə cəlb edilir: (i) faizlərin ödəyicisi və ya resipiyenti bilavasitə razılığa gələn dövlətin hökuməti, onun dövlət orqanı, siyasi və ya inzibati ərazi bölməsi, yaxud yerli hakimiyyət orqanı, yaxud razılığa gələn dövlətin Mərkəzi Bankıdırsa; (ii) faizlər, onların ödəyic isinin rezident olduğu razılığa gələn dövlətin hökuməti tərəfindən təsdiq edilmiş borclara münasibətdə ödənilirsə; (iii) faizlər, razılığa gələn dövlətin hökuməti, razılığa gələn dövlətin Mərkəzi Bankı və ya razılığa gələn dövlətin hökumətinə məxsus olan və ya onun tərəfindən nəzarət olunan hər hansı agentlik və ya qurum (maliyyə institutu da daxil olmaqla) tərəfindən təqdim edilmiş, təsdiq edilmiş, zəmanət verilmiş və ya sığortalanmış borclara münasibətdə ödənilirsə; (iv) faizlər, maliyyələşdirmə sazişlərinə və ya hər hansı sənaye, kommersiya, yaxud elmi avadanlığın kreditlə satışı ilə bağlı və ya sənaye, kommersiya və ya elmi qurğuların quraşdırılması ilə bağlı, həmçinin ictimai işlərlə bağlı ödəmələrin sonrakı dövrə keçirilməsinə münasibətdə ödənilirsə.

4. Razılığa gələn dövlətlərin səl ahiyyətli orqanları 2-ci və 3-cü bəndlərin tətbiqi formasını qarşılıqlı razılaşma yolu ilə müəyyən edəcəklər. Sazişə əlavə olunan protokola əsasən, 11-ci maddənin 3-cü bəndinin (iii) altbəndində göstərilən maliyyə institutuna xüsusən aşağıdakılar aiddir: X3 Şirkəti (Nederlande Financieringmaattshappij voor Ontwikkelingslanden N.V) Azərbaycana münasibətdə 11-ci maddənin 3-cü bəndinin (iii) altbəndində göstərilən agentlik və ya qurum xüsusilə Azərbaycan Neft Şirkətinə aiddir. Yuxarıdakı bəndə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, faizlər X1 Şirkəti tərəfindən təqdim edilmiş borclara münasibətdə ödənilmişdirsə, həmin faizlər yalnız Niderland Krallığı ərazisində vergiyə cəlb olunur. Vergi orqanı iddiaçını dinləmədən və iddiaçıdan etirazla bağlı heç bir sübut qəbul etmədən mübahisəli inziba ti akt qəbul etmişdir. Yoxlayıcı əlavə mənfəət vergisini Vergi Məcəlləsinin 111.3-cü və 136-cı maddələrinə istinad etməklə hesablamışdır. Halbuki, Vergi Məcəlləsinin 111.3-cü maddəsində ümidsiz borcların gəlirdən çıxma vaxtı müəyyən edilməmişdir. Göstərilən maddə bankların vəzifəsi deyil, hüququdur. Ümidsiz borcların gəlirdən çıxma müddəti Vergi Məcəlləsinin 111.3-cü maddəsi ilə deyil, 111.2-ci maddəsi ilə müəyyən edilir. Həmin maddənin tələbinə görə, ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir. Vergi Məcəlləsinin 136-ci maddəsi hesablaşma metodundan istifadə edərkən xərclərin çəkilmə vaxtını müəyyən edir. Məcəllənin 111-ci maddəsi ümidsiz borcların gəlirdən çıxılmasına ai ddir. Məcəllənin 136-ci maddəsi bütünlüklə öhdəlik yaradan xərc maddələrinə aid olduğu halda, Məcəllənin 111-ci maddəsi isə öhdəlik yaradan xərc maddəsi deyil, banklar tərəfindən əvvəllər verilmiş kredit müqaviləsi üzrə borclu tərəfindən ödənilməyən kredit müqavilələrinə aiddir. Ona görə də Məcəllənin 136-ci maddəsi kredit müqaviləsi üzrə ödənilməmiş ümidsiz borclara yaradılmış ehtiyatlara şamil edilə bilməz. Həmçinin, Qaydaların 4.10.3-cü maddəsinə əsasən, ehtiyatlar hesabında debet qalığının yaranmasına yol verilmir. Ehtiyatlar hesabına silinəcək aktivlərin məbləği hesabın qalığından çox olduqda, tələb olunan məbləğ əməliyyat günü ərzində xərclər hesabına yaradılır. Ehtiyatlar “Bölüşdürülməmiş mənfəət”, yaxud kapitala aid olan digər maddələr hesabına yaradıla bilməz. Bu hal bir daha tə sdiq edir ki, ehtiyatlar yalnız xərc hesabına yaradılmalı və gəlirdən çıxma vaxtı Vergi Məcəlləsinin 136-ci maddəsi ilə deyil, Məcəllənin 111.2-ci maddəsi ilə tənzimlənməlidir. Vergi Məcəlləsinin 111.2-ci maddəsində yaradılmış ehtiyatların gəlirdən çıxma vaxtı yalnız vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt hesab edilir və həmin vaxtın məhdudlaşdırılması Məcəllədə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları” nın 3.1-ci maddəsinə əsasən, 270 gündən sonra həmin aktivlər ümidsiz borc hesab olunur. Lakin həmin qaydalarda aktivlərin 270 gündən sonra hansı müddətədək ümidsiz borc hesab edilməsi nəzərdə t utulmamışdır. Vergi ödəyicisi aktda göstərilən məbləğləri ümidsiz borc kimi 2016-ci ildə balansdan silmişdir və ona görə də yalnız 2016-cı ildə gəlirdən çıxma hüququna malikdir. Göstərilən hal Vergi Məcəlləsinin 111.2-ci maddəsinin tələbinə tam uyğundur. İddiaçı tələbini əsaslandırmaq üçün «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 21, 49, 45, 51, 58, 62-ci maddələrinə, Vergi Məcəlləsinin 136, 55.1.5-ci maddələrinə istinad etmişdir. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3189/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə (hakim: E.M.Mustafayev) iddia təmin edilmiş, cavabdehin xx.xx.2018-ci il tarixdə **********111426 saylı səyyar vergi yoxlaması aktı və onun əsasında qəbul edilmiş xx.xx.2018-ci il tarixli **********143707 saylı "Vergi ödəyicisinin mə suliyyətə cəlb edilməsi haqqında” qərar ləğv edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, inzibati orqan xx.xx.2018-ci il tarixli **********143707 saylı qərarın qəbulu zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, əlavə sübutlar toplamaq zərurəti olduğu halda qanunun bu tələbinə tam əməl etməmişdir.

8. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-358/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: K.N.Abiyeva, hakimlər: M.N.Tağızadə və Ü.A.Mayılov) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)3189/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qərarı «Cavabdehin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx xxxx 2018-ci il tarixli, **********143707 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilmiş, cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin apellyasiya şikayəti həmin tələbə aid hissədə təmin edilmiş, həmin hissədə yeni qərar qəbul edilərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə qarşı cavabdehin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə» xx xxxx 2018-ci il tarixli **********143707 saylı qərarın ləğv edilməsi barədə iddiası təmin edilməmişdir.

10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən vergi orqanının hazırki yoxlama ilə əhatə olunmayan əvvəlki dövrlərə aid ehtiyatları 2016-cı ilə aid etməklə vergi öhdəliyini azaltması maddi hüquq normalarının tələblərinə uyğun olmamışdır.

11. Apelyasiya instansiya məhkəməsinin qərarından iddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-2587/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: Z.M.Quliyev, hakimlər: N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-358/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin **********111426 saylı səyyar vergı yoxlama aktı xx xxxxxx 2018-ci il tarixdə tərtib edilmiş, xx xxxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixə olan dövr Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Reyestrinə yoxlayıcı orqan tərəfindən daxil edilməmişdir. Yoxlamanın qeydiyyata alınmasına dair xx xxxxxxxx 2017-ci il tarixli KY171201450 saylı çıxarışdan görünür ki, yoxlamanın başa çatma müddəti xx xxxxxxx 2017-ci il tarixidir. Azərbaycan Respublikasinın Vergilər Nazirliyi yanında Vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin xx xxxxxx 2017-ci il tarixli **********130946 saylı qərarına əsasən, yoxlama müddəti 30 gün müddətinə artırılmışdır. Lakin vergi orqanının yoxlama müddətinin artırılması barədə qərarları sözügedən Reyestrə daxil edilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5-ci maddəsinə əsasən, Ədliyyə Nazirliyinin Reyestrinə daxil edilməyən qərarların hüquqi əsası mövcud deyildir. Lakin apelyasiya instansiyası məhkəməsi işin sözügedən halını tam və hərtərəfli araşdırmamış, nəticə etibarı ilə də ona hüquqi qiymət verməmişdir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-135/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik ed ən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və V.Ə.Baxışova) apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-3189/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qərarı «Cavabdehin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx xxxx 2018-ci il tarixli, **********143707 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə qarşı cavabdehin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə» xx xxxx 2018-ci il tarixli **********143707 saylı qərarının ləğv edilməsi barədə iddiası təmin edilməmişdir.

15. Apelyasiya instansiya sı məhkəməsi qeyd etmişdir ki, cavabdehin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» **********143707 saylı, xx xxxx 2018-ci il tarixli qərarının ləğvi üçün əsaslar mövcud deyildir. Birinci instansiya məhkəməsi iddia tələbinə qiymət verərkən cavabdehin qərarın verilməsinə əsas olan sübutları təqdim edə bilməməsini qeyd etməklə kifayətlənmiş, cavabdehin səyyar vergi yoxlaması aktında müəyyən etdiyi hallara hər hansı hüquqi qiymət verməmiş, bununla da tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş və düzgün olmayan nəticəyə gəlmişdir.

16. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etm işdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

17. Şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, cavabdehdə mübahisəli inzibati aktın qəbul edilməsi üçün zəruri olan bütün sübutlar olmasına baxmayaq həmin sübutlar məhkəməyə təqdim edilməmişdir.

18. Səyyar vergi yoxlama aktı xx.xx.2018-ci il tarixdə tərtib edilmişdir. Vergi Məcəlləsinin 39.4-cü maddəsinə əsasən, vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Məhz bu səbəbdən də akt xx.xx.2018-ci il tarixə kimi göndərməli idi. Cav abdeh məhkəməyə xx.xx.2018-ci il tarixli **********897900 saylı keçirilmiş səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi barədə məktub təqdim etmiş, həmin məktubda vergi orqanının səlahiyyətli şəxsinin nə imzası nə də möhürü mövcud olmamışdır.

19. Bundan əlavə, məhkəmə tərəfindən düzgün olmayaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 111.3-cü maddəsinin 2019-cu ilin yanvar ayından sonra qüvvədə olan redaksiyasına istinad edilmişdir. Vergi Məcəlləsinin 111.3-cü maddəsinin tələblərinə əsasən, müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Nazirlər Kabineti olması səbəbindən və onun tərəfindən hər hansı normativ akt qəbul edilmədiyi üçün məhkəmə tərəfindən iddianın rədd edilməsi düzgün deyildir.

20. Həmçinin, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və d əyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununa əsasən Məcəllənin 111.3-cü maddəsinə vergitutma məbləği əlavə edilmişdir. Bu qanun xx.xx.2019-cu ildən hüquqi qüvvəyə malikdir, lakin məhkəmə kollegiyası həmin halı 2016-cı ilin mənfəət vergi bəyannaməsinə şamil etmiş, bununla da Azərbaycan Respublikası Konstitusiyasının 149ci maddəsinin Vll bəndinə tələblərinə əməl etməmişdir. xx xxxxxx 2008-ci il tarixli, 737-İİİQ nömrəli Qanunla Azərbaycan Respublikası və Niderland Krallığı arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya təsdiq edilmişdir. Cavabdeh həmin konvensiyanın tələblərinə əməl etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Cavabdeh kassasiy a şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

22. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.

23. Cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdilər. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: (yoxlanılan dövrdə olan redaksiyası) Maddə 38.4 Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Maddə 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (o nu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Maddə 60.3. Maliyyə institutlarına aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir: 60.3.1 Maliyyə institutları tərəfindən hüquqi və fiziki şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməməsinə görə – hər belə hesab və ya əməliyyat üçün 100 manat məbləğində; Maddə 60.3.3 Bu Məcəllənin 76-1-ci maddəsinin tələblərini icra etməməyə görəaparılmış əməliyyatın ümumi məbləği nin 30 faizi miqdarında, bu hesablar üzrə əməliyyat aparılmadıqda isə, hər belə hesab üçün 400 manat məbləğində. Maddə

92. Bu Məcəllədə nəzərdə tutulan hallarda ödəmə mənbəyində gəlirdən (mənfəətdən) vergi tutmadan həmin məbləği ödəyən hüquqi şəxslər və onların müvafiq işçiləri və ya fiziki şəxslər verginin tutulmamasına və büdcəyə köçürülməməsinə görə bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar. Maddə 111.3 Banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları qanunvericiliyə müvafiq qaydada aktivlərin təsnifatından asılı olaraq maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğləri vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayd ada gəlirdən çıxmaq hüququna malikdirlər. Maddə 125.1 Qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur:... Maddə 125.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma nəzərdə tutulduğu halda, ödəmə mənbəyində artıq tutulmuş vergi məbləği bu Məcəllənin 87.4-cü maddəsində müəyyən edilmiş qaydada geri qaytarılır.

25. Səyyar vergi yoxlamasının aparıldığı dövrdə qüvvədə olmuş «Azərbaycan Respublikası ilə digər dövlətl ər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin inzibatçılığı Qaydaları»: Bənd 8.1 Azərbaycan Respublikasında daimi nümayəndəlik və ya daimi baza vasitəsilə fəaliyyət göstərməyən qeyri-rezidentin Azərbaycan Respublikasındakı mənbələrdən əldə etdiyi gəlirlərdən, bu Qaydaların 8.2-ci bəndində göstərilən gəlirlər istisna olmaqla, ödəmə mənbəyində xərclər çıxılmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 125-ci maddəsində göstərilən dərəcələrlə vergi tutulmalıdır. Beynəlxalq müqavilədə həmin gəlirlərə münasibətdə məhdud vergitutma və ya azadolma nəzərdə tutulduğu hallarda, qeyri-rezident tərəfindən artıq ödənilmiş (ödəmə mənbəyində artıq tutulmuş) vergilər müvafiq qanunvericiliyə əsasən, bu Qaydaların 12-ci bölməsində göstərilən qaydada qeyri-rezidentə qaytarılmalıdır. Bənd 8.2 Beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan Respublikasındakı mənbələrdən əldə etdiyi dividendlərə, faizlərə və royaltilərə münasibətdə məhdud vergitutmanın və ya azadolmanın tətbiq edilməsi nəzərdə tutulduğu hallarda, həmin qeyrirezident tərəfindən gəlir ödəyən şəxsə bu Qaydalara əlavə edilən DTA-03 forması tətbiq edildiyi halda belə məhdud vergitutma və ya azadolma əvvəlcədən tətbiq edilir. 26. “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması” Qaydaları: Bənd 3.1. Bankda aktivlərin təsnifləşdirilməsi və onlar üzrə ehtiyatların yaradılması bu Qaydalara və bankın daxili qaydalarına əsasən həyata keçirilir; Bənd 3.6. Təsnifləşdirmə məqsədi ilə aktivlər 30 günədək, 31 gündən 90 günədək, 91 gündən 180 günədək, 181 gündən 270 günədək və 270 gündən çox gecikdirilmiş aktivlərə bölünür. Aktivin gecikməsi müddəti (əsas məbləği və ya faiz borcları üzrə) müvafiq müqavilədə əsas məbləğin və faiz borclarının ödənilməsi üçün müəyyən edilmiş tarixdən hesablanır; Bənd 3.11. Aşağı keyfiyyətli aktivlər üzrə borcların ödənilməsi üçün müəyyən edilmiş tarixdən 90 gündən, orta keyfiyyətli aktivlər üzrə 180 gündən və yüksək keyfiyyətli aktivlər üzrə 270 gündən sonra həmin aktivlər ümidsiz aktivlər hesab olunur; Bənd 4.2.5. Ümidsiz aktivlər üzrə 100% həcmində ehtiyat yaradılır.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə

91. Ali Mə hkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edi r. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqd ır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

31. İşin faktiki hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarına əsasən “xxxx” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı təyin olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən, iddiaçı Bankda 2015-2017-ci ilə olan dövrü əhatə edən səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticəsi olaraq xx xxxxxx 2018-ci il tarixli, **********111426 say lı səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Həmin akta əsasən, vergi orqanı tərəfindən xx xxxx 2018-ci il tarixli **********143707 saylı vergi qanunvericiliyinin pozulmasına görə iddiaçının məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. 32. xx xxxxxx 2018-ci il tarixli səyyar vergi yoxlaması aktının mənfəət vergisinin yoxlanılması hissəsində göstərilmişdir ki, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması” Qaydalarının 2.0.11, 3.6, 3.11 və 4.2.5-ci maddələrinin tələblərini nəzərə alaraq yoxlama ilə müəyyən edilmiş və 2016-cı ildə ehtiyat yaradılmış aktivlər üzrə (aşağı, orta və yüksək keyfiyyətli)ehtiyatın yaradılma tarixi və kreditlərin qaytarılma tarixi bitdiyindən cəmiyyət tərəfindən yaradılmış ehtiyat məbləği vergi tutma məqsədləri üçün 2016-cı ilin gəlirindən çıxılmamalıdır. Beləliklə, 2015ci ilin 5.810.387,32 manat zərəri nəzərə alınmaqla 2016-cı ildə cəmiyyətin mənfəətinin 3.085.771,79 manat, mənfəət vergisinin isə 617.154,36 manat azaldılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, mənfəət vergisinin 617.154,36 manat azaldılmasına görə 50% məbləğində, yəni 308.577,18 manat maliyyə sanksiyası tətbiq edilməklə iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi təklif edilmişdir.

33. Qeyd olunan hissədə iddiaçının dəlili ondan ibarətdir ki, Vergi Məcəlləsinin 111.3cü maddəsində ümidsiz borcların gəlirdən çıxma vaxtı müəyyən edilməmişdir. Göstərilən maddə bankların vəzifəsi deyil, hüququdur. “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üç ün xüsusi ehtiyatların yaradılması” Qaydalarında vergi borclarının 270 gündən sonra hansı müddətədək ümidsiz borc hesab edilməsi nəzərdə tutulmamışdır. Vergi ödəyicisi aktda göstərilən məbləğləri ümidsiz borc kimi 2016-cı ildə balansdan silmişdir, ona görə də, yalnız 2016-cı ildə gəlirdən çıxmaq hüququna malikdir.

34. Məhkəmə kollegiyası bununla bağlı apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 111.3-cü maddəsinə əsasən, banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları qanunvericiliyə müvafiq qaydada aktivlərin təsnifatından asılı olaraq maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğləri vergitutma məqsədləri üçün m üvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada gəlirdən çıxmaq hüququna malikdirlər.

35. İstinad olunan maddi hüquq normasının tələbinə uyğun olaraq, Azərbaycan Respublikası Mərkəzi X10 xx xxxxxx 2013-cü il tarixli qərarı ilə «Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları» təsdiq edilmiş və X12 Reyestrinə xx xxxxxx 2013-cü ildə daxil edilmişdir.

36. Həmin Qaydaların tələblərindən göründüyü kimi, qanunvericilikdə ümidsiz aktivlər üçün ehtiyatların yaradılması məqsədilə konkret müddətlər müəyyən edilmişdir. Hazırki halda, işin mübahisələndiriməyən hallarına görə, 2016-cı ildə Bankın mənfəəti 3.085.771,79 manat azaldılmışdır. Tərəflərin nümayəndələrinin izahatlarına əsasən, həmin məbləğ (3.085.771,79 manat) 2010 -2011-ci illərdə verilmiş kreditlərin 2016-cı ildə ümidsiz borc kimi silinməsi hesabına yaranmışdır.

37. Məhkəmə kollegiyası işin qeyd olunan halına Vergi Məcəlləsinin 111.3-cü maddəsinin və “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması” Qaydalarının sadalanan normalarının tələblərinə müvafiq qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən vergi orqanının hazırki yoxlama ilə əhatə olunmayan əvvəlki dövrlərə aid ehtiyatları 2016-cı ilə aid etməklə vergi öhdəliyini azaltması istinad olunan maddi hüquq normalarının tələblərinə uyğun olmamışdır.

38. Kassator həmçinin hesab edir ki, məhkəmə tərəfindən düzgün olmayaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 111.3-cü maddəsinin 2019-cu ilin yanvar ayından sonra qüvvədə olan redaksiyasına istinad edilmişdir. Vergi Məcəlləsinin 111.3-cü maddəsinin tələblərinə əsasən, müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Nazirlər Kabineti olması səbəbindən və onun tərəfindən hər hansı normativ akt qəbul edilmədiyi üçün məhkəmə tərəfindən iddianın rədd edilməsi düzgün deyildir.

39. Bu dəlili də əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, apelyasiya instansiyası məhkəməsinin qərarından da göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən iddiaçının qeyd etdiyi kimi, Vergi Məcəlləsinin hal hazırda qüvvədə olan redaksiyasına istinad edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 111.3-cü maddəsinin hazırkı redaksiyasına əsasən, banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları qanunvericiliyə müvafiq qayd ada aktivlərin təsnifatından asılı olaraq maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğləri vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş qaydada gəlirdən çıxmaq hüququna malikdirlər. Halbuki, məhkəmə qərarının əsaslandırma hissəsində açıq şəkildə hesablamaların aparıldığı dövrdə olan və Mərkəzi Bank tərəfindən təsdiq edilmiş “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması” Qaydalarının müddəalarına istinad olunduğu müəyyən edilir.

40. İddiaçı həmçinin, istinad edilən Qaydaların Vergi Məcəlləsinin 111.3-cü maddəsinin göstərişinə uyğun olaraq, Nazirlər Kabineti tərəfindən təsdiq olunmamasını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinə verdiyi etirazda qeyd edilənləri əsaslı hesab edərək bildirir ki, banklar və bank fəaliyyətini həyata keçirən digər kredit təşkilatları həm 2014-cü ildən əvvəl, həm də 2014-cü ildən sonra qüvvədə olan qaydaya istinad etməklə ehtiyat fondları yaratmaqla gəlirdən çıxılmalar etmişlər. Vergi ödəyicisinin qeyd etdiyi kimi, istinad edilən Qaydaların tətbiqinin düzgün olmaması qənaətinə gəlinərsə, onda ümumiyyətlə bankların hər hansı ehtiyat fondları yaratmaq və gəlirdən çıxmaq hüququ istisna edilməlidir. Halbuki, Vergi Məcəlləsinin 111.3cü maddəsində bankların gəlirdən çıxılmalı olan məbləğləri müəyyənləşdirmək hüququna malik olduğu təsbit edilmişdir. Əgər bu Qaydalar təsdiq olunmayıbsa, onda ehtiyat fon dlarının yaradılması da düzgün deyildir. Halbuki, iddiaçı tərəf özü bu Qaydaların tələblərinə istinad etməklə ehtiyat fondları yaratmış və onu xərclərə aid etmişdir.

41. Bundan başqa, iddiaçı xərcin çəkilmə vaxtının bu Qaydaların 4.7-ci maddəsinə əsasən, Müşahidə Şurasının bu ehtiyatların yaradılması ilə bağlı verdiyi qərardan sonra müəyyən edilməli olduğunu bildirmişdir. Bununla bağlı qeyd edilməlidir ki, vergitutma və bununla bağlı digər məsələlər hər hansı şəxslərin iradə ifadəsindən asılı ola bilməz. Belə ki, vergilərin hesablanması və tutulması normativ aktların tələblərinə uyğun olaraq həyata keçirilir. İddiaçının bildirdikləri qəbul edilərsə, onda bankların müşahidə Şuraları özlərinin istədikləri vaxt qərarlar qəbul edə bilərlər ki, bu da vergitutma baxımından vergilərin hesablanmas ında ciddi şəkildə problemlərin yaranmasına, hətta vergilərin hesablanmamasına, vergidən yayınma hallarının baş verməsinə gətirib çıxara bilər.

42. Əlavə olaraq, qeyd edilən Qaydaların tələbləri həm Mərkəzi Bankın tələblərinin yerinə yetirilməsinə, həm də Vergi Məcəlləsinin 111.3-cü maddəsinə əsasən ehtiyat fondlarının yaradılması baxımından tətbiq edilməlidir. Başqa sözlə, maliyyə hesabatlılığı baxımından bankın istədiyi miqdarda, həcmdə, qaydada və vaxtda ehtiyat yaratmaq hüququ vardır. Lakin Vergi Məcəlləsi baxımından bu ehtiyat fondu Qaydalarda göstərilən tələblər həcmində və vaxtda yaradılmalıdır.

43. Cavabdeh vergi orqanının xx xxxxxx 2018-ci il tarixli səyyar vergi yoxlaması aktının ödəmə mənbəyində verginin yoxlanılması hissəsində göstərilmişdir ki, «Cəmiyyət tərəfindən X2 Şirkətin ə (FMO) kredit faizləri ödənilərkən 2015-ci ilin 4-cü rübü üzrə 449.011,17 manat faizlərdən 44.901,12 manat, 2016-cı ilin 1-ci rübündə isə 272.118,64 manat məbləğində faizlərdən 27.211,86 manat məbləğində, ümumilikdə yoxlanılan dövrdə 721.129,81 manat faizlərdən Vergi Məcəlləsinin 123.1-ci maddəsinə əsasən, 72.112,98 manat məbləğində ödəmə mənbəyində vergi tutulmamışdır. Eyni zamanda, cəmiyyət tərəfindən 2017-ci ilin fevral ayında 54,6 manat, iyun ayında isə 109,26 manat, cəmi 163,86 manat məbləğində uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində vergi tutulmuş, lakin ödəmə mənbəyində tutulan verginin bəyannaməsində əks etdirilmişdir. Yoxlama ilə həmin məbləğ ödəmə mənbəyində tutulan verginin bəyannaməsində azaldılmışdır. Qeyd olunanlar nəzərə alınmaqla yoxlanılan dövrdə ödəmə mənbəyində tutulan verginin 71.949,12 manat azaldıldığı müəyyən edilmiş, azaldılmış məbləğə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.»

44. Göstərilən hissədə iddiaçının dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası və Niderland Krallığı arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya mövcuddur. Göstərilən Konvensiyanın 11-ci bəndinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, faizlər X2 Şirkəti tərəfindən təqdim edilmiş borclara münasibətdə ödənilmişdirsə, həmin faizlər yalnız Niderland Krallığı ərazisində vergiyə cəlb olunur.

45. Məhkəmə kollegiyası iddiaçının dəlili ilə bağlı qeyd edir ki, b u qərarın “Tətbiq edilən hüquq” bölməsində qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, vergi ödəyicisi qeyri - rezidentə edilən ödənişlərdən vergi orqanına DTA-03 forması təqdim etməli və ya Vergi Məcəlləsinin 125-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində vergi tutmalı, sonra təqdim edilmiş DTA-03 formasına əsasən tutulmuş vergilər ödəyiciyə geri qaytarılmalıdır.

46. İşin materiallarından vergi ödəyicisi olan iddiaçının yoxlanılan dövrdə qeyd olunan Qaydaların tələblərinə əməl etməsi müəyyən edilmir. Məhkəmə araşdırmasına da iddiaçı tərəfindən bu barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın mübahisələndirilən qərarda ödəmə mənbəyində verginin azaldılması ilə bağlı gəldiyi nəticə Azərb aycan Respublikası Vergi Məcəlləsinin 92 və 125-ci maddələrinin tələblərinə uyğun olmuşdur.

47. Yoxlanılan dövrdə vergi orqanı tərəfindən həmçinin müəyyən edilmişdir ki, (i.v 74) X13 Khodabakhsha (müştəri nömrəsi ********) məxsus hesablar üzrə ümumi qalığın xx xxxx 2014-cü il tarixinə 50.000 ABŞ dollarını keçdiyini və hesab sahibinin ABŞ əlamətinin mövcud olduğu nəzərə alınaraq, müvafiq hərtərəfli yoxlama prosedurunun tətbiqi zərurəti yaranmışdır. Lakin bank hesab sahibi barədə məlumatlar müvafiq dövlətin səlahiyyətli orqanlarına məlumat verilməmiş, həmçinin xx xxxx 2014-cü ildən sonra da yeni hesab açılmasına baxmayaraq əməl etməyən hesab sahibi kimi də hesab barədə məlumat verilməmişdir. Bu səbəbdən, Vergi Məcəlləsinin 60.3.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 76-1-ci maddəsinin tələb lərini icra etməməyə görə maliyyə institutuna aparılmış əməliyyatın ümumi məbləğinin 30 faizi miqdarında maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Hesab sahibinin 2016-cı il üçün hesabları üzrə ümumilikdə 243.800,11 manat olduğuna görə 73.140,03 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. xx xxx 2016-cı il tarixində «xxxx» Şirkətinə Azərbaycan Respublikasındakı filialına dollar və manat hesabı açılmış və bu barədə, 2016-cı il üzrə «Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat»da hesabat verilməli hesablar barədə məlumat verilmədiyinə görə 800 manat maliyyə sanksiyasının tətbiqi təklif edilmişdir. Eyni zamanda, 2017-ci ilin yanvar-iyul ayları ərzində hüquqi və fiziki şəxslərə açılmış hesablara dair özünüqiymətləndirmə sənədləri yoxlanılmış və müəyyən edilmişdir ki, 399 hesab sahibindən özünüqiymətləndirmə sənədləri əldə olunarkən maliyyə institutu tərəfindən Sazişin tələblərinə əməl edilməmişdir. Buna görə də, 39.900 manat (399x100) maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur».

48. İddia ərizəsindən göründüyü kimi, cavabdeh vergi orqanının yoxlanılan dövrdə iddiaçı tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 60.3.3-cü maddəsinin tələblərinə əməl edilməməsi ilə bağlı mövqeyinin əsassız olması ilə bağlı hər hansı dəlili irəli sürülməmişdir.

49. Məhkəmə kollegiyası cavabdehin **********111426 saylı səyyar vergi yoxlama aktını tərtib edərkən və yoxlama müddəti artırılarkən prosessual qanunvericiliyin tələblərinə riayət edilməməsi və yoxlama müddətlərinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi nin Reyestrinə yoxlayıcı orqan tərəfindən daxil edilməməsinə dair dəlillərini də əsassız hesab edir.

50. Belə ki, cavabdeh orqanın xx xxxxxxxx 2017-ci il tarixli qərarına əsasən, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə uyğun olaraq, növbədənkənar yoxlama keçirilmiş, yoxlamanın nəticəsi kimi xx xxxxxx 2018-ci il tarixli səyyar vergi yoxlama aktı tərtib edilmiş və həmin akt əsasında vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx xxxx 2018-ci il tarixli qərar qəbul edilmişdir.

51. Yoxlamanın qeydiyyata alınmasına dair xx xxxxxxxx 2017-ci il tarixli KY ********* saylı “sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”dan görünür ki, yoxlamanın başa çatma müddəti xx xxxxxxx 2017-ci il göstərilsə də, sonradan Vergilər Nazirliyi yanında Vergi qanunvericiliyinin İcrasına Nəzarət Departamentinin qərarları ilə yoxlama müddəti xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək (44 gün) və xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək (48 gün) artırılmış və bu zaman vergi qanunvericiliyinin tələbləri pozulmamışdır.

52. Beləliklə, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apelyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının verdiyi kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-135/2020 saylı iş üzrə xx xxx xxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar