Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-17/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın geri götürülməsi; icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı2 (xx.xx.1951-ci il təvəllüdlü; FİN: xxxxxxx) və İddiaçı1 (xx.xx.1969cu il təvəllüdlü; FİN: xxxxxxx) Cavabdehnə (üçüncü şəxs X1 – xx.xx.1957-ci il təvəllüdlü; FİN: 15TUL7X) qarşı “sərəncamların ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyun 2022-ci il tarixli, 2-1(105)-89/2022 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin “Uzundərə” dövlət qış otlaq fondundan üçüncü şəxsə şəxsi xırda buynuzlu heyvanların saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında 23 noyabr 2012-ci il tarixli 199 nömrəli sərəncamının və həmin ərazidə çoban evləri və qoyun banıstanlarının tikilməsinə icazə verilməsinə dair 19 oktyabr 2017-ci il tarixli 102 nömrəli sərəncamının l əğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.
2. Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(118)-14/2020 nömrəli qərarı (hakim İ.R.Quliyev) ilə iddia qismən təmin edilmiş, cavabdehin “Uzundərə” dövlət qış otlaq fondundan üçüncü şəxsə şəxsi xırda buynuzlu heyvanların saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında 23 noyabr 2012-ci il tarixli 199 nömrəli sərəncamı, X2 mülkiyyətində olan əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0.1407 ha hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
3. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiy asının 7 may 2021-ci il tarixli, 2-1(105)-197/2021 nömrəli qərardadı (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, F.Ə.Məmmədov və M.Ə.Rzayev) ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(118)-14/2020 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
5. İddiaçılar həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin yenidən mahiyyəti üzrə araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyul 2021-ci il tarixli, 2-1(102)-1400/2021 nömrəli qərarı (hakimlər: Z.M.Quliyev /məruzəçi/, R.S.Nəbizadə və S.Ə.Kərimov) ilə iddiaçıların kas sasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 may 2021-ci il tarixli, 2-1(105)197/2021 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyun 2022-ci il tarixli, 2-1(105)-89/2022 nömrəli qərarı (hakimlər: İ.K.Dəmirov /sədrlik edən və məruzəçi/, R.Ə.Ağayev və E.M.Əhmədov) ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(118)-14/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. İddiaçılar həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişlər.
9. Daha sonra, iddiaçılar məhkəmə kollegiyasına ərizə təqdim edərək iddia tələbinin geri götürülmüş sayılması və inzibati icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ
10. İnzibati Prosessual Məcəllə: Maddə 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Maddə 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlid ir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
11. Məhkəmə kollegiyası hesab edir ki, ərizə aşağıdakı səbəblərə görə təmin olunmalıdır.
12. Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3- cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışında n – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir.
13. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPMin 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir.
14. Bununla yanaşı iddiaçılara izah edilir ki, iddiadan imtinadan fərqli olaraq iddianın geri götürülməsi şəxsin eyni tələblə yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır.
15. Yuxarıda göstərilənlərə və İPM-in 55.5, 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddianın geri götürülməsinə dair ərizə təmin edilsin. Hazırkı iddia üzrə icraata xitam verilsin. Qərardad qətidir.