Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1700/2025 26.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsi, işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdeh in üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 fevral 2025-ci il tarixli, 21(106)-128/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus olan 481054 nömrəli hərbi biletdə onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək davam etmiş “Vətən müharibəsində iştirak edərək, Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətlərində N nömrəli hərbi hissənin bölmələrinin atəş mövqeylərində Səfərbərlikdən verilmiş ekskavatorla mühəndis işlərinin yerinə yetirilməsində yaxından köməklik göstərməsi” qeyd edilmişdir.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2021ci il tarixli, 25 nö mrəli arayışında X1 həqiqətən xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Xocəvənd rayonları istiqamətlərində N nömrəli hərbi hissənin bölmələrinə mühəndis istehkam işlərinin görülməsində yaxından köməklik göstərməsi” qeyd edilmişdir.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2021ci il tarixli, 276 nömrəli məktubunda iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək davam etmiş “Vətən müharibəsində iştirak edərək, Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətlərində N nömrəli hərbi hissənin bölmələrinin atəş mövqeylərində Səfərbərlikdən verilmiş ekskavatorla mühəndis işlərinin yerinə yetirilməsində, həmçinin həmin tarixdə N nömrəli hərbi hissənin bölmələrində mühəndis istehkam işlərinin görülməsində y axından köməklik göstərməsi” qeyd edilmişdir.
4. İddiaçı ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədilə cavabdeh orqana müraciət etmişdir.
5. Cavabdeh tərəfindən iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N və N nömrəli hərbi hissələrdə fəaliyyəti, şəxsi heyətin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması, habelə hansı təşkilat və müəssisədən ezamiyyətə göndərilməsi və ya səfərbərlik yolu ilə çağırılması barədə hər hansı rəsmi sənəd mövcud olmadığından, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia t ələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ““müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, N nömrəli hərbi hissənin tərkibində Vətən Müharibəsində mühəndis-təminatı tapşırıqlarının yerinə yetirilməsinə mülki idarə və təşkilatlardan könüllü cəlb olunmuş və şəxsən 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək mühəndis-təminatı tapşırıqlarını yerinə yetirmişdir. Qeyd etdiyi hal və vətənə xidməti N nömrəli hərbi hissənin xx.xx.2021-ci il tarixli aktında öz əksini tapır. Bundan başqa o, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə vətən mühar ibəsi zamanı Cəbrayıl, Füzuli və Xocəvənd rayonları istiqamətlərində N nömrəli hərbi hissənin bölmələrinə mühəndis istehkam işlərinin görülməsində yaxından köməklik göstərməyi ilə bağlı N nömrəli hərbi hissənin xx.xx.2021-ci il tarixli, 25 nömrəli arayış verilmişdir. Bundan başqa o, birinci Qarabağ müharibəsi iştirakçısıdır və birinci Qarabağ müharibəsində də iştirak etmişdir. Lakin hazırda o, hüququ olan müharibə veteranı və vəsiqəsinin verilməsi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də ona hər dəfə başqa sözlərlə imtina edilir. Ona verilən imtinada qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazi rliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək N və N nömrəli hərbi hissələrdə fəaliyyətiniz, şəxsi heyətin siyahısına daxil olmağınız və siyahıdan çıxarılmağınız, hansı təşkilat və müəssisədən ezamiyyətə göndərilməyiniz və ya səfərbərlikdən çağırılmağınız barədə heç bir rəsmi sənəd olmadığına görə sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinizin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunur. Əlavə olaraq bildirir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08 maddəsinə görə ərizəçi müraciəti bar ədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati qaydada və ya məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. Hesab edir ki, ona müharibə veteranı adı verilməsi öhdəliyi cavabdeh təşkilatın üzərinə qoyulmalıdır. Veteranlar haqqında Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Yuxarıda qeyd olunan normativ hüquqi aktların mətnindən görünür ki, onun hərbi xidmət keçdiyi dövr ərzində müharibə zonasında xidmət keçən şəxslərə hərbi bilet əsasında müharibə veteranı adı verilir. O, hərbi xidmət keçmiş və xidmət keçməyi hərbi biletlə təsdiq olunur. Bundan əlavə, onun barəsində hərbi xidmətdən yayındığına görə cinayət işi açılmayıb.
8. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı döyüş əməliyyatları aparılan dövrdə 27 sentyabr 2020-10 noyabr 2020-cı il tarixlərdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrdə xidmət etməmiş, işləməmiş, habelə həmin hərbi hissə və bölmələrə ezam olunmamışdır. Bu səbəbdən də Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya 28 fevral 2023-cü il tarixli qərarı ilə əsaslı olaraq iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir.
9. Şirvan İnzibati Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 2-1(120)-1873/2024 nömrəli qərarı ilə (hakim P.Qurbanova) iddia tələbi təmin edilərək iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə gö ndərilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Cəbrayıl,Füzuli, Xocavənd, Qubadlı, Zəngilan və Şuşa istiqamətlərində döyüşün mühəndis-təminatı tapşırıqlarının yerinə yetirilməsi və fədakarlıq göstərməsi ilə bağlı mötəbər sübutlar, yəni müvafiq əmrlər, ezamiyyət əmrləri,arayışlar olduğundan və hərbi biletində müvafiq qeydiyyat aparıldığı üçün o, müharibə veteranı sayılır və bu barədə ona müvafiq vəsiqə verilməlidir. Qeyd olunan funksiyaları hal-hazırda Müdafiə Nazirliyi həyata keçirdiyi üçün, iddiaçı müharibə tələbin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır.
11. Cavabdeh apellyasiya şikayəti verərək, qərarını ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
12. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 fevral 2025-ci il tarixli, 2-1(106)-128/2025 nömrəli qərarı ilə (hakimlər: H.Bəhmənov - sədrlik edən və məruzəçi, S.Həsənov və F.Hüseynov) apellyasiya şikayəti təmin edilmədən Şirvan İnzibati Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı təmin edilmiş mötəbər sübut əhəmiyyəti daşıyan hərbi hissə əmrlərindən, arayışlardan və ezamiyə əmrindən iddiaçı X1 idarə etdiyi mexanizmlə birlikdə (X4 öğlu e kskavatorçu (Hitaci-0,80) 11K-272) hərbi hissəyə ezam olunması, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək davam edən “Vətən Müharibəsi” dövründə Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətlərində N və N nömrəli hərbi hissənin atəş mövqeylərində mühəndis işlərinin görülməsində yaxından köməklik göstərməsi öz təsdiqini tapır.
14. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarının ləğv edilməsini və iddianın təmin olunması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayətində aşağıdakıları qeyd etmişdir: – Səfərbərlik və Hərbi Xidmətə Çağınş üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-43-11/2- 1094/202 3 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 276 nömrəli arayışa əsasən, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək davam etmiş "Vətən müharibəsində iştirak edərək Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində N nömrəli hərbi hissənin bölmələrinin atəş mövqeyində Səfərbərliklə verilmiş ekskovatorla mühəndis işlərinin yerinə yetirilməsində yaxından köməklik göstərdiyi, N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 25 nömrəli arayışa əsasən, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə “Vətən müharibəsi” zamanı Cəbrayıl, Füzuli və Xocavənd rayonları istiqamətində N nömrəli hərbi hissənin bölmələrinə mühəndisistehkam işlərinin göürlməsində yaxından köməklik göstərdiyi qeyd edilsə də, iddiaçı ilə Azərb aycan Respublikası Müdafiə Nazirliyi arasında hər-hansı rəsmi əmək (xidməti) münasibəti və hərbi hissənin tərkibində iştirak etməsi və hərbi xidmət keçməsi həmin hərbi hissənin nizami hissə üzrə əmrlərlə təsdiq edilmir. – İddiaçı könüllü olmuş və onunla Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında hər-hansı rəsmi əmək (xidməti) münasibəti olmamışdır. – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci tarixdən 10 noyabr 2020-ci il tarixədək gedən döyüş əməliyyatlarında könüllü olunmuş şəxslərə müharibə veteranı adının və vəsiqəsinin verilməsi qanunvericilikdə təsbit edilməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə
3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 18. “Veteranlar haqqında” Qanun: Maddə
3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslə r;... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 19. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmişdir):
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliy yatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (10cu abzas) 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştira k etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.(11-ci abzas)
2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.
20. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələb ləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.
24. İşin mahiyyəti ondan ibarətdir ki, iddiaçı, iddia ərizəsində N nömrəli hərbi hissənin tərkibində "Vətən müharibəsi"ndə mühəndis-təminatı tapşırıqlarının yerinə yetirilməsinə mülki idarə və təşkilatlardan olaraq könüllü cəlb olundu ğunu, o 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək mühəndis-təminatı tapşırıqlarını yerinə yetirdiyini, “Vətən müharibəsi” zamanı Cəbrayıl, Füzuli və Xocəvənd rayonları istiqamətlərində N nömrəli hərbi hissənin bölmələrinə mühəndis istehkam işlərinin görülməsində yaxından köməklik göstərməyi ilə bağlı N nömrəli hərbi hissənin xx.xx.2021ci il tarixli, 25 nömrəli arayış verildiyini qeyd edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə ona müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul etməyi məhkəmədən xahiş etmişdir.
25. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir.
26. Həmin Əsasnaməyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüş lərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilir.
27. Məhkəmələr iddiaçını idarə etdiyi mexanizmlə birlikdə (X2 ekskavatorçu (Hitaci0,80) 11K-272) Azərbaycan Meliorasiya və X5 Səhmdar Cəmiyyəti X3 İdarəsinin xx.xx.2020-ci il tarixli, N k nömrəli əmri ilə hərbi hissəyə ezam olunan şəxs hesab edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməli olduğu qənaətinə gəlmişdirlər.
28. Lakin məhkəmə kollegiyası Əsasnamədə təsbit edilmiş müddəaları əsas götürərək qeyd edir ki, döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün şəxs ezam olunduğu və ezam olunma müvafiq əmrlərlə təsdiq olunduğu təqdirdə ona müharibə veteranı adı və vəsiqəsi verilə bilər.
29. İş materiallarında olan Azərbaycan Meliorasiya və X5 Səhmdar Cəmiyyəti X3 İdarəsinin məhkəmənin sorğ usuna xx.xx.2024-cü il tarixli, 67 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, 44 günlük “Vətən” müharibəsi dövründə idarənin balansında olan ekskavatorların cəbhəyə “N” saylı hərbi hissənin sərəncamına göndərilməsi tapşırığı verilmişdir. Həmin tapşırığa əsasən digər texnikalarla bərabər İddiaçı da öhdəsində olan “Hitaçi-080” markalı, 11K-272 nömrəli ekskavator da “N” saylı hərbi hissənin nümayəndəsinə təhvil verilmişdir. Həmin vaxt İddiaçı ilə birgə digərlərinində cəbhəyə ezam edilmələri barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsindən və Azərbaycan Meliorasiya və X6 Səhmdar Cəmiyyətindən rəsmi və ya şifahi göstərişləri olmamışdır. Digər işçilər kimi İddiaçı da texnikası geri qaytarılana kimi ona orta aylıq əməkhaqqı saxlanılaraq ödənilmişdir. Ona görə də onun 44 günlük müharibədə iştirakına dair əmr imzalanmamış və ezamiyyə xərci ödənilməmişdir. (iş v 99 )
30. Lakin işin 126 və 127-ci vərəqinə əlavə edilmiş X3 İdarəsinin xx.xx.2022-ci il tarixli N k nömrəli və xx.xx.2021-ci il tarixli 07k nömrəli əmrlərinin surətindən görünür ki, əmrdə adları göstərilən mexanizatorlar, o cümlədən iddiaçı idarə etdikləri mexanizmlərlə birlikdə xx.xx.2020-ci il tarixdən “N” saylı hərbi hissəyı kömək məqsədilə göndərilmiş və geri qayıtdıqdan sonra xx.xx.2021-ci ildə öz əvvəlki işinə başlamışdır. Bu əmrlər İdarənin rəisi tərəfindən imzalansa da, İdarənin möhürü ilə təsdiq edilməmişdir.
31. Göründüyü kimi, məhkəmələr İdarənin məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli, 67 nömrəli cavab məktubunda göstərilənlərlə istinad olunan əmrlər arasındakı z iddiyyəti araşdırmamış, həmin əmrlərin mötəbərliyinin müəyyən edilməsi üçün qeyd olunmalı olduqları əmrlər kitabını tələb edib baxış keçirməmiş, iddiaçının həqiqətən də işlədiyi idarə tərəfindən cəbhəyə ezam olunduğu halda, müvafiq ezamiyyə sənədlərinin mövcud olması, ezam olunduğu hərbi hissə tərəfindən qəbul edildiyi dair mötəbər sübutların mövcudluğunu hərtərəfli və obyektiv şəkildə araşdırmamışdır. Bununla da məhkəmə iş üzrə əhəmiyyətli olan faktiki halların müəyyən edilməsi, sübutların tam, hərtərəfli və qərəzsiz qiymətləndirilməsi və mübahisənin düzgün hüquqi həllinə yönəlmiş araşdırma aparmaq vəzifəsini yerinə yetirməmiş, nəticədə İPM-in 12.1-ci maddəsinin tələblərini pozmuşdur.
32. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müvafiq ezamiyyə sənədləri olmadan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2021-ci il tarixli, 276 nömrəli məktubunda, habelə Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2021-ci il tarixli, 25 nömrəli arayışında iddiaçının xx.xx.2020–xx.xx.2020-ci il tarixlərində “Vətən müharibəsi” zamanı Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətlərində müvafiq hərbi hissələrin bölmələrində mühəndis istehkam işlərinin görülməsində, o cümlədən səfərbərlikdən verilmiş ekskavatorla mühəndis işlərinin icrasında yaxından köməklik göstərməsinin qeyd edilməsi özü-özlüyündə iddiaçıya “müharibə veteranı” statusunun verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş hüquqi əsasların mövcudluğunu təsdiq edən sübut kimi qiymətləndirilə bilməz və hazırkı mübahisə üzrə iddianın təmin edilməsinin əsası kimi çıxış edə bilməz.
33. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
35. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 fevral 2025-ci il tarixli, 2-1(106)-128/2025 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
36. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 fevra l 2025-ci il tarixli, 21(106)-128/2025 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin Qərar qətidir.