Məhkəmə qərarları › İş №2-1(102)-1703/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1703/2022

06.10.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1703/2022 06.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə qərarının icra edilməməsinə görə cərimə tətbiq edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı ASC-nin (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məh kəmə qərarının icra edilməməsinə görə cərimə tətbiq edilməsinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2083/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək artıq ödənilmiş 90100.00 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0.1%-i həcmində əlavə ödənilməsini xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkə məsinin 2-1(82)-3402/2018 saylı 23 noyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya artıq ödənilmiş 90100 manat məbləğin qaytarılması və həmin məbləğin qaytarılmasının gecikdirilməsinə görə hər bir gün üçün 0.1% əlavə məbləğin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1040/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3402/2018 saylı 23 noyabr 2018-ci il tarixli qərarı ləğv edilərək iş mahiyyəti üzrə yenidən baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.

3. İddiaçı iddia tələbini dəqiqləşdirərək 90.100,0 manat artıq ödəməsinin geri qaytarılmasını və geri qaytarılanadə k gecikdirilmiş hər 1 gün üçün ona 0.1 faiz olaraq ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 4. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3254/2019 saylı 11 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 90.100,0 manat artıq ödəməsinin geri qaytarılması və geri qaytarılanadək gecikdirilmiş hər 1 gün üçün ona 0.1 faiz olaraq ödənilməsi barədə rəyin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-187/2020 nömrəli, 7 yanvar 2020-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsasında, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1014/2020 nömrəli, 9 iyun 2020-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 yanvar 2020-ci il tarixli, 2-1(103)-187/2020 nömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-114/2021 nömrəli, 19 mart 2021-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1315/2021 nömrəli, 14 iyul 2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, B akı Apellyasiya Məhkəməsini İnzibati Kollegiyasının 19 mart 2021-ci il tarixli, 2-1(103)-114/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3254/2019 nömrəli, 11 oktyabr 2019-cu il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra 11 oktyabr 2021-ci il tarixli icra məktubu ilə icra edilməsi üçün cavabdehə göndərilmiş və 15 gün müddət müəyyən edilmişdir. Eyni zamanda, cavabdeh sözügedən məktubla qərarı müəyyən edilmiş müddətdə icra etmədiyi halda İPM-nin 120-ci maddəsinə əsasən cərimə tətbiq olunacağı barədə xəbərdar edilmişdir.

10. İddiaçı 13 oktyabr 2021-ci il və 16 noyabr 2011-ci il tarixli ərizələrlə məhkəməyə müraciət edərək qərarın “qaytarılmanın gecikdirilməsinə görə həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün iddiaçıya müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq ödənilməsi” hissəsində icra olunmadığını bildirmiş və bununla bağlı olaraq cavabdehə cərimə tətbiq edilməsini xahiş etmişdir.

11. Bakı İnzibati Məhkəməsi xx.xx.2021-ci il tarixdə cavabdehə yenidən məktub ünvanlayaraq, qərarın tam formada icra edildiyinə dair sübutun 10 gün müddətində təqdim edilməsini tələb etmişdir.

12. Cavabdeh Bakı İnzibati Məhkəməsinə ünvanladığı cavab məktublarında qərarın tam şəkildə icra edilməməsinin səbəbi kimi iddiaçı müəssisə barəsində İPM-nin 38.2-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlamasının aparılmasını göstərmişdir.

13. İddiaçı yenidən xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək qərarın tam şəkildə icra edilmədiyini bildirmiş və müvafiq tədbirlərin görülməsini xahiş etm işdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

14. Bakı İnzibati Məhkəməsinin (hakim M.T.Hacıbəyova) 23 fevral 2022-ci il tarixli, 21(82)-3254/2019 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2-1(82)-3254/2019 nömrəli qərarı “qaytarılmanın gecikdirilməsinə görə həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq ödənilməsi barədə rəyin verilməsi” hissəsində icrasını təmin etmədiyinə görə cavabdehə 500 manat məbləğində cərimə təyin еdilməsi, cavabdehdən 500 manat məbləğində cərimənin məcburi qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.

15. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 129cu, İnzibati Prosessual Məcəlləsinin 79.1, 79.2, 116.1, 120-ci maddəsinə istinadən bеlə nəticəyə gəlmişdir ki, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etmədiyinə görə 500 mаnаt məbləğində cərimə еdilməlidir.

16. Qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və M.N.Tağızadə) 16 iyun 2022-ci il tarixli, 21(103)-2083/2022 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir.

18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. Cavabdeh apellyasi ya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və iddiaçının tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. X1 Məcəllənin 79.1, 79.2, 120 -ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3254/2019 saylı işi üzrə qəbul edilmiş 11 oktyabr 2019-cu il tarixli qərarında 90.100,0 manat artıq ödəmənin geri qaytarılanadək gecikdirilmiş hər 1 gün üçün vergi ödəyicisinə 0.1 faiz olaraq ödənilməsi barədə rəyin verilməsi hissəsində rəy veriləcək məbləğ və dövr qeyd olunmadığından qərarın icrası zamanı çətinliklər yaranmışdır. Birinci instansiya icraatı zamanı Baş İdarə tərəf indən qərarın tam icrası üçün rəy veriləcək məbləğin və dövrün müəyyən edilməsi ilə bağlı məhkəmədən qısa bir vaxt istənilməsinə baxmayaraq, məhkəmə əsassız olaraq cavabdehi cərimə etmişdir. Belə ki, sözügedən rəyin verilməsi üzrə sübutun 10 gün müddətində məhkəməyə təqdim olunması barədə məhkəmə xəbərdarlıq edən zaman vergi orqanının bununla bağlı müəyyən müddətin verilmə xahişini nəzərə almalı və ağlabatan müddət təyin etməli idi. Belə ki, İnzibati prosessual Məcəllədə də məhkəmə qərarının icrası ilə bağlı məhkəmə tərəfindən müəyyən edilən müddətə dair məhdudiyyət müəyyən edilməmişdir.

21. Bundan əlavə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli qərarı 90.100,0 manat artıq ödəmənin geri qaytarılması və 90.100,0 manat artıq ödəmənin geri qaytarılanadək gecik dirilmiş hər 1 gün üçün vergi ödəyicisinə 0.1 faiz olaraq ödənilməsi barədə rəyin verilməsi təmin olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

22. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin rədd edilməsini və Bakı Apellyasiya Məhkəməsinin 16 iyun 2022-ci il tarixli məhkəmə qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının həyata keçirilməsi Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icra edilməməsi üçün əsas ola bilməzdi. Həmçinin sözügedən rəyi Bakı İnzibati Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qərardadı ilə cavabdeh inzibati orqan 500 manat məbləğində cərimə təyin edildikdən sonra təq dim edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.....

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

79. Məhkəmə qərarının icra olunması 79.1. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. 79.2. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə

116. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin normalarının t ətbiqi 116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur..... Maddə

120. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xid məti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil məsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişd irmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər..... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 25. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli 10 nömrəli qərarı. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Cavabdehin kassasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şika yətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassas iya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər.

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Bununla belə, məhkəmə kollegiyası aşağıda göstərilənlərin qeyd edilməsini zəruri hesab edir.

32. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3254/2019 saylı iş üzrə qəbul etdiyi 11 oktyabr 2019-cu il tarixli qərar 14 iyul 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir (Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)1315/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə). Bundan sonra, Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli məktubu ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3254/2019 saylı qərarı icra edilməsi üçün cavabdehə göndərilmiş və icranın təmin edilməsi üçün 15 gün müddət müəyyən edilmişdir. Eyni zamanda, cavabdeh sözügedən məktubla qərarı müəyyən edilmiş müddətdə icra etmədiyi halda İPM-nin 120-ci maddəsinə əsasən cərimə tətbiq olunacağı barədə xəbərdar edilmişdir.

33. İddiaçı eyni zamanda xx.xx.2021-ci il tarixdə Dövlət Vergi Xidmətinə mürac iət edərək qərarın tam icra edilməsini tələb etmiş, əks halda, müvafiq tədbirlərin görülməsi üçün məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir.

34. Bundan sonra iddiaçı xx.xx.2021 və xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qərarın tam icra olunmadığını bildirmiş və bununla bağlı olaraq cavabdehə cərimə tətbiq edilməsini xahiş etmişdir.

35. Bakı İnzibati Məhkəməsi xx.xx.2021-ci il tarixdə cavabdehə məktub ünvanlayaraq, qərarın tam icra edildiyinə dair sübutun 10 gün müddətində təqdim edilməsini tələb etmişdir.

36. İddiaçı yenidən xx.xx.2021-ci il tarixdə Dövlət Vergi Xidmətinə müraciət edərək qərarın tam şəkildə icra edilməsinə köməklik edilməsini xahiş etmişdir.

37. Cavabdeh iddiaçıya və məhkəməyə ünvanladığı cavab məktublarında (iş v. 148149, İİ Cild) qərarı n tam şəkildə icra edilməməsinin səbəbi kimi iddiaçı müəssisə barəsində Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlamasının aparılmasını göstərmişdir.

38. İddiaçı yenidən xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək qərarın tam şəkildə icra edilmədiyini bildirmiş və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

39. Bundan sonra, Bakı İnzibati Məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadla cavabdehi cərimələmişdir.

40. Kassatorun əsas dəlilləri ondan ibarətdir ki, qərarın icrasında çətinlik yaranmış (məhkəmə qərarında rəy veriləcək dövr və məbləğ qeyd olunmadığına görə), bununla bağlı məhkəmədən möhlət istənilməsinə baxmayaraq məhkəmə qeyd edilən halları nəzərə almadan cərimə tətbiq etmişdir. Bundan əlavə, sözügedən məhkəmə qərarı tam şəkildə icra edil mişdir.

41. Məhkəmə kollegiyası kassatorun dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir. 42. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli 10 nömrəli qərarındakı hüquqi mövqeyə əsasən, “...qanunvericilikdə müəyyənləşdirilmiş ümumi prinsipə görə məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra icra edilməlidir. Ona görə də, məhkəmələr icranı təmin etməyə yönəlmiş hərəkətlərə başlamadan əvvəl məhkəmə aktının formal-hüquqi baxımdan qanuni qüvvəyə mindiyini dəqiq müəyyən etməlidir. Qanuni qüvvəyə minməmiş məhkəmə aktlarının icrasına yalnız qanunda məhkəmə aktının dərhal (təxirə salınmadan) icrasının nəzərdə tutulduğu hallarda yol verilir. Məhkəmələr nəzə rə almalıdırlar ki, yalnız icra edilməli olan nəticələr yaradan, başqa sözlə, icra edilmək keyfiyyətinə malik olan məhkəmə aktları üzrə icra hərəkətləri etmək vəzifələri yaranır. Odur ki, məhkəmələrin icraya dair vəzifələrinin yaranıbyaranmadığına məhkəmə aktının nəticə hissəsində icra ilə bağlı öhdəliklərin təsbit edilibedilməməsindən asılı olaraq qiymət verilməlidir (bənd 5-7).

43. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin g östərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlill əri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər... Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bü tün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmi ş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər (bənd 25-28)”.

44. Yuxarıda qeyd olunan qərardakı mövqeyə əsasən məhkəmə cərimə tətbiq etmədən öncə qərarı icra etməli olan tərəfə ağlabatan müddət təyin etməli və bu zaman mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəfləri n bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən işin halları və tərəflərin təqdim etdiyi dəlillər nəzərə alınmaqla icra üçün yeni müddət də müəyyən edə bilər.

45. Hazırkı iş üzrə cavabdeh məhkəmədən icra üçün müddət istədiklərini bildirsə də, bununla bağlı hər hansı sübut iş materiallarında olmamaqla yanaşı, cavabdeh tərəfindən də təqdim edilməmişdir. Digər tərəfdən, cavabdeh qərarın icrasının gecikdirilməsini məhkəmə qərarında rəy veriləcək dövr və məbləğ qeyd olunmaması ilə əlaqələndirsə də, yenə də bu halla bağlı məhkəməyə hər hansı müraciəti olmamış, o cümlədən məhkəmə qərarındakı anlaşılmazlığın aradan qaldırılması istiqamətində də hə r hansı hərəkət etməmişdir (məs., qərara izah verilməsi ilə bağlı müraciət). Əksinə, cavabdeh məhkəməyə və iddiaçıya ünvanladığı məktublarda qərarın tam icra edilməməsi səbəbi kimi növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini göstərmişdir.

46. Bundan başqa, cavabdeh qərarı tam şəkildə icra etdiyini bildirsə də, tam icra birinci instansiya məhkəməsinin cərimə ilə bağlı qərardadı qəbul edildikdən sonra baş tutmuşdur ki, bu hal, aşağı instansiya məhkəmələrinin nəticəsinin qanunsuz olmasına dəlalət etmir, belə ki, məhkəmə cəriməni tətbiq etdiyi ana qərar icra edilməmişdir. Əksinə, cavabdehin məhkəmə qərardadından dərhal sonra qərarı tam şəkildə icra etməsi cavabdehin kassasiya şikayətində göstərdiyi dəlillərin (qərarın məzmununda dövr və məbləğin göstərilməməsi) əsassız olmasını və ic ranı səbəbsiz yerə və qanunvericilikdə nəzərdə tutulmamış əsaslarla (növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi) gecikdirməsi nəticəsinə gəlməyə əsas verir.

47. Qeyd edilənlərə əsasən, cavabdehin kassasiya şikayətinin dəlilləri işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə təkzib edildiyindən əsassızdır.

48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2083/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar