Məhkəmə qərarları › İş №2-1(102)-1704/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1704/2023

02.11.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1704/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Ağamirzəyeva (Vəkilova) Təranə Tofiq qızının cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Dadaşov İlqar Ağababaş oğlunun (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Ağamirzəyeva (Vəkilova) Təranə Tofiq qızının cavabdeh Əmək və Ə halinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin 28 iyun 2018-ci il tarixdən (adi qaydada ailə başçısının itirməyə görə ödənilmiş məbləğlər çıxılmaqla) ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2023-cü il tarixli, 2-1(103)-299/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin arayışına əsasən Vəkilov Tofiq Balo oğlu (iddiaçının atası) 30 avqust 1953-cü ildə Naxçıvan MSSR Nazirlər Sovetinin sərəncamı ilə Naxçıvan rayon X2 İcraiyyə Komitəsinin Plan Komissiyasının sədri, 30 avqust 1954-cü ildən Naxçıvan MSSR Nazirlər Sovetinin sərəncamı ilə Naxçıvan MSSR Nazirlər Sovetinin Dövlət Plan Komissiyasında iqtisadçı, 30 avqust 1957-ci ildən X8 Komitəsinin "Sənaye və Kənd Təsərrüfatı şöbəsi”nin təlimatçısı, 10 dekabr 1959-cu ildən həmin şöbənin müdir müavini, 09 may 1962-ci ildən 15 yanvar 1963-cü ilə qədər Ordubad rayon partiya komitəsinin İ katibi, 14 yanvar 1963-cü ildən 20 yanvar 1965-ci ilə qədər Azərbaycan Kommunist Partiyası X4 Partiya Komitəsinin katibi, 20yanvar 1965-ci ildən 13 sentyabr 1967-ci ilə qədər Azərbaycan Kommunist Partiyası Naxçıvan şəhər Komitəsinin İ katibi, 13 sentyabr 1967-ci ildən Naxçıvan MSSR X11 Heyətinin katibi vəzifəs ində işləmişdir.

2. Vəkilov Tofiq Balo oğlu (iddiaçının atası) 08 oktyabr 1967-ci il tarixdə, Vəkilova Dostuxanım Süleyman qızı (iddiaçının anası) 08 aprel 1987-ci il tarixdə vəfat etmişlər.

3. İddiaçıya xx.xx.2008-ci il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir.

4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, onun mərhum atası Tofiq Vəkilovun vaxtilə işlədiyi vəzifələr onun vəfat etdiyi xx.xx.1967-ci il tarixində qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət qulluğu vəzifələri hesab edilmirdi. Bu səbəbdən də ona dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək p ensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin 28 iyun 2018-ci il tarixdən (adi qaydada ailə başçısının itirməyə görə ödənilmiş məbləğlər çıxılmaqla) ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası Vəkilov Tofiq Balo oğlu 30 avqust 1953-cü il tarixindən 08 oktyabr 1967-ci il tarixinədək hazırkı qərarın 1-ci bəndində göstərilən müxtə lif vəzifələrdə işləmişdir. İddiaçının atası Vəkilov Tofiq Balo oğlu 08 oktyabr 1967-ci il tarixdə, anası Vəkilova Dostuxanım Sultan qızı isə 28 dekabr 1986-cı il tarixdə vəfat etmişlər. Atasının ölümündən sonra ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş, lakin ona təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyası qanuna müvafiq qaydada hesablanmamışdır. Buna görə də ailə başçısını itirməyə görə ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasına dair ərizə ilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh tərəfindən ona atası Vəkilov Tofiq Balo oğlunun vaxtilə işlədiyi vəzifələrin onun vəfat etdiyi 08 oktyabr 1967-ci il tarixində qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət qulluğu vəzifəsi hesab edilməməsi bildirilmişdir. Cavabdehin göstərilən hala əsaslanm aqla ona dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanmasından imtina etməsi əsassızdır. Belə ki, 1 sentyabr 2001-ci il tarixdə qüvvəyə minmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun, 1 yanvar 2007-ci il tarixədək qüvvədə olmuş “Dövlət qulluqçularının pensiyası təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada və ya 1 yanvar 2007-ci il tarixdən sonra “Əmək pensiyası haqqında” Qanuna əsasən pensiya təyin edilmədən vəfat etmiş pensiyaçının qızına pensiya təyin edilməsinin və onun dövlət qulluqçusu kimi pensiyaya əlavə ala bilən atasının öldüyü halda, belə əlavənin ailə üzvünə (qızına) verilməsinin yolverilməzliyi qanunla nəzərdə tutulmamışdır. Əksinə qanuna əsasən yalnız dövlət qulluqçusu kimi pensi ya təyin edilmiş şəxs öldükdə deyil, həm də 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış şəxslərin hazırda mövcud olan vəzifələrə uyğunlaşdırılmaqla onun ailə üzvlərinə dövlət pensiyasının təyin edilməsi nəzərdə tutulmuşdur.

7. Cavabdeh iddia tələbinə dair yazılı etirazında “Əmək pensiyaları haqqında” Qanunun 7, 20.1.7 və 20.1.8-ci maddələrinə istinad edərək bildirilmişdir ki, əmək pensiyaçısına dövlət qulluğu stajına görə əlavələrin təyin edilməsi üçün onun dövlət qulluqçusu statusuna malik olması zəruri və mütləq dispozisiya şərtidir. Əlavə olaraq qeyd edilmişdir ki, mərhum Tofiq Vəkilovun vaxtilə işlədiyi vəzifələr onun vəfat etdiyi 08 oktyabr 1967-ci il tarixində qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət qulluğu vəzifələri hesab edilməmişdir. Eyni zamanda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2001-ci il tarixindən qüvvəyə mindiyi nəzərə alınaraq Tofiq Vəkilovun işlədiyi dövrlərin dövlət qulluğu stajı kimi nəzərə alınması mümkün olmamışdır. Beləliklə, qeyd olunan maddi normalara istinad olunaraq iddiaçının dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmamışdır.

8. X6 xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 1991-ci il oktyabrın 18-i tarixinədək dövlət, sovet, partiya orqanlarında mövcud olan dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə da uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci bəndinə əsasən aparılır. T.B.Vəkilovun xx.xx.1953-cü ildən xx.xx.1954-cü ilədək Naxçıvan rayon X1 İcraiyyə Komitəsinin Plan Komissiyasının sədri vəzifəsində işlədiyi müddətlə bağlı bildiririk ki, həmin Siyahının 1.17-ci bəndində rayon (şəhər) X5 İcraiyyə Komitəsinin Aparatında Plan Komissiyasının sədri vəzifəsi “İnzibati və yardımçı vəzifələrin Təsnifat To plusu”nda göstərilən rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında bölmə rəhbəri vəzifəsinə uyğunlaşdırılmışdır. Müvafiq uyğunlaşdırma aparıldığı üçün T.B.Vəkilovun 1953-1954-cü illərdə Naxçıvan rayon X1 İcraiyyə Komitəsinin Plan Komissiyasının sədri vəzifəsində işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alınır. T.B.Vəkilovun xx.xx.1954cü ildən xx.xx.1957-ci ilədək Naxçıvan MSSR Nazirlər Sovetinin Dövlət Plan Komissiyasında iqtisadçı vəzifəsində işlədiyi müddət, sözügedən Siyahının 1.3-cü bəndində Naxçıvan MSSR Nazirlər Sovetinin Aparatında mütəxəssis vəzifəsi Təsnifat Toplusunda göstərilən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Qeyd e dilənlərə əsasən, Dövlət Plan Komissiyası Naxçıvan MSSR Nazirlər Sovetinin aparatında nəzərdə tutulduğu halda, T.B.Vəkilovun Dövlət Plan Komissiyasında iqtisadçı vəzifəsində çalışdığı müddət, dövlət qulluğu stajı hesablanarkən nəzərə alına bilər. T.B.Vəkilovun 1957-1959-cu illərdə X8 Komitəsinin Sənaye və kənd təsərrüfatı şöbəsində təlimatçı və 1959-1962-ci illərdə həmin şöbənin müdir müavini vəzifələrində işlədiyi müddət, həmin Siyahının 1.5-ci bəndində Azərbaycan Kommunist Partiyasının Naxçıvan Vilayət Komitəsinin Aparatında instruktor və şöbə müdirinin müavini vəzifələri Təsnifat Toplusunda göstərilən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Aparatında müvafiq olaraq böyük məsləhətçi və təminedici şöbə müdirinin müavini vəzifələrinə uyğunlaşdırılmışdır. Bu baxımdan Sənaye və kənd təsərrüfatı şöbəsi X8 Komitəsinin aparatının strukturunda nəzərdə tutulduğu halda, T.B.Vəkilovun 1957-1962-ci illərdə işlədiyi müddət dövlət qulluqçusunun qulluq stajı hesablanarkən nəzərə alına bilər. T.B.Vəkilovun 1962-1963-cü illərdə Ordubad rayon Partiya Komitəsinin birinci katibi, 1963-1965-ci illərdə Azərbaycan Kommunist Partiyası X4 Partiya Komitəsinin katibi və 1965-1967-ci illərdə Azərbaycan Kommunist Partiyası Naxçıvan şəhər Komitəsinin birinci katibi vəzifələrində işlədiyi müddət, həmin Siyahının 1.6-cı bəndində Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) Komitəsinin Aparatında birinci katib vəzifəsi “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən əhalisinin sayı müvafiq olaraq 50-100 min nəfər və 100 min nəfərdən çox olan rayonlar (şəhərlər) üzrə y erli icra hakimiyyəti başçısının birinci müavini, əhalisinin sayı 50 min nəfərə qədər olan rayonlar (şəhərlər) üzrə yerli icra hakimiyyəti başçısının müavini vəzifəsinə, katib vəzifəsi isə yerli icra hakimiyyəti başçısının müavini vəzifəsinə uyğunlaşdırılmışdır. T.B.Vəkilovun xx.xx.1967-ci ildən xx.xx.1967-ci ilədək Naxçıvan MSSR X11 Heyətinin katibi vəzifəsində işlədiyi müddət, yuxarıda istinad edilən Siyahının 1.1-cı bəndində Azərbaycan SSR (Naxçıvan MSSR) (Naxçıvan Muxtar Respublikası Ali Məclisi) X7 sədrinin katibliyinin müdiri vəzifəsi “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən Azərbaycan Respublikası Milli X10 X3 rəhbəri vəzifəsinə uyğunlaşdırılmışdır.

9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3573/2022 nömrəli qərarı (hakim O.X.Həsənov) ilə iddia təmin edilmiş, iddiaçı Ağamirzəyeva (Vəkilova) Təranə Tofiq qızına dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin 28 iyun 2018-ci il tarixdən (adi qaydada ailə başçısının itirməyə görə ödənilmiş məbləğlər çıxılmaqla) ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 1991-ci il oktyabr 18-i tarixinədək dövlət, sovet, partiya orqanlarında mövcud olan dövlət qulluğu vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına əsasən aparılır. Bununla əlaqədar müvafiq sorğu ilə X9 müraciət edilmiş və məktuba cavab nəzərə alınmaqla da müəyyən edilmişdir ki, T.B.Vəkilovun xx.xx.1953-cü il tarixdən vəfat etdiyi tarixədək, yəni xx.xx.1967-ci il tarixədək çalışdığı vəzifələr dövlət qulluğu vəzifələridir. Odur ki, iddiaçının atasının xx.xx.1953-xx.xx.1967-ci il tarixədək dövlət qulluğu vəzifələrində stajı olmuş dur. Həmin staj nəzərə alınmaqla iddiaçıya dövlət qulluqçusunun ailə üzvü kimi pensiya təyin edilməsi üçün yetərlidir. Bu zaman dövlət qulluğu stajının hazırda qüvvədə olan qanunvericilikdən fərqli olaraq 15 il olmaması da vəziyyəti iddiaçının ziyanına şərh edilməsinə səbəb olmur. Belə ki, hal-hazırda qüvvədə olmayan qanunvericilik normalarından görünür ki, iddiaçının hazırkı tələblə bağlı müraciət etmək hüququnun mövcud olduğu dövrdə şəxsə dövlət qulluqçusunun ailə üzvü kimi pensiya təyini ilə bağlı 15 illik şərt mövcud olmamışdır. Eyni zamanda, nəzərə alınmalıdır ki, T.Vəkilovun vəfat etdiyi tarixdə qüvvədə olmuş 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanunu və SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq ed ilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın tələbləri də iddiaçıya pensiya təyininə əsas verir. İddiaçı tələbində həmçinin, ödənilməmiş pensiya məbləğinin 28 iyun 2018-cil tarixdən hesablanıb və bu zaman adi qaydada ailə başçını itirməyə görə ödənilmiş məbləğin nəzərə alınmaqla ödənilməsini də xahiş edir. İş materiallarında olan xəbərnamənin surətindən görünür ki, iddiaçının cavabdehə müraciəti 07 iyul 2021-ci il tarixdə cavabdehə çatsa da, iddiaçı 27 iyun 2021-ci il tarixli əks olunmuş ərizə ilə cavabdehə konkret olaraq 28 iyun 2021-ci il tarixdə müraciət etmişdir. Bu səbəbdən də ödənilməmiş pensiya məbləği məhz həmin tarixdən əvvəlki 3 il nəzərə alınmaqla ödənilməlidir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia t ələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2023-cü il tarixli, 2-1(103)-299/2023 (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3573/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şik ayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Dövlət qulluğu haqqında” Qanun: Maddə

17. İxtisas dərəcələrinin verilməsi və onlardan məhrum edilməsi Maddə 17.1. İxtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Maddə

23. Dövlət qulluqçularının pensiya təminatı Maddə 23.1. dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 23.2. dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

3. Əmək pensiyası təminatı hüququ Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları “Əmək pensiyaları haqqında” Qanunda göstərilən hallarda əmək pens iyası təminatı hüququna malikdirlər. Maddə

4. Əmək pensiyasının növləri və tərkibi Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə

5. Pensiya seçmək hüququ Maddə 5.1. Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslər öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri Maddə 7.1. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək y aşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə

14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları. Maddə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələr Maddə 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvv əyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla);

19. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”: Maddə

4. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.

20. Azərbaycan Respublikası Pr ezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”: Maddə

6. Əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991- ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siy ahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır.

21. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”

22. İnzibati Prosessual Məcəllə: Maddə

14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qə bul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanı lacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri mə qbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddiaçıya dövlət qulluqçusunun ailə üzvü kimi əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, a pellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Cavabdehin kassasiya şikayətinin dəlillərində qeyd edilir ki, iddiaçının atası Vəkilov Tofiq Balo oğlu 30 avqust 1953-cü il tarixindən 08 oktyabr 1967-ci il tarixinədək işlədiyi vəzifələr həmin dövr qanunvericiliyinə, həmçinin mövcud qanunvericiliyə əsasən, dövlət qulluğu vəzifələri hesab edilmir.

30. Cavabdehin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, istinad edilmiş qanunvericilik normalarına əsasən, dövlət, sovet və partiya orqanlarında iş müddəti dövlət qulluqçusunun iş ştatına daxil edilir. Eyni zamanda həmin şəxslərin ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ var. İş materiallarında olan X6 xx.xx.2021ci il tarixli, 04/xx-xx/3252 saylı məktubuna əsasən, iddiaçının atası Vəkilov Tofiq Balo oğlunun 30 avqust 1953-cü il tarixindən 08 oktyabr 1967-ci il tarixinədək işlədiyi vəzifələr Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanına əsasən, dövlət qulluğu vəzifələri hesab edilir.

31. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının dövlət qulluqçusunun ailə üzvü kimi əmək pensiyası almaq hüququ yaranmışdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

32. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2023-cü il tarixli, 21(103)-299/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar