Məhkəmə qərarları › İş №2-1(102)-1704/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1704/2024

21.08.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1704/2024 21.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyətininn cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın qismən etibarsızlığı; iddianın mümkün sayılmaması; iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı “X2” MMC-nin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın qismən, icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 mart 2024-cü i l tarixli, 2-1(103)1419/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcra Hakimiyyətinin 13 saylı, 19 yanvar 2021-ci il tarixli sərəncamından görünür ki, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 41B ünvanda yerləşən torpaq sahəsi icarə əsasında “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmişdir.

2. İddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış 1638 saylı, 05 fevral 2021-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsindən görünür ki, tərəflər arasında ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə dair icarə müqaviləsi bağlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinc i instansiya məhkəməsində icraat

3. İddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyət cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 13 saylı sərancamının qəbul edildiyi andan “icarə əsasında” əsasında hissəsində və Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış 1638 saylı, 05 fevral 2021-ci il tarixli icarə müqaviləsinin bağlandığı andan etibarsız ayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixli, 4 nömrəli müraciəti, Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 1/188 nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, xx/xx-49 56 nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********73 nömrəli razılıq məktublarını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun xx.xx.2019-cu il tarixli aktını nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələblərini rəhbər tutaraq ünvan 2 ünvanında yaşayış binasının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında İddiaçı istifadəsinə verilməsi haqqında xx.xx.2021-ci il tarixli, 13 saylı sərancam verilmişdir. Qeyd olunan sərancamdan sonra ünvan 2 ünvanında yaşayış binasının tikintisi məqsədilə 8.000 kv.metr torpaq sahəsinin icarə əsasında İddiaçı istifadəsinə verilməsi haqqında 05 fevral 2021-ci il tarixində 1638 saylı icarə müqaviləsi bağlanmışdır. 05 fevral 2021-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən 8.000 kv.metr olan torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. Müqavilənin 7.1-ci bəndində qeyd edilmişdir ki, müqavilə 49 il müddətinə bağlanmışdır. Qeyd edilən müqavilənin 7.2 bəndində qeyd edilmişdir ki, illik icarə haqqı 37.065 (otuz yeddi min altmış) manat 60 qəpik təşkil edir. İddiaçı müqavilə şərtlərinə uyğun olaraq 2021-ci il tarixində illik icarə haqqı olaraq 33.917,56 manat pulu dövlət xəzinadarlığına ödəmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən 8.000 kv.metr olan torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. Lakin qeyd olunan ərazidə 78 mənzil və 78 ailə yaşamışdır. Sakinlərin hər biri ilə iddiaçı tərəfindən fərdi qayda da müqavilə bağlanılmışdır. Müqavilə şərtlərinə uyğun olaraq iddiaçı hər bir mənzil sahibinə mülküyyətində olduğu kv.metr sahənin üzərinə 20-30 kv.m əlavə sahə tikib təmirli vəziyyətdə verməklə öhdəlik götürmüşdür. Hal-hazırda tikinti işləri başa çatmaq üzrədir və iddiaçı sakinlər qarşısında götürülən öhdəliyi vaxtında yerinə yetirməyə çalışır. Qeyd olunan 8.000 kv.metr olan torpaq sahəsi əvvəlcədən də sakinlərin istifadəsində olmuşdur. İddiaçı da tikintini başa çatdıraraq həmin sahəni sakinlərin istifadəsinə verir.

5. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Belə ki, AR Torpaq Məcəlləsinin 6-cı bəndində təsbit olunur ki, dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Bu baxımdan sözügedən torpaq sahələri əvvəllər həmin ərazidə yaşayan vətəndaşların istifadələrində olmuş və həmin istifadə mənfəət əldə etmək məqsədi daşımadığından əvəzsiz olmuşdur. Hazırkı halda isə iddiaçı qanunvericiliyin tələbini əksinə dəyərləndirərək onun da istifadəsinin orada yaşayan şəxslərin hüquqlarından törəmə kimi dəyərləndirib səhv nəticəyə gəldiyindən iddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd olunması məhkəmədən xahiş edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2-1(112)-5224/2023 nömrəli qərardadı ilə (hakim T.R.Məlikov) iddia tələbi mümkün sayılmamışdır.

7. Birinci instansiya məhkəməsi iddia tələbinin “yaşayış binasının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 13 saylı sərəncamının qəbul edildiyi andan “icarə əsasında” hissəsində etibarsız sayılması” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixli sərəncamı 2 (iki) ilə yaxın müddət keçdikdən sonra qismən etibarsız hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırır. Hansı ki, həmin sərəncam iddiaçının öz iradə ifadəsi nəzərə alaraq verilmiş, iddiaçı bu inzibati aktla razılaşmış, onu bəyənmiş və ötən müddət ərzində mübahisələndirməmişdir. Bu baxımdan, etibarsızlığın tanınması ilə bağlı yuxarıda qeyd edilən şərtlər (ən azı qısa müddət ərzində tanınma marağı) hazırkı mübahisəyə münasibətdə mövcud deyildir.

8. İddiaçının digər - “tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış torpaq icarəsi haqqında müqavilə əsasında yaranmış icarə hüquq münasibətlərinin bağlandığı andan etibarsız hesab edilməsi” tələbinə münasibətdə qeyd edilmişdir ki, iddiaçı hazırda mübahisələndirdiyi sərəncamın mübahisələndirilməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Belə ki, işin hallarından müəyyən edilir ki, iddiaçı sərəncamın verildiyi qeyd olunan müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüqu qun həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. İddiaçının icarə hüquq münasibətlərinə etibarsız sayılması barədə tələbi icarə müqaviləsindən irəli gələn tələb olduğuna görə həmin tələbə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğundan iddia həmin hissədə də mümkün sayılmamalıdır.

9. Həmin qərardaddan narazı qalan iddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi xahiş edilmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova (sədrlik edən və məruzəçi), A.P.Oruczadə və R.Ə.Səmədov) 6 mart 2024-cü il tarixli, 21(103)-1419/2024 saylı qərardadı ilə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5224/2023 saylı, 12 oktyabr 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının “sərəncamın qismən etibarsızlığının tanınması” haqqında iddia tələbi qoysa da, əslində həmin sərəncamın hər hansı hissəsinin etibarsızlığının tanınması üçün qanunla müəyyən edilmiş əsaslar mövcud olmadığı üçün iddia tələbinin “mübahisələndirmə haqqında” iddia növünə aid olması” barədə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, nə qədər ki, iddiaçının tələbinə “mübahisələndirmə haqqında” iddia növü kimi qiymət verilir, belə iddia növü üzrə iddia müddəti mövcuddur ki, həmin müddətin də hazırki işdə iddiaçı tərəfindən ötürüldüyü müəyyən olunur.

12. İddiaçının digər - “Bakı şəhər İcra Hakimiyyəti ilə MMC arasında bağlanmış 1638 saylı 05 fevral 2021-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsinin bağlandığı andan etibarsız sayılması” ilə bağlı tələbinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçının mübahisələndirdiyi icarə müqaviləsi “inzibati akt” deyil, “mülki hüquqi akt”dır və belə aktın mübahisələndirilməsi inzibati məhkəmə icraatnının predmeti ola bilməz. Həmçinin iddiaçının cavabdehə qarşı publik hüquqdan irəli gələn tələbi yoxdur, mövcud akt isə öz hüquqi təbiətinə görə mülki hüquq xarakterlidir. Belə olan halda iddiaçının tələbi icarə müqaviləsinin etibarsızlığı ilə bağlı olduğundan, hazırkı işə mülki xarakterli mübahisə kimi inzibati məhkəmə icraatı qayda sında baxılması mümkün deyil. Odur ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, birinci instansiya məhkəməsinin nəticə etibarilə “iddianın qeyri-mümkün sayılması” barədə gəldiyi qənaəti bu qərardadda qeyd olunan əsaslarla bağlı düzgün olmuşdur.

13. İddiaçı kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsinə və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayəti onunla əsaslandırılmşdır ki, iddiaçının hazırkı iddia tələbi İPM-in 2.2.5 və 36-cı maddələri ilə müəyyən edilmiş iddia növünə aid olan iddia tələbi kimi verilmiş v ə məhkəmədən inzibati aktın qismən etibarsızlığının tanınması tələb edilmişdir. Həmçinin, İPM-in 2.2.5-ci və 36-cı maddələri ilə müəyyən edilmiş iddia növlərinə aid işlər üzrə hər hansı müddət müəyyən edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1 -ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məh kəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6.İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və y a qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.2. Kollektiv maraqların müdafiə olunması məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində həmin maraqların pozulduğunu əsaslandırdıqları hallarda qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) tə rəfindən bu Məcəllənin 35.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq iddianın qaldırılmasına yol verilir. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyas iya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxl aya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyas ı məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

23. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

24. Hazırda iddiaçının tələbi 1.Yaşayış binasının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 13 saylı sərəncamının qəbul edildiyi andan “icarə əsasında” hissəsində etibarsız sayılması;

2. Bakı Şəhər İcra Hakimiyyəti ilə iddiaçı arasında bağlanmış 1638 saylı, xx.xx.2021-ci il tarixli torpaq icarə müqaviləsinin bağlandığı andan etibarsız sayılması”ndan ibarətdir.

25. Azərbaycan Respublikasının İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

26. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.

27. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzürsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haq lı sayıla bilməzlər

28. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçı inzibati orqanın (hazırki iddia ilə məhkəməyə müraciət olunduğu tarixdən) təxminən 2 (iki) il əvvəl qəbul edilmiş inzibati aktın etibarsızlığını tələb edir. 29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

30. Nəzərə alınmalıdır ki, inzibati orqanın mübahisələndirilən qərarı 19 yanvar 2021-ci il tarixdə qəbul edilmişdir.

31. Hazı rki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Məhkəmə kollegiyası inzibati orqanın qərarından şikayət verilməsi ilə bağlı müddətin ötürülməsi barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır.

32. İddiaçının digər tələbi - Bakı Şəhər İcra Hakimiyyəti ilə iddiaçı arasında bağlanmış 1638 saylı, xx.xx.2021-ci il tarixli torpaq icarə müqaviləsinin bağlandığı andan etibarsız sayılması barədədir. 33. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarında göstərilmişdir ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyət ində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (6.1). Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır (6.2).

34. Hazırkı halda iddiaçının icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbi icarə müqaviləsindən irəl i gələn tələb olduğuna görə həmin tələbə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğundan iddia həmin hissədə də mümkün sayılmamalıdır.

35. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi icarə müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi tələbinə dair iddiaya mülki icraat qaydasında baxılmalı olması barədə düzgün nəticəyə gəlmişdir.

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhəkəməsinin qərardadı dəyişdirilmədən salanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “X2” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmə sin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 mart 2024-cü il tarixli, 21(103)-1419/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar