Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1705/2024 31.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: texniki pasporta düzəliş edilməsindən imtina; tələbin əsasında dayanan hüquq müəyyənedici sənədin mövcud olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmla k Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı texniki pasportda düzəliş edilməsi tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2024-cü il tarixli, 2-1(107)128/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. RX seriyalı ******* nömrəli çıxarışa əsasən Şəki rayonu Orta Zəyzid kəndində yerləşən 0,0595 ha torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) yaşayış məntəqələrinin torpaqları olmaqla, həmin torpaq sahəsi üzərində X11, X12, X13 və İddiaçı ümumi birgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 2. xx.xx.2018-ci il tarixli 487 inventar nömrəli texniki pasportdan görünür ki, həmin sənəd Şəki rayonu Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evi ilə bağlı tərtib edilmişdir. Sənədə əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi sənəd üzrə 0,0595 ha, faktiki sahəsi 0,0885 ha, hüquq subyektləri olaraq isə X4 və İddiaçı göstərilmiş, xüsusi qeyd olaraq isə 290 kv.metr zəbt torpaq sahəsinin olması, B,C,F tikililərinin zəbt torpağına düşməsi qeyd edilmişdir.
3. İddiaçı cavabdeh orqana müraciət edərək Şəki rayonu Orta Zəyzid kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində zəbt kimi göstərilmiş 290 kv.m torpaq sahəsinin mülkiyyət kimi qeyd edilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
4. Cavabdeh 03 iyul 2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmiş dir. İmtina onunla əsaslandırılmışdır ki, sözügedən fərdi yaşayış evi 05 sentyabr 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan zaman torpaq sahəsi ləğv edilmiş DTXK Şəki rayon şöbəsindən verilmiş 26 noyabr 2009cu il tarixli A № 201412 saylı torpaq sahəsinin plan və ölçüsü əsasında verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında ******* saylı çıxarışa (qeydiyyat xx.xx.2017) və xx.xx.2018-ci il tarixli 487 inventar saylı texniki pasporta əsasən, mülkiyyətçisi olduğu Şəki rayonu Orta Zəyzid kəndində yerləşən ümumi sahəsi 56,3 kv.metr olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi üzrə evə aid texniki pasportda qeyd edilmiş 290 kv.metr torpaq sahəsi ilə bağlı zəbt qeydinin texniki pasportdan çıxarılması və həmin torpaq sahəsinin mülkiyyətində olan torpaq sahəsi kimi çıxarışda qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsinin əsaslarına görə, Şəki rayonu, Orta Zəyzit kənd sakini, İddiaçı Şəki rayon Məhkəməsində Şəki rayonu, Orta Zəyzit kənd sakinləri, X12 və X8 qarşı qaldırdığı, Şəki rayonu, Orta Zəyzit kəndində yerləşən və iddiaçı ilə cavabdehlərin ümumi birgə mülkiyyətində olan evdən və evə aid torpaq sahəsindən, iddiaçıya düşən payın müəyyən edilərək naturada ayrılmasına dair iddianın qismən təmin edilməsinə dair, yəni cavabdeh orqan tə rəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında, ******* saylı çıxarışa (qeydiyyat xx.xx.2017) və xx.xx.2018-ci il tarixli, 487 inventar saylı texniki pasporta əsasən, Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən ümumi sahəsi 56,3 kv.metr olan fərdi yaşayış evinin “A” literində göstərilən, sahəsi 10,4 kv.metr olan 1 saylı köməkçi otağın və sahəsi 16,6 kv.metr olan 2 saylı yaşayış otağın naturada ayrılaraq iddiaçının mülkiyyətinə verilməsi və həmin evə aid torpaq sahəsinın naturada bölünməsi hissəsində isə tələbin təmin edilməməsinə dair xx.xx.2019-cu il tarixli, 2(075)-65/2019 saylı Qətnamə qəbul etmiş, bundan sonra xx.xx.2019-cu il tarixdə cavabdeh orqan tərəfindən adı qeyd edilən yaşayış evi üzrə yeni Texniki Pasport tərtib edilmiş və həmin Pasportda sənəd üzrə torpaq sahəsi 0,05 95 ha, faktiki isə 0,0885 ha olduğu göstərilmişdir. Yəni yeni tərtib olunmuş Texniki Pasporta əsasən evin torpaq sahəsinin 0,029 ha hissəsi əsassız olaraq, zəbt torpaq sahəsi kimi qeydə alınmış və ştrixlənmişdir. Texniki Pasportda İ- Hasar, lllDarvaza, İV-Darvaza, B-Talvar, C-Tövlə və F-Talvar literləri ilə işarəli hissələri, zəbt torpaq sahəsi üzrə ştrixlənmiş hissədə qeyd edilmişdir.
7. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı 08 dekabr 2022ci il tarixdə ərizə ilə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş 487 inventar nömrəli texniki pasportda onun və qardaşı X5 ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan Şəki rayonunun Orta Zəyzid kəndində yerləşən fərdi yaşay ış evinin sənəd üzrə torpaq sahəsi 0,0595 ha, faktiki sahəsi 0,0885 ha göstərilməklə həyətyanı torpaq sahəsinin 0,029 ha hissəsi zəbt torpaq sahəsi kimi qeydə alınmış və ştrixlənmişdir. Texniki pasportda İ (Hasar), İİİ (Darvaza), İV (Darvaza), B (Talvar), C (Tövlə), F (Talvar) tikililəri zəbt torpağa düşdüyündən evin ona aid hissəsi bağlanmışdır. Bu səbəbdən 150 ildən artıq ailəsinin istifadəsində olmuş fərdi yaşayış evinin faktiki 885 kv.metr həyətyanı torpaq sahəsi üzrə zəbt torpaq sahəsi kimi qeyd olunmuş 290 kv.metr hissəsinə çıxarış və texniki pasport verilməsini xahiş etmişdir. Ərizəyə baxılması ilə əlaqədar müraciət olunan fərdi yaşayış evi və torpaq sahəsinin elektron baza kadastr xəritə və arxiv məlumatları yoxlanılarkən müəyyən olunmuşdur ki, Şəki rayonu Orta Zəyzid kəndində yerl əşən, ümumi sahəsi 56,3 kv.metr olan fərdi yaşayış evinin yerləşdiyi 595,47 kv.metr həyətyanı torpaq sahəsinə Şəki rayon aqrar islahat komissiyasının xx.xx.1997-ci il tarixli 42 saylı qərarı ilə Şəki rayonu Orta Zəyzid kənd sakini X11 və ailə üzvləri İddiaçı, X12, X8 verildiyi, Şəki rayonu Orta Zəyzid kəndində yerləşən 595,47 kv.metr həyətyanı torpaq sahəsinin X14 kitabında 26.11,2009cu il tarixdə 4335 nömrəsi ilə iddiaçının mərhum anası X6 adına uçota alınaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən X6 adına A 201412 seriya və nömrəli torpaq sahəsinin planı və ölçüsünün tərtib olunduğu, həmin plan ölçü sənədinin və sənəddə əsas döngə nöqtələrinin koordinatları əks olunmuş torpaq sahəsinin 12 saylı Ərazi İdarəsinin elektron baza kadastr xəritə və arxiv məlumat larında mövcud olduğu üçün ümumi sahəsi 56,3 kv.metr olan fərdi yaşayış evinin 595 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verildiyi və fərdi yaşayış evinin faktiki 885 kv.metr həyətyanı torpaq sahəsi üzrə zəbt torpaq sahəsi kimi qeyd olunmuş 290 kv.metr hissəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd olmadığı üçün ərizəçiyə xx.xx.2023-cü il tarixli 3-21-339/2-Ə-00xx-xx/2023 №-li imtina məktubu verilmişdir. Belə ki, 12 saylı Ərazi İdarəsinin elektron baza kadastr xəritə və arxiv məlumatlarında iddiaçının mərhum anası X6 adına 595,47 kv.metr fərdi yaşayış evi tikmək təyinatlı torpaq sahəsinə A 201412 seriya və nömrəli plan ölçü sənədi və 1601,28 kv.metr fərdi yaşayış evi tikmək təyinatlı torpaq sahəsinə isə A 201412 seriya və nömrəli plan ölçü sənədi olsa da, hər iki torpaq sahəsi üzərində iddiaçının digər qanun üzrə vərəsələrlə ümumi birgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarış verilmişdir. Həmçinin, müraciət olunan fərdi yaşayış evi və torpaq sahəsinin elektron baza kadastr xəritə və arxiv məlumatları yoxlanılarkən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun ilkin dövlət qeydiyyatına alındığı iddiaçının mərhum atası X2, torpaq sahəsi üzərində mülkiyyət hüququnun ilkin dövlət qeydiyyatına alındığı iddiaçının mərhum anası X6, İddiaçı, iddiaçının qardaşı X5 və X7, habelə iddiaçının valideynlərinin qanun üzrə vərəsələri X1, X10 hər hansı birinə əlavə torpaq sahəsinin ayrılması barədə hər hansı hüquq müəyyənedici sənədin olmadığı müəyyən olunmuşdur. Beləliklə, Şək i rayonu Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsinə əsas olmuş plan ölçü sənədi öz hüquqi qüvvəsini saxladığından həmin sənədin ləğv edilməsi və ya sənədə düzəliş edilməsi daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi idarəsinin qanunda nəzərdə tutulmuş səlahiyyətlərinə aid deyil. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq m übahisələndirilə bilər. Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçının mərhum anası X11 və ailə üzvləri İddiaçı, X12, X8 Şəki rayon aqrar islahat komissiyasının xx.xx.1997-ci il tarixli 42 saylı qərarı ilə Orta Zəyzid kəndindən verilmiş 595,47 kv.metr həyətyanı torpaq sahəsinə bitişik olsa da, iddiaçıya dair heç bir hüquq müəyyənedici sənədi olmayan 290 kv.metr zəbt torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi qanuna müvafiq hesab olunmamışdır.
8. Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, e-2-1(116)2430/2023 nömrəli qərarı ilə (hakim V.Ə.Musayev) iddia tələbi təmin edilməmişd ir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia olunan (texniki pasportda zəbt kimi qeyd olunan 290 kv.m) torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranmasını təsdiq edən hər hansı hüquq müəyyənedici sənədin mövcudluğu müəyyən edilmir. Halbuki, torpaq sahəsi üzərində hüquq həmin sahənin ayrılması barədə müvafiq hüquq müəyyənedici sənədə əsasında yaranır.
10. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2024-cü il tarixli, 2-1(107)-128/2024 nömrəli qərarı ilə (hakimlər V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnz ibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, e-2-1(116)-2430/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V bəndi, 149-cu maddəsinin Vİİ bəndi və ölkə Prezidentinin xx.xx.1999-cu il tarixli, 237 saylı Fərmanının tələbləri ilə iddiaçının mülkiyyətçisi olduğu Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən, ümumi sahəsi 56,3 kv.m olan fərdi yaşayış evinin sənədləşdirilməsind ə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsinin tərtib etdiyi sxemində və Şəki RAİK-nın xx.xx.1997-ci il tarixli, 42 saylı Qərarında buraxılmış səhv, yəni faktiki mülkiyyətçilərin istifadəsində olan 885 kv.m həyətyanı torpaq sahəsinin 595,47 kv.m kimi göstərilməsi ilə 290 kv.m sahənin “zəbt” torpaq sahəsi hesab edilməsi və bu səhvin 2009-cu ildə, yəni evə aid sənədlər rəsmiləşdirilərkən Prezidentin Fərmanına uyğun Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi, DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən korrektə edilməməsi faktı məhkəmə tərəfindən araşdırılmamışdır. Şəki RAİK-nın mübahisəli torpaq sahəsi ilə bağlı 42 saylı Qərarı xx.xx.1997-ci il tarixində, Prezidentin Fərmanı isə bundan 2 il sonra, yəni xx.xx.1999-cu il tarixində verilmişdir. Məhkəməyə m əlum olan, mübahisə olunan 290 kv.m torpaq sahəsinin üzərində ötən əsrin 50-ci illərində tikilmiş tövlə, 2002-ci ildə tikilmiş talvar, həyətyanı sahəyə giriş üçün qapı və qarajın mövcudluğu faktı təsdiq edir ki, qeyd edilən torpaq sahəsinin mülkiyyətçilərin istifadəsində olma müddəti ən azından 50 ildir. Halbuki, qeyd edilən evin inşası ən azından 150 il bundan qabaq baş vermişdir və ev inşa ediləndən bu yana evə aid torpaq sahəsi nə artmamış, nə də azalmamışdır ki, məhkəmə bu faktı da düzgün araşdırmamışdır. Nəinki mübahisə olunan 290 kv.m torpaq sahəsinin, bütövlükdə evin və evə aid həyətyanı torpaq sahəsinin ilk dəfə sənədləşməsinin kökündə yalnız Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 1997-ci ildə tərtib etdiyi tək bir sxem dayanır ki, əvvəla həmin sxem tərtib edilənə qədər nə SSRİ dövrü, nə də ki, ondan sonrakı dövrdə mübahisəli evə dair heç bir hüquq müəyyənedici sənəd olmamışdır və həmin sxem tərtib edilərkən, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsinə dair xx.xx.1999-cu il tarixli, 237 saylı Fərmanının verilməsinə 2 il var idi və qeyd edilən dövrdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, vətəndaşlara istifadələrində olan evlərin və evlərə aid torpaqların mülkiyyətlərinə verilməsinə dair tərtib etdiyi sxemlərdə, həyətyanı torpaq sahələrinin 600 kv.m-dən artıq hissələrini “zəbt” torpaq sahəsi kimi qeydə alırdı ki, nəhayətində, vətəndaşların Ölkə Prezidentinə çoxsaylı (iddiaçı daxil) şikayət ərizələrindən sonra xx.xx.1999-cu il tarixli, 237 saylı Fərman verilmişdir ki, həmin Fərman qanunvericilik baxımınd an mübahisəli evə dair hüquq müəyyənedici sənədin dəyişdirilməsinin əsasını təşkil edir ki, məhkəmə bu fakta da düzgün qiymət verməmiş, iş üzrə hər iki tərəfdən məhkəməyə təqdim edilmiş və birinci instansiya məhkəməsinin əldə etdiyi sənədlərin əsaslılığını qəbul etdiyi qərarla heçə endirmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Mülki Məcəllə Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunverici likdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sən ədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda....
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Mə hkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Şikayətdə apellyas iya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərindən irəli gələn hazırkı mübahisə üzrə zəruri olan həcmdə, işin hallarının tam və hərtərəfli araş dırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, texniki pasportda qeyd edilmiş 290 kv.metr torpaq sahəsi ilə bağlı zəbt qeydinin texniki pasportdan çıxarılması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kolleg iyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
25. Belə ki, iş üzrə iddiaçının hüquqi marağı xx.xx.2018-ci il tarixli, 487 inventar saylı texniki pasportda “zəbt” olaraq qeyd edilmiş 290 kv.metr torpaq sahəsi ilə bağlı qeydin həmin texniki pasportdan çıxarılmasına və RX seriyalı ******* saylı çıxarışa mülkiyyətində olan torpaq sahəsi kimi qeyd edilməsinə nail olmaqdır.
26. Həmçinin müəyyən edilir ki, iddiaçının adına verilmiş çıxarışda torpaq sahəsinin 0,0595 ha göstərilməsinin əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu tarixli, A № 201412 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sə nədi dayanmış, həmin sənəddə sözügedən torpaq sahəsinin ölçüsü məhz 0,0595 ha göstərilmiş, torpaq sahəsinin isə Şəki RAİK-nın xx.xx.1997-ci il tarixli 42 saylı qərarı əsasında ayrıldığı qeyd olunmuşdur.
27. İddiaçı kassasiya şikayətində AİK-nın xx.xx.1997-ci il tarixli 42 saylı qərarının və DTXK-nın texniki pasportunun texniki səhv nəticəsində düzgün tərtib olunmadığını, sahənin ölçülərinin həmin hüquq müəyyənedici sənədlərdə 885 əvəzinə, səhvən 595 kv.metr göstərildiyini, bununla da 290 kv.metr zəbt sahəsinin yarandığını qeyd etmişdir.
28. Bununla bağlı olaraq kollegiya məhkəmələrin gəldiyi nəticəni təsdiqləməklə qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquq müəyyənedici sənəd əsasında yaranır. Hazırkı mübahisəyə münasibətdə isə işin hallarından göründüyü kimi belə hüquq müəyyənedici sənəd kimi AİK-nın xx.xx.1997-ci il tarixli 42 saylı qərarı çıxış edir. DTXK tərəfindən plan-ölçü sənədi də məhz həmin hüquq müəyyənedici sənəd əsas götürməklə tərtib edilmişdir. Odur ki, texniki pasportun hüquq müəyyənedici sənədlərə uyğun tərtib edildiyi, hazırkı vəziyyətdə iddia olunan sahəyə iddiaçının hüququnun mövcudluğunun müəyyən edilmədiyi təsdiq olunur.
29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2024-cü il tarixli, 21(107)-128/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.