Məhkəmə qərarları › İş №2-1(102)-1705/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1705/2025

14.08.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1705/2025 14.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İlyasın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: şikayət üzrə müddətin üzrsüz səbəbdən ötürülməsi, prosessual müddətin bərpasından imtina, kassasiyanın mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Sərvər Vəliyevdən ibarət tərkibdə, İddiaçı İlyasın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2 025-ci il tarixli, 2-1(103)-1393/2025 nömrəli qərardadından kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə iddiaçının ərizəsinə və kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin qəbul etdiyi 30 may 2024-cü il tarixli İQ-39/1 nömrəli qərarın ləğv olunması və qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10487/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia geri götürülmüş sayılaraq, iş üzrə icraata xitam verilmişdir.

3. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2025-ci il tarixli, 2-1(103)-1393/2025 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdiridən qüvvədə saxlanılmışdır.

5. İddiaçı həmin qərardaddan kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermiş, eyni zamanda, kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcb uri hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi aşağıda qeyd olunan səbəblərdən təmin edilməməli, həmçinin onun kassasiya şikay əti mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir.

8. Kassasiya şikayətinin İnzibati Prosessual Məcəllənin 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi kassasiyanın mümkünlüyü əsaslarına aiddir.

9. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən, kassasiya şikayətinin İnzibati Prosessual Məcəllənin 94-cü maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.

10. Belə ki, iş üzrə materiallardan görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı 25 fevral 2025-ci il tarixdə məhkəmə qərardadının təqdim edilməsi barədə qəbzə imza olunmaqla iddiaçıya rəsmi qaydada təqdim edilmişdir. Həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş kassasiya şikayəti isə 07 mart 2025-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir.

11. Göründüyü kimi, iddiaçı tərəfindən kassasiya şikayəti məhkəmə qərardadının təqdim olunduğu gündən qanunvericiliklə müəyyən olunmuş 10 günlük müddət ötürülməklə verilmişdir. Kassasiya şikayətinin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş üzrə materiallarda hər hansı sübut yoxdur.

12. Bu qərardadın 6-cı bəndində istinad olunan normaya görə, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

13. Eyni zamanda, bu qərardadın 6-cı bəndində istinad olunan normaya görə, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.

14. İddiaçı kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsində qeyd etmişdir ki, kassasiya şikayətini elektron məhkəmə sistemində baş verən xətaya görə qanunla müəyyən olunmuş müddət ərzində əlavə etmək mümkün olmamışdır. Bu səbəbdən müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verdiyini və buraxılmış prosessual müddətin bərpa olunması xahiş edilmişdir.

15. Nəzərə alınmalıdır ki, ötürülmüş müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. Hazırkı halda isə iddiaçının ərizəsində istinad etdiyi hallar müddətin üzrlü səbəbd ən buraxılmasına haqq qazandıra və buraxılmış müddətin bərpası üçün yetərli sayıla bilməz.

16. Göründüyü kimi, iddiaçı kassasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürmüş, lakin məhkəməyə müddətin üzrlü səbəbdən və onun təqsiri olmadan buraxılmasına dair hər hansı mötəbər sübut təqdim etməmişdir.

17. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə iddiaçının ərizəsi təmin edilməməli, bunun üzərindən və həmçinin istinad olunan prosessual hüquq normalarına əsasən kassasiya şikayəti mümkün sayılmamalı və şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır.

18. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi rədd edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2025-ci il tarixli, 21(103)-1393/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar