Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1706/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: riskli vergi ödəyicilərin siyahısından çıxarma Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası ) Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinə (hal-hazırda Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsi) qarşı "riskli v ergi ödəyicisi siyahısından çıxarılma” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-365/2025 saylı 31 yanvar 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC (sifarişçi) ilə iddiaçı (icraçı) İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə əsasında iddiaçı tədbirlərin təşkili üzrə kompleks xidmətlərin göstərilməsi, sifarişçi isə həmin xidmətlərin icraçıya sifariş edilən xidmət növü və vahidlərinə uyğun olaraq razılaşdırılmış qiymətlərə görə əvəzinin ödənilməsi barədə öhdəlik götürmüşlər.
2. Həmin müqaviləyə əlavə edilmiş 13 sentyabr 2022-ci il tarixli qiymət razılaşdırma protokolunun, habelə 22 sentyabr 2 022-ci il tarixli təhvil-təslim aktının surətlərinə əsasən icraçı sifarişçiyə 31 702 manat məbləğində xidmət göstərmişdir. Göstərilən xidmətlərin məzmunu aşağıdakılardan ibarət olmuşdur: 1) banner konstruksiya üzərində 12m (E) x 4m (H) 48 kv.metr, 2) 2 Proyektor 10000 ANSİ Lumens, 3) Sinxron tərcümə avadanlığı, 4) Sinxron tərcümə ingilis, Azərbaycan, rus, türk, ərəb dilləri üzrə, 5) 5 kamera ilə çəkilişin aparılması, ekrana canlı yayımın verilməsi, videonun montajı, 6) Montaj və demontaj, nəqliyyat, daşınma, fəhlələr.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə cəmi 5.6 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “2 Proyektor 10000 ANSİ Lumens, Banner konstruksiya üzərində, 12m (E) x 4m (H), 48 kv.metr” satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunmuşdur.
4. İd diaçı xx.xx.2023-cü il tarixdə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə məktubla müraciət edərək bildirmişdir ki, o vasitəçilik xidməti göstərərək tədbirlərin, kiçik konfransların təşkili xidmətini həyata keçirir. Bu səbəbdən müəyyən edilən uyğunsuzluq, yəni 2 Proyektor 10000 ANSİ Lumens, Banner konstruksiya üzərində, 12m (E)x4m(h), 48kv.m satış yox, xidmət məqsədi ilə müştəriyə təhvil verilmiş, tədbir sonunda isə geri götürülmüşdür. Həmçinin avadanlıq ona məxsus olmadığı üçün obyekt qeydiyyatı müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq müəyyən edilən riskin aradan qaldırılmasında və qərarın ləğvində ona köməklik göstərilməsini xahiş etmişdir.
5. Cavabdehin müraciətə baxılması barədə məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci müddəalarına əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Eyni zamanda “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü müddəasına əsasən ticarət fəaliyyəti həyata keçirən vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda riskli vergi ödəyicisi hesab olunur. Qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən onun fəa liyyəti təhlil olunmuşdur. Təhlil zamanı əsas fəaliyyət növünün təsərrüfat subyektinin (obyektinin) qeydə alınmasını tələb etsə də, tərəfindən təsərrüfat subyektinin (obyektinin) qeydə alınmadığı və xx.xx.2022-ci il tarixdə cəmi 5.6 min manat dəyərində təqdim edilmiş elektron qaimə-faktura üzrə "2 Proyektor 10000 ANSİ Lumens, Banner konstruksiya üzərində, 12m (E)x4m(H), 48 kv.m" satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin fəaliyyət növünün həyata keçirilməsi üçün satış gününə qədər olan alışında, idxalında mallar (iş, xidmət) müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliy yatların Meyarları”nın 2.1.1,-ci, 3.1.1,-ci və 2.1.3.-cü bəndlərinə əsasən riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023-cü il tarixli **********225500 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq onun elektron qutusuna göndərilmişdir. Təhlilin nəticəsi olaraq tərəfinizdən riskli əməliyyatların və uçot baza məlumatları üzrə kənarlaşmaların aradan qaldırılmadığı aşkar edilmiş və riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.qov.az), Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilər.
6. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla iddiaçıya təqdim edilmiş bəyannamədən əlavə 15176,05 manat vergi hesablanmışdır.
7. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış elektron şikayətlərdə bildirilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində "xxxx" MMC-yə göndərilən elektron qaimədə qeyd edilən ********** xidmət kodu ilə müştərinin tələbi əsasında xidmət göstərilən məhsulların adı qeyd edilmişdir. Bu səbəbdən qərarın ləğvi xahiş edilmişdir. Cavabdehin sonuncu xx.xx.2023-cü il tarixli **********932700 nömrəli müraciətə baxılması haqqında məktubunda qeyd olunmuşdu ki, “Təhlil zamanı x x.xx.2022-ci il tarixlərində cəmi 5.6 min manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə "2 proyektor 10000 ANSİ lumens, banner konstruksiya üzərində 12m (E)x4m(H), 48kv.m. və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə- faktura üzrə alışda və ya idxalda qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda riskli vergi ödəyiciləri siyahısına daxil edilərkən təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alınmadığı müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat N azirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin üzərinə iddiaçının riskli vergi ödəyicisi hesab olunmamasına və riskli vergi ödəyiciləri siyahısından çıxarılmasına dair, vergi borcunun müvafiq şəkildə, yəni əlavə hesablanmış 15176,05 AZN (üzərinə gələn faizlərlə bərabər) azaldılmasına dair inzibati aktı qəbul etmək vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə iddiaçı "xxxx" MMC ilə 20-21 sentyabr 2022-ci il tarixdə baş tutmuş X2 yaşayış Təcrübəsi mövzusunda keçirilmiş tədbirin təşkili üzrə kompleks xidmətlərin göstərilməsinə dair müqavilə bağlamışdır. Müqavilə üzrə yalnız aşağıdakı xidmətlər nəzərdə tutulmuşdur: 1) banner konstruksiya üzərində 12m (E) x 4m (H) 48 kv.metr, 2) 2 Proyektor 10000 ANSİ Lumens, 3) Sinxron tərcümə avadanlığı, 4) Sinxron tərcümə ingilis, Azərbaycan, rus, türk, ərəb dilləri üzrə, 5) 5 kamera ilə çəkilişin aparılması, ekrana canlı yayımın verilməsi, videonun montajı, 6) Montaj və demontaj, nəqliyyat, daşınma, fəhlələr. Göstərilən “banner konstruksiya üzərində 12m (E) x 4m (H) 48 kv.m” xidmət yalnız onun dizaynını və hazırlanma materiallarının seçilməsini nəzərdə tutmuşdur. 2-ci il tarixdə cəmi 5,6 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə 2 Proyektor “10000 ANSİ Lumens”, Banner konstruksiya üzərində 12m (E) x 4m (H), 48 kv.metr satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicis inin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı riskli vergi ödəyicisi hesab olunmuşdur. İddiaçı tərəfindən həmin məsələyə dair DVX-nə dəfələrlə izahlı məlumatlar təqdim edilsə də, həmin orqan tərəfindən əsaslı araşdırma aparılmamışdır. Bütün araşdırma onunla yekunlaşmışdır ki, vergi ödəyicisi qaimədə mal kimi görünən, əslində isə təqdim edilmiş xidməti qeyd etmişdir. Göründüyü kimi, xidmət müqaviləsi əsasında vergi ödəyicisinin öz mülkiyyətində olan əşyadan istifadənin cavabdeh tərəfindən malların satışı kimi qəbul edilməsi nəticədə vergi ödəyicisi üçün ağır fəsadlar törətmişdir. İddiaçı tərəfindən alqı-satqı əməliyyatları aparılmamışdır ki, buna uyğun hansısa sənədlər də təqdim edilə bilsin.
10. Cavabdeh tərəfindən iddiaya dair yaz ılı etiraz verilərək bildirilmişdir ki, təhlil zamanı xx.xx.2022-ci il tarixində cəmi 5,6 min manat dəyərində təqdim edilmiş elektron qaiməfakturalar üzrə "2 proyektor 10000 ANSİ lumens, banner konstruksiya üzərində, 12m (E)x4m(H), 48kv.m. və s." satışda qeyd olunmasına baxmayaraq elektron qaimə-fakturalar üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Bu səbəbdən iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023-cü il tarixli **********225500 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Eyni zamanda vergi ödəyicisinin əsas fəaliyyət növünün obyekt tələb etməyən fəaliyyət sahəsi olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən riskli əməliyyatın aradan qaldırılmadığı (riskli elektron qaimə-fakturaların ləğv edilmədiyi) və təqdim edilmiş elektron qaiməfakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edilmədiyi məlum olmuşdur. Beləliklə, araşdırmanın nəticəsi olaraq vergi ödəyicisi tərəfindən riskli əməliyyatların tam aradan qaldırılmadığı aşkar edildiyindən, riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. Aparılmış kameral hesablamaya münasibətdə isə, iddiaçı mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəşt hüququndan istifadə etmiş, lakin bu zaman özünün riskli vergi ödəyicisi olmasını nəzərə almamışdır. Halbuki vergi qanunvericiliyində qeyd olunan güzəşt gəlir v ə xərclərinin uçotunu düzgün aparan vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur və riskli vergi ödəyiciləri həmin güzəştdən istifadə hüququnu itirmiş sayılırlar. Beləliklə, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma barədə vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********162200 nömrəli məktub göndərilərək dəqiqləşdirilmiş bəyannaməni, ətraflı izahat məktubunu və müvafiq təsdiqedici sənədlərini təqdim etməklə kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə gəlir vergisi bəyannam əsi üçün 2022-ci il üzrə 15176,05 manat əlavə vergi məbləği hesablanmışdır. Vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunduğundan Vergi Məcəlləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməz. Göründüyü kimi, iddiaçının həm riskli vergi ödəyiciləri siyahısına salınması, həm də barəsində aparılmış kameral hesablama qanunamüvafiq qaydada həyata keçirilmişdir.
11. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə iddiaçının riskli vergi ödəyicisi hesab olunmamasına və riskli vergi ödəyiciləri siyahısından çıxarılmasına dair inzibati akt qəbul etmək vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2115/2024 saylı, 04 iyun 2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2115/2024 saylı 11 iyul 2024-cü il tarixli qərarı ilə (hakim X1) iddia tələbi təmin edilməmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə "xxxx" MMC arasında xidmət müqaviləsi bağlandığı halda, həmin avadanlıqların satışı barədə qaimə verilməsini sifarişçinin hansı səbəbdən tələb etməsi bir qədər qaranlıq görünür. Eyni zamanda həmin avadanlıqlar xidmət müqaviləsinin predmetləri olduğu və iddiaçının bu sahədə peşəkar xidmətlər göstərən şəxs olduğu halda, səhvən həmin əmlakların satışı barədə qaimə verməsi məntiqli və inandırıcı görünmür. Qeyd edilənlərə əsasən cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni və əsaslıdır. Eyni zamanda həmin qərarın qəbu l edilməsi üçün əsaslar aradan qalxmamışdır. Yəni, elektron qaimə ləğv edilməmiş, ödənilmiş məbləğ geri qaytarılmamışdır. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz.
15. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-365/2025 saylı, 31 yanvar 2025-ci il tarixli qərarı ilə (hakimlər X3 (məruzəçi), X4 və X8) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2115/2024 saylı 11 iyul 2024cü il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək İddiaçı riskli vergi ödəyicilərinin siyahısından çıxarılması barədə inzibati aktın qəbul edilməsi öhdəliyi c avabdeh İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinin üzərinə qoyulmuşdur.
17. Apellyasiya instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının riskli vergi ödəyicisi hesab olunması üçün əsas yaradan halların olmadığı müəyyən edildiyindən iddiaçının riskli vergi ödəyiciləri siyahısında qalması onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə məhdudiyyət yaratmaqla yanaşı, həm də onun uzun müddət bu statusda saxlanılması qanunla da yolverilməz olduğu üçün bu hal hazırki vəziyyətdə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə müvafiq inzibati aktın qəbul edilməsi üçün əsas yaradır.
18. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsin i və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri
19. Şikayətdə Vergi Məcəlləsinin 13.2.69, 13.2.70, 13.2.81, 13.2.82, 130.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” 2.1.1, 2.1.3, 2.1.6 və 3.1.1-ci bəndlərinə istinad edilərək apellyasiya instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.
20. Bildirilmişdir ki, vergi ödəyicisi tərəfindən əsas fəaliyyət növünün “qonaqların qəbul edilməsi və görüşlərin təşkil edilməsi” qeyd edilməsinə baxmayaraq, vergi ödəyicisinin fəaliyyəti təhlil edilərkən 2022-ci il tarixində cəmi 5.6 min manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalara görə malların təqdim edilməsi (malların satışı) faktı müəyyən edilmişdir. Bu da iddiaçının ticarət fəaliyyətinin həyata keçirilməsini təsdiq edir. Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş“ Meyarlar”ın 2.1.3-cü müddəasına əsasən ticarət fəaliyyəti həyata keçirən vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarı(o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda riskli vergi ödəyicisi hesab olunur. Beləliklə, məhkəmə qərarında iddiaçının əsas fəaliyyət növünün obyekt tələb etməyən fəaliyyət sahəsi olması qeyd etsə də, iddiaçı tərəfindən 2022-ci il üzrə təqdim edilmiş elektron qaimə-fakturalara görə (2 proyektor 10000 ANSİ lumens, banner konstruksiya üzərində, 12m (E)x4m(H), 48kv.m. və s) malların təqdim edilməsini nəzərə almamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə
13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.1. Bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:... 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğ un olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparılması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsər rüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla),...
3. Riskli əməliyyatların meyarları 3.1.Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim edilməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə)....
4. Vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydası və şərtləri 4.5. Aşağıdakı hallarda vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması ilə bağlı qərar qəbul edilir: 4.5.1. vergi ödəyicisinin təqdim etdiyi əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər, keçirilmiş xronometraj müşahidələrin nəticələri barədə məlumatlar əsasında, habelə vergi nəzarəti ilə rəsmiləşdirilmiş əməliyyatlar, əməliyyatların həqiqiliyini təsdiq edən dövlət orqanlarının (qurumlarının) təsdiq edici sənədləri və ya məlumatları ilə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halın olmadığı aşkar edildikdə;... Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquq i mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçını riskli vergi ödəyicisi kimi qəbul edərkən vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə cəmi 5.6 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “2 Proyektor 10000 ANSİ Lumens, Banner konstruksiya üzərində, 12m (E) x 4m (H), 48 kv.metr” satışda qeyd olunduğu, lakin elektron qaimə faktura üzrə ver gi ödəyicisinin alışında, idxalında qeyd edilən malların (iş, xidmət) müəyyən edilmədiyini əsas götürmüşdür. Eyni zamanda inzibati orqan vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığının müəyyən edildiyini bildirmişdir.
29. Hazırkı kassasiya şikayətində cavabdeh eyni yanaşmadan çıxış edərək bildirir ki, iddiaçı riskli vergi ödəyicisi kimi qəbul edilməlidir.
30. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Vergi Məcəlləsinin tələbinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Risk meyarları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nda öz əksini tapmışdır. Başqa sözlə vergi ödəyicisinin riskli vergi ödəyicisi kimi qiymətləndirilməsi üçün onun həmin meyarla uyğun olması qanunvericiliyin imperativ tələbidir.
31. Lakin hazırkı iş üzrə iddiaçının fəaliyyətinin riskli vergi ödəyicisi kimi qiymətləndirilmə üçün konkret hüquqi əsas mövcud deyildir. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticəni aşağıdakı şərh etməyi məqsədə müvafiq hesab edir.
32. İş materiallarına əlavə edilmiş iddiaçı ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2022-ci il tarixli müqavilənin məzmunundan müəyyən edilir ki, müqavilə xidmət müqaviləsi olmuşdur, yəni bu müqavilə üzrə hər hansı mal-materialın satışı nəzərdə tutulmamışdır. Müqaviləyə əsasən iddiaçı avadanlıqlarla “sifarişçiyə” ("xxxx" MMC) məhz müvafiq xidməti göstərmi şdir. Hətta müqavilə tərəfləri arasında xx.xx.2022-ci il tarixdə imzalanmış təhvil-təslim aktının məzmununda da avadanlıqlar vasitəsilə müvafiq xidmətlərin göstərildiyi faktı təsdiq olunur. Lakin cavabdeh inzibati orqan avadanlıqların xidmətlə bağlı deyil, satışla bağlı olduğunu hesab edərək onların vergi ödəyicisinin təqdim etdiyi elektron qaimə-fakturalarda alış və idxalda qeyd olunan mallar kimi müəyyən edilmədiyini, buna görə də bu əməliyyatın riskli əməliyyat olduğu qənaətinə gəlmişdir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının riskli vergi ödəyicisi hesab olunması üçün onun fəaliyyəti “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun deyildir.
34. Bundan əlavə kassasiya şikayətində qeyd edilir ki, iddiaçı tərəfindən anbarı (o cümlədən icarəyə götü rdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) vergi orqanlarında qeydiyyata alınmamışdır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının fəaliyyəti “konfrans avadanlığı xidməti” olduğundan bu fəaliyyətinin həyata keçirilməsi üçün anbar tələb edilmir. Belə olan halda məhz iddiaçının fəaliyyətinin həyata keçirilməsi üçün anbarının olmaması əsası ilə onun riskli vergi ödəyicisi kimi qəbul edilməsi qanunvericiliyə ziddir.
36. Cavabdeh həmçinin kassasiya şikayətində qeyd etmişdir ki, vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********225500 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar qüvvədə olduğu və vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunmasına səbəb olan halların aradan qaldırılmadığı, təqdim edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarılmadığından iddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır.
37. Məhkəmə kollegiyası bu hissədə apellyasiya instansiya məhkəməsinin məhkəmə qərarında əks etdirdiyi mövqe ilə razılaşaraq bildirir ki, hazırki işdə vergi orqanının aşkarladığı və riskli əməliyyat kimi qiymətləndirdiyi- iddiaçının satış predmeti kimi müəyyən olunan avadanlıqlar müvafiq müqavilə və təhvil-təslim aktına əsasən onun göstərdiyi xidmətlə əlaqədar ollmuşdur. Buna görə də həmin avadanlıqların iddiaçı tərəfindən satıldığı faktı mövcud olmadığı halda həmin avadanlıqlarla göstərilmiş xidmətə görə alınan pul vəsaitinin (xidmət haqqının) bank hesabı vasitəsilə geri qaytarılmasını və bu barədə müvafiq sənədlərin təqd im olunmasını tələb etmək qanuni sayıla bilməz.
38. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, cavabdeh qurum iddiaçını riskli vergi ödəyiciləri siyahısından çıxarmaqdan imtina edərkən həm də iddiaçının riskli əməliyyatlar apardığı üçün barəsində xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunduğunu və həmin qərara əsasən iddiaçıya təqdim edilmiş bəyannamədən əlavə 15176,05 manat vergi hesablandığını bildirmişdir. Qeyd edilməlidir ki, sözügedən qərarın qəbul edilməsi onun hələ qəbul edilməsi üçün əsas olan halların araşdırılmasını, başqa sözlə desək, iddiaçının riskli vergi ödəyicisi hesab olunması məsələsinin araşdırılmasını və iddiaçının haqlı olduğu halda onun riskli vergi ödəyiciləri siyahısından çıxarılması na mane ola bilməz.
39. Əksinə, iddiaçı barəsində xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar məhz onun riskli vergi ödəyiciləri siyahısına salınması ilə əlaqədar qəbul edildiyindən həmin qərarın qanuniliyi və əsaslılığı məhz hazırki inzibati işin nəticəsindən asılıdır. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflər arasında mübahisə yaranan dövrdə riskli vergi ödəyicisinin siyahıdan çıxarılması ilə bağlı müvafiq qanunvericiliklə müəyyən edilən qaydalar konkret olaraq bəlli olmasa da, sonradan xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil e dilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri” işlənmişdir ki, həmin Qaydaların da 4.5.1-ci bəndində vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması ilə bağlı qərar qəbul edilməsinin şərtləndirdiyi hallar konkret olaraq göstərilmişdir. Bu hallardan biri kimi də vergi ödəyicisinin təqdim etdiyi əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər, əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halın olmadığının aşkar edilməsi göstərilmişdir.
40. Məhkəmə kollegiyası Qaydaların 4.5.1-ci bəndinə əsaslanaraq hesab edir ki, iddiaçının təqdim etdiyi əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər əsasında əməliyyatın riskli hesab edilməsinə əsas yaradan halın olmadığı aşkar edildiyindən iddiaçının riskli vergi ödəyicisi sayılması barədə 1 may 2023-cü il tarixli qərar ləğv edilmədən də onun riskli vergi ödəyicisi siyahısından çıxarılması barədə qərar qəbul edilə bilər.
41. İş üzrə iddiaçının riskli vergi ödəyicisi hesab olunması üçün əsas yaradan halların olmadığı müəyyən edildiyindən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının riskli vergi ödəyiciləri siyahısında qalması onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə məhdudiyyət yaratmaqla yanaşı, həm də onun uzun müddət bu statusda saxlanılması qanunla da yolverilməz olduğu üçün bu hal hazırki vəziyyətdə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə müvafiq inzibati aktın qəbul edilməsi üçün əsas yaradır.
42. Beləliklə, məhkəmə kollegiyası bəhs olunanlara əsasən hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəb lərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsi (hal-hazırda Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsi) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2025-ci il tarixli, 21(103)-365/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.