Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1713/2025 10.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1713/2025) (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Bakı şəhəri 10 oktyabr 2025-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pen siyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 fevral 2025ci il tarixli, 2-1(103)-502/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur.
2. İddiaçıya məxsus ******* nömrəli hərbi biletdən görünür ki, o, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək hərbi xidmətdə olmuşdur.
3. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı 1980-1981-ci və 1984-cü illərdə kolxozçu (cəmi 321 adam günü, illik adam günü norması 220 olmaqla, cəmi 1 il 5 ay 18 gün); xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək gözətçi; xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək “B itmaş” zavodunda işləmişdir. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının əmək stajı aşağıdakı kimidir: xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək gözətçi; xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək gözətçi; xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilədək Elektron hesablayıcı maşın zavodunda işləmiş, “Elekon” kiçik müəssisəsinə keçirilmə yolu ilə işdən azad edilmişdir; xx.xx.1991-ci ildən “Elekon” kiçik müəssəsində çilingər işləmiş, xx.xx.1992-ci ildə Azərbaycan Mərkəzləşmiş Korlar cəmiyyətinə keçirilmə yolu ilə işdən azad edilmişdir; xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək səsyazma studiyasında mühəndis; xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək proqramçı; xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək mühəndisproqramçı; xx.xx.2004-cü ildə “Xəzərdənizneftdonanması” idarəsinin “Gəmi təmiri zavod u”na elektrik quraşdırma sahəsinə 5-ci dərəcəli REA və cihazlarının tənzimləyicisi işinə qəbul edilmişdir. Dövlət Neft Şirkətinin xx.xx.2007-ci il tarixli 51 nömrəli əmrinə əsasən zavod “Xəzər dəniz neft donanması Gəmi təmiri zavodu” adlandırılmışdır. xx.xx.2007-ci ildən ştat cədvəlində baş vermiş dəyişikliklərlə əlaqədar elektrik quraşdırma sahəsi elektrik quraşdırma sexi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X1 yenidən təşkili yolu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. xx.xx.2014-cü ildən “Bibiheybət” gəmi təmiri zavoduna elektrik quraşdırma sexinə 5-ci dərəcəli R EA və cihazların tənzimləyicisi keçirilmişdir. xx.xx.2016-cı ildən elektrik quraşdırma bölməsində 5-ci dərəcəli gəmi radio-elekton aparatların və cihazların tənzimləyicisi işinə keçirilmişdir. xx.xx.2017-ci ildən elektrik quraşdırma bölməsində 6-cı dərəcə gəmi radio-elektron aparatların və cihazların tənzimləyicisi işinə keçirilmişdir. 4. “Bibiheybət” gəmi təmiri zavodunun verdiyi xx.xx.2024-cü il tarixli, A-01 nömrəli arayışdan görünür ki, iddiaçı xx.xx.2004-cü il tarixdən hal-hazıradək zavodda gəmi radioelektron aparatların və cihazların tənzimləyicisi vəzifəsində işləyir. İş stajı 19 il, 11 ay təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Gəmilərin qapalı sahələrində elektrik radioaparatlarının quraşdırılması, təmiri, tənzimləmə və sazlanması ilə mə şğul olur. Gəmi radioaparatlarının kabel yollarının vaxtaşırı quraşdırılaraq nizamlanması və bərkidilməsi. Mürəkkəb radioaparatların içindəki mexaniki və elektrik zədələnmələrinin və qüsurların tapılması, aradan qaldırılaraq yenidən quraşdırılması. Gəmi elektrik və radioavadanlıqlarının mürəkkəb sxemlərinin quraşdırılması və qoşulması, habelə radioaparatların içindəki mexaniki və elektrik zədələnmələrinin və qüsurların tapılması və s. bu kimi işlər. Arayışda həmçinin qeyd olunur ki, Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 11-ci bəndinə, 11.6 yarımbəndinə və “a” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.
5. Azərbaycan Texniki Universitetinin xx.xx.2024-cü il tarixli arayışında qeyd olunur ki, iddiaçı həqiqətən, 160-U(p) nömrəli xx.xx.1984-cü il tarixli əmrə əsasən “Ç.İldırım” adına Azərbaycan Politexnik İnstitutunun (hazırkı Azərbaycan Texniki Universiteti) “Avtomatika və hesablama texnikası” fakültəsinin əyani şöbəsinə qəbul olmuş (qr.№644a), 148-U(p) nömrəli xx.xx.1989-cu il tarixli əmrə əsasən, “Ç.İldırım” adına Azərbaycan Politexnik İnstitutunun “Elektron hesablama aparatlarının konstruksiya edilməsi və istehsalı” ixtisası üzrə əyani olaraq bitirmiş və ona mühəndis-konstruktor texnoloq diplomu verilmişdir.
6. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğuna əsaslanaraq, bu barədə cavabdeh orqana müraciət etmiş, cavabdeh xx.xx.2024cü il tarixli məkltubla onun müraciətini təmin etməmişdir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, Azərbaycan Re spublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri (11.6) bəndində gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən "xxxx" QSC-nin 12 yanvar 2024-cü il tarixli, A-01 nömrəli arayışında iddiaçının xx.xx.2004-cü il tarixindən bugünədək “Bibiheybət” gəmi təmiri zavodunda gəmi radioelektron aparatların və cihazların tənzimləyicisi vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, işlədiyi gəmi radioelektron aparatların və cihazların tənzimləyicisi vəzifəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları vəzifələrinə aid deyil. Bu səbəblərdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtina məktubunun əsassız hesab edilməsi və ona xx.xx.2023-cü il tarixindən, yəni 60 yaşı tamam olan gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsasla ndırmışdır ki, o, xx.xx.1963-cü ildə anadan olmuşdur. xx.xx.2023-cü il tarixinə 25 ildən çox ümumi və 12 il 6 aydan çox güzəştli iş stajı olduğuna görə 60 yaşı tamam olan gündən, yəni xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sənədləri ərizəsinə əlavə edərək xx.xx.2024-cü il tarixində cavabdehə müraciət etmiş, lakin onun müraciəti əsassız olaraq təmin olunmamışdır. Hesab edir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır.
9. Cavabdehin iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.
10. Bakı İnzibati Məhkəməsinin (hakim: F.S.İsmayılzadə) 13 avqust 2024-cü il tarixli, 2-1(112)-7917/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının 60 yaşı xx.xx.2023-ci il tarixdə tamam olmuşdur. İddiaçı iddia tələbində ona 60 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb etmişdir. Onun müraciətinə güzəştli iş stajının olmaması əsası ilə imtina cavabı verilmişdir. İddiaçının ümumi iş stajı və qanunla müəyyən edilmiş yaş həddinə çatması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İşin hallarının araşdırılması zamanı “Bibiheybət” gəmi təmiri zavodunun verdiyi xx.xx.2024-cü il tarixli, A-01 nömrəli arayış əsasında müəyyən edilir ki, iddiaçı xx.xx.2004-cü il tarixdən hal-hazıradək Zavodda gəmi radioelektron aparatların və cihazların tənzimləyicisi vəzifəsində işləyir. İş stajı 19 il 11 ay təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri aşağıdakılardan ibarətdir: gəmilərin qapalı sahələrində elektrik radioaparatlarının quraşdırılması, təmiri, tənzimləmə və sazlanması ilə məşğul olur. Gəmi radioaparatlarının kabel yollarının vaxtaşırı quraşdırılaraq nizamlanması və bərkidilməsi. Mürəkkəb radioaparatların içindəki mexaniki və elektrik zədələnmələrinin və qüsurların tapılması, aradan qaldırılaraq yenidən quraşdırılması. Gəmi elektrik və radioavadanlıqlarının mürəkkəb sxemlərinin quraşdırılması və qoşulması, habelə radioaparatlar ın içindəki mexaniki və elektrik zədələnmələrinin və qüsurların tapılması və s. bu kimi işlər. İşlər tam iş vaxtı ərzində icra edilir. Bu vəzifə Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 11-ci bəndinə, 11.6-cı yarımbəndinə və “a” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. "xxxx" QSC-nin “Bibiheybət” Gəmi Təmiri Zavodunun məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubuna əlavə olunmuş xx.xx.2024-cü il tarixli aktda qeyd olunur ki, ştat cədvəli üzrə Elektrik quraşdırma bölməsinin tərkibində olan iki ixtisas qrupu “Gəmi radioelektron aparatların və cihazların quraşdırıcıları”, “Gəmi radioelektron aparatların tənzimləyiciləri” və “Gəmi elektrik quraşdırıcıları” təmir olunan gəmilərdə eyni şərait də eyni işləri yerinə yetirirlər və bu peşələrin əmək funksiyalarının arasında heç bir fərq yoxdur. Cavabdeh imtinasını yalnız həmin vəzifənin Siyahıda öz əksini tapmaması ilə əsaslandırmışdır. Qeyd olunan hal isə məhkəmə araşdırması ilə təkzib edilmiş, iddiaçının tutmuş olduğu vəzifənin Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 11.6-cı bəndinin “a” yarımbəndində göstərilmiş gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları vəzifəsi ilə eyni vəzifə olduğu müəyyən edilmişdir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə təsbit edilmiş hər üç tələbə cavab verməsi öz təsdiqini tapmışdır.
12. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və idd ia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və E.Ə.Əliyev) 05 fevral 2025-ci il tarixli, 21(103)-502/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayətində iddiaya etirazın və apellya siya şikayətinin dəlillərini təkrarlamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.0.1. Əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosia l sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”
11. Metal emalı 11.6. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri a) fəhlələr: gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları
19. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 2 nömrəli Əlavə - Əmək pensiyasının təyin olunmas ı üçün zəruri sənədlərin Siyahısı
2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir: 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı;
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin e dilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazı rkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Hazırkı iş üzrə iddiaçını n hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən 60 yaşdan, yəni xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi güzəştli əmək stajı ilə əlaqədar şərtin iddiaçıya münasibətdə yerinə yetirilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya i nstansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan h alları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu, inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
30. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zama nı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
31. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.
32. Yuxarıda istinad edilən, hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan normalar baxımından iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır.
33. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.
34. Həmçinin iddiaçının işlədiyi peşənin (gəmi radioelektron aparatların və cihazların tənzimləyicisi) və sahənin güzəştli iş stajına aid olduğu işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Bununla bağlı "xxxx" QSC-nin “Bibiheybət” Gəmi Təmiri Zavodunun 12 yanvar 2024-cü il tarixli, A01 nömrəli arayışın mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
35. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir i nstitut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.
36. Odur ki, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.
37. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
38. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldi yi nəticə qanunvericiliyin tələblərinə uyğun və əsaslıdır. Bu baxımdan, cavabdehin kassasiya şikayəti təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 fevral 2025-ci il tarixli, 21(103)-502/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.