Məhkəmə qərarları › İş №2-1(102)-1715/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1715/2025

24.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1715/2025 24.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2N25-ci il 13 fevral tarixli, 2-1(1N3)-79N/2N 25 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. N nömrəli hərbi hissə tərəfindən tərtib edilmiş “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən X1 tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə arayış-məlumata əsasən: 1.Hərbi hissə: N54.

2. Soyadı, adı atasının adı: İddiaçı.

3. Rütbəsi: kapitan.

4. Vəzifəsi: Tədris şöbəsinin zenit-raket ixtisasları üzrə bölmənin rəisi - baş müəllim.

5. Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi: AA*******.

6. Fərdi identifikasiya nömrəsi (FİN): xxxxxxx. Döyüş əməliyyatları aparılan zaman (27.N9-xx.xx.2N2N-ci il tarixlərdə) 1.Xidmət keç diyi hərbi hissə: N

2. Rütbəsi: kapitan

3. Vəzifəsi: Tədris şöbə rəisinin baş köməkçisi - baş müəllim.

4. Xidmət etdiyi hərbi hissəyə daxil olması: № 389, xx.xx.2N19.

5. Hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığını yerinə yetirilməsi: Müdafiə nazirinin xx.xx.2N21-ci il tarixli N62 nömrəli, Hərbi Hava Qüvvələri komandanının xx.xx.2N2N-ci il tarixli N21 nömrəli və briqada komandirinin xx.xx.2N2N-ci tarixli N72 nömrəli döyüş əmrləri.

6. Həmin dövrdə şəxsin X1 bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunması: Briqada komandirinin xx.xx.2N2N-ci il tarixli N45 nömrəli və xx.xx.2N2N-ci il tarixli N7N nömrəli əmrləri.

7. Həmin dövrdə şəxsin cəlb olunduğu X1 bölmələrinin tərkibində döyüş atışlarının həyata keçirilməsi: cəlb olunmayıb.

8. İştirak etdiyi ər azilər: Kürdəmir.

9. Hansı qisimdə iştirak edib, həmin dövrdə hansı fəaliyyət növü ilə məşğul olub: Briqadanın komanda məntəqəsinin əməliyyat növbətçisi qismində döyüş fəaliyyətləri zamanı komanda məntəqəsinin fəaliyyətinə nəzarət etmiş, düşmənin aşkarlanan raketlərinin və hava hədəflərinin yuxarı komanda məntəqəsinə ötürülməsində, növbətçi qüvvələrin fəaliyyətin nəzarət edilməsində, müxtəlif qoşun növlərinin hava hədəflərinin uçuşu haqqında HHM bölmələrinin məlumatlandırılması və qarşılıqlı fəaliyyət suallarının həllində bilavasitə iştirak etmiş, radiotexniki batareyanın zabiti qismində döyüş fəaliyyətləri zamanı briqadanın S-12t 2TM zenitraket divizionunun əsas döyüş mövqeyinə manevr etməsində, divizionun döyüş texnikalarının döyüşə hazır vəziyyətdə saxlanılmasında, bölmənin döyüş işi ap armasında bilavasitə iştirak etmişdir. 1N. Xəsarət almamışdır.

11. Ehtiyata və ya istefaya buraxılmayıb.

12. Döyüşlərdə iştirakına görə təltif olunmayıb.

2. N nömrəli hərbi hissə komandirinin N saylı, xx.xx.2N2N-ci il tarixli əmrindən çıxarışa əsasən N nömrəli hərbi hissənin idarə heyəti, S-125-2TM divizionu, təlim divizionu, radiolokasiya bölüyü, rabitə bölüyü, təlim bölüyü və maddi-texniki təminat taqımı Azərbaycan Respublikası ərazi bütövlüyünün təmiri edilməsi üçün döyüş əməliyyatlarına cəlb edilmişdir. Döyüş əməliyyatları zamanı döyüş tapşırıqlarının yerinə yetirilməsinin təmin edilməsi məqsədilə hərtərəfli (döyüş, maddi-texniki, mənəvi-psixoloji və tibbi) təminat üzrə tədbirlər tam şəkildə həyata keçirilmişdir. Hərbi hissənin bölmələri üçün döyüş tapşırıqları aşağıdakı kimi müəyyən ləşdirilmişdir: Komanda məntəqəsi - bölmələrdən əldə olunmuş kəşfiyyat məlumatlarını qəbul etsin və döyüşü idarəetmə planşetində əks etdirsin. Hava düşmənini vaxtında və radiolokasiya sahəsinin uzaq hüdudlarında aşkarlasın, bütün yüksəklik diapazonlarında fasiləsiz olaraq müşahidə etsin, onun döyüş tərkibini, düzülüşünü, fəaliyyət istiqamətini maneələrin mövcudluğunu və xarakterini müəyyən etsin, bölmələrin döyüş işini təmin etmək üçün döyüş məlumatlarını bölmələrin komanda və idarəetmə məntəqələrinə ötürsün. Aşkarlanmış hava hədəfləri haqqında məlumatları 95N nömrəli hərbi hissənin mərkəz komanda məntəqəsinə məlumat versin. Bölmələrinin effektiv və dayanıqlı idarə olunmasını qarşılıqlı fəaliyyətdə olan başqa hərbi hissələrlə fasiləsiz rabitənin saxlanılmasını təmin etsin. Cəlb edilən şəxs i heyət - N nömrəli hərbi hissənin idarə heyətinin döyüş təminat tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunan hərbi qulluqçular, N nömrəli hərbi hissənin təlim divizionunun şəxsi heyətidir. xx.xx.2N2N-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı N nömrəli hərbi hissədə xidməti vəzifələrin yerinə yetirən hərbi qulluqçuların adlı siyahısı tərtib edilmişdir (31. Tədris şöbə rəisinin baş köməkçisi – baş müəllim, kapitan İddiaçı). 3. 27.12.2N2N-ci il tarixli fəxri fərmandan görünür ki, kapitan İddiaçı hücum əməliyyatları zamanı Hərbi Hava Qüvvələrinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsində yüksək peşəkarlıq nümayiş etdirərək fərqləndiyinə görə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı tərəfindən təltif edilmişdir.

4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi tərəfindən N nömrəli hərbi hissəyə ünvanlanmış 2/2-28 saylı N8 yanvar 2N24-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş kapitan İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən arayış-məlumatı Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”da baxılmışdır. Təqdim olunmuş arayış-məlumatın 7-ci və 8-ci bəndlərində olan qeydlərə və N sentyabr 2N2N-ci il tarixdən 1N noyabr 2N2Nci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstə rilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə 15 dekabr 2N23-cü il tarixli iclasının protokoluna əsasən Komissiya tərəfindən kapitan İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetini göndərilməsi məqsədəuyğun hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Müharibə veteranı” adının və müvafiq vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Silahlı Qüvvələrdə həqiqi hə rbi xidmətdədir. xx.xx.2N19-cu il tarixdən hal-hazırkı vaxtadək N №-li hərbi hissədə xidmət edir. N günlük Vətən Müharibəsi vaxtı N №-li hərbi hissədə “tədris şöbə rəisinin baş köməkçisi-baş müəllim” vəzifəsində xidmət keçmişdir. X1 Qoşunlarının tərkibində döyüş əməliyyatlarında döyüş tapşırıqlarını yerinə yetirmişdir. Ona “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün xidmət keçdiyi N №-li hərbi hissə tərəfindən müvafiq siyahıya onun da adı daxil edilərək yuxarı komandanlığa – Hərbi Hava Qüvvələrinə İdarəsinə (95N №-li hərbi hissəyə) göndərilmişdir. 95N №-li hərbi hissədən isə ona “Müharibə veteranı” adının verilməsi üçün Müdafiə Nazirliyi Aparatı nəzdində yaradılmış komissiyaya onun adı da daxil edilmiş siyahı göndərilmişdir. Lakin həmin komissiyanın xx.xx.2N23-cü il tarixli iclas protokoluna əsasən iddiaçıya “Müharibə veteranı” adının və müvafiq vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Nazirlər Kabinetinə göndərilməsindən imtina edilmişdir. Cavabdehin imtinası əsassız və qanunsuzdur. İddiaçının adı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün Müdafiə Nazirliyi tərəfindən Nazirlər Kabinetinə göndərilən müvafiq siyahıya daxil edilməlidir.

7. Cavabdeh tərəfindən təqdim olunmuş iddia ərizəsinə dair yazılı etirazda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyasının xx.xx.2N24-cü il tarixli 2/2-28 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, arayış məlumatın 7-ci və 8-ci bəndlərində olan qeydlərə və xidmət e tdiyi ərazilər (Kürdəmir rayonu) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə, sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Arayış-məlumatın 7-ci bəndində göstərilmişdir ki, iddiaçı X1 bölmələrinin tərkibində döyüş atışlarının həyata keçirilməsinə cəlb olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 9-cu yarımbəndinə əsasən: “Azərbaycan Re spublikasının ərazi bütövlüyü uğrunda 2N2N-ci il sentyabrın 27-dən noyabrın 1N-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2N2N-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməli yyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.

8. Məhkəmənin sorğusuna cavab olaraq N nömrəli hərbi hissənin komandiri tərəfindən təqdim edilmiş arayışa əsasən N nömrəli hərbi hissənin hərbi qulluqçusu İddiaçı həqiqətən xx.xx.2N2N-ci il tarixdən xx.xx.2N2N-ci il tarixədək müdafiə nazirinin xx.xx.2N21- ci il tarixli N62 nömrəli, Hərbi Hava Qüvvələri komandanının xx.xx.2N2N-ci il tarixli N21 nömrəli və hərbi hissə komandirinin N sentyabr 2N2N-ci il tarixli N72 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında tədris şöbə rəisinin baş köməkçisi - baş müəllim vəzifəsində briqadanın komanda məntəqəsinin əməliyyat növbətçisi qismində döyüş fəaliyyətləri zamanı komanda məntəqəsinin fəaliyyətinə nəzarət etmiş, düşmənin aşkarlanan raketlərinin və hava hədəflərinin yuxarı komanda məntəqəsinə ötürülməsində, növbətçi qüvvələrin fəaliyyətinə nəzarət edilməsində, müxtəlif qoşun növlərinin hava hədəflərinin uçuşu haqqında HHM bölmələrinin məlumatlandırılması və qarşılıqlı fəaliyyət suallarının həllində bilavasitə iştirak etmiş, radiotexniki batareyan ın zabiti qismində döyüş fəaliyyətləri zamanı briqadanın S125-2TM zenit-raket divizionunun əsas döyüş mövqeyinə manevr etməsində, divizionun döyüş texnikalarının döyüşə hazır vəziyyətdə saxlanılmasında, bölmənin döyüş işi aparmasında bilavasitə iştirak etmişdir.

9. Məhkəmənin sorğusuna cavab olaraq N nömrəli hərbi hissə tərəfindən N saylı xx.xx.2N24-cü il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N nömrəli hərbi hissəsi Müdafiə Nazirinin “Müvafiq Məxfi əmri” nə əsasən döyüş əməliyyatlarında iştirak etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2N24-cü il 2N sentyabr tarixli, 2-1(112)63N9/2N24 nömrəli qərarı ilə (hakim A.M.Almazova) iddia təmin edilmiş, iddiaçının adının “Müharibə veteranı” adı və vəsiqəsi verilən şəxslərin siyahıs ına daxil edilərək həmin siyahının razılaşdırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh imtinasında arayışməlumatın 7-ci (həmin dövrdə şəxsin cəlb olduğu X1 bölmələrinin tərkibində döyüş atışlarının həyata keçirilməsi və döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi: cəlb olunmayıb) və 8-ci (iştirak etdiyi ərazilər: Kürdəmir) bəndlərində olan qeydlərə istinad etsə də, iddiaçının məhz X1 bölmələrinin tərkibində döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsini və belə olan halda onun xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazinin imtina üçün əsas olmadığını nəzərə almamışdır. Həmçinin arayış-məlumatın 7-ci bəndində iddiaçının X1 bölmələrinin tərkibində döyüş a tışlarının həyata keçirilməsi və döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsinə cəlb olunmadığı qeyd edilsə də, həmin arayışməlumatın 9-cu bəndində onun briqadanın komanda məntəqəsinin əməliyyat növbətçisi qismində döyüş fəaliyyətləri zamanı komanda məntəqəsinin fəaliyyətinə nəzarət etməsi, düşmənin aşkarlanan raketlərinin və hava hədəflərinin yuxarı komanda məntəqəsinə ötürülməsində, növbətçi qüvvələrin fəaliyyətin nəzarət edilməsində, müxtəlif qoşun növlərinin hava hədəflərinin uçuşu haqqında HHM bölmələrinin məlumatlandırılması və qarşılıqlı fəaliyyət suallarının həllində bilavasitə iştirak etmiş, radiotexniki batareyanın zabiti qismində döyüş fəaliyyətləri zamanı briqadanın S-12t 2TM zenit-raket divizionunun əsas döyüş mövqeyinə manevr etməsində, divizionun döyüş texnikalarının dö yüşə hazır vəziyyətdə saxlanılmasında, bölmənin döyüş işi aparmasında bilavasitə iştirak etməsi qeyd olunmuşdur.

12. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2N25-ci il 13 fevral tarixli, 2-1(1N3)-79N/2N25 nömrəli qərarı ilə (hakimlər K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, N.X.Nəbizadə və M.N.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2N24-cü il 2N sentyabr tarixli, 2-1(112)-63N9/2N24 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin ye nidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayətində etiraz ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillərə istinad etmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı münasibətini əks etdirən ərizə təqdim edərək kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtlər i haqqında Əsasnamə” Müharibə veteranı adı aşağıdakı qaydada verilir:.... 2N2N-ci il sentyabrın 27-dən noyabrın 1N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X1, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlər i və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.

19. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1N gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar gö stərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya m əhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə etiraz ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri o lan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin 1Ncu yarımbəndinə əsasən 2N2N-ci il sentyabrın 27-dən noyabrın 1N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyat larının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X1, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.

26. Göründüyü kim 2N2N-ci il sentyabrın 27-dən noyabrın 1N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X1, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazidən asılı olmayaraq müvafiq sənədlər təqdim edildiyi halda “Müharibə veteranı” adı və vəsiqəsi verilir.

27. Belə olan halda, apellyasiya məhkəməsinin haqlı mövqeyinə uyğun olaraq, cavabdeh inzibati orqan imtinasında arayış-məlumatın 7- ci (həmin dövrdə şəxsin cəlb olduğu X1 bölmələrinin tərkibində döyüş atışlarının həyata keçirilməsi və döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi: cəlb olunmayıb) və 8-ci (iştirak etdiyi ərazilər: Kürdəmir) bəndlərində olan qeydlərə istinad etsə də, iddiaçının məhz X1 bölmələrinin tərkibində döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsini və belə olan halda onun xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazinin imtina üçün əsas olmadığını nəzərə almamışdır. Eyni zamanda, arayış-məlumatın 7-ci bəndində, iddiaçının X1 bölmələrinin tərkibində döyüş atışlarının həyata keçirilməsinə cəlb olunmadığı qeyd edilsə də, həmin arayış-məlumatın 9-cu bəndində, onun briqadanın komanda məntəqəsinin əməliyyat növbətçisi qismində döyüş fəaliyyətləri zamanı komanda məntəqəsinin fəaliyyətinə nəzarə t etməsi, düşmənin aşkarlanan raketlərinin və hava hədəflərinin yuxarı komanda məntəqəsinə ötürülməsində, növbətçi qüvvələrin fəaliyyətin nəzarət edilməsində, müxtəlif qoşun növlərinin hava hədəflərinin uçuşu haqqında HHM bölmələrinin məlumatlandırılması və qarşılıqlı fəaliyyət suallarının həllində bilavasitə iştirak etmiş, radiotexniki batareyanın zabiti qismində döyüş fəaliyyətləri zamanı briqadanın S-12t 2TM zenit-raket divizionunun əsas döyüş mövqeyinə manevr etməsində, divizionun döyüş texnikalarının döyüşə hazır vəziyyətdə saxlanılmasında, bölmənin döyüş işi aparmasında bilavasitə iştirak etməsi qeyd olunmuşdur.

28. Beləliklə, iddiaçının X1 bölmələrinin tərkibində döyüş əməliyyatlarının döyüş təminatı üzrə tapşırıqların yerinə yetirilməsində bilavasitə iştirak etdiyi təsdiq olunduğun dan onun iddiası əsaslı olaraq təmin edilmişdir.

29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2N25-ci il 13 fevral tarixli, 2-1(1N3)-79N/2N25 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar