Məhkəmə qərarları › İş №2-1(102)-1716/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1716/2025

24.09.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1716/2025 24.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" X7rşı iş üzrə QƏRARİ Açar sözlər: fərdi parklanma talonunun verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" X7rşı (Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) İddiaçı məxsus olan “Grand Cherokee” markalı, **-SB-*** dövlət nömrə nişanlı avtomobilin yaşadığı ünvanın (məcburi köçkün kimi məskunlaşdığı ünvan 1 ünvanının) ərazisində parklamaq məqsədilə ödənişsiz əsaslarla parklanma yerinin ayrılması və fərdi parklanma talonunun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 fevral 2025-ci il tarixli, 2-1(103)-1033/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1993-cü ildə Zəngilan rayonundakı daimi yaşayış yerini tərk etmiş, məcburi köçkün statusuna malik olmuş və Nəsimi rayonunda müvəqqəti məskunlaşmışdır.

2. İddiaçı Zəngilan rayonu, Vənətli kəndində qeydiyyatda olsa da, məcburi köçkün kimi ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır.

3. İddiaçının mülkiyyətində Grand Cherokee markal ı, **-SB-*** dövlət nömrə nişanlı avtomobil var. Həmin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində İddiaçı müvəqqəti olaraq ünvan 2 ünvanında qeydiyyatda olması göstərilmişdir.

4. İddiaçı idarə etdiyi həmin avtomobili yaşadığı ünvanın yaxınlığında (100 metr ərazini əhatə edən məsafədə) park etməsi üçün parklanma talonunun əldə edilməsi ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etsə də, adıçəkilən qurum tərəfindən parklanma talonlarının verilməsindən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa istinad edilməklə iddiaçının müraciətindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ə rizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “iddiaçıya məxsus olan Grand Cherokee markalı, **-SB-*** dövlət nömrə nişanlı avtomobilin yaşadığı ünvanın ərazisində parklamaq məqsədilə ödənişsiz əsaslarla parklanma yerinin ayrılması və fərdi parklanma talonunun verilməsi üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-11262/2024 saylı qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.

7. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı məlum hadisələrlə əlaqədar olaraq 1993-cü il tarixdə Zəngilan rayonund an məcburi köçkün düşərək ünvan 1 ünvanda məskunlaşmışdır. Ona məxsus olan avtomobilini yaşadığı ünvanın ərazisində parklamaq məqsədilə Fərdi parklanma talonunun verilməsi üçün xx.xx.2024-cü il tarixdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etmişdir. AYNA iddiaçının müvəqqəti məskunlaşdığı ünvanda deyil, işğaldan yeni azad olunmuş Zəngilan rayonu, Vənətli kəndində daimi qeydiyyatda olduğunu əsas gətirərək ona Fərdi parklanma talonunun verilməsindən imtina etmişdir. Qeyd edir ki, iddiaçı Zəngilan rayonu, Vənətli kəndində daimi qeydiyyatda olmasına baxmayaraq, Hökumət portalında yaşayış yeri olaraq ünvan 1 ünvan qeyd edilmşdir.

8. Cavabdehin iddiaya dair etirazı onunla əsaslandırılmışdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə əsasən, Azərba ycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşına münasibətdə yaşayış yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Odur ki, şəxsiyyət vəsiqəsində isə yalnız qeydiyyat ünvanı qeyd olunduğundan, şəxsin yaşayış yeri onu qeydiyyatda olduğu yer hesab edilir. Eyni zamanda, Qaydanın 2 nömrəli Əlavəsində olan ərizə nümunəsində şəxsin qeydiyyatda olduğu yer üzrə fərdi parklanma talonunun verildiyi bir daha öz təsdiqini tapır. Bu səbəbdən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatda olmayan şəxslərə fərdi parklanma talonun verilməsi qanunaziddir.

9. Bakı İnzibati Məhkəməsinin (h akim: X5) 7 noyabr 2024-cü il, 2-1(112)11262/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı məxsus olan “Grand Cherokee” markalı, **-SB-*** dövlət nömrə nişanlı avtomobilin yaşadığı ünvanın (məcburi köçkün kimi məskunlaşdığı ünvan 1 ünvanının) ərazisində parklamaq məqsədilə ödənişsiz əsaslarla parklanma yerinin ayrılması və fərdi parklanma talonunun verilməsi öhdəliyi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, məcburi köçkünün şəxsiyyət vəsiqəsində yaşayış yeri onun daimi yaşayış yerini tərk etməyə məcbur olduğu yaşayır yeri olduğundan o, hazırki vəziyyətdə qanunvericiliyin verdiyi bu imkandan istifadə ed ə bilməz. Məcburi köçkün ya bu hüquqdan istifadə etməməli, ya da bu hüquqdan istifadə etmək üçün hökmən daimi yaşayış yerini (tərk etməyə məcbur olduqları yaşayır yerini) dəyişməlidir, başqa cür məcburi köçkün tərk etdiyi daimi yaşayış yerinə qayıdanadək bu hüquqdan istifadə edə bilməz. Belə yanaşma isə qəbul edilən deyil. Beləliklə, məhkəmə iddiaçının məcburi köçkün olmasını və ünvan 1 ünvanında müvəqqəti məskunlaşmasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının şəxsiyyət vəsiqəsinə əsasən onun yaşayış yerinin Zəngilan rayonu, Vənətli kəndi olmasını əsas gətirərək imtina verməsi əsassızdır.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instans iyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X2 /sədrlik edən və məruzəçi/, X4 və X3) 5 fevral 2025-ci il tarixli, 2-1(103)-1033/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri 15. “Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsinin Vİİ hissəsinə əsasən, parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kəna rlarında yerləşən evlərdə və ya binalarda yaşayış yeri üzrə qeydiyyatda olan minik avtomobillərinin istifadəçilərinə onların müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma məntəqələri və etibarlılıq müddəti göstərilməklə elektron qaydada fərdi parklanma talonu verilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2019-cu il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nda heç bir bənddə “qeydiyyatda olan şəxslər” anlayışı öz əksini tapmamasına münasibətdə bildirilir ki, Qaydanın 2 nömrəli Əlavəsi olan ərizə nümunəsindən görünür ki, şəxs şəxsiyyət vəsiqəsində olan məlumatları qeyd etməklə yalnız qeydiyyatda olduğu yer üzrə fərdi parklanma talonunun alınması üçün müraciət edə bilər.

17. Göründüyü kimi, Qanunverici müvafiq qanunda birbaşa fərdi parklanma talonlarını məhz yaşayış yeri üzrə qeydiyyata olan şəxslərə verilməsi ilə şərtləşdirmiş, müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Nazirlər Kabineti də qeyd edilən Qanuna uyğun olaraq sözügedən Qərarı qəbul etmişdir. Lakin, məhkəmə özünün qəbul etdiyi qərarının məhkəmə əsaslandırması hissəsində iddiaçının ünvan 1 ünvanında müvəqqəti məskunlaşmasını qeyd etsə də, heç bir hüquqi aktda müvəqqəti məskunlaşmanın şəxsin yaşayış yeri kimi qəbul edilməsi kimi göstərilməməsinə baxmayaraq, AYNA-nın üzərinə iddiaçıya ödənişsiz əsaslarla parklanma yerinin ayrılması və fərdi parklanma talonunun verilməsi öh dəliyini qoymuşdur. Digər tərəfdən də məhkəmə, məhz hansı hüquqi aktla iddiaçının məskunlaşdığı yerin onun yaşayış yeri kimi qəbul etməsini də, qərarda qeyd etməmişdir. Məhkəmə öz qərarında həmçinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu 1 və 12-ci maddələrinə də istinad etmişdir. Qanunun 12-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini, yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəd sayılır. Göründüyü kimi, Qanunverici qeyd edilən Qanunla məhz qaçqınlara qaçqın vəsiqəsinin verilməsini və həmin vəsiqə ilə o cümlədən onların yaşayış yerinin müəyyənləşdirilməli olmasını qeyd etmiş dir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşına münasibətdə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir.

18. Yaşayış yerinin müəyyən edilməsi zamanı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsi tətbiq edilməlidir və həmin hissəyə əsasən Azərbaycan Respublikası vətəndaşına münasibətdə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Hakimin qərarında qeyd etdiyi iddiaçının məcburi köçkün kimi müvəqqəti yaşadığı yer bina, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2 -ci maddəsinə əsasən onun olduğu yerdi. İddiaçının şəxsiyyət vəsiqəsindən görünür ki, onun yaşayış yeri Zəngilan rayonu, Vənətli kəndidir. Bu səbəbdən qanunvericiliyin tələbinə uyğun olaraq vətəndaşa haqlı olaraq fərdi parklanma talonunun verilməsindən imtina edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra - şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.... Maddə

2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha ço x yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. 22. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

53. Parklanma... Vİİ. Parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən pul suz parklanma yerləri ayrılır və onlara nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma ərazisi və etibarlıq müddəti göstərilməklə fərdi parklanma talonu verilir. Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Fərdi parklanma talonuna dair məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. Bu maddənin XİX hissəsinin tələbləri fərdi parklanma talonu olan nəqliyyat vasitəsinin istifadəçilərinə şamil edilmir. Fərdi parklanma talonu nəqliyyat vasitəsinin salonunda, ön şüşənin arxasında aydın görünən və oxunan yerə qoyulur.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi parkl anma talonlarının forması, habelə onların verilməsi Qaydası”: 2.1. Parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən pulsuz parklanma yerləri ayrılır və onlara bu Qaydanın 1 nömrəli əlavəsinin 2-ci hissəsində göstərilən formaya uyğun fərdi parklanma talonu (Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla) verilir. Bakı şəhərinin inzibati ərazisində isə pulsuz parklanma yerləri Bakı Nəqliyyat Agentliyi tərəfindən ayrılır və yerli icra hakimiyyəti orqanları tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsinin 1-ci hissəsində göstərilən formaya uyğun fərdi parklanma talonu verilir. 2.2. Fərdi parklanma talonu almaq üçün müraciət et miş minik avtomobilinin istifadəçilərinə fərdi parklanma talonu müraciət edildiyi tarixdən 15 iş günü müddətində verilir.... 2.6. Təqdim olunmuş sənədlərdə və ərizədə çatışmazlıq (bu Qaydanın 2.4-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) aşkar edildikdə, müraciətin yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçiyə 2 (iki) iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə, elektron müraciət etdikdə isə onun elektron poçtuna dərhal məlumat göndərilir.... 2.9. Müraciət qəbul olunduqdan sonra 2 (iki) iş günü müddətində yerli icra hakimiyyəti orqanları müraciəti və ona əlavə edilən sənədlərin skan edilmiş surətini və ya X1 Sistemi vasitəsilə əldə etdiyi sənədləri və ya məlumatları elektron qaydada Bakı şəhərinin ərazisində pulsuz parklanma yerlərinin ayrılması üçün Bakı Nəqliyyat Agentliyinə göndərir. Müraciətə Bakı Nəqliyyat Agentliyi tərəfindən baxılıb razılıq verildikdən sonra 2 (iki) iş günü müddətində Bakı Nəqliyyat Agentliyinin holoqramı olan fərdi parklanma talonu yerli icra hakimiyyəti orqanları tərəfindən müraciət etmiş şəxsə verilir. Fərdi parklanma talonunun verilməsindən imtina edildikdə, imtinanın səbəbləri barədə ərizəçiyə 2 (iki) iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə, elektron müraciət etdikdə isə onun elektron poçtuna dərhal məlumat göndərilir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrü bəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Bundan başqa, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. Hazırda iddiaçının hüquqi marağı məhz yaşadığı ünvanın ərazisində avtomobilini parklamaq məqsədilə ödənişsiz əsaslarla parklanma yerinin ayrılması və fərdi parklanma talonunun verilməsinə yönəlmişdir.

31. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 1993-cü ildə Zəngilan rayonundakı daimi yaşayış yer ini tərk etmiş, məcburi köçkün statusuna malik olmuş və ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır.

32. Cavabdehin kassasiya şikayətində bildirdiyi dəlil ondan ibarətdir ki, qanunvericilikdə fərdi parklanma talonlarının məhz yaşayış yeri üzrə qeydiyyata olan şəxslərə verilməsi şərtləşdirilmişdir, apellyasiya məhkəməsi məhz hansı hüquqi aktla iddiaçının məskunlaşdığı yerin onun yaşayış yeri kimi qəbul etməsini qərarda qeyd etməmişdir.

33. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, qanunvericiliyin hərfi təfsiri məcburi köçkünlərə münasibətdə qeyri-mütənasib vəziyyət yaratmaqla onlardan asılı olmayan hallara görə həddən artıq ağır yük altında qoyulması vəziyyəti yarada bilər.

34. Apellyasiya məhkəməsi haqlı olaraq bildirmişdir ki, Zəngilan, Laçın və digər işğaldan azad olunmuş rayonlara m əcburi köçkünlərin tam miqyasda qayıdışı hələ reallaşmadığı üçün, bu rayonlarda avtomobil parklanması da real deyil. Belə olduğu halda, məcburi köçkünlərə yalnız formal olaraq rəsmi qeydiyyatda olduqları ünvanlarda parklanma talonu vermək onların hüquqlarını legitim məqsədə xidmət etməyən əsasla məhdudlaşdırmış olardı. Məcburi köçkünlərə tətbiq edilən qeyri-mütənasib yanaşma onların dövlət xidmətlərindən istifadə imkanlarını da məhdudlaşdırır. Odur ki, iddiaçının məcburi köçkün kimi müvəqqəti məskunlaşdığı sübuta yetirilmiş ünvan üzrə fərdi parklanma talonunu almaq hüququ tanınmalıdır.

35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsassız olduğundan və qanunun müddəalarına uyğun olmadığından təmin edilə, apellyasiya inst ansiya məhkəməsinin qərarı isə ləğv edilə bilməz.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 fevral 2025-ci il tarixli, 21(103)-1033/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar