Məhkəmə qərarları › İş №2-1(102)-1717/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1717/2019

12.06.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1717/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1717/19 Bakı şəhəri 12 iyun 2019-cu il 12.06.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı və onun vəkili XXXnın iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 yanvar 2019-cu il tarixli, 2-1(103)-246/19 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında bax ılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 oktyabr 2017-ci il tarixli “Sürücülərin həkim-psixiatr tərəfindən tibbi müayinəsinin keçirilməsinə izah verilməsi barədə” müraciətinə (d/o №-si 2-59/M-264/45), 30 oktyabr 2017-ci il tarixli “Sürücülüyə yararlı/yararsız barədə tibbi arayışın verilməsi barədə” sorğuya (d/o №-si 2-59/M-264/48), 29 may 2018-ci il tarixli “Baza ali tibbi təhsili və “həkim” ali peşə ixtisas dərəcəsini almış şəxslərin peşə fəaliyyəti barədə” sorğuya (d/o №si 2-59/M-380/17), 25 iyun 2018-ci il tarixli “həkim mütəxəssisin statusu barədə” təkrar sorğuya (d/o №-si 2-59/M-380/21) mahiyyəti üzrə cavab verilməsi vəzifəsin in cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 14.0.8, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun 27-1-ci maddələrinin tələbləri pozularaq onun bir neçə məsələ ilə bağlı cavabdehə etdiyi müraciətlər sonuncu tərəfindən ya cavablandırılmamış, ya da mahiyyəti üzrə cavab verilməmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli, 2-1(81)3896/2018 saylı qərardadı (hakim Elçin Məmmədov) ilə iş üzrə icraata xitam verilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.2-ci ma ddəsinə əsasən cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan mahiyyəti üzrə mübahisə artıq mövcud deyildir. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv, iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 yanvar 2019-cu il tarixli, 2-1(103)-246/19 saylı qərardadı ilə (sədrlik edən hakim Cahangir Yusifov, hakimlər Valeh Ağayev və Afaq Nuriyeva) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərardadında qeyd olunan əsasları öz qərardadında da göstərmiş və bildirmişdir ki, iddiaçı tələbində cavabdeh tərəfindən onun sorğularına cavab verilmədiyi və y a mahiyyəti üzrə cavab verilmədiyini bildirmişdir. Lakin işə birinci instansiya məhkəməsində baxılarkən sorğu əsasında cavabdeh tərəfindən müvafiq cavablar məhkəməyə təqdim edilmiş, iddiaçı onlarla tanış olmuşdur. Belə olan vəziyyətdə tələb birinci halda cavabdeh tərəfindən yerinə yetirilmişdir. İddiaçının cavabdehin cavabları ilə razılaşmaması və həmin cavabların onu qane etməməsi isə işə mahiyyəti üzrə baxılmasına imkan vermir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun 3.0.1, 9.1.1, 16.1, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.1, 67.2, 67.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan iddiaçı kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməsinə dair yen i qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsinin qərardadında göstərilənlərin əksində olaraq, cavabdeh müraciətlərə dair cavab məktublarını məhkəməyə təqdim etməmiş, həmçinin iddiaçının qanuni tələbinin də məhkəmə vasitəsi ilə təmin etməmişdir. Dəlilin hüquqi əsası kimi “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 12.3, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun 10.5, 16.1, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddələrinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və v əkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfindən iddiaçın ın sorğularına verilmiş cavablar məhkəməyə təqdim edilmiş, məhkəmə tərəfindən isə iddiaçıya təqdim edilmiş və sonuncu onlarla tanış olmuşdur. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərardadın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunaraq qeyd edilən sorğulara cavab verildiyindən və mübahisə artıq mövcud olmadığından, məhkəmə icraatına xitam verməklə birinci instansiya məhkəməsi qanuni nəticəyə gəlmişdir. İddiaçı yeganə dəlil kimi onu qeyd etmişdir ki, cavabdeh müraciətlərə dair cavab məktublarını məhkəməyə təqdim etməmiş, həmçinin iddiaçının qanuni tələbini də məhkəmə vasitəsi ilə təmin etməmişdir. Məhkəmə kollegiyası iddiaçının dəlilini əsaslı hesab etmir və apellyasiya məhkəməsinin verdiyi hüquqi qiymətləndirmə ilə yanaşı aşağıdakıların bildirilməsin i zəruri hesab edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının tələbi Azərbaycan Respublikası İPM-in 2.2.3-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehin “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 1.2-ci maddəsi baxımından faktiki xarakterli hərəkəti həyata keçirmək - sorğulara cavab verilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə məhkəmə qərarının qəbul olunmasını xahiş etmişdir. İddiaçının məhkəməyə müraciət etməsinin səbəbi 1) 05 oktyabr 2017-ci il tarixli “Sürücülərin həkim-psixiatr tərəfindən tibbi müayinəsinin keçirilməsinə izah verilməsi barədə”, 2) 30 oktyabr 2017-ci il tarixli “Sürücülüyə yararlı/yararsız barədə tibbi arayışın verilməsi barədə”, 3) 29 may 2 018-ci il tarixli “Baza ali tibbi təhsili və “həkim” ali peşə ixtisas dərəcəsini almış şəxslərin peşə fəaliyyəti barədə”, 4) 25 iyun 2018-ci il tarixli “həkim mütəxəssisin statusu barədə” təkrar sorğuya mahiyyəti üzrə cavab verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı olmuşdur. İddiaçı tərəfindən kassasiya şikayətində cavabdeh tərəfindən müraciətlərə dair cavab məktublarının məhkəməyə təqdim edilmədiyi qeyd olunmuşdur. Halbuki, iş materialına əlavə edilmiş sənədlərdən aydın olur ki, iddiaçının cavablandırılmasını tələb etdiyi sorğulara ayrı-ayrı vaxtlarda cavabdeh tərəfindən müvafiq cavablar verilmişdir. Belə ki, tibbi yardımın təşkili şöbəsinin müdiri G.Poladov tərəfindən Səhiyyə Nazirliyinin baş psixiatrı Azərbaycan Dövlət Həkimləri X1 və Narkologiya kafedrasının müdiri T.Qa farova ünvanladığı məktubda iddiaçının sürücülərin həkim-psixiatr tərəfindən tibbi müayinədən keçirilməsi ilə bağlı ərizəsinin aidiyyatı üzrə baxılması üçün göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş psixiatrı, t.e.d. T.Qafarov tərəfindən iddiaçıya ünvanlanan məktubda bildirilmişdir ki, “...”sürücülərinin” həkim-psixiatr tərəfindən tibbi müayinəsinin keçirilməsi və sağlamlıq cəhətdən sürücülüyə “yararlı/yararsız” psixiatriya əks göstərişinə...” izah verilməsi üçün hansı rəsmi sənədə istinad olunmasının bilinməsinə ehtiyac var. Bununla əlaqədar tövsiyyə edilir ki, izahı istənilən ifadənin mənbəyi bildirilsin. İddiaçıya ümumi şöbənin müdiri Ləman Əli-zadə tərəfindən ünvanlanan 19 sentyabr 2017-ci il tarixli, 6-59/M-264/40 saylı məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Tibbi statistika sahəsində işin təkmilləşdirilməsi barədə” 30 dekabr 2016-cı il tarixli 100 saylı əmri ilə bağlı təkrar müraciətə baxılmışdır. Ərizədə qeyd edilən məsələ ilə bağlı ona 18 avqust 2017-ci il tarixdə, 6-59/M-264/36 saylı məktubla cavab verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru t.e.d., professor Fuad İsmayılov tərəfindən iddiaçıya ünvanlanmış 25 dekabr 2017-ci il tasrixli, 4011 saylı məktubun surətindən görünür ki, sonuncunun müraciətinə cavab olaraq bildirilmişdir ki, “sürücülərin” həkim-psixiatr tərəfindən tibbi müayinəsi şəxsin yaşayış üzrə ərazi poliklinikasında keçirilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 07 iyul 2017-ci il tarixli, 11/M-50 saylı məktubun surətindən görünü r ki, “Təhsil haqqında” Azərbaycan Respubliaksı Qanunun 22.6 maddəsinə uyğun olaraq Respublikada 2011-ci ildən rezidentura təhsilinə başlanılıb. Bu sahəni tənzimləyən “Baza ali tib təhsili və rezidentura təhsili haqqında dövlət sənədlərinin nümunələrivə onların verilməsi Qaydası” və s. Azərbaycan Republikası Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Bu normativ sənədlərin təkmilləşdirilməsi davam etdirilir. Ərizəçi (iddiaçı) Sıhiyyə Nazirliyinə dəvət olunmuş və onun təklifləri barədə geniş müzakirə aparılmışdır. 5-59/M380/17,22 saylı məktubun surətindən göründüyü kimi, iddiaçının həkim mütəxəssis vəzifələrinin tutulması barədə müraciətlərinə baxılmışdır. “Rezidenturada həkim mütəxəssislərin hazırlığının təşkili və tətbiqi haqqında” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 23 iyul 201 0-cu il tarixli, 57 saylı əmrinin müvafiq hissələri qüvvədən düşdüyündən hazırda yeni əmr layihəsinin hazırlanması nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının hər bir sorğusuna cavabdeh tərəfindən müvafiq cavab verilmişdir. Habelə, iddiaçı kassasiya şikayətində qeyd olunanın əksinə, apellyasiya məhkəməsində işə baxılarkən verdiyi izahatında və apellyasiya şikayətində cavabdeh tərəfindən təqdim olunmuş cavab məktubları ilə tanış olduğunu təsdiq etmişdir. İddiaçı kassasiya şikayətində həmçinin göstərir ki, cavabdeh tərəfindən təqdim olunmuş cavab məktublarındakı məlumatlar ya mahiyyəti üzrə verilməmiş, ya da sorğulara aidiyyətı yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilini aşağıdakılara görə əsassız hesab edir. Azərbaycan Respublikası İPM-in: 67.1-ci maddəsinə əsasən, mübahi sə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bi lər. 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. 67.4-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. Maddələrin məzmununa görə, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etdiyi və ya qanunda nəzərdə tutulmuş başqa tədbir gördüyü halda, işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı üçün, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edilir. Məcəllənin 67.4-cü maddəsi gürülmüş yeni tədbirlərin iddiaçını qane etməsini deyil, iddia tələbinin təmin edilmədiyi halı nəzərdə tutmuşdur. Hazırki işdə cavabdeh tərəfindən yuxarıda sadalanan sənədlərin məzmunundan da göründüyü kimi, iddiaçının dörd sorğusuna da cavab verilmiş, bu barədə ona məktub göndərilmişdir. İddiaçı da həmin cavablarla tanış olmuşdur. İddiaçının cavabdehin üzərinə vəzifə kimi qoyulmasını tələb etdiyi sorğulara cavab verildiyindən, məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri düzgün olaraq hesab etmişdirlər ki, işin mahiyyəti üzrə mübahisə artıq mövcud o lmadığı üçün, məhkəmə icraatına xitam verilməlidir. Həmin cavabların iddiaçını qane etməməsi, apellyasiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün hüquqi əsas kimi qəbul edilmir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.9-cı maddəinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikas ı İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 yanvar 2019-cu il tarixli, 2-1(103)-246/19 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Hakimlər “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar