Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1718/2025 28.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş pensiya məbləğinin tutulması, iddianın qeyri-mümkünlüyü, iddia tələbinin hüquqi əsasının olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 fevral 2025-ci il tarixli, 2-1(103)-942/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1955-ci il təvəllüdlü cavabdehə hakim kimi işlədiyi son 24 ayın əmək haqqının orta aylıq məbləği əsasında xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçı qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-13354/2023 nömrəli qərarla cavabdehin pensiyasını yenidən hesablayaraq onun pensiya məbləğini azaltmışdır.
3. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublar göndərilmiş və ondan artıq ödənilmi ş vəsaitin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi məqsədilə yazılı razılığın təqdim olunması tələb edilmişdir. Həmin tələb cavabdeh tərəfindən yerinə yetirilməmişdir
4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3828/2024 nömrəli qərarı ilə iddiaçı Cavabdeh münasibətdə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialı tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla pensiyanın azaldılması və pensiya məbləğindən tutulmalarla bağlı hərəkətlər qanunsuz hesab edilərək, bununla bağlı xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-13354/2023 nömrəli yeni qərarın və bu qərar əsasında iddiaçı Cavabdeh hesablanmış borc məbləğinin ləğv edilməsi, iddiaçı Cavabdeh xx.xx.2020-ci il tarixli, **********0 nömrəli qərarla ilkin təyin edilmiş pensiya məbləği bərpa edilməklə, ona ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
5. Həmin qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-2051/2024 nömrəli qərarı ilə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)3828/2024 nömrəli qərarı, həmin qərarın “qərara aldı” hissəsində “iddiaçı Cavabdeh xx.xx.2020-ci il tarixli, **********0 nömrəli qərarla ilkin təyin edilmiş pensiya məbləği bərpa edilməklə, ona ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi” sözləri “iddiaçı Ca vabdeh xx.xx.2020-ci il tarixli, **********0 nömrəli qərarla ilkin təyin edilmiş pensiya məbləği bərpa edilməklə, ona xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-13354/2023 nömrəli qərar əsasında ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi” sözləri ilə əvəz edilməklə, dəyişdirilmədən saxlanılmışdır.
6. Həmin qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialı tərəfindən kassasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəyə minmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, artıq ödənilmiş pensiya məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunl a əsaslandırılmışdır ki, cavabdehə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci, 20.7.1ci və 20.7.2-ci maddələrinə əsasən sabiq hakimlərə əmək pensiyası onların hakim vəzifəsində işlədikləri son 24 ay və ya istənilən ardıcıl gələn 60 ay ərzində aldıqları əmək haqqının orta aylıq məbləğinə əsasən hesablanır. Pensiyanın faiz dərəcəsi isə 15 il hakim kimi iş stajına görə 50 faiz, 15 ildən yuxarı hər ilə görə 3 faiz miqdarında müəyyən edilir (80 faizdən çox olmamaq şərti ilə). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən, xx.xx.2005-ci il tarixinədək vəzifəyə təyin edilmiş ümumi yurisdiksiyalı məh kəmələrin hakimlərinin əmək pensiyası həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinə uyğun hesablanmalıdır. Yəni sözügedən plenum qərarına əsasən xx.xx.2005-ci il tarixinədək hakim təyin olunmuş şəxsə beş il iş stajına əsasən maksimum 80 faiz miqdarında pensiya təyin edilə bilər. Həmin şəxsin vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı son 24 ay üzrə deyil, istənilən beş il üzrə hesablanmalıdır. Çünki “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin xx.xx.2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasında “hakimlərin işlədikləri son 24 ay üzrə pensiyanın hesablanması” anlayışı mövcud deyildi, sözügedən Qanunda yalnız 5 illik əmək haqqına uyğun hesablanma nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Qan una əsasən hakimlərə son 24 ay üzrə ödənilmiş əmək haqqı əsasında pensiya hesablandıqda, 25 ildən az hakim kimi iş stajı olan şəxslərin faiz dərəcələri 80 faizdən aşağı olur. Göründüyü kimi, cavabdehə “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinə əsasən pensiya təyin edilsəydi, pensiya faizi 20 il 27 gün hakimlik stajına uyğun olaraq 65 faiz müəyyən ediləcəkdir, yəni müvafiq plenum qərarı ilə müəyyən edilmiş faiz dərəcəsindən (80 faiz) aşağı olacaqdır. Eyni zamanda, hakimlərin vəzifə maaşları xx.xx.2022-ci il tarixdən artırıldığı üçün sabiq hakimlərin də pensiya məbləğləri həmin tarixdən artırıldı. Bununla əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, hakim kimi pensiya təyinatı üçün cavabdeh tərəfindən vaxtilə təqdim edilmiş sənədlər son 24 ay üzrə ödənilmiş əmək haqqına aiddir. Bu səbəbdən də cavabdehin pensiyasının hesablanması zamanı vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı 5 il üzrə deyil, son 2 il üzrə hesablanıb. Əmək haqqının tərkibinə daxil olan bəzi əlavələr əvvəllər mövcud olmadığından, son 5 il ilə müqayisədə son 2 il üzrə orta aylıq əmək haqqı daha yüksək məbləğdə olub. Buna görə də cavabdehin əmək pensiyası ya “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinin tələblərinə uyğun son 24 ay üzrə orta aylıq əmək haqqının 65 faizi miqdarında hesablanmalı idi, ya da plenum qərarına uyğun 60 ay ərzində orta aylıq əmək haqqının 80 faizi miqdarında hesablanmalı idi. Lakin cavabdehin pensiyası 24 ay üzrə əmək haqqı əsas götürülməklə 80 faizlə hesablanıb. Nəticədə, cavabdehə artıq pul vəsaiti ödənilib. Göstərilən səbəbdən də cavabdehin ə mək pensiyasının qanunvericiliyə uyğunlaşdırılması məqsədilə ona 60 ay ərzində ödənilmiş əmək haqqına dair məlumatların təqdim olunması üçün iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə sorğu verilib. Cavab olaraq təqdim edilmiş cavabdehə dair əmək haqqı cədvəlinə əsasən onun əmək pensiyası yenidən hesablanmış və nəticədə cavabdehə 12179,40 manat artıq pul vəsaiti ödənildiyi müəyyən olunmuşdur. Daha sonra cavabdehin iddiaçıya qarşı “pensiyasının azaldılması və pensiya məbləğindən tutulmalarla bağlı hərəkətlərin qanunsuz hesab olunması, bununla bağlı qəbul edilən qərarın ləğv edilməsi, ilkin təyin edilmiş pensiya məbləği bərpa olunmaqla, ödənilməyən pensiya məbləği fərqinin birdəfəlik ödənilməsi” barədə qaldırdığı iddia Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-5172/2 023 nömrəli qərarı ilə təmin edilmiş, həmin qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Məhkəmə qərarları pensiyanın yenidən hesablanması zamanı “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət edilməməsi (mülahizənin dinlənilməsi və s.) ilə əsaslandırılmışdır. Məhkəmə qərarının icrası məqsədilə cavabdehin əmək pensiyası xx.xx.2023-cü il tarixindən ilkin hesablama qaydasına uyğun qaydada 8406,24 manat məbləğində bərpa edilmiş və qərarın icrası barədə Bakı İnzibati Məhkəməsinə məlumat verilmişdir. Eyni zamanda, cavabdehin pensiyasının qanunauyğun qaydada yenidən hesablanması məqsədilə sözügedən məhkəmə qərarında ifadə olunan mövqeyə uyğun olaraq tərəflərindən təkrar inzibati icraata başlanılıb. Belə ki, cavabdehin pensiya məbləğinin yenidən hesablanmas ı haqqında mülahizələrinin dinlənilməsi üçün iddiaçı tərəfindən ona xx.xx.2023-cü il tarixli məktub göndərilmişdir. Lakin məktubda qeyd olunan tarixədək cavabdeh Mərkəzi Filiala gəlməmiş, həmçinin pensiya hüququ ilə bağlı hər hansı mülahizəni təqdim etməmişdir. Sonra isə tərəflərindən sözügedən Qanunun tələblərinə uyğun qaydada cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında inzibati akt qəbul edilmişdir. Əlavə olaraq, qeyd olunan məhkəmə qərarının icrası nəticəsində 2023-cü ilin iyul ayı üzrə cavabdehə qanunauyğun hesablanmalı olan 7051,79 manat pensiya məbləğindən 1354,45 manat artıq (8406,24-7051,79) vəsait ödənilmişdir. Nəticədə, cavabdehə ümumilikdə artıq ödənilmiş vəsait 13533,85 (12179,40 + 1354,45) manat təşkil edir. Daha sonra, cavabdehə qanunvericiliyin tələbləri izahl ı şəkildə göstərilməklə xx.xx.2023-cü il tarixli məktub ünvanlanaraq, artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Bundan sonra cavabdeh iddiaçıya qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi, 2023-cü ilin avqust ayında qəbul edilmiş yeni qərar və bu qərar əsasında hesablanmış borc məbləğinin ləğv edilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh, eyni zamanda, iddia tələbi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək xx.xx.2023-cü il tarixli, 3-17-1/3-713354/2023 nömrəli inzibati aktın icrasının dayandırılmasına dair müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibat i Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 15(112)-570/2023 nömrəli qərardadı ilə ərizə təmin edilmişdir. Həmin qərardad tərəflərindən icra olunaraq cavabdehin əvvəlki pensiya məbləği bərpa edilmişdir. Lakin bununla bərabər cavabdehə artıq ödənilmiş pul vəsaitinin məbləği də hər ay hissə-hissə artır.
9. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, “İnzibati icraat haqqında” Qanunun 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Buna baxmayaraq, qanunvericiliyin tələblərinə əsasən əlverişli inzibati akt sayılan xx.xx.2020-ci il tarixli qərardan 3 il sonra yeni inzibati aktın qəbul edilməsi məsələsinin qaldırılması və həmin aktın qəbul olunmasını şərtləndirən hal kimi Konstitusiy a Məhkəməsinin Plenumunun 15 il əvvəl qəbul etdiyi xx.xx.2008-ci il tarixli qərarına istinad edilməsi təəccüb doğurur. Belə ki, yaşı ilə əlaqədar pensiyaya çıxanda cavabdehə pensiya təyin olunması barədə xx.xx.2020-ci il tarixli qərar qəbul olunarkən, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarı artıq 12 il idi ki, mövcud idi. Cavabdeh iddiaçı tərəfindən əmək pensiyasının yenidən hesablanması haqqında qəbul edilmiş yeni – xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-13354/2023 nömrəli qərarın mübahisələndirilməsinə dair məhkəmədə müvafiq iddia qaldırmış və Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3828/2024 nömrəli qərarı ilə iddia təmin olunmuşdur.
10. Bakı İnzibati Məhkəməsinin (hakim: Fərid İsmayılzadə) 10 oktyabr 2024-cü il tarixli, 2-1(112)-9684/2024 nömrəli qərarı il ə iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı tələb üzrə iddiaçının istinad etdiyi və cavabdehə münasibətdə qəbul etmiş olduğu qərarın qanunsuzluğu məhkəmə qaydasında tanınmış və ləğv edilmişdir. Beləliklə, tələbin hüquqi əsası aradan qalxmışdır. Odur ki, məhkəmə araşdırması ilə sübut olunur ki, iddiaçının tələbinin əsaslılığı işin faktiki halları və qanunvericiliyin tələbləri baxımından öz təsdiqini tapmır.
12. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Xəyalə Cəmilova /sədrlik edən və məruzəçi/, Rəşid Səmədov və Elvin Əliyev) 05 fevral 20 25-ci il tarixli, 2-1(103)-942/2025 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
16. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllə si Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçi nin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflə rin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənli yini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilm iş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət məhkəmə qərarının ləğvinin tələb edildiyi hissədə əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Bu baxı mdan apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iddia mümkün sayılmamalıdır.
23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın mümkün sayılmamasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
24. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanı lması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
25. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi cavabdehin əmək pensiyasının yenidən hesablanması barədə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7- 13354/2023 nömrəli qərarla müəyyən etdiyi artıq ödənilmiş pensiya məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsinə nail olmaqdan ibarətdir.
26. İşə baxan aşağı instansiya məhkəmələri hazırkı tələb üzrə iddiaçının cavabdehə münasibətdə qəbul etdiyi və tələbinin əsası kimi istinad etdiyi qərarın qanunsuzluğunun məhkəmə qaydasında tanınaraq ləğv edildiyini, beləliklə, tələbin hüquqi əsasının aradan qalxdığını qeyd etsələr də, tələbə mahiyyəti üzrə baxıb iddianın təmin olunmaması qənaətinə gəlmişlər. Halbuki iddianın hüquqi əsasının olmaması həmin iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir.
27. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir.
28. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
29. Qeyd edilməlidir ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlər ində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, şikayət qalan hissədə təmin edilməməlidir.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 fevral 2025-ci il tarixli, 21(103)-942/2025 nömrəli qərarı ləğv edilir. İddia mümkün sayılmır. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.