Məhkəmə qərarları › İş №2-1(102)-1720/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1720/2025

16.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1720/2025 16.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “X6 Konsaltinq” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi mübahisəsi, əvəzləşdirilməsinin mümkünlüyü xərc sənədlərinin mötəbərliyi, ƏDV-in Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı “X6 Konsaltinq” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadi yyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2025-ci il tarixli, 2-1(103)-471/2025 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********150301 nömrəli qərarına əsasən “X6 Konsaltinq” MMC-də Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən (vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməs i) və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələblərinə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama əlavə dəyər vergisi iyul 2020-avqust 2021-ci il, mənfəət vergisi 2020-ci il, əmlak vergisi 2020-ci il, ödəmə mənbəyində tutulan vergi 3-cü rüb 2020-2-ci rüb 2021-ci il əhatə etmişdir.

2. Yoxlama xx.xx.2021-ci il tarixdə başlanılmış və xx.xx.2022-ci il tarixdə başa çatdırılmış, yoxlama xx.xx.2022-ci il tarixli **********150301 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlamanın nəticəsinə uyğun olaraq iddiaçı barəsində xx.xx.2022-ci il tarixli **********156590 saylı “Vergi ödəyicisinin qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı “X6 Konsaltinq” MMC cavabdeh İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********156590 saylı qərarında azaldılmış məbləğlər, o cümlədən 2020-ci il mənfəət vergisi üzrə 13932.33 manat, 2020-ci il ƏDV üzrə 6224.71 manat, 2020-ci il əmlak vergisi üzrə 35.89 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sosial sığorta haqqları bəyannaməsi üzrə 129.99 manat, 2020-ci il ÖMV üzrə 140 manat, 2021-ci il ÖMV üzrə 14 manat və ümumilikdə 10318.48 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi və ona əlavə onunla əsaslandırılmışdır ki, cavabdeh İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********156590 saylı “Vergi ödəyicisinin və ya siğortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qəbul edilmişdir. Həmin qərara əsasən 20476.92 manat vergi azaldılmış və 10318.48 manat maliyyə sanksiyası tə tbiq edilmişdir. Cavabdehin iddiaçıya əlavə vergilər və digər məcburi ödəmələr hesablaması barədə həmin qərarları vergi qanunvericiliyinin tələblərinin pozulması ilə çıxarılıb. Səyyar vergi yoxlaması ilə 2020-ci il mənfəət vergisinin azaldılmasında yoxlayıcı illik gəlirin 2300.1 manat az göstərilməsinə və xərclərdə yanacaq xərclərinin, amortizasiya, təmir, əsas vəsaitlərin, az qiymətlilərin nəzərə alınmaması ilə ümumilikdə 97808.11 manat mənfəət hesablayaraq 16638.76 manat verginin azaldılmasını aktda qeyd etsə də yekunda VÖMCQ-nda mənfəət vergisindən azaldılan məbləğ 13932.33 manat müəyyən etmişdir. Səyyar vergi yoxlaması və yekun qərarda yaranan bu fərq izah edilməmişdir. Gəlir azaldılması və xərclərin nəzərə alınmayan hissəsini aşağıdakı kimi qeyd etmişdir: - 2.300,10 (238.409,12-236. 109,02) manat əskik göstərildiyi və nəticədə mənfəət vergisinin 460,0 (2.300,10*20%) manat məbləğində azaldıldığını müəyyən etmiş, - 322,26 manat məbləğində gəlirin əldə edilməsi ilə bağlı olmayan və sənədlərlə təsdiq olunmayan enerji xərcinin xərclərə aid edilməsi nəticəsində mənfəət vergisinin 64,4 (322,26 *20%) manat məbləğində azaldılması; enerji xərclərini təsdiq edən sənədlər işə əlavə edilmişdir, - 8.224.70 manat məbləğində "xxxx" MMC (VÖEN **********) 2020-ci il ərzində əldə edilmiş elektron qaimə-fakturalarına əsasən yanacaq xərclərinin nəzərə alınamaması nəticəsində mənfəət vergisinin 1.644.94 (8.224,70*20%) manat məbləğində azaldılması; Yanacaq müəssisənin istifadəsində olan əsas vəsaitlərin, o cümlədən maşınların istifadəsi zamanı istifadə edilmiş, bunlara çəkilən xərclər bəyan namədə müvafiq bənddə göstərilmişdir. Müəssisənin istifadəsində olan avtomobillərə yanacaq sərfinin xərcə aid edilib ya edilməməsinə Ali məhkəmə bundan öncəki inzibati aktın mübahisəsi üzrə qəbul edilmiş qərarı qüvvədə saxlamaqla həmçinin, ekspert rəyində göstərilməsini nəzərə alaraq yoxlayıcının əsassız olaraq vergi hesabladığını göstərilə bilər. Ali məhkəmə Bakı inzibati məhkəməsinin qərarı ilə təmin edilmiş iddiaya münasibətdə Apellyasiya məhkəməsinin qərarının qüvvədə saxlamaqla əslində bu məhkəmə mübahisəsində də bir çox məsələlərə münasibət bildirmişdir. Bu da o deməkdir ki, yanacaq sərfinin e-qaimələrinin xərcə aid edilməsi müəssisə tərəfindən düzgün olaraq xərcə aid edilmiş, lakin yoxlayıcı əsassız olaraq xərclərdən çıxararaq əlavə mənfəət vergisi hesablamışdır. - 77.862,42 manat m əbləğində xərclər isə aktda təmir-tikinti materiallarının alınması təmir xərclərinə aid edilməsi, mebel, divan stol, stul və sair bu kimi əsas vəsaitlərin, yəni, avadanlıq və təmir xərclərinin digər xərclərə aid edilməsinin xərclərdən çıxarılması nəticəsində 15.572,5 (77.862,42 *20 %) manat mənfəət vergisinin azaldılması kimi qeyd edilmişdir. Bu əslində ilkin sənədlərdən də görünür ki, həmin obyekt qeyri yaşayış obyektidir, bağlanılmış müqavilədə obyektin təmiri nəzərdə tutulmuş olsa da yoxlayıcı tərəfindən nəzərə alınmamışdır. Əsas vəsaitlər, az qiymətlilər faktiki olaraq konsaltinq fəaliyyətlə məşğul olan şirkətdəki, kompüter, oturacaq, stol və digərləri xərclərdən çıxılmışdır. Faktiki olaraq bu müəssisə başqa harada bu fəaliyyəti göstərə bilərdi? Əgər stolu, kompyuteri, avadanlığı, ofis i vergi uçotunda obyekti mövcuddursa bunlar nə üçün xərclərdən çıxılmalı və sayılmamalıdır, müvafiq sənədlər iş materiallarına əlavə edilmişdir. Mənfəət vergisi üzrə hesablamaya əsas olaraq vergi orqanının yoxlayıcısı akt tərtib edərkən 2020-ci il üzrə illik mənfəət vergisi hesabatında göstərilən gəlir məbləğini 2300,1 manat artırmışdır. Bu hissəyə də artıq Ali Məhkəmənin qərarı ilə birinci məhkəmə mübahisəsi üzrə hazırkı işin dayandırılmasına əsas olan hal aradan qalxdığından, göstərilən 2300.01 manat gəlir mövcud olmaması aydınlaşdırıldığından bu hissəyə də aydınlıq gəldiyi hesab edilir. Yəni 2300.1 manat kənarlaşmanın olmadığı da artıq təsdiq edilmişdir. Bu hissədə də mübahisə mövcud deyil. Əslində bu hissəyə aydınlıq gətirilməsi həmçinin növbədənkənar səyyar vergi yoxlamasının təyin ed ilməsində istifadə edilən və 38.3.5-ci maddəsi ilə əsaslandırılıb səyyar vergi yoxlaması təyin edilməsi halının olmadığı və yoxlamanın həqiqətən əsassız olaraq təyin edilməsi də aşkar edilmiş olur. Beləliklə, xərclərin 80893,69 manat azaldılaraq mənfəət vergisi hesablanmasını, növbədənkənar səyyar vergi yoxlaması təyin edilməsini, gəlirlərin 2300.1 manat azaldılması halı üzrə Ali Məhkəmənin qərarı hazırkı mübahisənin yekunlaşdırılması, aydınlaşdırılması, araşdırılması üçün sübut kimi istifadə edilməlidir. Yoxlama ilə təmir xərcləri, əsas vəsaitlərin amortizasiyası, az qiymətlilərin xərclərə silinən məbləği, ehtiyatlarla bağlı xərclər azaldılmışdır Bu xərclərin təsdiq edən elektron qaimələri və bank sənədləri də məhkəməyə təqdim edilmişdir. ƏDV-nin ayrı-ayrı aylar üzrə dövriyyənin 17.823,73 manat (o cümlədən 2020-ci ilin oktyabr ayı üzrə 2.423,73 manat, dekabr ayı üzrə isə 15400.0 manat) artıq göstərilmiş və müvafiq olaraq büdcəyə ödənilməli olan ƏDV-nin 3.208,27 manat (o cümlədən 2020-ci ilin oktyabr ayı üzrə 436.27 (2.423,73*18%) manat, dekabr ayı üzrə isə 2.772,0 (15.400,0* 18 %) manat məbləğində artıq hesablanmasını müəyyən etmişdir. VÖMCQ-nın artıq hesablama hissəsi ilə iddiaçı razılaşır. Yanacaq və digər xərcləri e-qaimə, bank, depozit ödəmə tələbləri VM-nə uyğun olaraq aparılmasına baxmayaraq, cavabdeh qurum aktda və mübahisələndirilən qərarla 7080.87 manat ƏDV əvəzləşməsini ləğv edərək əlavə olaraq vergi hesablamışdır. Belə ki, bu əvəzləşmələr qanunvericiliyin tələblərinə əsasən əvəzləşdirilmiş əsas vəsaitlər, təmir, yanacaq xərcləri üzrə olmuşdur, müvafiq sənədlər işə əlavə edilmişdir. Yoxlayıcı Vergi Məcəlləsinin 175.2-ci maddəsinə istinad etmişdir ki, bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron qaimə-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilir. Burada göstərilənlər yoxlayıcı tərəfindən əsassızdır. Bunu bütün ilkin sənədlər sübut edir. Yoxlayıcı Cəmiyyət ilə onun təsisçisi Nümayəndə (VÖEN **********) arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 31 mənzil 14 (yeni qaydalarla AZ 1007 ünvan 1 ünvanda yerləşən 103.1 kv.m ərazinin 103.1 kv.m hissəsini V.Plotnikov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən 2 saylı binanın 3-cü mərtəbəsində 103.1 kv.m sahəni icarəyə götürmüş və icarəyə götürülmüş mənzilin təmiri üçün alınmış tikinti materialları, mebel, divan, stol, stul, və sair bu kimi mal-material, avadanlıq və təmir xərclərinə görə ödənilmiş ƏDV məbləği əvəzləşdirmədən çıxarmış və əlavə olaraq ƏDV hesablamışdır. Müəssisə VM-nin 175-176-cı maddəsinin tələblərinə əsasən qanunamüvafiq olaraq bəyannamələrini təqdim etmiş və əvəzləşməsini etmişdir. Beləliklə yoxlayıcı mebel, divan, stol, stul, avadanlıq və təmir xərclərinə görə 7.080.87 manat məbləğində ƏDV əvəzləşməsini qanunsuz olaraq ləğv etmişdir. Müəssisənin fəaliyyəti konsaltinq, mühasibat fəaliyyəti olduğundan 10 nəfər ətrafında işçi oturaq işləmək üçün müvafiq mebellərin mövcudluğu fəaliyyətin göstərilməsi üçün vacib olduğu üçün həm xərclərdən, həm də əvəzləşmədən çıxarılması qanunvericiliyin tələblərinə ziddir. Göstərilən əvəzləşmə və xərclərin faktiki alınmasını təsdiq edən sənədlər, yəni, əsas vəsaitlər, mal materiallar və yanacaq xərcləri üzrə elektron qaimələrin ödəniş sənədləri, ƏDV depozit köçürmələri təsdiq edici sənədlər məhkəməyə və yoxlamaya təqdim edilmişdir. Ali məhkəmə müvafiq fəaliyyət üzrə bundan əvvəl bu əsaslarla hesablanmış vergilərin qanuniliyin ə münasibət bildirdiyi üçün artıq bu hissədə də məhkəməyə aydınlıq gətirildiyini hesab edilir. Təsdiqedici sənədlər bundan öncə əlavə edilmişdir. Vergi ilə əlaqədar isə bildirilir ki, müəssisənin faktiki olaraq həmin dövrdə fəaliyyəti olmamışdır və fəaliyyətini dayandırmışdır. Fəaliyyət dayandığı müddətdə isə icarə müqaviləsi üzrə hesablanma aparılmamış və hər hansı pul ödənilməmişdir, ödəmə mənbəyindən tutulan isə ödənilmiş məbləğdən tutulduğuna görə burada icarə haqqının ödənişini təsdiq edən hər hansı ödəniş sənədi mövcud deyildir. Bu səbəbdən isə ödəmə mənbəyində vergi üzrə hesablanmış 361,29 manat vergi məbləği də ləğv edilməlidir. 001 nömrəli 01 avqust 2020ci il tarixində bağlanan icarə müqaviləsinin 2.2. bəndinə əsasən 01 yanvar 2021-ci il tarixindən etibarən hər ayın əvvəli icarə v erənə İ aya görə 500 manat məbləğində icarə haqqını ödəyir. Buna əsasən 2020-ci ilin 3-cü və 4-cü rübündə boş hesabat təqdim edilmiş, amma vergi tərəfindən 3-cü rübdə 140 manat 4-cü rübdə 210 manat əlavə vergi məbləği tutulmuşdur. Yekunda yoxlayıcı tərəfindən 77862.42 manat digər xərc bəndi azaldılmış, yanacaq xərci 8224.7 manat, əmək haqqı və DSMF xərcləri 5450.89 manat, rabitə xərcləri 15.25 manat, bank xərcləri 49.55 manat artırılmışdır. Cəmi 80571.43 manat xərclər yoxlayıcı tərəfindən vergilər hesablanarkən nəzərə alınmamışdır. Bağlanılmış icarə müqaviləsinə əsasən təmir, kommunal və digər xərclərin aparılması icarəyə götürənin üzərində öhdəlik olaraq qaldığı üçün müvafiq ofisin təmir bərpası qeyri kommersiya məqsədli sayıla bilməz. Həmin təmir xərclərinin aparılmasını təsdiq edən form a 2, eqaimə, bank ödəmə tapşırığı, depozit hesabından çıxarış iş materiallarına əlavə edilmişdir. 322.26 manat enerji xərcləri nəzərə alınmamışdır. xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 31 mənzil 14 (yeni qaydalarla AZ 1007 ünvan 1 ünvanda yerləşən 103.1 kv.m ərazinin 103.1 kv.m hissəsini V.Plotnikov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən binanın 3-cü mərtəbəsində 103.1 kv.m icarəyə götürülmüş qeyri yaşayış obyektinin təmiri üçün xərclər, mebel, divan, stol, stul, və sair bu kimi mal-material, avadanlıq və təmir xərclərinə görə ödənilmiş ƏDV məbləğ əvəzləşdirilmişdir. Buradan da belə qərara gəlinə bilər ki, 2020-ci ilin ilk 6 ayı üzrə vergi orqanı tərəfindən müəyyən edilmiş dövriyyə özü əsassız dövriyyə olduğu üçün və bu hal-hazırda yekun məhkəmə aktı ilə ləğvi barədə qərar qüvvədə qaldığından, mübahisələndirilən həmin dövriyyə fərqinə istinad edilməklə mənfəət vergisinin 2020-ci il üzrə hesablanması qanunsuzdur. Vergi orqanının SVY növbədənkənar qərarı VM-nin 38.3.5-ci maddəsinə istinad edilməsi qanunamüvafiq hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qəbul edilmiş 2- l(102)-775/2022 saylı başqa bir qərarında da yoxlamanın qanunsuz hesab edilməsi barədə qərarın 34 və 35-ci bəndlərində ətraflı şəkildə qeyd edilmişdir.

5. Cavabdeh iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-258/2024 nömrəli, 28 iyun 2024-cü il tarixli qərarı ilə (hakim X3) iddia qismən təmin edilərək, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarə sinin xx.xx.2022-ci il tarixli **********156590 saylı qərarı 2020-ci il ƏDV vergisi üzrə "xxxx" MMC-dən əldə edilən e-qaimələr əsasında ƏDV əvəzləşdirilmələrinin ləğvi hissəsi istisna olmaqla qalan hissədə hesablanmış ƏDV və həmin məbləğə mütənasib VM-nin 58.1-ci maddəsinə əsasən maliyyə sanksiyası hissəsində, 2020-ci il və 2021-ci il üzrə ödəmə mənbəyindən vergi və VM-nin 58.1-ci maddəsinə əsasən ona müvafiq maliyyə sanksiyası hissəsində ləğv edilmişdir.

7. İddianın təmin edilən hissəsi ilə əlaqədar olaraq: ƏDV üzrə- hazırkı iş üzrə iddiaçının əvəzləşdirilməsi ilə bağlı çəkdiyi xərclər təyinatına görə VM-nin 109-cu maddəsi ilə tənzimlənən xərclərə aid deyildir. Bu əsasdan aparılmış ƏDV əvəzləşdirilmələri əvəzləşdirilməsinə yol verilməyən halları tənzimləyən VM-nin 175.3-cü maddəsinin təsi r altına düşmür. Ödəmə mənbəyindən vergi: Qanunvericiliyin tələbinə görə icarəyə götürən vergi ödəyicisi (rezident müəssisə və ya VÖEN-i olan fiziki şəxs) Vergi Məcəlləsinin 124-cü və 150.1.6-cı maddələrinə əsasən aylıq icarə haqqından 14 faiz dərəcəsi ilə ödəmə mənbəyindən vergini tutur, 150.3.2-ci maddəsinə əsasən vergini büdcəyə ödəyir və 150.3.3.1-ci maddəsinə əsasən rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bəyannaməni vergi orqanına təqdim edir. Başqa sözlə, ödəmə mənbəyində verginin hesablanması üçün adından göründüyü kimi ilkin olaraq icarə haqqı ödənilməli və ödəmə anında 14 faiz dərəcəsi ilə ödəmə mənbəyindən vergi tutulmalıdır. Hazırkı halda iddiaçı tərəfindən sözügedən 5 ay üzrə icarə haqqı ödənilmədiyindən vergi ödəyicisinin həmin icarə haqqından ödəmə mənbəyi ndə verginin hesablanaraq ödənilməsi öhdəliyi yaranmamışdır. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.

8. İddianın təmin edilməyən hissəsi ilə əlaqədar olaraq məhkəmə qeyd etmişdir: icarə obyekti iddiaçının balansında olan əsas vəsait olmadığından onun təmirinə çəkilmiş xərclər gəlirdən çıxılan xərcə aid edilə bilməz. Qeyd edilən icarə obyekti üçün alınmış mebel avadanlıqlar, əşyalar isə əsas vəsait kimi qiymətləndirilə və ya əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərc kimi nəzərə alınar bilər ki, bu halda VM-nin adıçəkilən 109.1 və 14 3-cü maddələri qeyd edilən xərclərin gəlirdən çıxılmasına yol vermir. Başqa sözlə, qeyd edilən xərc daha çox kapital qoyuluşu kimi nəzərə alına bilər ki, bu zaman 77.862,42 manat məbləğində 2020-ci il ərzində əldə edilmiş elektron qaiməfakturalara əsasən icarəyə götürülmüş mənzilin təmiri üçün alınmış tikinti materialları, mebel, divan stol, stul və sair bu kimi mal material, avadanlıq və təmir xərcləri gəlirdən çıxılan xərcə aid edilə bilməz. 8.224.70 manat məbləğində "xxxx" MMC-dən (VÖEN **********) 2020-ci il ərzində əldə edilmiş elektron qaimə-fakturalara əsasən Premium və A-92 markalı benzin alınması üçün ödənilmiş xərclərin nəzərə alınmamasına gəlincə məhkəmə aşağıdakıları qeyd edir. İddiaçının yanacaq xərcinin çəkildiyini bildirdiyi nəqliyyat vasitələri müəssisənin balansında olma mışdır. İddiaçının bununla əlaqədar məhkəməyə təqdim etdiyi 4 ədəd nəqliyyat vasitəsinin müəssisənin əvəzsiz istifadəsinə verilməsi ilə bağlı müqavilələri sözügedən nəqliyyat vasitələrinin müəssisənin balansında olmasını təsdiq edən sənədlər hesab edilmir. Nəzərə alınsa ki, əvəzsiz istifadəyə verilmiş əmlaklar qeydiyyata alınmasını tələb olunan əmlaklar olmaqla həmin nəqliyyat vasitələrinin müəssisənin istifadəsində olmasına dair qeydiyyat sənədləri, yol vərəqələri təqdim edilməmiş, bu halda yalnız müəssisənin möhürü ilə təsdiq edilmiş və müəssisənin təsisçisi ilə bağlanmış qeydiyyata alınmamış müqavilələr nəqliyyat vasitələrinin balansda olmasını təsdiq etmir. İddiaçının istinad etdiyi bundan əvvəlki yoxlama zamanı da nəqliyyat vasitələrinin əvəzsiz istifadəyə götürülməsi barədə vergi orq anına sənədlərin təqdim edildiyi və apelyasiya instansiyası məhkəməsində həmin müqavilələrin nəqliyyat vasitələrinin müəssisənin balansında olmasının və dolayısı ilə yanacaq xərclərinin məhkəmə tərəfindən nəzərə alınmasına gəlincə hazırkı məhkəmə qeyd edir ki, hazırkı növbədənkənar yoxlama zamanı iddiaçı tərəfindən sənədlərin qismən təqdim edilməsi ilə bağlı tərtib edilən aktlarda müəssisənin adıçəkilən əvəzsiz istifadə müqavilələri, eləcə də nəqliyyat vasitələrinin müəssisənin balansında olmaqla faktiki istifadəsinə dair sənədlərin təqdim edildiyi müəyyən olunmur. İddiaçının istinad etdiyi Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 21(1030-254/2023 saylı məhkəmə qərarında iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018-ci il tarixli əvəzsiz istifadə müqav ilələrinə qiymət verilmişdir. Hazırkı dövr üzrə isə iddiaçının təqdim etdiyi əvəzsiz istifadə müqavilələri isə xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018-ci il tarixli müqavilələrdir ki, həmin müqavilələr qeyd edilən yuxarı instansiya məhkəməsinin predmeti olmamış, bu halda həmin məhkəmənin gəldiyi nəticə hazırkı iş üçün preyudisial əhəmiyyət kəsb edə bilməz. Beləliklə, yanacaq xərclərinin gəlirdən çıxılan xərcə aid etməkdə vergi ödəyicisi haqlı olmamışdır. Əmlak vergisi üzrə- Vergi orqanının təqdim etdiyi sənədlərdən müəyyən olunur ki. 2019-cu il üzrə vergi orqanı yoxlama ilə müəyyən etdiyi vergi ödəyicisinin ilin sonuna qalıq dəyəri 64.963,69 manat, ilin sonuna vergidən azad olunan əmlakın qalıq dəyəri 59.120,53 manat (nəqliyyat vasitələri) vergiyə cəlb olunan əmlakın qalıq dəyəri 5843,17 mana t müəyyən etmiş, iddiaçı tərəfindən 2020-ci il əmlak bəyannaməsi təqdim etmədiyindən 2019-cu il üzrə vegiyə cəlb olunan əmlakın qalıq dəyəri 5843,17 manat+iddiaçının 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində bəyan etdiyi 1335,00 manat (yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə əsas vəsait) toplamaqla 2020-ci il üzrə 35,89 manat (5843,17 +1335,00/2x1%) əmlak vergisi hesablamışdır Beləliklə, yoxlmaya təqdim edilmiş sənədlərə əsasən vergi ödəyicisinə 2020-ci il üzrə 35,89 manat əmlak vergisi və 50 faizi miqdarında maliyyə sanksiyasının tətbiqi hissəsində mübahisələndirilən inzibati akt əsaslı olmuşdur. MÖMV və MDSS üzrə: vergi ödəyicisi tərəfindən imzalanaraq yoxlayıcıya təqdim edilmiş 2020-ci ilin 3-cü və 4-cü rübləri üzrə əmək haqqının hesablama c ədvəllərindən görünür ki, vergi ödəyicisi 2020-ci ilin oktyabr ayı üzrə cəmi əmək haqqı 5.300,00 manat göstərdiyi halda bəyannamə üzrə həmin ay üçün hesablanmış əmək haqqını 4.800,00 manat olaraq az bəyan etmişdir. Vergi ödəyicisinin əmək haqqının hesablanması cədvəllərinə uyğun olaraq vergi orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqqı hesablanmış və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir.

9. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı və cavabdeh tərəfindən hər biri ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-471/2025 nömrəli iş üzrə 21 fevral 2025-ci il tarixli qərarı ilə (hakimlər X4 (məruzəçi), X 2 və X1) apelyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-258/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.

12. Apellyasiya instansiya məhkəməsinin qərarından iddiaçı və cavabdeh hər biri ayrı-ayrılıqda kassasiya şikayəti vermişlər.. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti

13. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmiş, bu zaman Vergi Məcəlləsinin 38.3.5, 108.1-ci maddələrinə istinad etmişdir.

14. Qeyd edilmişdir ki, məhkəmələr inz ibati orqan tərəfindən aparılmış növbədənkənar vergi yoxlamasının qanuniliyini yoxlamamış, qanunvericiliyə uyğun hüquqi qiymət verilməmişdir. Səyyar vergi yoxlamasının nəticəsi barədə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərar 60 gün sonra çıxarılmış, Vergi Məcəlləsinin 49.5-ci maddəsinin tələbləri nəzərə alınmamışdır.

15. Bundan əlavə Səyyar vergi yoxlamasının əhatə etdiyi 2020-ci ilin ilk 6 ayı üzrə xərclər vergi qanunvericiliyinə uyğun nəzərə alınmamışdır. Belə ki, hazırkı, yoxlama ilə yanacaq xərcləri əvəzləşmədən və xərclərdən çıxarılsa da, əvvəlki, iş üzrə nəzərə alınmışdır. Belə ki, 2020-ci il üzrə yanacaq xərci 8224,7 manat təşkil etmiş, hazırkı yoxlama dövrinə aid olan hissədə sayılmayan məbləğ 4237.11 manat (ƏDV-siz), ƏDV isə 762.68 manat olsa da, məhkəmənin qanuni qüvvəsini almış, həmçinin ekspert rəyilə nəzərə alınmış, yanacaq xərcləri bütövlükdə xərclərdən çıxarılmışdır. Bu barədə məhkəmə qərarı Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2- 1(102)-15/2024 saylı qərarı mövcuddur. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti

16. Kassasiya şikayətində cavabdeh iddianın təmin edilmiş hissəsini mübahisələndirərək Vergi Məcəlləsinin 13.2.27, 124, 150, 159, 175-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.

1. Bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:... 13.2.17. Əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər.... 13.2.22. Əmlakın qalıq dəyəri - əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər azaldılan dəyəri.... 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir.... Maddə

104. Vergitutma obyekti 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Maddə

108. Gəlirin əldə edilməsi ilə bağlı xərclər 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə ed ilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Maddə

109. Gəlirdən çıxılmayan xərclər 109.1. Əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir. 109.2. Qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir. Maddə

115. Təmirlə bağlı xərclərin gəlirdən çıxılması... 115.6. İcarəyə götürülmüş əsas vəsaitlər icarəçinin balansında uçota alınmadıqda və ya təmir işləri icarəyə verənin hesabına aparıldıqda, yaxu d icarəçinin hesabına aparılaraq, icarə haqqı ilə əvəzləşdirildikdə bu Məcəllənin 115.4-cü maddəsinin müddəaları icarəçiyə tətbiq edilmir. Maddə

175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesa bı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya d aha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2 -ci maddələrinin müddəaları tətbiq olunur. 175.2. Bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş (mal, iş və xidmət təqdim edənin bank və digər ödəniş hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron qaimə-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilir. 175.3. Bu Məcəllənin 109.4-cü və 119.2-ci maddələrində göstərilən xərclər istisna olmaqla, bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulan xərclər çəkiləndə, ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir.... 175.6. Bu Məcəllənin 160.4-cü maddəsində göstərilən hal istisna olmaqla, ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV -nin məbləği əvəzləşdirilmir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Mə hkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qa nuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Əvvəla məhkəmə kollegiyası bildirir ki, iddiaçı kasasiya məhkəməsinə vəsatətlə müraciət edərək mübahisəyə şifahi məhkəmə iclasında baxılmasını xahiş etmişdir.

23. İPM-in 96.4-cü maddəsinə görə kasasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə İPM-in 96.4-cü maddəsinin ikinci cümləsində olan hal olmadığından işə məhkəmə iclasında baxılmasına zərurət yaranmamışdır. Odur ki, vəsatət təmin edilmə məlidir.

25. Kassasiya şikayətlərinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul he sab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri mahiyyətcə apellyasiya şikayətlərinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətlərinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. İş materiallarından müəyyən olunur ki, cəmiyyət ilə onun təsisçisi Nümayən də (VÖEN **********) arasında bağlanmış xx.xx.2020 tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 31 mənzil 14 (yeni qaydalarla AZ 1007 ünvan 1 ünvanda yerləşən 103.1 kv.m ərazinin 103.1 kv.m hissəsini V.Plotnikov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən 2 saylı binanın 3-cü mərtəbəsində 103.1 kv.m sahə icarəyə götürülmüş və icarəyə götürülmüş mənzilin təmiri üçün xərc məkmiş, icarədə olan obyekt üçün mebel, divan, stol, stul, və sair bu kimi mal-material, avadanlıqlar alınmışdır.

30. Apellyasiya instansiya məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, qeyd edilən icarə obyekti üçün alınmış mebel avadanlıqlar, əşyalar isə əsas vəsait kimi qiymətləndirilə və ya əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərc kimi nəzərə alına bilər ki, bu halda Vergi Məcəlləsinin adıçəkilən 109.1 və 143-cü maddələri qeyd edilən xərclərin gəlirdən çıxılmasına yol vermir.

31. Eyni zamanda Vergi Məcəllənin 108, 109, 115 və 143-cü maddələrinin məzmunundan aydın olur ki, icarə obyekti balansda olan əsas vəsait olmadığından onun təmirinə çəkilmiş xərclər gəlirdən çıxılan xərcə aid edilə bilməz. 32. 8.224.70 manat məbləğində "xxxx" MMC-dən (VÖEN **********) 2020-ci il ərzində əldə edilmiş elektron qaimə-fakturalara əsasən Premium və A-92 markalı benzin alınması üçün ödənilmiş xərclərin nəzərə alınmaması ilə bağlı dəlillərilə bağlı apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, materiallarında olan 4 ədəd nəqliyyat vasitəsinin müəssisənin əvəzsiz istifadəsinə verilməsi ilə bağlı müqavilələr söz ügedən nəqliyyat vasitələrinin müəssisənin balansında olmasını təsdiq edən sənədlər hesab edilmir. Belə ki, əvəzsiz istifadəyə verilmiş əmlaklar qeydiyyata alınmasını tələb olunan əmlaklar olmaqla həmin nəqliyyat vasitələrinin müəssisənin istifadəsində olmasına dair qeydiyyat sənədləri, yol vərəqələri təqdim edilməmiş, bu halda yalnız müəssisənin möhürü ilə təsdiq edilmiş və müəssisənin təsisçisi ilə bağlanmış qeydiyyata alınmamış müqavilələr nəqliyyat vasitələrinin balansda olmasını təsdiq etmir.

33. İddiaçı apellyasiya şikayətində olduğu kimi kassasiya şikayətində də qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)15/2024 saylı qərarı ilə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qanunsuz hesab edilmişdir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərarından da göründüyü kimi iddiaçının qeyd etdiyi iş sorğu əsasında tələb edilmiş və həmin iş üzrə qəbul edilən məhkəmə aktları nəzərdə keçirilmiş və haqlı olaraq bu nəticəyə gəlinmişdir ki, iddiaçının hazırkı dövr üzrə təqdim etdiyi əvəzsiz istifadə müqavilələri xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018-ci il tarixli müqavilələr olmuş, iddiaçının istinad etdiyi iş üzrə məhkəmə araşdırmaları zamanı xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018-ci il tarixli əvəzsiz istifadə müqavilələrinə qiymət verilmişdir.

35. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmələr Vergi Məcəlləsinin 175 və 109-cu maddələrini yalnış təfsir edərək əvəzləşmələrdən yalnız balansda olmayan nəqliyyat vasitələri üçün yanacaq xərcləri üzrə "xxxx" MMC-dən alınmış e-qaimələri n əvəzləşdirilməsi istisna olmaqla, ƏDV əvəzləşməsinin ləğv edilərək əlavə ƏDV vergi məbləğinin hesablanması və onun 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilməsi hissəsində əsassız qərar qəbul etmişdir.

36. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşaraq bildirir ki, Vergi Məcəlləsinin 175.3-cü maddəsi ƏDV əvəzləşdirilməsinə yol verilməyən halları nəzərdə tutur və bu zaman çəkilən xərclərə münasibətdə VM-nin 109.3-cü maddəsinə göndəriş edir. Qeyd edilən maddələrin təhlilindən müəyyən olunur ki, Məcəllə əyləncə və yemək xərclərinin, işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol vermədiyi kimi əvəzləşdirilməsinə də yol vermir.

37. Bundan əlavə qeyd etmək lazımdır ki, iddiaçının əvəzləşdirilməsi ilə bağlı çəkdiyi xərclər təyinatına görə VM-n in 109-cu maddəsi ilə tənzimlənən xərclərə aid deyildir. Bu əsasdan aparılmış ƏDV əvəzləşdirilmələri əvəzləşdirilməsinə yol verilməyən halları tənzimləyən VM-nin 175.3-cü maddəsinin təsir altına düşmür.

38. Apellyasiya instansiya məhkəməsi eyni zamanda əsaslı olaraq qeyd etmişdir ki, Vergi Məcəlləsinin 175.6-cı maddəsinin tələbinə əsasən dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir.

39. Hazırkı iş üzrə iddiaçı tərəfindən əvəzləşdirilən məbləğlər dövlət büdcəsindən ayrılan vəsait hesabına alınmış və ya ödənilmiş vəsait deyildir. Beləliklə, məhkəmələr "xxxx" MMC-dən alınmış e-qaimələrin əvəzləşdirilməsi istisna olmaqla qalan hissədə ƏDV əvəzləşməsinin ləğ v edilərək əlavə ƏDV vergi məbləğinin hesablanması və onun 50 faizi miqdarında, maliyyə sanksiyası tətbiq edilməsi hissəsində mübahisələndirilən qərarın əsaslı olması ilə bağlı qənaəti qanuni olmuşdur.

40. Eyni zamanda məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən inzibati aktın 2020-ci il və 2021-ci il üzrə ödəmə mənbəyindən vergi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ona müvafiq maliyyə sanksiyası hissəsində ləğv edilməli olması ilə bağlı gəldiyi nəticə ilə razılığını ifadə edir.

41. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, Məhkəmə iddiaçı tərəfindən 5 ay icarə haqqı ödənilmədiyindən icarə haqqından ödəmə mənbəyində verginin hesablanması əsassız olmuşdur. Belə ki, icarə müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi iddiaçının vergi öhdəlkilərindən azad edə bilməz. Eyni zamanda tərəflər arasında icarə haqqından imtina və ya ödənilməməsi vergitutma məqsədləri üçün vergi ödəyicisinə qanunvericiliklə müəyyən edilmiş vergiləri ödənilməsindən azad edə bilməz.

42. Məhkəmə kollegiyası bu hissədə də apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, Vergi Məcəlləsinin 124-cü və 150.1.6-cı maddələrinə əsasən aylıq icarə haqqından 14 faiz dərəcəsi ilə ödəmə mənbəyindən vergi tutulur, Məcəllənin 150.3.2-ci maddəsinə əsasən vergi büdcəyə ödənilir və 150.3.3.1-ci maddəyə əsasən rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bəyannamə vergi orqanına təqdim edilir. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən xx.xx.2020-xx.xx.2021-ci il tarixədək 5 ay üzrə icarə haqqı ödənilmədiyindən vergi ödəyici sinin həmin icarə haqqından ödəmə mənbəyində verginin hesablanaraq ödənilməsi öhdəliyi yaranmamışdır. Nəzərə alınmalıdır ki, ödəmə mənbəyində verginin hesablanması üçün ilkin olaraq icarə haqqı ödənilməli və ödəmə anında 14 faiz dərəcəsi ilə ödəmə mənbəyindən vergi tutulmalıdır.

43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın qismən təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının 21 fevral 2025-ci il tarixli, 21(103)-471/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar