Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1724/2020 15.09.2020 ALİ MƏHKƏMƏ İddiaçının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinin qeydiyyata alınması və çıxarışın verilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qa rşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və iddiaçının adına çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1044/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 293 nömrəli qərarına əsasən Maştağa qəsəbəsində fərdi yaşayış evləri tikintisi üçün həyətyanı torpaq fondu ayrılmışdır. Fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara Bakı şəhər XDS İcraiyyə Komitəsi tərəfindən tərtib edilmiş baş plana uyğun olaraq hər ailəyə 0,12 hektar həyətyanı torpaq sahə si verilməsi nəzərdə tutulmuşdur. Həyətyanı torpaq tələb edən vətəndaşlardan bir qrupu həyətyanı torpaq almaq üçün tələb olunan sənədləri qəsəbə XDS İcraiyyə Komitəsinə təqdim etmişlər. Təqdim olunmuş sənədlər qəsəbənin deputatları və Maştağa qəsəbə XDS İcraiyyə Komitəsi tərəfindən yoxlanılmış və nəticədə Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin xx.xx.1993-cü il tarixli, 15 nömrəli vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyatyanı torpaq sahəsi ayrılması haqqında qərarı ilə Bakı şəhər XDS İcraiyyə Komitəsinin baş planına uyğun olaraq İddiaçı fərdi yaşayış evi tikintisi üçün sahəsi 600 kv.metr olan 121 “A” saylı həyatyanı torpaq sahəsi ayrılmış, torpaq sahəsində baş planda nəzərdə tutulmuş sahədə müasir tipli yaşayış evinin tikintisinə icazə verilmişdir.
2. Həmin tarixdən iddiaçı torpa q sahəsindən istifadə edir. O, Ünvan1 yerləşən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə ərizəyə əlavə olunmuş sənədlərin surət olduğunu, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin “X1” yaşayış massivinə ayrılmış ərazidən (ayrıc aktından) kənarda yerləşdiyini və təqdim edilmiş Maştağa qəsəbə XDS İK tərəfindən verilmiş qərardan çıxarış qanunvericiliyə uyğun (torpağın ayrılması səlahiyyətləri xaricindədir) olmadığını, həmçinin təqdim edilmiş yerləşmə cizgisində istinadların göstərilmədiyini və sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş digər ərazi ilə üst-üstə düşdüyünü bildirərək iddiaçının tələbinin icrasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ A KTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Sabunçu rayon Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin xx xxx 1993-cü il tarixli 15 saylı qərarı ilə iddiaçıya Ünan1 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və iddiaçının adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddia ərizəsini belə əsaslandırmışdır ki, ona ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 293 nömrəli qərarına uyğun verilmişdir. DƏDRX-nin Ma ştağa XDS İcraiyyə Komitəsinin qeyd olunan torpağın ayrılması barədə səlahiyyəti olmamasına istinad etməsi ona ayrılmış torpağa çıxarış verilməsinə imtina üçün əsas ola bilməz. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)3690/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin xx xxx 1993-cü il tarixli 15 saylı qərarı ilə Ünvan1-dən verilmiş 0,04 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
6. Məhkəmə hesab etmişdir ki, daşınmaz əmlakın d övlət reyestrində Bakı şəhəri Sabunçu rayon Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin xx xxx 1993-cü il tarixli 15 saylı qərarı ilə iddiaçıya Ünvan1 saylı sahədən verilmiş 0,04 ha torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə əlaqədər iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan bağ sahəsi üzərindəki mülkiyyət hüququnu tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır.
7. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-3690/2019 saylı qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1044/2020 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3690/2019 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməsi qərara alınmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin torpaq ayırması səlahiyyətinə malik olmamışdır.
10. Məhkəmə qərarını iddiaçı xx.xx.2020-ci il tarixində tarixində rəsmi qaydada almışdır.
11. İddiaçı həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1044/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ c) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə mübahisəli torpaq sahəsində dair Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin xx.xx.1993-cü il tarixli, 15 nömrəli protokolundan çıxarış ilə iddiaçıya bağ sahəsinin ayrıldığını, həmin sənədin isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsas verdiyi nəzərə alındıqda cavabdeh iddiaçı orqan iddiaçının ərizəsini təmin etməməkdə haqlı olmamışdır. Eyni zamanda, “İnzibati icraat haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə bocludurlar.
13. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin qərarının əsaslandırma hissəsində “üçüncü şəxs X1 apellyasiya şikayəti təmin olunmalı, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-3690/2019 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir” göstərilsə də, hazırkı iş üzrə X2 üçüncü şəxs qismində cəlb olunmamış, həmin şəxsin hazırkı işə heç bir aidiyyatı yoxdur. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. e) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayə ti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
16. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelly asiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Həmin Məcəllənin 92.0.6-cı maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda məhkəmə qərarı kassasiya qaydasında mütləq ləğv olunmalıdır. Həmin Məcəllənin 96.5.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. 18. “İnzibati icraat haqqında” Qanunun15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız fo rmal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 61-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır, əsaslandırma zamanı işin fakt iki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur (maddənin 1,2,4-cü bəndləri).
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarına əsasən, “..Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin ha llarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir...”.
20. Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları y enidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X3rşı, § 29; X4rşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X3rşı, § 29; X4rşı, § 27). d) Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X3rşı, § 30; X4rşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əs aslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60). KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
24. İlk növbədə qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətindən imtina etsə də, imtinasını əsaslandırmamışdır. Halbuki, hazırkı qərarın 18-ci bəndində göstərilən normaların tələblərinə görə bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalıdır və formal tələblərə görə müvafiq qərar qəbul edilməsindən imtina etməməlidir.
25. Hazırkı qərarın 17-ci bəndində qeyd olunan normalardan, həmçinin milli və beynəlxalq məhkəmələrin formalaşdırdığı hüquqi mövqelərdən aydın olur ki, apellyasiya instansiyası məhkəməsi öz qərarını əsaslandırmağa və apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməyə borcludur. Lakin q ərardan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi göstərilən tələbləri pozmuşdur.
26. Bundan başqa, cavabdeh orqan yuxarıda göstərildiyi kimi “İnzibati icraat haqqında” Qanunun 15-ci, 24.1-ci, 61-ci maddələrinin tələblərini pozsa da, apellyasiya instansiyası məhkəməsi bu halları nəzərə almamışdır.
27. Qərarın 17-ci bəndində göstərilən normaların tələblərindən də məlum olduğu kimi, əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda məhkəmə qərarı kassasiya qaydasında mütləq ləğv olunmalıdır.
28. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi işə baxarkən iddiaçının dəlillərini qiymətləndirməmiş, gəldiyi nəticəni əsaslandırmamışdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin m əhkəməyə göndərilməlidir.
29. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi göstərilən prosessual normaların tələblərinə uyğun işə baxmalı, iddiaçının dəlillərini nəzərə almalı, cavabdeh orqanının hərəkətlərinin qanunauyğun olub-olmadığını qiymətləndirməli və nəticədən asılı olaraq əsaslı və qanuni qərar qəbul etməlidir.
30. Yuxarıda göstərilənlərə və İPM-in 96-cı maddəsinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1044/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.