Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1724/2023 21.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı işi üzrə QƏRARİ (İş № 2-1(102)-1724/2023) (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü; şikayət vermə müddətinin ötürülməsi) Bakı şəhəri 21 sentyabr 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 2-1(106)-190/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
1. İddiaçı 27 yanvar 2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 28 yanvar 2021-ci il tarixli, 0172 nömrəli əmrin ləğv edilməsi və işləmədiyi müddətdə almadığı əmək haqqı məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 5 aprel 2022-ci il tarixli, 2-1(112)-5695/2022 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir.
3. Şirvan İnzibati Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2-1(120)-1742/2022 nömrəli qərarı (hakim: X1) ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin iddiaçı barəsində 28 yanvar 2021-ci il tarixli, 0172 nömrəli əmrin ləğv edilmiş və iddiaçının ehtiyata buraxıldığı gündən (işləmədiyi müddətdə) almadığı vəzifə maaşının (əmək haqqı məbləğinin) ona ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
4. Cavabdeh həmin qərardan 2 mart 2023-cü il tarixdə apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
5. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 2-1(106)-190/2023 nömrəli qərardadı ilə (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X4 və X3) Şirvan İnzibati Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir.
6. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmənin yekun aktının cavabdeh tərəfindən xx.xx.2023-cü ildə poçt vasitəsilə əldə edildiyindən (təqdim edildiyindən) və cavabdeh tərəfindən həmin qərardan verilmiş apellyasiya şikayəti xx.xx.2023-cü il tarixində məhkəməyə daxil edildiyindən, cavabdeh apellyasiya şikayətinin verilməsi üçün 30 günlük prosessual müddəti ötürmüşdür. Hətta müddət şikayətin məhkəməyə daxil olduğu xx.xx.2023-cü il tarixdən deyil, həmin şikayətin tərtib edildiyi xx.xx.2023-cü il tarixindən götürülsə belə, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin (30 günün) ötürüldüyü müəyyən ol unur.
7. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti və ona əlavə verərək qərardadın ləğv edilməsini, inzibati iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin buraxılmasını üzrlü hesab edilməsini və apellyasiya şikayətini mümkün hesab edərək işi mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin və ona əlavənin dəlilləri
8. Kassasiya şikayətində qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2-1(120)-1742/2022 saylı qərarı Müdafiə Nazirliyinin Hüquq İdarəsinin kargüzarlığına 31 yanvar 2023-cü il tarixdə qəbul edildiyindən, müddətin axımı məhz həmin vaxtdan başlamışdır. Belə ki, Azərbay can Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli, 350 nömrəli Qərarına əsasən dövlət orqanlarının indekslərinin təyin edilməsi ilə bağlı, Müdafiə Nazirliyinin Hüquq idarəsinin indeksi müəyyən olunmuşdur. Lakin buna baxmayaraq Şirvan Apellyasiya Məhkəməsinin qərardadı Hüquq İdarəsinin ünvanına yox digər İnzibati orqana göndərilməklə müddətin uzanmasına şərait yaranmışdır. Həmçinin şikayətin məhkəməyə daxil olduğu xx.xx.2023-cü il tarixdən deyil, həmin şikayətin qeydiyyata alındığı xx.xx.2023-cü il tarixdən hesablanması, İPM-in 20.2-ci maddəsində nəzərdə tutulmuş xüsusiyyətlərə əsasən nəzərə alınmalı idi. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sənəd dövriyyəsinin birbaşa mülki poçt vasitəsi ilə deyil, xüsusi rabitə növü olan feldyeger rabitəsi ilə həyata keçirilmə sini və obyektiv səbəbdən prosessual müddətin tərəfimizdən buraxılmışdır. Bununla əlaqədar müvafiq sübutlar apellyasiya icraatında təqdim ediləcəkdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
9. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
10. İnzibati Prosessual Məcəllə: Maddə
20. Təqdimetmə 20.2. Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya olduğu yer olmayan proses iştirakçısı, məhkəmənin tələbinə əsasən ona ünvanlanmış məhkəmə aktlarını və digər məhkəmə sənədlərini almaq üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olan tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin etməyə borcludur. M üvəkkilin təyin edilmədiyi hallarda, məhkəmə həmin proses iştirakçısı qarşısında təqdimetmə vəzifəsi daşımır və təqdim edilməli sənədləri məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə bilər. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilm əlidir. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. 24.7. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə
85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət m əhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayət də mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA Ş İKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
11. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
12. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
14. Belə ki, iş materialları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsin in qərarı poçt vasitəsi ilə cavabdehə 25 yanvar 2023-cü il tarixdə təqdim olunmuşdur. Cavabdehin apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Həmçinin apellyasiya şikayətində həmin şikayətin tərtib edildiyi tarix xx.xx.2023-cü il kimi göstərilmişdir.
15. İPM-in 85.1-ci maddəsinin tələbindən göründüyü kimi, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
16. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin verilməsi tarixi həm apellyasiya şikayətinin tərtib edildiyi həm də şikayətin məhkəməyə daxil olduğu tarixdən götürüldükdə də apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin (30 günün) cavabdeh tərəfindən ötürüldüyü müə yyən olunur.
17. Həmçinin cavabdeh kassasiya şikayətinə əlavədə qeyd etmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sənəd dövriyyəsinin birbaşa mülki poçt vasitəsi ilə deyil, xüsusi rabitə növü olan feldyeger rabitəsi ilə həyata keçirilməsini və obyektiv səbəbdən prosessual müddətin cavabdeh tərəfindən buraxılmışdır. Bununla əlaqədar müvafiq sübutlar apellyasiya icraatında təqdim ediləcəkdir.
18. Lakin iş metariallarından görünür ki, apellyasiya instansiya məhkəməsi tərəfindən apelyasiya şikayətinin mümkünlük məsələsinə baxılarkən prosesual müddətin bərpa olunması barədə ərizənin və həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi cavabdehə təklif edilsə də, cavabdeh məhkəmə qərarından apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəni məhkəməyə təqdim etməmiş, ona göstərilən hüquqi yardımdam vaxtında istifadə etməmişdir.
19. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
20. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 21(106)-190/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.