Məhkəmə qərarları › İş №2-1(102)-1725/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1725/2024

26.11.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1725/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxs X5) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamların ləğv edilməsi; iddianın mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Bakı şəhəri İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxs X5) “sərəncamların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2024-cü il tarixli, 2-1(103)-1615/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 145 saylı xx.xx.2021-ci il tarixli daşınmaz dövlət əmlakına dair bağlanılmış bir sıra icarə müqavilələrinin ləğv edilməsi haqqında sərəncamına əsasən siyahısı bu sərəncama əlavədə göstərilən daşınmaz dövlət əmlakı obyektlərinə dair bağlanılmış icarə müqavilələri ləğv edilmişdir. Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsi: bu sərəncamın 1-ci bəndində göstərilən qeyri-yaşayış sahələri ndən səmərəli istifadə edilməsi və dövlət büdcəsinə əlavə vəsaitin daxil olması məqsədi ilə həmin qeyri-yaşayış sahələri barədə qanunvericiliyə uyğun tədbirlər görülmüşdür. Maliyyə, iqtisadi proqnozlaşdırma və daxili audit şöbəsi ilə birlikdə ləğv edilmiş icarə müqavilələri üzrə icarə haqqı borclarının ödənilməsinə nəzarəti təmin etmişdir. Hüquq şöbəsi ilə birlikdə ləğv edilmiş icarə müqavilələri üzrə yaranmış icarə haqq borclarını ödəməyən icarəçilər barədə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi bu sərəncamın surətinin aidiyyət üzrə çatdırılmasını təmin etmişdir. Sərəncamın icrasına nəzarət rəis müavini E.Yusubova həvalə edilmişdir.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanınd a Əmlak Məsələləri Dövlət Xidmətinin 145 saylı xx.xx.2021-ci il tarixli daşınmaz dövlət əmlakına dair bağlanılmış bir sıra icarə müqavilələrinin ləğv edilməsi haqqında sərəncamına əlavədən (icarə müqaviləsi ləğv olunan daşınmaz dövlət əmlakı obyektlərinin siyahısının ikinci sırasından) görünür ki, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 10 ünvanında yerləşən 408,8 kv.m icarə obyektinə dair bağlanılmış 8457 saylı xx.xx.2008-ci il tarixli icarə müqaviləsi ləğv edilmişdir.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 150 saylı xx.xx.2021-ci il tarixli daşınmaz dövlət əmlakının icarəyə verilməsi haqqında sərəncamına əsasən dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsi tərəfindən daşınmaz dövlət əmlakı obyektlərinə dair icarə müqavilələrinin bağlanılması üçün bu sərəncama əlavədə təqdim olunmuş icarə obyektlərinin siyahısı təsdiq edilmişdir. Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsi: mövcud qanunvericiliyə əsasən 10 (on) gün müddətində bu sərəncamın 1-ci bəndində göstərilən icarə obyektlərinin texniki göstəricilərinə uyğun olaraq icarə müqavilələrinin bağlanılmasını və qeydiyyatının aparılmasını təmin etmişdir. Hüquq şöbəsi ilə birlikdə bu sərəncama əsasən bağlanılan icarə müqavilələrini nüsxələrinin icarəçilərə və balanssaxlayıcılarına çatdırılmasını təmin etmişdir. Maliyyə, iqtisadi proqnozlaşdırma və daxili audit şöbəsi ilə birlikdə bu sərəncama əsasən bağlanılan icarə müqavilələri üzrə icarə haqlarının dövlət büdcəsinə ödənilməsinin müntəzəm nəzarəti təmin edilmişdir. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi bu sərəncamın surətinin aidiyyəti üzrə çatdırılmasını təmin etmişdir. Sərəncamın icrasına nəzarət rəis müavini E.Yusubova həvalə edilmişdir.

4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1007/2022 saylı xx.xx.2022ci il tarixli qərardadına əsasən Nərimanov Rayon X1, "xxxx" MMC-yə və Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi tələbinə dair qarşılıqlı iddiası üzrə işin icraatına xitam verilmişdir.

5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1007/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsinə əsasən ilk iddia təmin edilərək ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dair "xxxx" MMC ilə Nərimanov Rayon Bələdiyyəsi arasında bağlanılmış 306 saylı 03 may 2021 -ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, sökülmüş qeyriyaşayış sahəsinə görə 1692 kv.m qeyri-yaşayış sahəsinin verilməsinə dair "xxxx" MMC ilə X5 arasında yeni müqavilənin bağlanılması və qeyri-yaşayış sahəsi təhvil verilənədək "xxxx" MMC tərəfindən Natiq Əliməmmədova aylıq 5.000 manat məbləğində kompensasiya ödənilməsi qət edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8382/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Nərimanov Rayon Bələdiyyəsinin şikayəti təmin edilməyərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)1007/2022 saylı 13 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X5 arasında bağlanılmış 1306 saylı xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 150 saylı xx.xx.2021-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 10 (registr № ***-*******5-004) ünvanında yerləşən, ümumi sahəsi 1409,2 kv.m təşkil edən Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan qeyri-yaşayış sahəsi xidmət məqsədi ilə X3 müddətli istifadəsinə verilmişdir. İcarə müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X5 arasında bağlanılmış 289 saylı xx.xx.2021-ci il tarixli daşınmaz əmlakı n alqı-satqı müqaviləsinə (Forma № 4M) əsasən Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 10 ünvanında yerləşən, ümumi sahəsi 1409,2 kv.m qeyri-yaşayış sahəsi X2.

9. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi və Bakı şəhəri İddiaçı arasında bağlanılmış 8457 saylı xx.xx.2008-ci il tarixli icarə müqaviləsinə əsasən Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 271 saylı xx.xx.2008-ci il tarixli sərəncamına əsasən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 408,8 kv.m təşkil edən Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan qeyri-yaşayış sahəsi ofis məqsədi ilə Bakı şəhəri İddiaçı müddətli istifadəsinə verilmişdir. İcarə müqaviləsinin müddəti xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək müəyyən edilmişdir. 10. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Bakı şəhəri İddiaçı arasında bağlanılmış 306 saylı xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri İddiaçı öz istifadəsində olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 10 ünvanında yerləşən 440 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verməyi və həmin qeyri-yaşayış sahəsinə dair bütün hüquqları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ötürməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin qeyriyaşayış sahəsinin əvəzində nəzərdə tutulmuş başqa ünvanda icarəsinə veriləcək yerdə fəaliyyət göstərməyi bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydad a qəbul etməyi öhdəsinə götürmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

11. İddiaçı Bakı şəhəri İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 145 saylı xx.xx.2021-ci il tarixli və 150 saylı xx.xx.2021-ci il tarixli sərəncamlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 10 ünvanındakı Nərimanov rayon MKTB-nin balansında olan 408.82 kv.m qeyriyaşayış sahəsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi i lə İddiaçı arasında bağlanılmış xx.xx.2008-ci il tarixli, 8457 saylı icarə müqaviləsinə əsasən Nərimanov Bələdiyyəsinin icarəsinə verilmiş və 2021-ci ilin dekabr ayı da daxil olmaqla icarə haqqı ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı pilot layihə çərçivəsində həmin binanın sökülərək yeni binanın inşası barədə qərarına əsasən balanssaxlayıcı Nərimanov Rayon MKTB-nin razılığı ilə icraçı şirkət olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Nərimanov Bələdiyyəsi arasında 03 may 2021-ci il tarixli, 306 saylı müqavilə bağlanılmış və Nərimanov Bələdiyyəsi sonuncu olaraq iyun ayında icarəsində olan sahəni boşaltmış və həmin ayda, yəni 2021-ci ilin iyun ayında bina "xxxx" MMC tərəfindən sökülmüşdür. 2022ci ilin əvvəllərində "xxxx" MMC tərəfin dən Bələdiyyəyə ünvanlanmış pretenziyada qeyd olunanlardan məlum olmuşdur ki, X5 ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında xx.xx.2021-ci il tarixli 1306 saylı icarə müqaviləsi bağlanılmış, təxminən 15 gün sonra isə xx.xx.2021-ci il tarixli, 289 saylı alqı-satqı müqaviləsi bağlanaraq çıxarış verilmişdir. Bundan sonra, iddiaçı X3 "xxxx" MMC-yə və Nərimanov Rayon Bələdiyyəsinə qarşı, 305 saylı, 03 may 2021-ci il tarixli "xxxx" MMC ilə Nərimanov Rayon Bələdiyyəsi arasında bağlanılmış müqavilənin etibarsız hesab edilməsi, sökülmüş qeyri-yaşayış sahəsinə görə 1692 kv.m qeyri-yaşayış sahəsinin verilməsi və həmin qeyri-yaşayış sahəsi təhvil verilənədək "xxxx" MMC tərəfindən X4 hər ay 5000 manat məbləğində kompensasiyanın verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia təmin ed ilmiş, iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmə gedişi zamanı təqdim etdiyi xx.xx.2021-ci il tarixli, 145 saylı, xx.xx.2021-ci il tarixli 150 saylı sərəncamlar əsas götürülməklə İddiaçı bununla bağlı verdiyi qarşılıqlı iddiası üzrə icraata xitam verilmişdir. İnzibati orqanın sonuncu baxış zamanı məhkəməyə təqdim etdiyi kserosurət olan sənədin sərəncamlar (daxili sərəncam) əsassızdır və Qanunvericiliyin tələbləri pozulmaqla verilmişdir. Belə ki, sərəncamlar 2021-ci ilin sentyabr ayında verilməsinə baxmayaraq, bu günədək icarəçiyə yazılı və şifahi məlumat verilməmişdir ki, bu da “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin kobud şəkildə pozulmasıdır. Bu əsaslara görə də Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmə gedişi zamanı təqdim etdiyi xx.x x.2021-ci il tarixli 145 saylı, xx.xx.2021-ci il tarixli 150 saylı sərəncamları ləğv edilməlidir.

13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

14. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanılmış xx.xx.2008-ci il tarixli, 8457 nömrəli icarə müqaviləsinə əsasən ünvan 6 ünvanında yerləşən 408.8 kv.m qeyri-yaşayış sahəsi sonuncunun icarəsinə verilmişdir. Daha sonra Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən qeyd olunan qeyri-yaşayış sahəsinə baxış keçirilərkən iddiaçı tərəfindən müqavilə predmeti olan əmlakdan uzun müddət ərzində istifadə olun madığı müəyyən edilmiş və bununla bağlı akt tərtib edilmişdir. Qeyd olunan səbəbdən Xidmətin xx.xx.2021-ci il tarixli, 145 nömrəli sərəncamı ilə tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 8457 nömrəli icarə müqaviləsi ləğv edilmişdir. Daha sonra ünvan 7 ünvanında yerləşən 1409.2 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli, 150 nömrəli sərəncam qəbul edilmiş və Xidmət ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 1306 nömrəli icarə müqaviləsinə əsasən həmin sahə X3 icarəsinə verilmişdir. Daha sonra X3 müraciəti əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin 11 oktyabr 2021-ci il tarixli, 158 nömrəli sərəncamı ilə qeyd olunan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və Xidmət ilə bağlan mış xx.xx.2021-ci il tarixli, 289 nömrəli alqı-satqı müqaviləsinə əsasən qeyri-yaşayış sahəsi Natiq Əliməmmədov tərəfindən özəlləşdirilmiş və ona daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli mülkiyyət hüququ haqqında çıxarış verilmişdir. İddiaçının hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mübahisələndirilən sərəncamlar qəbul edilən zaman iddiaçının həmin sahə üzərində hər hansı hüququ mövcud olmamışdır. Məhkəməyə təqdim olunmuş hazırkı iddia ərizəsindən görünür ki, iddiaçı Nərimanov Bələdiyyəsi Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış icarə müqaviləsi əsasında istifadəsində olan, mübahisə predmeti olan qeyri-yaşayış sahəsini a ralarında bağlanmış xx.xx.2021-ci il tarixli 306 nömrəli müqavilə əsasında sökülmək üçün "xxxx" MMC-yə təhvil vermiş və iyun ayında qeyd olunan qeyri-yaşayış sahəsini boşaltmışdır. İddiaçı Nərimanov Bələdiyyəsi tərəfindən qeyd olunan müqavilənin bağlanması barədə Xidmətə hər hansı məlumat verilməmiş və Xidmət tərəfindən müqavilənin bağlanmasına razılıq verilməmişdir. Mülki Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 696.4.2-ci maddəsinə əsasən əgər kirayəyə verənə müəyyənləşdirilmiş xəbərdarlıq müddətlərini gözləmədən hüquq münasibətlərini ləğv etmək hüququ verən hər hansı əsas varsa kirayə çi kirayə hüquq münasibətlərinin davam etdirilməsini tələb edə bilməz. Göründüyü kimi, icarəçi Nərimanov Bələdiyyəsinin qeyd olunan hərəkətləri nəticəsində Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış icarə müqaviləsinin və qanunvericiliyin tələbləri pozulduğundan Xidmətin mübahisələndirilən xx.xx.2021-ci il tarixli, 145 nömrəli sərəncamı ilə tərəflər arasında bağlanmış icarə müqaviləsi ləğv edilmişdir. Beləliklə, tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 8457 nömrəli icarə müqaviləsinin şərtləri məhz icarəçinin təqsirli hərəkətləri nəticəsində pozulduğundan, Xidmət tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 145 nömrəli sərəncam qanunvericiliyə uyğun olmuş, bu zaman iddiaçının hər hansı hüquqları pozulmamışdır. Mülki Məcəllənin 692.2.1-ci maddəsinə əsasən kirayəçi müqa vilə öhdəliklərinin pozulmasında təqsirli olduqda kirayəyə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu əsaslı sayılır. Belə olan halda iddiaçı ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında hər hansı icarə müqaviləsinin mövcud olmaması və mübahisə predmeti olan əmlak üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hər hansı hüququnun mövcud olmaması iddiaçının mübahisə predmeti olan qeyri-yaşayış sahəsi üzərində hər hansı hüququnun mövcudluğunu istisna edir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Əmlak Məsələləri Dövlət Xidməti iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 306 nömrəl i müqavilə üzrə tərəf olmadığından, Xidmət həmin müqavilə üzrə hər hansı öhdəlik və məsuliyyət daşıya bilməz. Həmçinin iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 306 nömrəli müqavilə əsasında mübahisə predmeti olan dövlət əmlakı üzərində hər hansı hüququn qeydiyyata alınması mümkün olmadığından, həmin müqavilə iddiaçının hər hansı subyektiv hüququnun yaranmasına səbəb ola bilməz. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 337.1-ci maddəsinə bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 15.1-ci maddəsinə və “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 629 nömrəli Fərmanına əsasən dövlət əmlakının icarəyə verilməsi və özəlləşdirilməsi səlahiyyəti dövlət əmlakının sərəncamçısı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı Nərimanov Bələdiyyəsinin mübahisə predmeti olan əmlak üzərində sərəncam vermə səlahiyyətinə məxsus olan Əmlak Məsələləri Dövlət Xidmətinin razılığı olmada n "xxxx" MMC ilə bağladığı müqavilə əmlak üzərində hər hansı hüquq, həmçinin arzu olunan hər hansı hüquqi nəticə yaratmadığından, özlüyündə etibarsız əqddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarının ikinci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Qeyd olunan qərarın yeddinci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olar aq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 9.2.3-cü maddəsinə əsasən bələdiyyə orqanları dövlət əmlakının özəlləşdirilməsi zamanı alıcı kimi çıxış edə bilməzlər. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun on üçüncü maddəsinin ikinci hissəsinə əsasən icarə obyekti dövlətsizləşdirmə və özəlləşdirmə üçün açıldıqda icarə müqaviləsi ləğv edilmiş hesab olunur. Göründüyü kimi, iddiaçı Nərimanov Bələdiyyəsi Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış icarə müqaviləsi əsasında yalnız mübahisə predmeti olan sahədən əvəzli qaydada istifadə etmək hüququna malik olmuşd ur və qanuna əsasən iddiaçının həmin sahəni özəlləşdirməklə mülkiyyətinə keçirməsi qeyri-mümkün olmuşdur. Eyni zamanda, mübahisə predmeti olan əmlakın artıq mövcud olmaması həmin sahə ilə bağlı hər hansı münasibətlərin davam etdirilməsini istisna etdiyindən, hazırkı iddia hər hansı əhəmiyyət kəsb edə bilməz. Nəzərə alınmalıdır ki, iddiaçı Nərimanov Bələdiyyəsi mübahisəli əmlak üzərində mülkiyyət hüququna sahib ola bilməyəcəyindən, onun müvafiq icra hakimiyyəti orqanlarının qərarlarına uyğun olaraq mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə söküntü-tikinti işlərinin aparılmasını həyata keçirən "xxxx" MMC ilə həmin sahəyə dair hər hansı müqavilə bağlamaq səlahiyyəti ola bilməzdi. Göründüyü kimi, iddiaçı mübahisə predmeti olan əmlakla hər hansı bağlılığı olmadığından, onun hazırkı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyil. Eyni zamanda, iddiaçı iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı Nərimanov Bələdiyyəsi cavabdehlər Əmlak Məsələləri Dövlət Xidmətinə və Natiq Əliməmmədova qarşı mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi və alqı-satqısına dair cavabdehlər arasında bağlanmış qeyd olunan müqavilələrin etibarsız hesab edilməsi və mübahisəli qeyri-yaşayış sahəsinə dair Natiq Əliməmmədova verilmiş mülkiyyət hüququ haqqında çıxarışın ləğv edilməsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(005)-1007/2022 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Qeyd olunan işə baxılma sı zamanı Xidmətin nümayəndəsi tərəfindən məhkəməyə müvafiq ərizə təqdim olunaraq, eyni zamanda izahat verilərək hazırda mübahisələndirilən sərəncamlar əsasında mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair Nərimanov Bələdiyyəsi ilə bağlanmış icarə müqaviləsinin ləğv edildiyi və həmin sahənin Natiq Əliməmmədovun icarəsinə verildiyi, daha sonra sonuncu tərəfindən əmlakın özəlləşdirildiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçı uzun müddət ərzində mübahisə predmeti olan qeyriyaşayış sahəsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hazırda mübahisələndirilən sərəncamların qəbul edilməsindən və əmlakın özəlləşdirilməsindən məlumatlı olmuşdur.

15. Bakı İnzibati Məhkəməsinin (hakim A.M.Almazova) 13 noyabr 2023-cü il tarixli, 21(112)-6614/2023 nömrəli qərardadı ilə iddia mümkün sa yılmamışdır.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, icarə müqaviləsinin ləğv edildiyi zaman müqavilə predmetinin (qeyri-yaşayış sahəsinin) artıq mövcud olmamasını və mübahisəsiz olaraq həmin qeyri-yaşayış sahəsinin iddia qaldırılan zaman da mövcud olmamasını nəzərə alaraq həmin müqavilənin ləğv edilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş sərəncamın ləğvinə dair iddianın uğurlu olması ilə iddiaçıya münasibətdə onun çatmaq istədiyi məqsədə nail olmaq mümkün deyil. Cavabdehin 145 saylı xx.xx.2021-ci il tarixli sərəncamı inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilmiş kimi qiymətləndirmək düzgün olmazdı. Belə ki, sözügedən sərəncam t ərəflər arasında olan müqavilə münasibətlərinə xitam verilməsini nəzərdə tutur. Belə olan halda, həmin sərəncamı inzibati akt hesab etmək olmaz. İddiaçıya müvafiq tələblə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddia tələbinin cavabdeh tərəfindən qəbul edilmiş 150 saylı xx.xx.2021-ci il tarixli sərəncam qəbul edilərkən tərəflər arasında olan icarə müqaviləsi qüvvədə olmamışdır. Həmçinin sözügedən qeyri-yaşayış sahəsi məhv edilmiş və iddiaçının istifadəsində olmamışdır. İddia tələbinin sözügedən hissəsi ilə bağlı iddia ilə müraciət etmək üçün iddiaçının subyektiv hüququ mövcud deyildir.

17. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddia tələbi lazımi qaydada qaldırılmamışdır, lakin iddia tələbinin iddiaçının hüquqi marağına uyğun olaraq “sərənca mların iddiaçıya aid hissədə mübahisələndirilməsi” kimi dəqiqləşdirilməsi iddianın mümkünsüzlüyünü istisna etmir. Odur ki, məhkəmə hüquqi yardım göstərilməsini prosessual qənaət prinsipindən irəli gələrək məqsədəuyğun hesab etmir.

18. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2024-cü il tarixli, 2-1(103)-1615/2024 saylı qərardadı ilə (hakimlər: M.N.Tağızadə (sədrlik edən və məruzəçi), K.H.Əkbərov və E.C.Kazımov) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2-1(112)-6614/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

21. İddiaçı kassasiya şikayəti verərək, qərardadın ləğv olunaraq iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

22. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1.Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair idd ianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2.İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3.Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4.Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2.İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1 -ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təkli fləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3.Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6.İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qəra r çıxarıldığı anda mövcud olmalıdırlar.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.2. Kollektiv maraqların müdafiə olunması məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) iddia ərizəsində inzibati aktın qəbul edilməsi v ə ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində həmin maraqların pozulduğunu əsaslandırdıqları hallarda qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) tərəfindən bu Məcəllənin 35.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq iddianın qaldırılmasına yol verilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhk əməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfində n işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

31. İddiaçının tələbi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 145 saylı xx.xx.2021-ci il tarixli və 150 saylı xx.xx.2021-ci il tarixli sərəncamlarının ləğv edilməsindən ibarətdir.

32. Hazırkı işin apellyasiya instansiyası tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi və Bakı şəhəri İddiaçı arasında bağlanılmış 8457 saylı xx.xx.2008-ci il tarixli icarə müqaviləsinə əsasən Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 271 saylı xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 10 (registr № ***-*******5-002) ünvanında yerləşən, ümumi sahəsi 408,8 kv.m təşkil edən Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan qeyri-yaşayış sahəsi ofis məqsədi ilə Bakı şəhəri İddiaçı müdd ətli istifadəsinə verilmişdir. İcarə müqaviləsinin müddəti xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 145 saylı xx.xx.2021-ci il tarixli daşınmaz dövlət əmlakına dair bağlanılmış bir sıra icarə müqavilələrinin ləğv edilməsi haqqında sərəncamına əsasən Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 10 ünvanında yerləşən 408,8 kv.m icarə obyektinə dair bağlanılmış 8457 saylı xx.xx.2008-ci il tarixli icarə müqaviləsi ləğv edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X5 arasında bağlanılmış 1306 saylı xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məs ələləri Dövlət Xidmətinin 150 saylı xx.xx.2021-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 10 (registr № ***-*******5-004) ünvanında yerləşən, ümumi sahəsi 1409,2 kv.m təşkil edən qeyri-yaşayış sahəsi xidmət məqsədi ilə X3 müddətli istifadəsinə verilmişdir. İcarə müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Habelə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X5 arasında bağlanılmış 289 saylı xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 10 ünvanında yerləşən, ümumi sahəsi 1409,2 kv.m qeyri-yaşayış sahəsi X2. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli mülkiyyət hüququ haqqında çıxar ış verilmişdir. 33. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Bakı şəhəri İddiaçı arasında bağlanılmış 306 saylı xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri İddiaçı öz istifadəsində olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 10 ünvanında yerləşən 440 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil vermişdir.

34. Bundan başqa iş materiallarına əlavə olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1007/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən Nərimanov Rayon X1, "xxxx" MMC-yə və Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi tələbinə dair qarşılıqlı iddiası üzrə işin icraatına xitam verilmiş, həmin qərardad Bakı Apellyasiya Məhkəmə sinin Mülki Kollegiyasının 2(103)-8382/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1007/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ilk iddia tələbi təmin edilərək ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC ilə Nərimanov Rayon Bələdiyyəsi arasında bağlanılmış 306 saylı 03 may 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, sökülmüş qeyri-yaşayış sahəsinə görə 1692 kv.m qeyri-yaşayış sahəsinin verilməsinə dair "xxxx" MMC ilə X5 arasında yeni müqavilənin bağlanılması və qeyri-yaşayış sahəsi təhvil verilənədək "xxxx" MMC tərəfindən Natiq Əliməmmədova aylıq 5.000 manat məbləğində kompensasiya ödənilməsi qət edilmişdir.

35. Azərbaycan Respublikası Ali Məhkəməs i Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

36. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edil ir.

37. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. 38. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. 39. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsi nin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.”

40. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 145 saylı xx.xx.2021-ci il tarixli daşınmaz dövlət əmlakına dair bağlanılmış bir sıra icarə müqavilələrinin ləğv edilməsi haqqında sərəncamına münasibətdə qeyd edir ki, mübahisəsiz olaraq həmin qeyri-yaşayış sahəsinin iddia qaldırılan zaman mövcud olmamasını nəzərə alaraq həmin müqavilənin ləğv edilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş sərəncamın ləğvinə dair iddianın uğurlu olması ilə iddiaçıya münasibətdə onun çatmaq istədiyi məqsədə nail olmaq mümkün deyil.

41. İddiaçının mübahisələndirdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 150 saylı xx.xx.2021-ci il tarixli daşınmaz dövlət əmlakının icarəyə verilməsi haqqında sərəncamı ilə bağlı qeyd edir ki, sözügedən sərəncam qəbul edilərkən tərəflər arasında olan icarə müqaviləsi ləğv edildiyindən, həmin Sərəncam iddiaçının marağına toxunmur. Bu səbəbdən də iddia tələbinin sözügedən hissəsi ilə bağlı iddia ilə müraciət etmək üçün iddiaçının subyektiv hüququ mövcud deyildir.

42. Məhkəmə kollegiyası, qeyd olunanları nəzərə alaraq, hesab e dir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 145 saylı xx.xx.2021-ci il tarixli və 150 saylı xx.xx.2021-ci il tarixli sərəncamlarının ləğv edilməsini tələb etməkdə iddiaçının subyektiv hüququ mövcud olmamışdır.

43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhəkəməsinin qərardadı dəyişdirilmədən salanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Bakı şəhəri İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2024-cü il tarixli, 21(103)-1615/2024 saylı qəra

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar