Məhkəmə qərarları › İş №2-1(102)-1725/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1725/2025

13.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1725/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarının icra edilməməsinə görə cərimənin tətbiq edilməsindən imtina) 13.01.2026 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “məhkəmə qərarının icra edilməməsinə görə cərimənin tətbiq edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 fevral 2025-ci il tarixli, 2-1(103)-771/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)3454/2019 nömrəli qərarı ilə İddiaçı MMC tərəfindən artıq ödənilmiş 449748,17 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) müvafiq məbləğlərin 0,1 faizi məbləğində əlavənin vergi ödəyicisinə ödənilməsi barədə rəyin verilməsi vəzifəsi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdar əsinə həvalə edilmişdir.

2. Qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarı birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli məktubla icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmişdir.

3. Uzun müddət keçməsinə baxmayaraq, sözügedən məhkəmə qərarının icrasının barədə məhkəməyə məlumat verilmədiyi üçün birinci instansiya məhkəməsi tərəfindən müvafiq məlumat təqdim edilməsinə dair cavabdehə xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. 4. 18.12.2020-ci il tarixdə birinci instansiya məhkəməsi tərəfindən sözügedən məhkəmə qərarı əsasında Bakı şəhəri Nizami rayon İcra şöbəsinə icra vərəqəsi göndərilmiş və icra qurumunun xx.xx.2021-ci il tarixli qərarı ilə həmin icra sənədi üzrə icraata başlanılmışdır. 5. 15.01.2024-cü il tarixdə cavabdeh tərəfindən sözügedən mə hkəmə qərarı 449748,17 manat məbləğin geri qaytarılmasına dair rəyin tərtib edilməsi hissəsində icra edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, sözügedən məhkəmə qərarı tam icra olunmadığı üçün cavabdehin cərimə olunmasını xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: Həmid Ağalarov) 02 oktyabr 2024-cü il tarixli, 2-1(82)-3454/2019 nömrəli qərardadı ilə cavabdehə cərimənin tətbiq olunmasından imtina edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tari xli qərarında dövlətə, bələdiyyəyə və ya ümumi hüququn başqa subyektlərinə qarşı pul tələblərinin icra edilməsi ilə bağlı sözügedən subyektlərə yazılı şəkildə icra haqqında xəbərdarlıq ünvanlandıqdan sonra qərarın icrası təmin edilmədikdə, icra haqqında qərardad çıxarılmaqla icra vərəqəsi verilməlidir. Hazırkı iş üzrə cavabdehə xəbərdarlıq göndərilmiş və icra vərəqəsi verilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, dövlətə, bələdiyyəyə və ya ümumi hüququn başqa subyektlərinə qarşı pul tələblərinin icrasının təmin edilməsi ilə bağlı və ümumiyyətlə inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi ilə bağlı icra vərəqəsi verildikdən sonra cərimənin təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad oluna n qərarında nəzərdə tutulmadığından, hazırkı iş üzrə cərimənin təyin edilməsindən imtina olunmalıdır.

9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv olunmasını və ərizəsinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Pərviz Hüseynov /sədrlik edən və məruzəçi/, İkram Şirinov və Ceyhun Məmmədov) 12 fevral 2025-ci il tarixli, 2-1(103)-771/2025 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və ərizəsinin tə min olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

13. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun məhkəmə qərarının icra edilməməsinə görə cərimənin tətbiq edilməsinə dair ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək iddiaçının kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 116.2. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Maddə 117.1. İcra aşağıdakı sənədlər əsasında həyata keçirilir: 117.1.1. qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında; Maddə 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd i nzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi inzibati məhkəmə icraatı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Maddə 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Maddə 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Maddə 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. 16. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə q ərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli, 10 nömrəli qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq nor malarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin mövqeyindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın q anuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

22. Belə ki, hazırda iddiaçının əsl hüquqi marağı və məqsədi qanuni qüvvəyə minmiş məhkəmə qərarının tam icra edilməsinə nail olmaqdan ibarətdir. İddiaçı isə, hazırkı ərizəsi ilə sözügedən məhkəmə qərarının icrasının təmin edilməsi üçün cavabdehin cərimə olunmasını xahiş edir.

23. Nəzərə alınmalıdır ki, inzibati prosessual qanunvericiliyə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir və həmin istiqamətdə bu və ya digər məcburiyyət tədbirinin seçilməsi, o cümlədən cərimənin tətbiq edilib-edilməməsi həmin məhkəmənin diskresion səlahiyyətinə aiddir. Həmçinin nəzərə alınmalıdır ki, sözügedən məhkəmə qərarı əsasında verilmiş icra sənədi üzrə Bakı şəhə ri Nizami rayon İcra şöbəsi tərəfindən icraat başlanılmışdır və qanunvericiliyə əsasən icra sənədinin icrasının təmin edilməsi üçün icra qurumu müvafiq məcburiyyət tədbirləri tətbiq etmək səlahiyyətinə malikdir. Bu baxımdan, iddiaçı sözügedən məhkəmə qərarının icrasının təmin edilməsi barədə icra qurumuna, həmin icra qurumunun hərəkət və ya hərəkətsizliyindən narazı qaldığı halda isə, birinci instansiya məhkəməsinə müraciət edə bilər. Odur ki, iddiaçı, sözügedən məhkəmə qərarının tam icra edilmədiyi üçün cavabdehin cərimə edilməsinə dair hazırkı tələbində haqlı sayıla bilməz.

24. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qər ardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 fevral 2025-ci il tarixli, 21(103)-771/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar