Məhkəmə qərarları › İş №2-1(102)-1726/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1726/2022

11.10.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1726/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Nurəddin oğlunun cavabdeh Qusar rayon Hil Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 11.10.2022 Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Nurəddin oğlu (xx.xx.1967-ci il təvəllüdlü; FİN-xxxxxxx) cavabdeh Qusar rayon Hil Bələdiyyəsinə qarşı “X16 iştirakçısı və əlili olmuş atası X5 verilməli olan, torpaq islahatı zamanı Hil kəndində mövcud olmuş adambaşı pay torpaq sahəsi normasının 2 mislində, yəni 0,59 x 2 1,18 ha torpaq sahəsinin Hil bələdiyyəsinin hesabından əvəzsiz olaraq ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-471/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Nurəddin oğlu və onun ailə üzvlərinə Qusar rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1998-ci il tarixli qərarı ilə 2.34 hektar torpaq sahəsi ayrılmışdır. İddiaçının anası X8 Qusar rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1998-ci il tarixli qərarı ilə 0,60 hektar torpaq sahəsi ayrılmışdır.

2. İddiaçının mərhum atası X2 Vətən Müharibəsi iştirakçısı, müharibə əlili olm uşdur. Qusar rayonun Hil kəndində toıpaq islahatları keçirilən zaman atası X5 pay torpaq sahəsi verilməmişdir. Torpaq islahatları zamanı Qusar rayonun Hil kəndində adambaşına düşən pay torpaq sahəsinin norması 0,59 ha olmuşdur. Torpaq islahatları keçirilən zaman atası X1 qeydiyyatda olmuşdur və o, 03 iyun 1998-ci il tarixdə vəfat etmişdir. İddiaçı mərhum atası X4 vərəsəsi kimi Qanuna əsasən ona verilməli olan pay torpaq sahəsini tələb edərək, cavabdeh Qusar rayonu Hil bələdiyyəsinə müraciət etmiş, X16 iştirakçısı və əlili olmuş atası X5 verilməli olan, torpaq islahatı zamanı Hil kəndində mövcud olmuş adambaşı pay torpaq sahəsi normasının 2 mislində, yəni 0.59 x 2 = 1,18 ha torpaq sahəsinin Hil Bələdiyyəsinin hesabından əvəzsiz olaraq ona verilməsini xahiş etmişdir.

3. Cavabdeh Qusar rayonu Hil bələdiyyəsi ərizəni təmin etməkdən imtina etmiş və imtinanı onunla əsaslandırmışdır ki, bələdiyyə torpaqlarını vətəndaşlara pay torpaq sahəsi kimi qaytarılması bələdiyyənin səlahiyyətində deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X16 iştirakçısı və əlili olmuş atası X5 verilməli olan, torpaq islahatı zamanı Hil kəndində mövcud olmuş adambaşı pay torpaq sahəsi normasının 2 mislində, yəni 0,59 x 2 1,18 ha torpaq sahəsinin Hil bələdiyyəsinin hesabından əvəzsiz olaraq ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası mərhum X2 Vətən Müharibəsi iştirakçısı, mühar ibə əlili olmuşdur. Qusar rayonun Hil kəndində torpaq islahatları keçirilən zaman naməlum səbəblərdən atası X5 pay torpaq sahəsi verilməmişdir. Torpaq islahatları zamanı Qusar rayonun Hil kəndində adambaşına düşən pay torpaq sahəsinin norması 0,59 ha olmuşdur. Torpaq islahatları keçirilən zaman atası X1 qeydiyyatda olmuşdur və o, 3 iyun 1998-ci il tarixdə vəfat etmişdir. İddiaçının ailə üzvlərinə pay torpaq sahəsinin verilməsinə dair kodu 30111018 olan JN:525 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və anası X6 pay torpaq sahəsinin verilməsinə dair kodu 30111018 olan JN:524 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı 14 dekabr 1999-cu il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsində qeydiyyata alınmış, onlara isə daha gec qaytarılmışdır. X17 alandan sonra onlara məlum olmuşdur ki, atası X5 pay torpaq sahəsi verilməmişdir. Sonradan anası X10 da 28 oktyabr 2013-cü il tarixdə vəfat etmişdir. O, atası N.Muradəliyevin vərəsəsi kimi qanunla ona verilməli olan pay torpaq sahəsini tələb edir. 6. “Torpaq islahatı haqqında” 16 iyul 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə uyğun olaraq bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququna malikdirlər. Həmin Qanunun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlil olmuş müharibə veteranlarına və Çer nobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Buna uyğun olaraq X16 iştirakçısı, müharibə əlili olmuş atası X5 da 2 normada pay torpaq sahəsi verilməli idi. Torpaq islahatları qurtardıqdan sonra yerli aqrar islahat komissiyaların balansında qalan torpaq sahələri yeni yaradılmış bələdiyyələrin balansına keçmişdir. O cümlədən Hil kənd yerli aqrar islahat komissiyasının balansında qalmış torpaq sahələri hal-hazırda Hil bələdiyyəsinin balansına keçmişdir. Ona görə də cavabdeh Qusar rayonu Hil bələdiyyəsinin hesabından atasının pay torpağı kimi Hil kəndində mövcud olmuş adambaşı pay torpaq sahəsi normasının 2 mislində, yəni 0.59 x 2 = 1,18 ha torpaq sahəsi əvəzsiz olaraq verilməlidir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(1 18)-1162/2022 nömrəli, 11 aprel 2022-ci il tarixli qərarı ilə (hakim V.E.Əzizova) iddianın təmin edilməməsi qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, torpaq islahatları zamanı bələdiyyələrin mülkiyyətinə dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxıldıqdan sonra qalan torpaqlar aid edilmişdir. Bələdiyyələr tərəfindən torpaqların vətəndaşların icarəsinə və ya mülkiyyətinə verilməsi qaydaları qanunvericilik normaları ilə tənzimlənmişdir və həmin normalarda dövlət tərəfindən verilməyən pay torpaqları əvəzinə bələdiyyə mülkiyyətindən vətəndaşa torpaq ayrılması vəzifəsi nəzərdə tutulmamışdır.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul ed ilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-471/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərardadı ilə (hakimlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, İ.K.Dəmirov və S.A.Qafari) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 11 aprel 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçının cavabdehə qarşı X16 iştirakçısı və əlili olmuş atası X5 verilməli olan, torpaq islahatı zamanı Hil kəndində mövcud olmuş adambaşı pay torpaq sahəsi normasının 2 mislində, yəni 0,59 x 2=1,18 ha torpaq sahəsinin Hil bələdiyyəsinin hesabından əvəzsiz olaraq ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır.

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyünə hüquqi qiymət vermədən tələbə mahiyyəti üzrə baxmışdır. Halbuki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermir. Bu səbəbdən də, iddia mümkün sayılmamışdır.

12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 30 iyun 2022-ci il tarixli qərardadının ləğv edilməsini və işin apellyasiya məhkəməsinə göndərilməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Aqrar İslahat Komissiyası haqqında Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli, 22 6 nömrəli Fərmanı ilə qüvvədən düşsə də “Torpaq islahatı haqqında"’ Azərbaycan Respublikası Qanunu bu günkü gündə də qüvvədədir və torpaq islahatları davam edir. Belə ki, hal-hazırda Ermənistan Respublikasının hərbi təcavüzündə azad olunmuş rayonlarda torpaq islahatlarının aparılması gündəmdə olan məsələdir. Onun atası mərhum X2 Vətən Müharibəsi iştirakçısı və əlili olmuşdur. 14. “Torpaq islahatı haqqında” Qanunun 14-cü maddəsinə uyğun olaraq X16 iştirakçısı, müharibə əlili olmuş atası X9 2 normada pay torpaq sahəsi almaq hüququna malik olmuşdur. Torpaq islahatları qurtardıqdan sonra yerli aqrar islahat komissiyaların balansında qalan torpaq sahələri yeni yaradılmış bələdiyyələrin balansına keçmişdir. O cümlədən Hil kənd yerli aqrar islahat komissiyasının balansında qalmış torpaq sahələr i hal-hazırda Hil bələdiyyəsinin balansına keçmişdir.

15. Yuxarıda qeyd etdiyi əsaslar nəzərə alınmaqla onun Qusar rayonu Hil Bələdiyyəsinə qarşı X16 iştirakçısı və əlili olmuş atası X5 verilməli olan, torpaq islahatı zamanı Hil kəndində mövcud olmuş adambaşı pay torpaq sahəsi normasının 2 mislində, yəni 0,59 x 2 = 1,18 ha torpaq sahəsinin Hil Bələdiyyəsinin hesabından əvəzsiz olaraq ona verilməsinə dair iddia mümkün sayılmalı və iddiaya mahiyyəti üzrə baxılmalıdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

3. Torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir. Maddə 7.1-ci bənd. Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Maddə 7.3-cü bənd. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. 18. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaql ar bələdiyyə torpaqlarıdır. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şər tləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı.

21. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna e dən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayət in əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayə t üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. X18 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının pre dmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddiaçının subyektiv hüququnun mövcudluğu və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu y oxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.

28. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

29. İşin hallarına əsasən, iddiaçı atası X5 verilməli olan, torpaq islahatı zamanı Hil kəndində mövcud olmuş adambaşı pay torpaq sahəsi normasının 2 mislində, yəni 0,59 x 2=1,18 ha torpaq sahəsinin Hil bələdiyyəsinin hesabından əvəzsiz olaraq ona verilməsini tələb etmişdir.

30. İşin apellyasiya baxışı zamanı müəyyən edilmiş hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı atasına aqrar islahat zamanı ayrılmalı olan torpaq sahəsinin Qusar rayon Hil bələdiyyəsi tərəfindən ona ayrılmasını tələb edir ki, bələdiyyənin bununla bağlı qanunvericilikdən irəli gələn bir öhdəliyi mövcud deyildir. Qanunvericilikdən irəli gəlməyən bir öhdəliyin isə icra edilməsinə bələdiyyə məcbur edilə bilməz.

31. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsinin nəticəsi hazırkı qərarın 19-22 və 23 (a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.

32. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-471/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar