Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-173/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qaçqın statusunun verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1471/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı xx.xx.2019-cu il tarixdə qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə cavabdehə müraciət etmişdir.
2. Müraciətə Xidmət tərəfindən təşkil olunmuş Komissiya tərəfindən baxılmış və xx.xx.2020-ci il tarixli İQ-10/1 №-li qərarla ona qaçqın statusunun verilməsindən imtina edilmişdir. Qərarla bildirilmişdir ki, iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətlərinə, milliyyətlərinə və dini baxışlarına görə təqib olunmadığı, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadığı müə yyən edilmişdir.
3. İddiaçı həmin qərardan inzibati şikayət vermiş, Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, 81 nömrəli qərarı ilə şikayət əsassız olduğundan təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia verərək cavabdehin xx.xx.2020-ci il tarixli, İQ10/1 saylı qərarının ləğv edilməsini və xx.xx.2019-cu il tarixli vəsatəti təmin edərək iddiaçıya qaçqın statusu verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiаçı tələbini оnunlа əsаslаndırmışdır ki, o, 26 yaşlı subay, kişi cinsinə mənsub Əfqanıstan vətəndaşıdır. Etnik mənsubiyyətinə görə hazara, dini mənsubiyyətinə görə şiədir. O, orta məktəbin 8 sinfi ni bitirib, lakin ailəsinin maddi çətinliyi səbəbindən təhsilini davam etdirə bilməyib. Hər iki valideyni hazırda Əfqanıstanda, Kabulda yaşayır. Onun bir qardaşı və üç bacısı var, hamısı Kabulda yaşayır. 2011-ci ildən 2019-cu il tarixədək Əfqan Milli Ordusunda çavuş vəzifəsində xidmət edib. Fəaliyyət qabiliyyətsizliyi səbəbindən işini tərk edib. Xidmət etdiyi müddət Talibana qarşı döyüşlərdə iştirak edib və iki dəfə yaralanıb. Əfqan Milli Ordusundan ayrıldıqdan sonra mənşə ölkəsini tərk etmək qərarına gəlib. Orduda işlədiyi üçün gələcəkdə Taliban tərəfindən hədəfə alına biləcəyindən qorxduğunu iddia edib. xx xxxxxxxx 2019-cu ildə Azərbaycan Respublikasına gəlib. xx xxxxxxx 2019-cu ildə sığınacaq verilməsi barədə vəsatət ilə cavabdehə müraciət edib. Dövlət Miqrasiya Xidməti vəsatətini ***-* *** saylı iş nömrəsi ilə qeydiyyata alıb və onunla müsahibə aparıb. O, müsahibə zamanı bildirib ki, Əfqanıstana geri dönərsə, Taliban tərəfindən orduya cəlb olunacağı, imtina edəcəyi halda isə öldürüləcəyindən qorxur. Cavabdeh onun sığınacaq verilməsi barədə vəsatətini rədd edib. Cavabdeh bildirib ki, onun dəlilləri mötəbər deyil. Cavabdehin qərarından verdiyi inzibati şikayət də rədd edilib. Şikayət instansiyası qərarını ümumi və qeyri-müəyyən sözlərlə əsaslandırıb. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edir.
6. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4150/2020 saylı qərarı ilə (hakim: M.T.Hacıbəyova) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya qаçqın stаtusunun vеrilməsindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işi n bu cür hаlındа isə cavabdehin qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlillə sübutа yеtirilmədiyindən iddiaçı iddia tələbində haqlı deyil.
8. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1471/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: H.H.Həmidov və V.M.Məmmədov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4150/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamış, heç bir sosial qrupa qoşulmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Onun qorxu və həyəcanları ehtimallara əsaslanmaqla, məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Odur ki, iddiaçının mövqeyi əsassız olduğundan apelyasiya şikayəti təmin edilə bilməz.
11. İddiaçı kassasiya şikayəti verərək həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçı üçün vətəndaşı olduğu ölkə çox təhlükəlidir. Lakin həm cavabdeh orqan, həm də aşağı instansiya məhkəmələri onun vəsatətlərinin dəlillərini görməzdən gəlməklə, həqiqətə uyğun olmayan nəticə formalaşdırmaqla qərarlar qəbul ediblər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
14. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə q ərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. “Qaçqın” - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Maddə
10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə
12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respubl ikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Maddə
13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir.
17. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası Bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Bənd 1.... "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir.... Bən d 7. "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Bənd
8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Bənd 9. "Qaçqın" statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya "Qaçqın" statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq "Qaçqın" statusu verməkdən imtina edilir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassas iya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarının tam ləğv edilməsini tələb etdiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hes ab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Cavabdeh orqanın imtina qərarından görünür ki, qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq aparılmış araşdırma nəticəsində iddiaçının vəsatəti təmin edilməmiş, ona qaçqın statusu verilməsindən əsaslandırılmış şəkildə imtina olunmuşdur.
23. İddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi barədə qərardan görünür ki, iddiaçı müsahibə zamanı Əfqanıstan İslam Respublikasının Qəzni vilayətinin Cağori əyalətinin Çeheldoxtəra kəndində anadan olduğunu, m illiyyətcə həzara, dini etiqadına görə müsəlman (şiə) olduğunu, Kabildə “X2” adlı ali liseydə 1-8-ci sinifləri oxuduğunu, ailəsinin maddi vəziyyəti pis olduğu üçün təhsilini yarımçıq saxladığını, heç bir yerdə işləmədiyini, 2011-2019-cu illərdə Əfqanıstan Milli Ordusunda çavuş rütbəsində xidmət etdiyini qeyd etmişdir. Ailə vəziyyəti barədə məlumat verən ərizəçi subay olduğunu, valideynlərinin, qardaşı Səid Rəhmətullahın, bacıları Həmidə, Qoləfşan, Bibiqolun Kabil şəhərində, bacısı Firuzənin Qəndəhar şəhərində yaşadığını demişdir. xxx X1 Milli Ordusu tərkibində döyüşərkən 2 dəfə yaralandığını, 2019-cu ildə əlilliyinə görə ordudan tərxis olunduğunu, bundan sonra Əfqanıstanda taliblər tərəfindən təqib olunacağından ehtiyat etdiyini, buna görə ölkədə qalmaq istəmədiyini, Əfqanıstanı tərk edərə k xx.xx.2019-cu ildə Azərbaycana gəldiyini bildirmişdir.
24. Beləliklə də, ərizəçinin vəsatəti cavabdeh tərəfindən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmiş və bu dəlillər Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmiş, bununla da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli İQ-10/1 №-li qərarına əsasən ona qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır.
25. Mə hkəmə kollegiyası hesab edir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, asi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır.
26. İşə baxılarkən apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsi nin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1471/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.