Məhkəmə qərarları › İş №2-1(102)-173/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-173/2025

22.01.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-173/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi dövlət sosial sığorta haqları üzrə borcun silinməsindən imtina) 22.01.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı “məcburi dövlət sosial sığorta haqları üzrə hesablanmış borcun silinməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 iy ul 2024-cü il tarixli, 2-1(107)-183/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı məcburi dövlət sosial sığorta haqları üzrə ona əsassız olaraq 2830,45 manat borc hesablandığını qeyd edərək, həmin borc məbləğinin silinməsi barədə cavabdehə müraciət etmişdir.

2. Cavabdeh tərəfindən iddiaçının şəxsi hesab vərəqəsindən 331,24 manat sosial sığorta və 16,16 manat məbləğində işsizlikdən sığorta üzrə borcun silinməsi təmin edilmiş, lakin məcburi dövlət sosial sığorta haqları üzrə qalan ümumilikdə 2483,05 manat (“Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə vərəqə”də 1123,20 manat əsas və 166,68 manat penya borcu, “Muzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üzrə vərəqə”də isə 1193,17 manat) borcun silinməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, məcburi dövlət sosial sığorta haqları üzrə hesablanmış cəmi 2483,05 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya qarşı qaldırılmış müvafiq iddia tələbinə dair iş üzrə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2021ci il tarixli, e-2-2(117)-1118/2021 nömrəli qətnaməsi ilə iddiaçının ölkədən getmək hüququ 349,29 m anat vergi, 2830,45 manat sosial sığorta haqları üzrə borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılmışdır. Həmin qətnamədə məhkəmənin yuxarıdakı nəticəyə gəlməsinin əsası kimi cavabdeh qurum tərəfindən ona göndərdildiyi iddia olunan bildiriş, xəbərdarlıq və digər sənədlərin məhkəmə araşdırmasının predmetini təşkil etməsi göstərilmişdir. Cavabdehin müvafiq tələbləri, o cümlədən ona göndərdiyini iddia etdiyi bildiriş, xəbərdarlıq və digər sənədlər qanunsuz və əsassızdır. Belə ki, cavabdehin iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında xəbərdarlıq adı qoyduğu və ona ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubu qanunvericiliyin tələblərinə uyğun deyildir. Ona görə ki, iddiaçı cavabdehin iddia etdiyi borcun konkret olaraq hansı illər, hansı aylar üzrə və hansı məbləğdə yarandığ ına, onların yaranma mənbəyinə və əsaslarına və digər hallara dair rəsmi bildirişlər göndərildiyini xatırlamır və cavabdehdə də belə sübutların olmadığını əminliklə bildirir. İddiaçı əsassız hesablanmış borcunun silinməsi tələbinə dair cavabdeh orqana ərizə ilə müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir.

5. Cavabdehin iddiaya qarşı etirazı onun əsaslandırılmışdır ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün iddiaçının Dövlət Sosial Müdafiə Fonduna 2830,45 manat, dövlət büdcəsinə 249,29 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 349,29 manat) olmaqla, ümumilikdə 3179,74 manat borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədilə iddi açıya Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli bildirişlər göndərilmiş, lakin borc məbləği ödənilməmişdir. Qeyd olunan borc məbləği ödənilmədiyi üçün vergi ödəyicisinin ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə vergi orqanı tərəfindən ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət olunmuş və Şəki Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(117)-1118/2021 nömrəli qətnaməsinə əsasən iddiaçının ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə vergi orqanına müraciət edərək məcburi dövlət sosial sığorta haqları üzrə 2316,37 manat əsas borcun və faizlər üzrə 514,08 manat, ümumilikdə 2830,45 manat borcun əsassız olaraq hesablandığını və borc məbləğinin silinməsi b arədə qərar qəbul edilməsini xahiş etmişdir. Vergi ödəyicisinin müraciətinin araşdırılması məqsədilə vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli sorğularla Dövlət Sosial Müdafiə Fonduna müraciət olunmuşdur. Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli cavab məktublarında iddiaçının xx.xx.2018-ci il tarixə yaranmış borcu, məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası (hesablanmış penya) üzrə silinməli olan borc məbləği barədə məlumat təqdim edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən qanunvericiliyə uyğun olaraq iddiaçının şəxsi hesab vərəqəsindən 331,24 manat sosial sığorta və 16,16 manat məbləğində işsizlikdən sığorta üzrə b orcun silinməsi təmin edilmişdir. Hazırda iddiaçının baza məlumatlarına əsasən “Vergilər üzrə vərəqə”də 299,29 manat borcu, sosial sığorta və işsizlikdən sığorta haqları üzrə “Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə vərəqə”də 1123,20 manat əsas və 166,68 manat penya borcu, “Muzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üzrə vərəqə”də isə 1193,17 manat ödənilməmiş borcu vardır.

6. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində olan məlumatlara əsasən iddiaçının xx.xx.2018-ci ilin tarixinə 0703 (“Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər”-r ayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə) və 0100 (“Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər”) fəaliyyət növlərinə görə məcburi dövlət sosial sığorta haqqı və maliyyə sanksiyası (o cümlədən penya) üzrə borcları yaranmışdır. Həmin borcların yaranma səbəbləri barədə məlumatlar qoşmadakı cədvəldə təqdim edilir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində olan məlumatlara əsasən iddiaçının xx.xx.2018-ci ilin tarixinə 0703 fəaliyyət növünə görə məcburi dövlət sosial sığorta haqqı üzrə 1273,20 manat, maliyyə sanksiyası (o cümlədən penya) üzrə 497,92 manat və 0100 fəaliyyət növünə görə məcburi dövlət sosial sığorta haqqı üzrə 1230,67 manat, maliyyə sanksiyası (o cümlədən penya) üzrə 16,16 manat borcu yaran mışdır. Sığortaedənlər tərəfindən təqdim edilmiş hesabat məlumatları əsasında müvafiq göstəricilər Nazirliyin elektron proqram təminatlarına inteqrasiya edilir. Müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Qanunun 21-ci maddəsində qeyd edildiyi kimi, sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsi gecikdirildikdə - gecikdirmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərti ilə sığorta haqqının 0,1 faizi məbləğində penya hesablanmışdır. Sığortaedənin dövrlər üzrə işçiləri barədə məlumatlar qoşmadakı cədvəldə əks olunmuşdur. Qeyd edilən dövrlərdə sığortaedənlər tərəfindən təqdim edilmiş hesabat məlumatları Fondun müvafiq struktur bölmələri tərəfindən kameral qaydada yoxlandıqdan sonra sığortaedənin elektron poçt ünvanına yaranmış uyğunsuzluqlar barədə xəbərd arlıqlar göndərilir. Sığortaedənlər tərəfindən “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlara (Forma B1) uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar” (Forma B3) təqdim edilir və hesabatda həmin işçilər barədə məlumatlar (soyad, ad, ata adı, FİN, SSN, hesablanmış və ödənilmiş gəlirlər) əks olunur. Nazirliyin proqram təminatlarında olan məlumatlara əsasən, sığortaedənin məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası (hesablanmış penya) üzrə silinməli olan borc məbləğləri barədə məlumatlarla bağlı Dövlət Vergi Xidmətinə xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır.

7. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022-ci il tarixli məktubun da qeyd edilmişdir ki, iddiaçıya məcburi dövlət sosial sığorta haqqı, maliyyə sanskiyaları (o cümlədən penya) və inzibati cərimələrin hansı qaydada müəyyən edilməsi ilə bağlı sübutların təqdim edilməsi üçün müvafiq araşdırmalar aparılır. Aparılan araşdırmalar yekunlaşdıqdan sonra əlavə məlumat veriləcəkdir.

8. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və fərdi uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçıya məcburi dövlət sosial sığorta haqqı, maliyyə sanskiyaları (o cümlədən penya) və inzibati cərimələrin hansı qaydada müəyyən edilməsi ilə bağlı sübutların təqdim edilməsi ilə bağlı məsələnin araşdırılması və cavablandırılması üçün Fonda xx.xx.2022-ci il tarixində məktubla yenidən müra ciət olunmuşdur.

9. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilən məcburi dövlət sosial sığorta haqlarının hesablanması “Sosial sığorta haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan sığortaedənlər üzrə (0703 – “Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər” – rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə) məcburi dövlət sosial sı ğorta haqqı müvafiq dövrlərə uyğun minimum aylıq əməkhaqqına nisbətdə qüvvədə olan Qanunla müəyyən edilmiş faiz dərəcələri ilə, muzdlu işə aid olan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə (0100 – “Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər”) məcburi dövlət sosial sığorta haqqı isə, həmin dövrdə qüvvədə olan Qanuna əsasən sığortaedənin vəsaiti hesabına (hesablanmış əməyin ödənişi fondu və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlər) 22 faiz, sığortaolunanın vəsaiti hesabına (işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlər) 3 faiz miqdarında ödənilir. Qanunun 14-cü maddəsinə əsasən, sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər üçün əmək fəaliyyətli dövrlərdə sığortaolunanların xeyrinə hər ay üçün hesablanan məcburi dövlət sosial sığorta haqlarını əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. Müvafiq dövrdə qüvvədə olan Qanunun 21ci maddəsində qeyd edildiyi kimi sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqqının ödənilməsi gecikdirildikdə - gecikdirmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərti ilə sığorta haqqının 0,1 faizi məbləğində penya hesablanmışdır. Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli, 1042-VQ nömrəli Qanununa əsasən sığortaedənin məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası (hesablanmış penya) üzrə silinməli olan b orc məbləğləri barədə məlumatlar Dövlət Vergi Xidmətinə xx.xx.2021-ci il tarixli məktubla təqdim edilmişdir.

10. Şəki İnzibati Məhkəməsinin (hakim: Vüqar Musayev) 14 dekabr 2023-cü il tarixli, 2-1(116)-72/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya məcburi dövlət sosial sığorta haqları üzrə hesablanmış, cəmi 2483,05 manat borcun silinməsi öhdəliyi qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixədək bu növ hesablamaların aparılmasına səlahiyyətli olmuş Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti qurumlarında iddiaçıya hesablanmış borc məbləğinin yaranma əsaslarına dair hər hansı mötəbər sübutlar mövcud deyil. Məhkəmə tədqiqatına təqdim edilmiş məlumatlara münasibətdə isə qeyd edilməlidir ki, cədvəl formasında tərtib edilmiş həmin qeydlər iddiaçıya hesablanmış borc məbləğinin yaranmasını təsdiq edən tutarlı və mötəbər sübut olaraq qiymətləndirilə bilməz. Belə ki, sözügedən cədvələ daxil edilmiş məlumatların özlərinin də ilkin mühasibatlıq sənədləri, əmək müqavilələri, əmək haqqına görə ödənilmiş məbləğlər barədə məlumatlar, bank sənədləri əsasında əlavə sübut edilməsinə ehtiyac vardır. Hətta, həmin dövrdə bu hesablamaları aparan Dövlət Sosial Müdafiə Fondu belə, iddiaçıya məcburi dövlət sosial sığorta haqqı və maliyyə sanskiyalarının hansı qaydada hesablanması ilə bağlı sübutlar təqdim edə bilmir. Vergi orqanı inzibati orqan kimi iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq sübutlara qiymət verməlidir. Lakin hazırkı halda vergi orqanı borc ilə bağlı ara şdırma aparmadan, iş üzrə obyektiv həqiqətin üzə çıxarılması üçün əlavə sübutlar toplamağa çalışmadan vergi ödəyicisinin baza məlumatlarına istinad edərək mübahisələndirilən borc məbləğini hesablamışdır. Bununla da inzibati orqan kimi öz vəzifələrini düzgün icra etməmişdir. Məhkəmə, onun da qeyd edilməsini zəruri hesab edir ki, hazırkı vəziyyətdə inzibati prosessual qanunvericiliyin tələbləri əsasında 2483,05 manat borcun yaranması ilə bağlı halları sübut etmək vəzifəsi iddiaçının yox, cavabdehin öhdəliyindədir. Cavabdeh isə həmin borcun yaranma əsaslarını sübut edə bilməmişdir. Məhkəmə araşdırması zamanı da, istər həmin borcun ödənilməsini tələb edən vergi orqanına, istərsə də borcun hesablanması ilə bağlı informasiya sistemində məlumat yerləşdirmiş orqana sorğular göndərilmiş, borcun yar anma əsasları, hesablanma qaydasının təqdim edilməsi xahiş edilmiş, lakin hər iki orqanın borcla bağlı yeganə istinadı borcun mövcudluğu ilə bağlı olmuşdur.

12. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı vəziyyətdə hər hansı məlumatın əsası olmadan mövcudluğu, vəziyyəti iddiaçının ziyanına dəyişmir. Borcun mövcudluğu barədə məlumat, həmin borcun yaranması, hesablanması ilə bağlı hallar müəyyən edilmədən, heç bir hüquqi əsası olmayan məlumatlardır. Hər nə qədər həmin borcun yaranma əsasları və s. inzibati icraat üzrə araşdırma zamanı aparılmalı olsa da, məhkəmə özü də xidməti araşdırmasını həyata keçirmiş və elektron informasiya sistemində olan məlumatın mənbəyini müəyyən edə bilməmişdir. Həmçinin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq eksperti zası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Lakin ekspertizanın aparılması üçün tələb olunan iddiaçının fəaliyyətinə dair hesablanmış vergilərlə bağlı mühasibat sənədləri, əmək müqavilələri, əmək haqqına görə ödənilmiş məbləğlər barədə məlumatlar, bank sənədləri və s. təqdim edilmədiyindən ekspertizanın aparılmasından imtina edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, borcun əsasında dayanan hal müəyyən edilə bilmirsə, deməli borcun mövcudluğundan söhbət gedə bilməz. Hazırkı vəziyyətdə mövcudluğu sübut edilməyən borc, iddia tələbinin təmini əsası qismində çıxış etməlidir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçıya hesablanmış borc məbləğinin mövcudluğu sübut edilmədiyindən, iddiaçı, sözügedən borc məbləğinin silinməsini cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur.

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rövşən Rəfiyev /sədrlik edən və məruzəçi/, Vəzirxan Məlikov və Tural Həsənov) 31 iyul 2024-cü il tarixli, 2-1(107)-183/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının məcburi dövlət sosial sığorta haqları üzrə b orcunun olubolmaması barədə hərtərəfli araşdırma aparılmamış, ekspert vəsatətində qeyd edilən sənədlər tələb olunmamış, iş materiallarında olan sənədlər ətraflı tədqiq edilməmiş, beləliklə də İPM-in 12-ci, 48-ci və 58-ci maddələrinin tələbləri pozulmuşdur.

16. Apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinə baxılaraq qanuni və obyektiv qərar qəbul edilməsi baxımından əlavə sənədlər tələb edilərək xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə məhkəmə-mühasibatlıq ekspertizаsı təyin edilmişdir. Həmin qərardadın icrası ilə bağlı təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 9/2815 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında iddiaçıya hesablanmış 2483,05 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarını təsdiq edən ilkin mühasibat sənədləri öz əksini t apmamışdır. Yəni işdə olan hesabat məlumatları əsasında 2010-2015-ci illər üzrə 2483,05 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının hesablanması öz əksini tapsa da, həmin hesablamaların hansı mühasibat sənədlərinə əsasən hesablandığı iş materiallarında mövcud deyil. İş materiallarında olan vergi orqanının sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilən iddiaçıya aid hesabat məlumatlarında qeyd edilənlər əsas götürüldüyü halda ekspert qarşısında qoyulmuş suallar üzrə vergi ödəyicisinin 2010-2015-ci illər üzrə 0703 koduna əsasən (“Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər” – rayon mərkəzləri, digər şəhər və qəsəbə) məcburi dövlət sosial sığorta haqları üzrə 1123,20 manat əsas və 166,68 manat penya borcu, 0100 koduna əsasən (“M uzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər”) məcburi dövlət sosial sığorta haqları üzrə isə 1193,17 manat ödənilməmiş borc olduğu müəyyən edilir.

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin faktiki halları, tələb edilən əlavə sənədlər və təqdim edilən ekspert rəyi ilə iddiaçının məcburi dövlət sosial sığorta haqları üzrə cəmi 2483,05 manat ödənilməmiş borcu olduğu müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq və apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək belə qənaətə gəlmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmi n olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

18. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

19. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, iddiaçının kassasiya şi kayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

22. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 1.4 (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada). Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq m üəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunver iciliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 23. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9-1.1. (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada). Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövl ət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Maddə 10 (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada). Sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək sığortaedənlərin vəzifəsidir. Maddə

11. Sosial sığorta haqqını vaxtında ödəmək sığortaolunanların vəzifəsidir. Maddə 14 (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada). Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunan ın) vəsaitləri hesabına ödənilir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələ bi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Mə hkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

26. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkə mə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, iddiaçıya 20102015-ci illər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə hesablanmış cəmi 2483,05 manat borcun silinməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istina d etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəy işdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 iyul 2024-cü il tarixli, 21(107)-183/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar