Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1735/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni məlumat vərəqinin göndərilməsindən imtina) 24.09.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxxnə qarşı “yeni məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 yanvar 2025-ci il tarixli, 2-1(104)-70/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında bax araq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının mərhum həyat yoldaşı X5 xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə odlu silahdan yaralanması nəticəsində həlak olmuşdur. 2. xxx İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki,Tərtər Ə.Ö.M.B komandirinin xx.xx.1993-cü il tarixli, 231 nömrəli əmrilə (əmrdə hərbi rütbəsi qeyd edilməmişdir) bölük komandiri X5 döyüş əməliyyatı zamanı itkin düşdüyü üçün şəxsi heyətin siyahısından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 81 nömrəli əmrilə (əmrdə hərbi rütbəsi “baş leytenant” yazılmışdır) Tərtər RHK-nın çağırışçısı, 1957-ci il təvəllüdlü, 5-ci motoatıcı taborun hərbi qulluqçusu, baş leytenant X5 05 04 1994-cü il tarixdə h əlak olduğu üçün şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Ölüm öz hərbi xidməti borcunu yerinə yetirərkən baş vermişdir.
3. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, MN-18413 nömrəli məlumat vərəqində X3 hərbi rütbəsi “MAHHX çavuşu” olaraq qeyd edilmişdir.
4. İddiaçı cavabdehə müraciət edərək, məlumat vərəqində mərhum həyat yoldaşı X3 hərbi rütbəsi zabit (“baş leytenant”) kimi qeyd edilməklə pensiyanın yenidən hesablanması üçün yeni məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına təqdim olunmasını xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina etdiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X3 Azərbayc an Ordusunda zabit qismində hərbi xidmət keçməsi barədə məlumat aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən təqdim edilən məlumat vərəqində X3 hərbi rütbəsi zabit (“baş leytenant”) qeyd edilməklə pensiyanın yenidən hesablanması üçün yeni məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı, baş leytenant X5 İ Qarabağ Müharibəsinin iştirakçısı olmuş, 05.04.994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması istiqamətində gedən ağır döyüşlərdə odlu silahdan yaralanması nəticəsində həlak olmuşdur. İddiaçıya əvvəl ailə başçısını itirməyə görə, xx.xx.2022-ci il tarixdən isə yaşa görə pensiya təyin edilmişdir. İddiaçı, məlumat vərəqində mərhum həyat yoldaşı X3 hərbi rütbəsi zabit (“baş leytenant”) qeyd edilməklə pensiyanın yenidən hesablanması üçün yeni məlumat vərəqinin verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh, X3 Azərbaycan Ordusunda zabit kimi hərbi xidmət keçməsi barədə məlumat aşkar edilmədiyini bildirmişdir. Halbuki, xxxnin İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli arayışı ilə X3 həlak olduğu xx.xx.1994-cü il tarixdə artıq “baş leytenant” hərbi rütbəsində olması təsdiq edili r. Cavabdehin imtinası tam qanunsuz və əsassız olmaqla iddiaçının konstitusion hüquqlarını kobud şəkildə pozmuşdur.
8. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 59-cu maddəsinə əsasən, hərbi qulluqçulara ilk zabit rütbəsini Azərbaycan Respublikasının Müdafiə naziri verir. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan uçot sənədlərinə əsasən X3 Azərbaycan Ordusunda zabit qismində hərbi xidmət keçməsi barədə məlumat yoxdur.
9. Gəncə İnzibati Məhkəməsinin (hakim: Leyla Əliyeva) 28 iyun 2024-cü il tarixli, 2-1(114)-404/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, məlumat vərəqində X3 hərbi rütbəsi zabit (“baş leytenant”) qeyd edilməklə pensiyanın yenidən hesablanması üçün yeni məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtl ərlə təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqan məhkəməyə təqdim etdiyi etiraz məktubunda, iddiaçıya və məhkəməyə ünvanlandığı məktublarda “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 59-cu maddəsinə əsasən hərbi qulluqçulara ilk zabit rütbəsinin Azərbaycan Respublikasının Müdafiə naziri tərəfindən verildiyini və X3 Azərbaycan Ordusunda zabit qismində hərbi xidmət keçməsi barədə məlumat olmadığını qeyd etsə də, məhkəmənin sorğusu ilə məhkəməyə təqdim edilən N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 81 nömrəli nizami hissə üzrə əmrindən çıxarış X3 Azərbaycan Ordusunda “baş leytenant” kimi xidmət etməsini və öz hərbi xidməti borcunu yerinə y etirərkən ölməsi halını təsdiq edir.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aygül İsgəndərova /sədrlik edən və məruzəçi/, Rəşad Mamedov və Azər Bayramov) 08 yanvar 2025-ci il tarixli, 2-1(104)-70/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia təmin edilməmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 81 nömrə li əmrini təqdim etmiş, məhz həmin əmrə istinadən məlumat vərəqinin yenidən tərtib edilərək müvafiq inzibati orqana göndərilməsini məhkəmədən xahiş etmiş, birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərbi qulluqçuya ilk zabit hərbi rütbəsi müvafiq icra hakimiyyəti, yəni Müdafiə naziri tərəfindən verilir və əmrlə şəxsi heyətə elan edilir. Hərbi qulluqçunun hərbi rütbəsi, vəzifəsi və xidmət dövrü bilavasitə onun hərbi uçot kartasında və hərbi biletində qeyd edilir. İnzibati iş materiallarında olan iddiaçıya məxsus hərbi biletdə və şəxsi uçot kartasında iddiaçının “baş leytenant” rütbəsində hərbi xidmət keçməsi barədə hər hansı bir məlumat qeyd edilməmişdir.
14. Məhkəmə kollegiyası qeyd edir ki, N nömr əli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 81 nömrəli əmrində X5 “baş leytenant” kimi qeyd edilsə də, həmin rütbənin verilməsi işdə olan digər sübutlarla öz təsdiqini tapmır. Başqa sözlə, məhkəmə araşdırılması zamanı təqdim olunan sənədlərdən (arxiv arayışlarından) görünür ki, X3 Azərbaycan Ordusunda zabit qismində hərbi xidmət keçməsini, ona qeyd olunan rütbənin verilməsini təsdiq edən heç bir sənəd mövcud deyildir.
15. X3 xidmət keçdiyi dövrdə qüvvədə olan qanunvericilik aktlarında hərbi rütbələrin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. Lakin hazırkı iş materiallarında qeyd olunan rütbənin verilməsini təsdiq edən heç bir sənəd aşkar edilməmişdir. Yalnız iş materiallarında olan N nömrəli hərbi hissə komandiri və N nömrəli hərbi hissənin qərargah rəisi tərəfindən möhürlə təsdiqlənən xx.xx.1994-cü il tarixli nizami hissə üzrə əmrdə aparılmış qeydlərə istinad edilməklə şəxsə qeyd olunan rütbənin verilməsinə dair nəticəyə gəlinməsi əsassızdır və bu, işdə olan digər sübutlarla təsdiqini tapmır. Bundan başqa, iş materialları ilə müəyyən olunur ki, X3 bölük komandiri vəzifəsinə təyin edilməsinə dair Tərtər ƏÖMB komandirinin xx.xx.1993-cü il tarixli, 211 nömrəli əmrində rütbəsi “çavuş” olaraq qeyd edilmişdir.
16. Beləliklə, məhkəmə araşdırması zamanı X3 vəfat edən zaman “baş leytenant” hərbi rütbəsində olması, habelə ona Müdafiə naziri tərəfindən ilkin zabit rütbəsinin verilməsi barədə heç bir sənəd aşkar edilməmişdir. Qeyd edilən səbəblərə görə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəmə si qərar qəbul edərkən yalnız N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 81 nömrəli əmrindəki qeydlərə qiymət verməklə kifayətlənməməli, X4 iddiaçının iddia etdiyi və həmin əmrdə qeyd olunan “baş leytenant” hərbi rütbəsinin verilməsinə əsas olan halları (digər sənədləri) də tədqiq etməli idi.
17. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
18. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respub likasının Qanunu Maddə 1.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Maddə
3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tə hsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Maddə 16.1. Hərbi qulluqçu “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlığı, xidmət keçməsi və vəzifəsi nəzərə alınmaqla növbəti hərbi rütbənin vaxtında verilməsi hüququna malikdir. Hərbi xidmət vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərmiş, vəzifə borcunu nümunəvi yerinə yetirmiş zabitlərə növbəti hərbi rütbə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda onların vəzifələri müqabilində nəzərdə tutulmuş hərbi rütbədən bir pillə yüksək və ya verilmiş hərbi rütbədən bir pillə yüksək hərbi rütbə vaxtından əvvəl verilə bilər. Maddə 16.2. Xidmət zamanı səy göstərdiklərinə və başqalarından fərqləndiklərinə görə hərbi qulluqçuların mükafatlandırılma hüququ vardır, vəzifə borcunun icrası zamanı mərdlik və şücaət göstərilməsinə, hərbi xidmət vəzifələrinin nümunəvi yerinə yetirilməsinə görə onlar Azərbaycan Respublikasının dövlət mükafatları ilə təltifə təqdim oluna bilərlər. 21. 23.01.2018-ci il tarixədək qüvvədə olmuş “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.1993-cü il tarixli, 743 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə və dəyişikliklər edilənədək qüvvədə olan redaksiyada) Maddə
1. Azərbaycan Respublikası Silahlı Qüvvə ləri Azərbaycan Respublikası Prezidentinə tabe olan dövlət silahlı təşkilatıdır və Azərbaycan Respublikasının mənafeyini, suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qorumalıdır. Maddə
17. Hərbi qulluqçular arasında qarşılıqlı münasibətləri tənzimləmək, onların xidmət stajını və ixtisasını ifadə etmək üçün aşağıdakı hərbi rütbələr müəyyən olunur: əsgər matros sıravi (əsgər) matros serjant starşina kiçik serjant İİ dərəcəli starşina serjant İ dərəcəli starşina starşina baş starşina kiçik zabitlər leytenant leytenant baş leytenant baş leytenant kapitan kapitan-leytenant... Maddə
17. Hərbi rütbələr bu Qanunun 17-ci maddəsində müəyyən edilmiş növbəliklə verilir. Birinci zabit rütbəsi hərbi tədris müəssisəsini və ya kurslarını bitirmiş kursantlara Azərbaycan Respublikasının Müdafiə nazi ri tərəfindən verilir. Zabitlərə bu Qanunun 18-ci maddəsinə müvafiq növbəlik qaydasında, daha yüksək rütbələr onlar aşağıdakı rütbələrdə göstərilən müddətdə xidmət etdikdə verilir: leytenant rütbəsində - azı 2 il; baş leytenant rütbəsində - azı 3 il;... Növbət hərbi rütbələri aşağıdakılar verirlər: kiçik serjant və serjant rütbələrini - hissə komandiri; starşina rütbəsini - birləşmə komandiri; kiçik zabit rütbələrini – Azərbaycan Respublikası Silahlı Qüvvələrin komandanı; böyük zabit rütbələrini- Azərbaycan Respublikasının Müdafiə naziri; ali zabit rütbələrini - Azərbaycan Respublikasının Prezidenti. Müstəsna hallarda hərbi rütbələrin vaxtından əvvəl və növbədənkənar verilməsi mümkündür.
22. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” Maddə
59. Hərbi qulluqçulara ilk zabit rütbəsini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı verir. Maddə
62. İlk zabit rütbəsi zabit vəzifələrinə təyin edilmiş və bu vəzifələri müvəffəqiyyətlə icra edən dinc dövrdə əsasən ali hərbi təhsil müəssisəsinin fakültəsini (şöbəsini) qiyabi bitirmiş, yaxud hərbi ixtisas hazırlığı profilinə yaxın mülki ali təhsil almış və ya hərbi ixtisas hazırlığı profilinə yaxın olmayan ali təhsil almış, lakin ali hərbi təhsil müəssisəsinin proqramı üzrə ekstern imtahanlar vermiş, bir qayda olaraq, yaşı 35-dən çox olmayan və belə ixtisaslı zabitlərə ehtiyac olduqda gizirlərə və miçmanlara verilir (bu Əsasnamənin 57-ci maddəsinin “d” və “e” bəndləri, 58-ci maddəsinin “ə” bəndi).
23. Azərbaycan Respublikası Naz irlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində,Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azər baycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xid mətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir.
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.
3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rü tbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə q ərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfində n işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin də lillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi mərhum həyat yoldaşı X3 hərbi rütbəsi “baş leytenant” qeyd edilməklə yeni məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına göndərilməsinə nail olmaqdan ibarətdir.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mö vcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.
34. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 yanvar 2025-ci il tarixli, 2-1(104)-70/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.