Məhkəmə qərarları › İş №2-1(102)-1742/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1742/2025

07.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1742/2025 07.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Müharibə veteranı adı və statusunun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 fevral 2025-ci il tarixli, 2-1(107)-209/2025 nömrəli qərarından ca vabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası İŞİN HALLARİ

1. İddiaçı 2016 – 2017-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyindəki müvafiq hərbi hissədə həqiqi hərbi xidmət keçmiş, 2020-ci ilin sentyabr ayında yenidən xidmətə çağırılmış və 26 sentyabr 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək Müdafiə Nazirliyinin tərkibindəki N nömrəli hərbi hissədə tibbi təminat üzrə tibb qardaşı kimi xidmət etmişdir.

2. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin tibb hissəsi üzrə müavini – tibb hissəsinin rəisi (vəzifəni icra edən şəxsin) və tibb hissə rəisinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə köməkçisi tərəfindən iddiaçı ilə bağlı “Müharibə veteranı” adı və vəsiqəsinin verilm əsi üçün təqdim edilən döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların tibbi təminatı üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular barədə arayış – məlumatda qeyd edilmişdir ki, əsgər İddiaçı döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissədə xidmət keçmiş, N sentyabr 2020-ci il tarixli 034 nömrəli əmrlə tibbi təminat üzrə tapşırıqlarla bağlı fəaliyyətə cəlb olunmuş, Talış kəndi və Suqovuşan qəsəbəsi ərazilərində tibb hissəsinin tibb qardaşı kimi xidmət etmişdir.

3. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin N oktyabr 2024-cü il tarixli arayışında qeyd olunmuşdur ki, əsgər İddiaçı N nömrəli hərbi hissənin səyyar tibb qrupunun tibb qardaşı kimi döyüş əməliyyatları aparılan zaman (N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək) Tərtər rayonun un Talış kəndi və Suqovuşan qəsəbəsi istiqamətlərində yaralılara yerində ilkin tibbi yardım göstərmiş və təxliyyəni həyata keçirmişdir.

4. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmiş, cavabdeh isə bundan imtina edərək bildirmişdir ki, döyüş əməliyyatları aparılan dövrdə xidmət keçdiyi (ezam olunduğu) hərbi hissənin yerləşdiyi yer ərazi meyarlarına uyğun gəlmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi və bu barədə məlumatın altsistemə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası əsassızdır. Belə ki, o, X1 Tərtər rayonunun Talış kəndi və Suqovuşan qəsəbəsi istiqamələrində döyüşlərdə tibb qardaşı kimi tibbi təminat sahəsində xidmət göstərmişdir.

7. Cavabdeh iddiaya etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçının döyüş əməliyyatları aparılan dövrdə xidmət keçdiyi (ezam olunduğu) hərbi hissənin yerləşdiyi yer ərazi meyarlarına uyğun gəlmədiyinə görə, Müdafiə Nazirliyi nəzdində Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyanın qərarı ilə ona veteran adı və vəsiqəsi verilməsindən imtina olunmuşdur.

8. Şəki İnzibati Məhkəməsinin (hakim: R.L.Kərimli) 29 noyabr 2024-cü il tarixli, 21(116)-2547/2024 nömrəli qərardadı ilə iddia “müvafiq məlumatın altsistemə daxil edilməsi” hissəsində mümkün sayılmam ışdır.

9. Şəki İnzibati Məhkəməsinin (hakim: R.L.Kərimli) 29 noyabr 2024-cü il tarixli, 21(116)-2547/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericilik normaları müvafiq dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi hissə (bölmə) və ya orqanların tərkibində iştirak etmiş hərbi qulluqçularla yanaşı, hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri, yəni döyüş təminatı, mənəvi-psixoloj i təminat və tibbi təminat üzrə tapşırıqlarının yerinə yetirilməsi üçün ezam olunmuş mülki şəxsləri də müharibə veteranı sayır və onlara müharibə veteranı adı və vəsiqəsinin verilməsini nəzərdə tutur. Hazırkı işin hallarına görə, iddiaçının 2020-ci ilin sentyabr ayından döyüş bölgəsinə ezam olunması Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin əmri ilə rəsmiləşdirilmişdir və o, döyüş əməliyyatlarında yaralanan hərbi qulluqçulara ilkin tibbi yardım göstərilməsində, həmçinin yaralıların təxliyyə olunmasının həyata keçirilməsində iştirak etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, onun müvafiq dövrdə döyüş əməliyyatlarında iştirak edən N nömrəli hərbi hissəyə ezam olunmasının əsası, məhz ilk tibbi yardım və yaralıların təxliyyəsinin həyata keçirilməsi işinə cəlb olunmasıdır. Xüsusilə də, xidmət etdiyi N nömrəli hərbi hissənin tərtib etdiyi anket-məlumatdan və məktubdan müəyyən edilmişdir ki, iddiaçı 2020-ci ilin N sentyabr tarixindən 10 noyabr 2020-ci il tarixinədək döyüş bölgəsinə (onun Goranboy rayonuna ezam olunması halı işin mübahisəli halı deyil) ezam olunaraq, döyüş əməliyyatlarının təminatı ilə bağlı müvafiq tapşırıqları yerinə yetirmişdir. Cavabdehin dəlilinə, yəni iddiaçının ezam olunduğu hərbi hissənin yerləşdiyi yerin ərazi meyarlarına uyğunsuzluğuna münasibətdə məhkəmə qeyd etmişdir ki, N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etdiyindən, ora ezam olunmuş mülki şəxslərin döyüş təminatı ilə bağlı vəzifələrini yerinə yetirmə yerinin döyüş bölgəsinə yaxın ərazidə olması məntiqli və ağlabatandır və işin bu xüsusiyyəti “ərazi meyarlarına zidd” dəyər ləndirilə bilməz.

11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.H.Səmədov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və T.H.Həsənov) 20 fevral 2025-ci il tarixli, 21(107)-209/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-2547/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSAS İYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətində işin hallarına, imtinanın dəlillərinə və iddia tələbinə etirazdakı dəlillərə istinad edərək bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını hərtərəfli araşdırmadan qərar qəbul etmiş, cavabdehin dəlillərini düzgün qiymətləndirməmişdir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iş materiallarında görünür ki, iddiaçı N nömrəli hərbi hissənin dislokasiya bölgəsində (Ağcabədi rayonu, Sarıcalı kəndi) tibb qardaşı vəzifəsində xidməti vəzifəsini icra etmiş, döyüş əməliyyatlarına cəlb edilməmişdir. Hərbi hissə tərəfindən verilmiş arayışda iddiaçının Talış kəndi və Suqovuşan qəsəbəsi istiqamətlərində yaralılara yerində ilkin tibbi yardım göstərməsi və onların təxliyyəsini həyata keçirməsi qeyd olunsa da, sözügedən fəaliyyətlər hərbi hissənin müvafiq əmrləri ilə təsdiq olunmur. Bundan əlavə, iddiaçı döyüş əməliyyatları zamanı N nömrəli hərbi hissədə xidmətdə olarkən yaralıların qəbul edilib çeşidlənməsində, siyahıya alınmasında iştirak etmişdir. Beləliklə, iddiaçının fəaliyyət göstərdiyi azad olunmuş ərazi olmayan Ağcabədi rayonu Sarıcalı kəndi Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil olmadığından iddia tələbi əsassızdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə 1.Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə ) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;...

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası mə hkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin ha llarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə düzgün olmayan qərar qəbul etmişdir.

22. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı müharibə veteranı adı və vəsiqəsinin verilməsinə yönəlmişdir.

23. İddiaçının tələbinin təmin edilməsi üçün o, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin birinci bəndində təsbit edilmiş dizpozisiya şərtlərindən birinə cavab verməlidir.

24. Hazırkı halda işə baxan aşağı instansiya məhkəmələri qeyd olunan Əsasnamənin 10-cu abzasına istinadən işin hallarına qiymət vermişlər.

25. Həmin normaya əsasən iddiaçının tələbinin təmin edilməsi üçün o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noy abrın 10-dək döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxs olmalıdır.

26. Hazırkı iş üzrə iddiaçının xidmət keçdiyi hərbi hissə tərəfindən verilmiş arayışlarda onun N sentyabr 2020-ci il tarixli 034 nömrəli əmrlə tibbi təminat üzrə tapşırıqlarla bağlı fəaliyyətə cəlb olunduğu, Talış kəndi və Suqovuşan qəsəbəsi ərazilərində tibb hissəsinin tibb qardaşı kimi xidmət etdiyi, yaralılara yerində ilkin tibbi yardım göstərdiyi və təxliyyəni həyata keçirdiyi qeyd edilmişdir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, hazırk iş üzrə iddiaçının hərbi xidmət keçdiyi hərbi hissənin özünün Şuşa, Cəbrayıl, Zəngila n, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatları aparan hərbi hissə olmaması işin mübahisəsiz halıdır.

28. Belə olan halda, iddiaçı Talış kəndi və Suqovuşan qəsəbəsi ərazilərində tibb hissəsinin tibb qardaşı kimi xidmət etmək üçün döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmalı, başqa sözlə, bu hal iş materialları ilə təsdiq edilməlidir.

29. Lakin iş materiallarında hərbi hissənin verdiyi müvafiq arayışlardan başqa, iddiaçının ezam olunması ilə bağlı hər hansı əmr, sənəd aşkarlanmamış, kassator da belə əmrlərin olmadığını bildirmişdir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının xidmət keçdiyi hərbi hissə və onun tabe olduğu Müdafiə Nazirliyinin iddiaçının fəaliyyəti ilə bağlı mövqeyində fərqlilik və ziddiyyət var. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi bu ziddiyyəti aradan qaldırmamış, işin hallarını hərtərəfli araşdırmamış, yalnız hərbi hissə tərəfindən verilmiş arayışa istinadən iddia tələbini əsaslı hesab etmiş, bununla da İPM-in 12.1-ci maddəsinin tələblərini pozmuşdur.

30. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi hərbi hissə tərəfindən verilmiş arayışın mötəbərliliyi istiqamətində hərtərəfli araşdırma apararaq iddiaçının “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin birinci bəndində təsbit edilmiş dizpozisiya şərtlərinə cavab verib-verməməsi məsələsini qiymətləndirməlidir.

31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti qismən təmin edilməli, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilərək, İPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün hazırkı iş təkrar apellyasiya baxışına göndərilməlidir.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 fevral 2025-ci il tarixli, 21(107)-209/2025 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar